Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin apreli

 

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

 

7 aprel. Prezident Heydər Əliyev Azərbaycana səfər etmiş Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşdü.

 

8 aprel. Türkdilli ölkələrin dövlət başçılarının Bakıda keçirilən VI Zirvə görüşündə nitq söylədi.

 

9 aprel. “Kitabi-Dədə Qorquddastanının 1300 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış etdi.

 

Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə birgə Bakı Türk şəhidliyinin xatirə abidəsinin açılış mərasimində iştirak etdi.

 

Kitabi-Dədə Qorquddastanının 1300 illik yubileyi şərəfinəGülüstansarayında rəsmi qəbulda nitq söylədi.

 

13 aprel. Bakı Beynəlxalq Hava Limanı Kompleksinin işinin yaxşılaşdırılmasına həsr olunmuş müşavirədə çıxış etdi.

 

14 aprel. “Kitabi-Dədə Qorquddastanının 1300 illik yubiley üzrə Dövlət Komissiyasının yekun iclasında iştirak etdi.

 

24 aprel. Türk dünyasının görkəmli oğlu, Azərbaycan xalqının böyük dostu İhsan Doğramacının 85 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqi söylədi.

 

28 aprel. Akademik Zərifə Əliyeva adına istirahət parkının açılışında çıxış etdi.

 

Nəsimi rayonundakı ikinci mikrorayonun ərazisində salınmış istirahət parkı ilə tanış oldu.

 

2000-ci il aprelin 8-də Bakıda Türkdilli ölkələrin dövlət başçılarının VI Zirvə görüşü keçirildi. Türk dövlətlərinin birliyinə mühüm əhəmiyyət verən Ümummilli Lider tədbirdəki çıxışında bu görüşü əlamətdar hadisə kimi qiymətləndirdi. Bildirdi ki, sarsılmaz tarixi tellərlə bağlılığımızla bərabər, məqsəd vəzifələrimizin, həll etdiyimiz problemlərin oxşarlığı ölkələrimizi xalqlarımızı birləşdirən güclü amildir. Ankarada keçirilən birinci görüşdən sonrakı dövr ərzində türkdilli dövlətlər arasındakı əlaqələrə toxunan Heydər Əliyev dedi: “Türkdilli dövlətlərin ikitərəfli münasibətləri daha da inkişaf etmiş, aramızda yüksək səviyyəli çoxlu səfərlər, beynəlxalq məclislərdə görüşlər danışıqlar olmuşdur. Bu görüşlər danışıqlar zamanı elə mühüm dövlətlərarası sazişlər imzalanmışdır ki, onların həyata keçirilməsi dövlətlərimizin müstəqilliyinin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə kömək edəcəkdir”.

 

Heydər Əliyev Azərbaycan ədəbiyyatı mədəniyyətinin parlaq nümunələrinin təbliği dünyada tanıdılması istiqamətində davamlı addımlar atırdı. “Kitabi-Dədə Qorquddastanının 1300 illik yubileyinin geniş qeyd olunması buna əyani sübutdur. Aprelin 9-da Respublika Sarayında təntənəli yubiley mərasimi oldu. Elə həmin gün Türkdilli dövlətlərin başçılarının digər qonaqların iştirakı iləKitabi-Dədə Qorquddastanının əlamətdar yubileyi şərəfinəGülüstansarayında rəsmi qəbul təşkil olundu. Aprelin 14-də isəKitabi-Dədə Qorquddastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının yekun iclası keçirildi. Ulu Öndər tədbirlərdəki çıxışlarında bu yubileyi bütün Türk dünyası, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan tarixi hadisə kimi dəyərləndirdi.

 

Aprelin 9-da Prezident Heydər Əliyevin Türkiyə Prezidenti Süleyman Dəmirəlin iştirakı ilə Bakıda Türk şəhidliyinin xatirə abidəsinin açılışı oldu. Tədbirdə nitq söyləyən Ulu Öndər XX əsrdə Azərbaycan xalqının düçar olduğu faciələrdən danışdı, ağır günlərimizdə Türkiyənin göstərdiyi qardaşlıq köməyini xatırlatdı.

 

Sitat: “Rusiya imperiyası dağıldıqdan sonra Azərbaycan böyük təhlükə faciələr qarşısında olubdur. Ermənilər XX əsrdə Azərbaycan xalqına qarşı bir neçə dəfə soyqırımlar həyata keçiriblər. Onlardan ən dəhşətlisi 1918-ci il mart ayının 31-də Bakıda keçirilən soyqırımıdır. Təkcə Bakıda yox, Azərbaycanın bütün bölgələrində belə soyqırımlar keçirilmişdir. Minlərlə, on minlərlə günahsız azərbaycanlılar qətlə yetirilmişlər. Bəli, o zaman Azərbaycan, Bakı bir çox ölkələrin maraq dairəsinə çevrilmişdi. Burada, azərbaycanlıların qədim torpağında yadellilər hökm sürmək istəyirdilər, Azərbaycanı, Bakını öz əllərinə keçirmək istəyirdilər. O vaxt döyüşlərdə bizə yardım etməyə gələn türk ordusunun cəngavər, qəhrəman oğulları olmuşdur. Mənim əziz dostum, qardaşım Süleyman Dəmirələ dəfələrlə demişəm ki, Nuru Paşanı, Xəlil Paşanı Bakıda indiyə qədər hamı xatırlayır. Vaxt keçib, zaman keçib, sovet hakimiyyəti illərində bu tarix tamamilə pozulub, qaralanıb, bu tarixi öyrənməyə insanların imkanları olmayıb. Ancaq o adlar, həmin adların arxasında olan qəhrəman türk əsgərləri xalqımızın qəlbində yaşayıbdır”.

 

Prezident Heydər Əliyev çıxışında onu da vurğuladı ki, “Dədə Qorqudeposunun 1300 illik yubileyini bir yerdə bayram etdik, türk ölkələrinin birliyini dünyaya bir daha nümayiş etdirdik. Bu gün bu şəhidləri yad edirik, onların xatirəsi qarşısında baş əyirik.

 

Aprelin 28-də Bakının Binəqədi rayonu ərazisində akademik Zərifə Əliyeva adına istirahət parkının açılışı baş tutdu. Ulu Öndər həmin tədbirdə çıxış edərək bildirdi ki, son illərdə iqtisadiyyat sahəsində görülən işlər, ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunması, vətəndaşların rahat, sakitlik şəraitində yaşaması quruculuq prosesinə şərait yaradıb..

 

Xronologiyadan göründüyü kimi, 2000-ci ilin aprel ayı Türkdilli ölkələrin dövlət başçılarının VI Zirvə görüşü Kitabi-Dədə Qorquddastanının 1300 illiyinin qeyd edilməsi ilə əlamətdar oldu. Ulu Öndərin yubiley mərasimindəki çıxışından bəzi məqamlara nəzər salaq.

 

Hərbi And.- 2023.- 14 iyul. S. 8-9.