Lələtəpəyə ilk bayraq sancan
polkovnik Şükür
Həmidov
Şükür Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində anadan olub. Həmin
kənddə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Cəmşid Naxçıvanski
adına hərbi liseyə daxil olub. Liseyi bitirdikdən
sonra 1993-cü ildə
Bakı Birləşmiş
Ali Hərbi Komandirlər
Məktəbinə qəbul
olub. Hələ təhsilini hərbi
liseydə davam etdirən zaman könüllü olaraq döyüşlərə qatılmaq
arzusunda olduğunu bildirib. Motoatıcı ixtisasına yiyələnən
Şükür Həmidov
1995-ci ilin iyun ayında ilk hərbi rütbəsini, leytenant rütbəsini alaraq Naxçıvan Muxtar Respublikasında yerləşən
“N” saylı hərbi hissələrin birində
tağım komandiri kimi xidmətə başlayıb. Orada mayor hərbi
rütbəsinə qədər
yüksəlib.
2006-cı ildə Silahlı
Qüvvələrin Hərbi
Akademiyasına daxil olub. 2008-ci ildə Hərbi Akademiyanı bitirdikdən sonra cəbhə bölgəsində
yerləşən “N” saylı
hərbi hissələrin
birində bölmə
komandiri kimi xidmətimi davam etdirib. Sonra müxtəlif vəzifələrdə
tabor komandiri, qərargah
rəisi kimi xidmət edərək, hərbi hissə komandiri vəzifəsinədək
yüksəlib. O, 2016-cı il Aprel
döyüşlərində Lələtəpə yüksəkliyinin
azad edilməsi uğrunda döyüşlərdə
böyük şücaət
göstərib. Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı
zamanı göstərdiyi
şücaətə görə
Şükür Həmidova
vaxtından əvvəl
polkovnik hərbi rütbəsi verilib.
Azərbaycan Respublikası
Prezidentinin 22 aprel
2016-cı il tarixli Sərəncamı ilə Şükür Həmidov “Azərbaycanın
Milli Qəhrəmanı”
adına layiq görülüb.
Şükür Həmidov atası
Nəriman bəy və anası Şərqiyyə xanımın
ailəsinin doqquzuncu övladı idi.
1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal
edilməsindən sonra
Həmidovlar ailəsi
Sumqayıt şəhərinə
gəlirlər və əvvəlcə birotaqlı
mənzildə, 2 ay sonra
isə yataqxanada yaşamağa başlayırlar.
2016-cı
il aprelin
1-dən 2-nə keçən gecədən başlayaraq
Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri
arasında cəbhənin
Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində
şiddətli döyüşlər
başladı. Tarixə Aprel
döyüşləri olaraq
yazılan hərbi əməliyyatlar zamanı
Şükür Həmidov
Horadiz şəhərində
"N" saylı hərbi
hissənin Komandiri idi. Cəbhənin Cəbrayıl rayonu
istiqamətində gedən
döyüşlərin idarə
edilməsi məhz ona həvalə olunub. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə
istiqamətində olan
əlverişli mövqelər,
strateji nöqtələr,
o cümlədən Lələtəpə
zirvəsi Azərbaycan
Ordusu tərəfindən
işğaldan azad olunub. Həmin döyüşlərdə Ermənistanın
müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan
və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində
darmadağın edilib.
2016-cı
il mayın
10-da isə müdafiə
naziri Zakir Həsənovun əmrinə
əsasən Şükür
Həmidova vaxtından
əvvəl növbəti
"polkovnik" hərbi
rütbəsi verilib. Hərbi rütbə ona mayın 10-da Lələtəpə
istiqamətində səngərdə
təqdim edilib.
44 günlük Vətən
müharibəsində 2-ci Ordu
Korpusunun Komandir müavini olan Şükür Həmidov,
cənub istiqamətində
aparılan döyüşləri
idarə edənlərdən
biri idi. Əvvəlcə o, Füzuli rayonu istiqamətində döyüşlərə
qatılıb.
Şəhidimizin həyat yoldaşı
Həmidova Könül
xanım bildirir ki, onlar 2003-cü ildə ailə həyatı qurublar:
“2005-ci ildə qızımız
Əzizə, 2008-ci ildə
isə oğlumuz Nurlan doğulub. Böyük övladımız
Azərbaycan Dövlət
Pedaqoji Universitetində
təhsil alır, kiçik övladımız
isə 9-cu sinifdə
oxuyur. Məktəblərarası bir neçə
olimpiadalarda iştirak
edib”.
Şəhidin anası Həmidova
Şərqiyyə xanım
deyir ki, oğlumun sinif müəllimi atası olub: “Bütün balalarımın hamısının
sinif müəllimi atası olub. Belə deyək, bünövrəsi
möhkəm olan bina heç zaman uçmur. Mənim balalarım atalarının
tərbiyəsini alıb
ailəcanlı, uşaqcanlıdırlar.
