Suqovuşan döyüşlərinin şəhidi
mayor Novruz Əsgərov
Bu gün haqqında
söz açacağım
qəhrəmanımız Ağdam
rayonundan olan Vətən müharibəsi
şəhidi mayor Novruz
Ələddin oğlu
Əsgərovdur.
Novruz Əsgərov 1980-cı il dekabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində
anadan olub. 1986-ci ildə Ağdam Quzanlı kənd tam orta məktəbinin
I sinfinə daxil olub və 1997-ci ildə həmin məktəbin XI sinfini bitirib. 1997-ci ildə
Bakı Ali Birləşmiş
Komandanlıq Məktəbinə
daxil olub və 2001-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirib. Sonralar hərbi təhsilini Türkiyə Respublikasında
davam etdirib.
Hərbi
xidməti Azərbaycan
Ordusunun mayoru olan Novruz Əsgərov
2020-ci il sentyabrın 27-də Azərbaycan
Silahlı Qüvvələri
tərəfindən Ermənistan
işğalı altında
olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunması üçün başlanan
Vətən müharibəsi
döyüşlərində iştirak edib.
Şəhid Novruz Ələddin oğlu Əsgərov ailəli idi, onun iki övladı
yadigar qaldı. Böyük övladı
Toğrul 4-cü sinifdə,
balaca övladı
Raul isə 2-ci sinifdə
oxuyur.
Şəhidin böyük qardaşı
Quliyev Qədir bəy deyir ki, qardaşım Novruz Heydər Əliyev adına
Akademiyanı bitirib. Şəhid olanda qardaşım Mayor rütbəsi daşıyırdı.
O, çox savadlı idi, kitabı bircə dəfə oxuyardı. Çox səbirli, sakit
övlad idi. Ailənin ən sevimlisi olub, o vaxtlar valideynlərim “Disko parça”dan aparıb onun istəyinə uyğun kostyum tikdirmişdilər.
Bibimgil təsərrüfatla
məşğul idilər. Bir gün
bibim onu araxasına şəlləmişdi,
qardaşım onda balaca idi. Dedim mənim qardaşım yoxdur, onu mənə qardaş ver. Elə həmin gündən Novruzu mənə verdi. Uşaq vaxtı
süd qazanına düşüb yanmışdı.
Onu uzun müddət müalicə etdirdik.
Sonra anam dedi onu aparaq
anasına verək, birdən uşağa yenə nəsə olar. Apardıq verdik. Gecə idi,
gördük qapı döyülür, bibimgil gətirdi ki bu ağlayıb özünü öldürür
ki, ana- atamı istəyirəm, onlara istəyirəm.
O gündən qaldı
bizdə.
Qardaşım 2016-ci ildə Aprel döyüşlərində də
iştirak edib. 2020-ci il sentyabr döyüşlərində Suqovuşan
Həsənqaya istiqmətində
döyüşüb. Uzun illər
kəşfiyyatda olub.
O, çox səbrli di. Ona əsəbləşəndə
həmişə çevrilib
gülmsəyərək, başını
aşağı salardı.
Akademiyaya gedəndə onlara türklər dərs keçirdi. Döyüşərkən Milli Qəhrəman
Anar Əliyev Hadrut istiqmətində şəhid olub, döyüş yoldaşı,
ən yaxın dostu olub qardaşımın.
2020-ci il 27 sentyabrda
telefonla danışmışdıq.
Soruşdum ki, bu səs-küy nədi, mənə dedi, fikir vermə.
28-i mən ona
4 dəfə zəng etdim, amma telefonu
açmadı. 28-i səhər tezdən ona votsapda yazdım.
Cavabladı ki, narahat olma, hər
şey yaxşıdır.Hardasa
səhər saat 11-ə
işləyirdi icra nümayəndəsi mənə
zəng edib dedi ki, get hazırlıq gör, Novruz şəhid olub. Günorta 1-ə
işləmiş qardaşımın
nəşi gəldi.
Ağdam
Şəhidlər xiyabanında
dəfn etdik.
Allah bütün şəhidlərimizə
rəhmət eləsin!
Onların igidliyi sayəsində biz bu torpaqlarda azad, rahat yaşayırıq!
Şəhid qardaşımın adına orta məktəbdə sinif otağı var”.
Azərbaycan Ordusunun mayoru olan Novruz Əsgərov
2020-ci il sentyabrın 27-də Azərbaycan
Silahlı Qüvvələri
tərəfindən Ermənistan
işğalı altında
olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunması üçün başlanan
Vətən müharibəsi
zamanı Suqovuşanın
azadlığı uğrunda
gedən döyüşlərdə
savaşıb. Novruz Əsgərov
sentyabrın 27-də Suqovuşan
döyüşləri zamanı
şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən
Novruz Əsgərov ölümündən sonra
“Vətən uğrunda”
və “Hərbi xidmətlərə” görə
medalları ilə təltif edilib.
Ruhun şad olsun, şəhid qardaşım!
Hərbi And.-2023.- 17 mart.- S.13.