“Qardaşına dedi ki,
qapıya bayraq gətirəcəklər,
onları çox yaxşı
qarşılayın!”
Bu gün əziz
xatirəsini yad edəcəyim növbəti
Vətən müharibəsi
şəhidi Elnur Elsevər oğlu Zeynalovdur.
Elnur Zeynalov 1994-cü il
iyul ayının 28-də
Naxçıvan şəhərində
anadan olub. Məmməd Cəfər Cəfərov adına
14 saylı orta məktəbdə təhsil
alıb. 2008-ci ildə
Naxçıvan şəhər
Heydər Əliyev adına hərbi
liseyə daxil olub. 2011-ci ildə
həmin liseyi bitirib. Həmin il Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) daxil
olub. 2015-ci ildə
akademiyanın xüsusi
təyinatlı ixtisasını
bitirib. 2015-ci ildən 2020-ci ilədək
Ağstafa rayonu “N” saylı hərbi hissədə tağım
komandiri kimi fəaliyyət göstərib.
2018-ci ildə baş leytenant rütbəsi alıb, həmin ili xüsusi
təyinatlı kursuna
yazılıb və kursu müvəffəqiyyətlə
bitirib. Bu illər
ərzində bir çox kursları, əsasən, snayper, antiteror, amfibiya, sualtı dalğıc kəşfiyyat kurslarını
bitirib. 2020-ci ilin
may ayından Hərbi
Dəniz Qüvvələrinin
xüsusi təyinatlı
hissəsində xidmətə
başlayıb (dəniz
pişikləri). 2020-ci il sentyabrın 27-dən
döyüşlərdə iştirak edib. Subay idi.
Şəhidin anası Abuzərova Məlahət xanım deyir ki, Elnur
demək olar körpə vaxtından çox istiqanlı idi. Bir gün işdən gələndə
gördüm barmağını
yaralayıb:
“Gətirdi mənə taxta parçasını göstərib dedi ki, ana, mən bu silahla erməniləri öldürəcəyəm. Körpə idi,
4 yaşı vardı,
amma onun içindəki vətənpərvərlik
hissi dərya qədər dərin idi. Uşaqlıdan atası onlara hərbi dərsləri göstərərdi, addımlamağı,
hərbi salam
verməyi çox xoşlayırdı. Atasını çox istəyirdi.
Qardaşına, mənə çox
bağlı idi.
Qəbul
imtahanını verdi, keçəndən
sonra dedi ki, mən hərbiyə
gedəcəyəm. Balam subay
idi. O, müharibədən,
çətin kurslardan
keçib. Deyirdi, ana, narahat olma hər şey
çox yaxşdır.
Elnur həmişə deyərdi
heç bir çətinlik yoxdur.
Bir gün Elnur qardaşına dedi ki, qapıya
bayraq gətirəcəklər
onları çox yaxşı qarşılayın.
Deyirdi, ana, mən səni şəhid anası edəcəyəm!
Bir az qapalı
uşaq idi, ancaq çox arzuları vardı. Bilmirdik nələr baş verəcək. Ard- arda
zəng edirdim. Deyirdim, ay oğul, səndən çox narahatıq.
Dur, gəl, yanımızda ol. Cavabı o idi ki, ana,
mən xalqımı,
millətmi çox sevirəm, gələ bilmərəm! Həmişə deyirdi, ana, bir işimiz var, həll olunsun yanvardan sonra gələcəyəm.
31 oktyabr şəhid
olduğu gün günorta 1-ə işləmiş
Elnurdan zəng gəldi. Dedi, ana, haradasan? Dedim iməclikdən gəlirəm.
Dedim, Elnur, səsin bir qəribə gəlir. Cavabladı ki, heç nəyim yoxdur. Dedi 5 dəqiqədən sonra sənə zəng edəcəyəm.
Amma etmədi, son sözünün
nə olacağını
bilmədik. Səhəri gün 4-ə işləmiş
onun şəhidlik xəbəri gəldi.
Çöldə mürəbbə bişirirdim, bacım oğlu yığdı ki, Elnurla heç
danışmısınız? Gördüm ki, o biri xalası oğlu da küçədə
ağlayır, həmin
vaxt da küçənin
o biri başından təcili yardım maşını gəldi...”
(Red. ağlayır).
Şəhidin atası Zeynalov
Elsevər bəy deyir ki, evə
elə gəlirdi ki, hiss etmirdik. Bir də baxırdıq
ki, yanımızda dayanıb səssiz-səmirsiz,
əsl xüsusi təyinatlı kimi:
"Heç vaxt
darvazadan qapını
açıb girməzdi
evə, eləcə hasardan gizlicə tullanıb girərdi. Çox mərd
oğul idi.
Mən uzun illər gecə-gündüz
işləmişəm. Türkiyədə işləyirdim. İnanın, illər boyu ehtiyacdan ailəmdən uzaqda qalmışam ki, onların gələcəyi, həyatı
yaxşı olsun.
Heç
uşaqlarla çox vaxt keçirə bilmirdim. Çox səliqəli, təmiz,
diqqətli idi Elnur. Bakıdan gələn zabit
dostları deyirdi ki, bizim də
təmiz olmağımıza
çox diqqət edirdi. O ütüsünə,
təmizliyinə çox
diqqət edirdi. Heç kəsə verməzdi geyimlərini ütüləsin,
hamısını böyük
həvəslə özü
edərdi.
Hərbçi yoldaşları deyir kimsə bikef olanda əsgərləro göndərirdi ki, soruşun o uşaq niyə bikefdir? Həmin günü axşamı bizi çağırıb deyərdi ki, işin axır nöqtəsi budur ki, biz kimin nə problemi varsa, onun yanında olmalıyıq. Son tikəsinə kimi paylaşan, canyandıran, mərhəmətli idi balam. Qubadlı işğaldan azad ediləndən sonra dedi ki, mənim şəklimi gördünüz? Qubadlının alınmasına görə məruzə ediləndə, 3-cü mənəm.
Allah şəhidlərmizə rəhmət eləsin, dövlətimizi, bayrağımızı uca eləsin! Həyatdır, hər birimiz üçün ölüm haqdır, lakin şəhid olub dövlət, millət uğrunda ölmək ən ali zirvədir. Millətimizin başı sağ olsun! Allah dövlətimizin başçısı cənab İlham Əliyevi var eləsin!”
Şəhidin qardaşı Zeynalov Ruslan Elsevər oğlu deyir ki, ailəmizin ən böyük arzusu şəhid qardaşımın adının anamın işlədiyi, bizim getdiyimiz bağçaya verilməsidir.
Azərbaycan Ordusunun baş leytenantı olan Elnur Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonu , Xocavənd rayonu, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Zeynalov oktyabrın 31-də Xocavənd Rayonu Qızılqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Naxçıvan şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, “Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə", “Qubadlının azad olunmasına görə" medalları və “Qarabağ" ordeni ilə təltif edilib.
Ruhun şad
olsun, şəhid qardaşım!
Aydın Tağıyev
Müstəqil
araşdırmaçı jurnalist
mr-aydin@mail.ru
Hərbi And.- 2023.- 14 aprel.- S.16.