Şəhidin atası Həmidov
Nəriman bəy deyir ki, belə
bir qayda var, kiminsə haqqında söhbət gedəndə onu tərfləyirlər:
“İnanın, oğul,and olsun Şükür çox vətənpərvər adam
idi. Onu uşaqlıqdan nə
qədər çətin
işə göndərirdik
gedib bacarıb gələrdi. Şükür
özün sevdirən
adam idi.
Hər kəsə məhəbbətlə
hörmətlə yanaşırdı.
Şükürə Cənab
Prezident Milli Qəhrəman adını
verdi, Allahdan
arzumdur Vətənimiz
həmişə sağlam
əllərdə olsun!
Şükür çox istiqanlı oğul idi. Tez- tez işi ilə
əlaqəli iş yerlərin dəyişirdi.
Çox
deyib-gülən idi, bir ata kimi
həmişə məni
əzizləyirdi. O bizim
dərdimizə çox
yanırdı. Bütün hərəkətlərində
ata-anaya, qohum-qardaşa
qarşı bir qram könül bulandırcı məqam görməmişəm. Şükürün oğlu çox istəyirdi hərbçi
olsun, amma Şükür bunu istəmirdi. Atası
çox istəyirdi qızı hüquqşünas
ola. Şükür şəhid olandan sonra qərara gəldik ki, müəllimə olsun.
Şükür mənə deyirdi ki, ata, elə
sakit hərəkət
edib getdik. Lələtəpə mühüm məntəqə
idi, Azərbaycanın
nə qədər ərazisi düşmənin
nəzarəti altında
idi. Mən fəxr edirəm ki, mənim oğlum oranın
azadlığı uğrunda
gedən döyüşlərdə
oraya bayraq sancdı!
44 günlük döyüşlərdə
alınan yerlərlə
bağlı Cənab Prezidentə məlumat verirdi. Oturub gözləyirdik. Şəhidlik xəbəri əsnasında
yoldaşı Əsədə
zəng edib ki, xəbərin var Şükürdən?
Getdik hospitalın həyətində
Füzulidə gecə
saat 1-in yarısında,
Peyğəmbər məscidində
götürüb gəldik
Bakıya.
Allah cəmi şəhidlərmizə
rəhmət eləsin,
qazilərmizə şəfa
versin! Allah Prezidentimizi
var eləsin, onun dəmir yumruğunun ətrafında
biz bir millət kimi toplaşaraq qalib olduq”.
Şəhidin qardaşı Həmidov
Əsəd bəy deyir ki, 2016-ci il 1-2 aprel
döyüşlərində bütün danışmalarından
deyirdi ki, biz neçə illərdir buranı çox gözəl tanıyırıq:
"Komandanlıqdan əmr
gələn kimi birinci erməni postunu götürüb qalxıblar Lələtəpəyə. Döyüş yoldaşları deyir, qalxdıq Lələtəpəyə
silah-sursatımız bitmişdi.
Bir də gördük ki, Şükür çiynində avtomatlar, belindən asılı gəlir. Dedi ki, mən gəlmişəm,
silah gətirmişəm,
igidlərim. Şükür qalxdı bayrağı
sancdı Lələtəpənin
başına”.
Polkovnik
Şükür Həmidov
2020-ci il oktyabrın 22-də səhər
radələrində Qubadlı
rayonu istiqamətində
döyüş zamanı
ön xətdə şəhid olub. II Fəxri Xiyabanda
dəfn olunub. Polkovnik Şükür Həmidov sağlığında
Azərbaycan Ordusunda əvəzsiz xidmətlərinə
görə dövlət
başçısı tərəfindən "Azərbaycan
Silahlı Qüvvələrinin
10 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə"
3-cü dərəcəli medalı,
"Azərbaycan Silahlı
Qüvvələrinin 90 illiyi"
yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli
medalı, "Hərbi
xidmətdə fərqlənməyə
görə" 3-cü dərəcəli
medalı, "Azərbaycan
Silahlı Qüvvələrinin
95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli
medalı, "Qızıl
Ulduz" medalı,
"Azərbaycan Ordusunun
100 illiyi" yubiley medalı, "Azərbaycan dövlət təhlükəsizliyi və
xarici kəşfiyyat orqanlarının 100 illiyi"
yubiley medalı, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi"
yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələri Veteranı"
medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda Vətən müharibəsindəki şücaətlərinə
görə, Şükür
Nəriman oğlu Həmidov Prezident İlham Əliyevin Sərəncamları ilə
ölümündən sonra
"Zəfər" ordeni, “Vətən uğrunda” medalı, "Füzulinin
azad olunmasına görə", "Cəbrayılın
azad olunmasına görə" və
"Qubadlının azad
olunmasına görə"
medalları ilə təltif olunub.
Ruhun şad olsun, igid qardaşım!
Aydın Tağıyev
Müstəqil araşdırmaçı jurnalist
mr-aydin@mail.ru
Hərbi And.- 2023.- 28 aprel.-
S.16.