Xalq artisti Soltan Dadaşov  

 

 

Bu gün Azərbaycan rejissoru, Xalq artisti Soltan Dadaşovun doğum günüdür.

AZƏRTAC xəbər verir ki, anadan olmasından 117 il ötən Soltan Dadaşov Azərbaycan sənət tarixində öz yeri olan sənətkarlardandır.

Soltan Dadaşov 1906-cı il mayın 27-də Bakıda doğulub. Kiçik yaşlarında ruhani təhsili alıb. Fərasət diribaşlığına, oxumağa həvəsli olmasına görə atası onu türk-rus məktəbinə verib. Qabaqcıl şagird kimi müəllimlərin sevimlisi olan yeniyetmə Soltan buradan da Realnı məktəbə keçib. Erkən gənclik illərindən klassik şairlərdən Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, Seyid Əzim Şirvaninin, Qasım bəy Zakirin ədəbi irsini dərindən mənimsəmişdi. Bəlağətli əruzun əlvan mürəkkəb vəznlərini dərindən bilən qiraət xiridarı kimi tamaşaçı-dinləyicilərin rəğbətini qazanmışdı. Düşüncə tərzinə, idrak təfəkkürünə görə həmyaşıdlarından irəli gedən Soltan Dadaşov məktəbdə dram dərnəyi yaratmışdı. O, şagird dostları ilə Mirzə Fətəli Axundzadənin komediyalarından, Nəcəf bəy Vəzirovun məsxərələrindən, Haşım bəy Vəzirovun məzhəkə vodevillərindən parçalar seçib tamaşalar hazırlayırdı. Özü bu səhnələrdə həvəskar aktyor kimi çıxış edirdi.

1920-1921-ci illərdə Soltan Dadaşov Bakıdakı Mərkəzi fəhlə klubunun dram dərnəyinin fəallarından olub. Sovet hökumətinin təşkil etdiyi təbliğat təşviqat briqadalarının fəal üzvü kimi Azərbaycanın rayonlarında aktyor, müğənni kimi çıxışlar edib. 1923-cü ildə milli səhnə mədəniyyətimizi peşəkar ixtisaslı kadrlarla təmin etmək məqsədilə Bakı Teatr Məktəbi (Texnikumu) açılıb. Soltan Dadaşov həmin məktəbin ilk məzunlarından olub 1924-cü ildə həmçinin Milli Dram Teatrının yardım heyətində aktyorluq edib. Texnikumda oxuduğu illərdə teatrın səhnəsində tamaşaya qoyulmuş bir sıra əsərlərdə epizod rollar oynayıb. Fərasətli tələbə olduğuna, Bakı Teatr Məktəbini əla qiymətlərlə bitirdiyinə, rus dilində sərbəst danışdığına, həssas musiqi duyumuna, Milli Dram Teatrının səhnəsindəki sərbəst yaradıcılıq cəhdlərinə görə ən əsası, sənət müəllimi Aleksandr Tuqanovun zəmanəti ilə Azərbaycan Respublikasının Xalq Maarif komissarlığı (XMK) 1927-ci ildə Soltan Dadaşovu Moskvada təhsilini davam etdirməyə göndərib. Mərkəzi Teatr Texnikumunda dörd il təhsil alan Soltan Dadaşov 1931-ci ildə Bakıya musiqili teatr rejissoru ixtisası ilə qayıdıb. O, Moskvada Aleksey Popov, Boris Zaxava, Andrey Petrovski, Boris Suşkeviç kimi məşhur pedaqoqlardan sənət ixtisası dərsi almış, rejissuranın estetik fəlsəfi əsaslarına bacarıqla yiyələnmişdi.

