Şəhid anası: "Murad həmişə deyirdi, mən polis olacağam!"
Bu gün haqqında
söz açacağım
qəhrəmanımız Vətən
müharibəsi şəhidi
Murad Asəf oğlu Həbibovdur.
Murad Həbibov 15 may 2001-ci ildə
Quba şəhərində
anadan olub. 2008-ci ildə Quba
şəhər 6 saylı
tam orta məktəbin
1-ci sinfinə qəbul
olub və həmin məktəbi
2019-cu ildə bitirib.
Elə həmin ilin iyul ayında hərbi xidmətə çağırılmış və Azərbaycan Ordusu sıralarına qatılıb. Hərbi xidmətini
Goranboy rayonunda başlayıb və hərbi təlimləri bitirdikdən sonra xidmətini davam etdirmək üçün
Tərtər rayonuna göndərilib. Murad Həbibov
hərbi xidmətdə
olarkən komandirləri
və döyüş
yoldaşları tərəfindən
cəsur bir minaatan kimi tanınıb.
O, hərbi xidmətini
düşmənlə üzbəüz
postlarda aparıb.
Şəhidin anası Həbibova Aiman xanım deyir ki, ailədə
üç övladmız
vardı. İki qiz, bir oğlan:
"Böyük övladımız
Aynur, ikinci qızımız Sevinc
və şəhid balam Murad. O, orta məktəbdə çox yaxşı oxuyurdu, həmişə deyirdi, mən polis olacağam. Çox sakit uşaq
idi. Müəllimlər həmişə mənə təşəkkür
edərdi. Qonşular onu
çox istəyərdi.
Çox dinləyər,
az danışardı.
Deyirdik, səni
evləndirək, cavabında
həmişə deyirdi,
mən evlənməyəcəyəm. Son zamanlar elə bil ürəyinə dammışdı ki, ona nəsə olacaq. Çox həssas, fikirli
gəzirdi. Soruşanda da
nə olub? Cavab verməzdi…"
Şəhidin atası Həbibov
Asəf bəy deyir ki, oğlum
Tərtər, Ağdərə,
Suqovuşan istqamətlərində
döyüşüb:
"Muradın adına
küçə, abidə
bulaq kompleksi və barelyef var. Bulaq abidə kompleksi ailəmizin şəxsi vəsaiti əsasında tikilib.
Allah hamıya, bütün şəhid ailələri,
ana- atalara səbr versin! Bundan ağır dərd ola
bilməz, ölənə
kimi bu yara
mənlədir, bizimlədir.
Ürəyimdə stendlə gəzirəm,
balamla görüşmək
ümidi ilə yaşayıram. Biz onunla fəxr edirik!"
27 sentyabr 2020-ci ildə
torpaqlarımızın azadlığı
uğrunda başlayan mübarizəyə ilk qoşulanlardan
biri olmuşdur. Belə ki,
düşmənin Tərtər
rayonu istiqamətində
başladığı təxribatçı
hücumlarının qarşısını
kəsənlər Murad
və onun döyüş yoldaşları
olub. Düşmənin
hücumlarının qarşısını
alan əsgərlərimiz
əks-hücuma keçərək
düşmənə ağır
itkilər verib. Murad Həbibov 2020-ci ilin 3 oktyabrında Ağdərə
uğrunda gedən döyüşlərdə qəhrəmancasına
şəhid olub.
5 oktyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında
dəfn olunub. 2021-ci ilin yanvar
ayında Quba şəhərində küçələrin
birinə şəhid
Həbibov Muradın adı verilib.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılaraq
hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası
zamanı vəzifə
borcunu şərəflə
yerinə yetirdiyinə
görə
Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin Sərəncamlarıına əsasən,
Murad Asəf oğlu Həbibov “Vətən uğurunda” , "Laçının
azad olunmasına görə",
"Suqovşanın azad
olunması” medalları
və “Üçüncü
dərəcəli Vətənə
xidmətə” görə
ordeni ilə təltif olunub.
Ruhun şad olsun, şəhid qardaşım!
Aydın
Tağıyev
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü, müstəqil
araşdırmaçı jurnalist
mr-aydin@mail.ru
Hərbi And.- 2023.- 31 mart.- S.13.