"Rauf əsgərini
neytral zonadan təxliyə
edən zaman şəhid olub..."
Bu gün haqqında söz açacağım qəhrəmanımız Vətən müharibəsi şəhidi Rauf Vaqif oğlu Əsgərovdur.
Əsgərov Rauf 2 noyabr 1978-ci ildə Gəncə şəhərində
doğulub. 1995-ci ildə 44 nömrəli məktəb-liseydə tam orta
təhsilini başa vurub. 1995-1999-cu illərdə Azərbaycan
Kənd Təsərrüfatı
Akademiyasında (indiki
ADAU) “Kənd təsərrüfatının
elektrikləşdirilməsi və avtomatlaşdırılması”
ixtisası üzrə
təhsil alıb.
ADAU-nun Hərbi kafedrasında
leytenant rütbəsi
alıb. 2006-cı ildə
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz
Rayon Şöbəsindən hərbi xidmətə çağrılıb, Naxçıvan
Muxtar Respublikasındakı
“N” saylı hərbi hissədə zabit kimi xidməti borcunu yerinə yetirib.
Şəhidin anası Əsgərova
Brilliant xanım deyir ki, ailədə şəhid Raufla birgə 3 oğlumuz var:
" Böyük oğlum
Ramil, şəhid balam Rauf və
kiçik övladım
Emin. Rauf ali təhsilli idi. Ailəlidir, 3 övladı
var: 2 qız, 1 oğul. Balamın böyük qızı
Rüqəyya 2010-cu ildə
Gəncədə doğulub.
Haazırda 7-ci sinifdə oxuyur,
inglis dilin bilir, koreya dilinə
hazırlaşır. ortancıl nəvəm
Ramilə 2011-ci ildə
Şəmkirdə anadan olub. Haazırda 39 saylı məktəbdə
oxuyur, ingilis dilini yaxşı bilir, arzusu həkim
olmaqdır. Oğlu Tağı
isə 2014-cü ildə
Şəmkir şəhərində
anadan olub. Hazırda
3-cü sinifdə oxuyur.
Cüdo ilə məşğul olur. Mingəçevirdə öz yaşıdları
arasında 1ci yerə
layiq görülüb.
Futbolu da çox sevir.
Deyir mən atamın davamçısı olacağam.
Rauf uşaqlıqdan
həm çox sakit idi, həm
də inadkar idi. Səbrli uşaq idi,
dalaşqan deyildi.
Həmişə istəyirdi öndə
getsin. Ən yadda qalan bir xatirə danışım. Ən
çox ev
işlərində mənə
kömək edirdi. Böyük qardaşı ilə birgə evdə yemək bişirərdilər,
o dərəcədə ağıllı
idi balam. Raufu hər kəs çox sevirdi, çox yaxın dostları İlham, Ramil, Səbuhi idi. Oğlum əvvəl bp-də
çalışırdı, Daşkəsəndə "Azər
Gold"da bir müddət rəis işlədi. Müharibə başlayan vaxtı heç birimizin xəbəri olmadan könüllü yazılaraq
döyüşlərə qatılıb.
Oğlum
Füzuli, Xocavənd,
Cəbrayıl istiqmətində
döyüşüb. Rütbəcə baş leytenant idi. Döyüşdə tağım komandiri
olub. Füzuliyə gedərkən Xüsusi
təyinatlılarda döyüşüb.
Həmişə deyirdi, bircə
dua edin, hər şey yaxşı olacaq. Dedi ki, 45 əsgərim
şəhid olub. Mən onda ağladım. Dedi ki, ana, ağlama,
qürurlu ol, çoxlu dua et.
Birinci Gəncədən
yığılıb getmişdilər. Rauf deyib
ki, mən döyüş bölgəsinə
gedirəm. Deyiblər sənin
3 övladın var. Ancaq
israr edib. Deyirdi döyüşdəyik, avtobusun
işıqların yandırsaq,
bizi vurarlar. Səhər açılıb Füzuliyə
giriblər. Birinci Alxanlıda
Zəhra balamız şəhid olduğu kənddən Qaraxanbəyli,
Seyidəhmədli daha
sonra Mərdinli istiqmətində döyüşüb.
Deyirdi ki, neytralda 3 əsgərimiz qalıb, yaralıdırlar, gedib onları götürəcəyik.
Xocavəndin Mərdinli kəndinə
yol açılanda postda snayperlə vurublar oğlumu.
Füzulidən bacım oğluna deyiblər ki, Rauf şəhid olub, inamayıb. Böyük qardaşı
Vüqar gedib Füzulidəki hərbi hissəyə. Oğlum 26 oktyabrda
şəhid olub, 27 oktyabr axşam saatlarında nəşini
gətirdilər.
Allah şəhidlərimizə
rəhmət eləsin,
qazilərimizə cansağlığı
versin! Şəhid ailələrinə Allah səbr versin. 30 illik işğal
altinda olan torpaqlarımızı 44 günə
aldılar. İstər
siyasi cəhətdən,
istərsə mənəvi
cəhətdən millət
öz lideri Prezident İlham Əliyevin yanında oldu Var olsun
müstəqil Azərbaycan!
Ailəmizin şəxsi vəsaiti hesabına və İnsan hüquqları müdafiə komitəsinin
dəstəyi ilə kiçik bağ memorial kompleksi inşa etmişik. Ailəmizin ən böyük arzsudur ki, balamın
adına orta məktəblərdən
biri verilsin. Onun uşaqlıq arzusu idi ki, Daşkəsənin
Xaçbulaq kəndindəki
fərdi evində məscid tikdirsin".
Azərbaycan Ordusunun baş leytenantı olan Rauf Əsgərov 2020-ci il sentyabrın
27-də Azərbaycan Silahlı
Qüvvələri tərəfindən
Ermənistan işğalı
altında olan ərazilərin azad edilməsi üçün
başlanan Vətən
müharibəsi zamanı
Füzulinin azadlığı
uğrunda gedən döyüşlərdə savaşıb.
Rauf Əsgərov oktyabrın
26-da Füzuli döyüşləri
zamanı əsgərini
neytral zonadan təxliyə edən zaman şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında
dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən
Rauf Əsgərov ölümündən sonra
"Vətən uğrunda",
"Döyüşdə fərqlənməyə
görə", “Füzulinin
azad olunmasına görə” medalları və “3-cü dərəcəli
Orden” ilə ilə təltif edilib.
Ruhun şad
olsun, şəhid qardaşım!
Aydın
Tağıyev
Müstəqil araşdırmaçı jurnalist
mr-aydin@mail.ru
Hərbi And.- 2023.- 21 aprel.-
S.16.