Təhsilini bitirib təyinatla Azərbaycan Xalq Maarif komissarlığının sərəncamına göndərilən Soltan Dadaşov opera teatrına quruluşçu rejissor təyin olunub. O, opera teatrında çalışan ilk peşəkar təhsil almış rejissor idi buna görə elə ilk işindən onun quruluşları əzəmətli vüsətinə, zəngin koloritinə tamaşaların səhnə həllinin bəstəkarların partiturası ilə uyğun gəlməsinə görə seçilirdi. S.Dadaşov milli muğam operalarımızı monumental səpkidə hazırlamağa cəhd göstərən bu sahədə dəyərli nailiyyətlər qazanan, bu günədək davam edən ənənənin təməlini qoyan cəsarətli, yaradıcı novator rejissor idi. Hansısa klassik operanın əsas partiyalarını azərbaycanca oxuyan vokal ustalarını təkidlə aktyorluq sənətinin incəliklərinə yiyələnməyə, obrazın psixoloji-estetik, sosial-fəlsəfi mahiyyətini ifadəli cizgilərlə tamaşaçılara çatdırmağa təhrik edən ilk milli opera rejissoru da məhz S.Dadaşov olub. O, Opera Balet Teatrında otuz səkkiz illik rejissorluğu dövründə Üzeyir bəy Hacıbəyovun “O olmasın, bu olsun” (“Məşədi Ibad”), “Arşın mal alan”, “Leyli Məcnun” (bir neçə quruluşda), “Cəbhə vətən”, “Əsli Kərəm”, Müslüm MaqomayevinNərgiz”, “Şah Ismayıl” (bir neçə quruluşda), Zülfüqar bəy HacıbəyovunAşıq Qərib” (iki quruluşda), Cüzeppe VerdininRiqoletto”, “Traviata”, Soltan HacıbəyovunGülşən” (balet), Ibrahimov MəmmədovunTülkü Alabaş”, Rujero LeonkovallonunMəzhəkəçilərəsərlərinin quruluşçu rejissoru olmuşdur.

Aşqabad Dövlət Azərbaycan Teatrı “Dram Opera Teatrıadı ilə fəaliyyət göstərdiyi vaxtlarda Soltan Dadaşov həmin kollektivdə tamaşa hazırlamağa dəvət edilib. Rejissor 1937-ci ilin dekabrında Aşqabad teatrında Müslüm MaqomayevinŞah Ismayıloperasının məşqlərinə başlamışdır. Operanın premyerası 1938-ci il yanvarın 16-da göstərilərək, təntənəli keçən tamaşa sənət ocağının yaradıcılığında hadisə kimi qiymətləndirilmişdir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı Incəsənəti Dekadasında (ongünlüyündə) “Arşın mal alanoperettasının böyük uğurundan sonra Bakıda müstəqil Musiqili Komediya Teatrı yaratmaq barədə dövlətin qərarı oldu. Teatrın ilk işi kimi Zülfüqar bəy HacıbəyovunEvliykən subayoperettası seçildi. Operettanın rejissorluğu Soltan Dadaşova tapşırıldı əsərin ilk tamaşası 1938-ci il mayın 30-da “Rote Fane” parkının (IndikiNizamiparki) möhtəşəm yay salonunda göstərildi. Soltan Dadaşov 1941-ci il mayın 21-də Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında monumental, etno-mədəni xalq mərasim oyun-tamaşasını tamaşaçılara təqdim etdi. Filarmoniyada göstərilən bu tamaşa milli musiqi folkloru xəzinəmizin poetik vüsətini, etnogenezislə bağlı estetikpsixoloji məziyyətlərini böyük ustalıqla səhnədə təcəssüm etdirə bilmişdi. 1945-ci ildə Bakıda ilk dəfə dövlət səviyyəsində Azərbaycan sirki təşkil olunanda rejissorluq işi Soltan Dadaşova tapşırıldı. Onun rejissorluğunda proqramlara millizorxana”, “qaravəlli”, “hoqqaoyun estetikalarının prinsip formalarını cəsarətlə gətirməsi ilə sirk kollektivi Moskvada, Peterburqda, Minskdə, Riqada, Vilnüsdə, Tallində çıxışlar edib. 1967-ci ildə Soltan Dadaşov sirk proqramında milli folklorumuzun bütün estetik gözəlliklərini, etno-mədəni tariximizin oyun-tamaşa səciyyələrini təcəssüm etdirən xüsusiNovruzproqramı hazırlayıb.

Opera Balet Teatrında işləyən Soltan Dadaşov 1949-cu ildə bağlanmış Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyorlarını, əsasən Filarmoniyanın estradasında çalışan sənətçilərini bir yerə cəm edib. 1954-cü ildə dövlət sözü yazılmadan Azərbaycan Musiqili Komediya Teatrı kimi truppanın fəaliyyətinə nail olub. “Arşın mal alan”, “Məşədi Ibad”, dramaturq Məhərrəm Əlizadənin bəstəkar Ağası Məşədibəyovun “Toy kimindir?”, dramaturq Süleyman Rüstəmin bəstəkar Səid RüstəmovunDurnaoperettalarını burada tamaşaya hazırlayıb. Məhz bu kollektivin güclü bazasında truppa 1956-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kimi fəaliyyətə başlayıb bu günədək yaradıcılığını davam etdirməkdədir. S.Dadaşovun rejissor üslubunun novatorluq xüsusiyyətləri, məzmun forma həllində milli xalq oyunlarından bəhrələnmə cəhdləri Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin diqqətini cəlb etmişdi. Iyirmi yaşına çatanda sənətkar kimi qəbul olunan Soltan Dadaşovun rejissorluğu ilə 1933-1936-cı illər ərzində GTT- Qriqori KornellininQaçaq Səməd”, Zəfər Nemətovla Əli HəsənovunQaralar Ölkəsində”, Əli Həsənovla Əliməmməd AtayevinSürət”, “Çelyuskinçilər”, Mirmehdi SeyidzadəninNərgizəsərləri tamaşaya qoyulmuşdur. Onun rejissorluğu ilə Dağıstan Muxtar Respublikasındakı Süleyman Stalski adına Ləzgi Dövlət Dram Teatrında M.Xurişlova ilə M.ÇistyakovanınŞahid Sulak” (1960) pyesi tamaşaya hazırlanıb. Soltan Dadaşovun yazdığı, Mirzə Ələkbər Sabirin yaradıcılığının bədii məziyyətlərini, kəskin satirasının ictimai mahiyyətini təcəssüm etdirənKeçmişin məişət səhnələrilibrettosuna Vasif Adıgözəlov musiqili komediya bəstələyib. Həmin əsər 1962-ci ildə rejissor Əliheydər Ələkbərovun quruluşunda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulub.

1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olan S.Dadaşov uzun illər Azərbaycan Dövlət Teatr Institutunda aktyor rejissor sənətindən dərs deyib. Milli opera teatrı tarixini, onun görkəmli sənətkarlarının yaradıcılıq yolunu dərindən bilən S.DadaşovMirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera Balet Teatrıkitabının, xalq artisti Hüseynağa Hacıbababəyov barədə monoqrafiyanın müəllifidir. Eyni zamanda Azərbaycan estradasında rejissorluq etmiş, Azərbaycan Dövlət Filarmoniyasının Mahnı Rəqs Ansamblı üçün rəngarəng proqram kompozisiyaları hazırlamışdır. Azərbaycan musiqili teatrının inkişafında xidmətlərinə rejissorluq sənətində qazandığı ciddi nailiyyətlərə görə Soltan Dadaşov 1940-cı il aprelin 23-də Azərbaycan SSR Əməkdar incəsənət xadimi 1958-ci il aprelin 26-da Xalq artisti fəxri adları ilə təltif olunub.

Sənətkar 1969-cu il sentyabrın 7-də Bakıda vəfat edib.

 

Hərbi And.- 2023.- 2 iyun.- S.12.