"Həmişə deyirdi
ki, şəhid oğlunla
fəxr edəcəksən!" - Şəhid anası
Qəhrəmanlıq səlnaməmizin daha bir qəhrəmanı Allahyarov Şahin Hüseynbala oğlunun evində olub, ailəsi ilə birlikdə onun əziz xatirəsini yad etdik.
Baş gizir Allahyarov Şahin Hüseynbala oğlu 29 yanvar 1993-cü ildə Hacıqabul rayonunda anadan olub. 1999-2010-cu illərdə
Quba rayonu Zizik kənd Əliyar Rüstəmov adına tam orta
məktəbdə təhsil
alıb. 2011-2012-cü illərdə müddətli
həqiqi hərbi xidmətdə olub. Ailəli idi. 2 övladı
var. Vəsiyyət etdiyi
kimi, ölümündən
sonra dünyaya gələn oğluna Şahin adı qoyulub.
2016-cı ildən Dövlət
Sərhəd Xidməti
sıralarına qəbul
edilib. Zaqatala sərhəd dəstəsində
müxtəlif vəzifələrdə
xidmət etdiyi dövrdə özünü
bacarıqlı hərbiçi
kimi göstərib.
2019-cu ildən Sərhəd Qoşunlarının
Qazax əlahiddə sərhəd diviziyasında
kəşfiyyatçı vəzifəsində
xidmət edib.
Şəhidin anası Allahyarova
Nərgiz xanım deyir ki, 2022-ci il oktyabrın
26-da həyat yoldaşı
balasının dərdinə
dözməyib, rəhmətə
getdi:
"Ailəmizdə dörd
övladım var, sonbeşiyim şəhid balam Şahin idi. Onun da iki övladı var, özündən sonra yadigar qaldı. Şəhid balamın böyük qızı Oksana 2018-il də
14 oktyabrda anadan olub. Həmin vaxtı ailəsi
ilə Qazaxda yaşayırdı. Deyirdi,
ana, bir gün
də olsa sən gəl, mən gəldiyin günü evə gələcəyəm. Şahinin
oğlu isə 2020-ci il dekabrın
28-də anadan olub. Özünün vəsiyyəti ilə
oğluna öz adını qoyduq.
Şahinin şəhid xəbəri gələndə axşam
saat on idi. Rəhmətlik
atası dedi, mən işə gedirəm televizoru söndür yat. Dedim, yox, yatmıram
gizirləri göstərirlər.
Bəlkə Şahin də
ordadır. Yuxuda gördüm
balam qırmzı tünd kostyum geyinib, tez-tez sağ ayağına baxır, bir də mənə. Nə irəli gəlir, nə geri gedir, bir-birimizə
baxırıq, nə mən ondan soruşdum hara gedirsən, nə də o mənə dedi. Ayılanda gördüm bütün
millət yığışıb
bizim məhəlləyə,
qardaşım da gəlib. Soruşdum nə olub?
Dedi balam şəhid olub... Dedim, yox, ola bilməz mənim balam ölməz! Həmişə
deyirdi ki, sən fəxr edəcəksən ki, sənin şəhid oğlun var. Arzusuna çatdı balam... (Red. ağlayır)
Çox rəhimli, o qədər xoş xasiyyətli, mülayim, gözəl insan idi. Deyirdi ki,
ana, mən tarix yazacağam. Balam qanı ilə tarixi yazdı. Düşmənin qabağından qaçmadılar.
Balam ürəyindən vuruldu,
qəlpə yarasından
şəhid oldu.
Bu, çox acıdır,
ancaq mən fəxr edirəm. Anasının adını şəhid
anası, atasının
adını şəhid
atası etdi.
Ən böyük
arzusu məni müqəddəs Məkkəyə
aparmaq idi. Heç istəmirəm
gecələr gəlsin.
Gecələr hədsiz dərəcədə
ağır olur mənə. Eləcə deyirəm,
atam, yolunu nə yaman yaxın
elədin?! Mən
gəlib çata bilmədim Qazaxa, ancaq sən indi burdasan, evimizin yanındakı qəbiristanlıqdasan, hər
gün gəlirəm...
Biz analar üçün
təsəlli övladlarını
unutmayan, unutdurmayanlardı. Var olsun bütün cavanlar! Kimisi kitab yazır, kimisi mahnı bəstələyir, kimisi
şeir deyir, kimisi
film çəkir, var
olsun o adları yaşadanlara!
Bizim yeganə bir adımız, amalımız var, fərqi yoxdur, hansı rayondanıq. Allah Prezidentmizdən razı olsun! Hər bir şəhidimizi layiqincə qiymətləndirdi. O gün televizorda göstərdilər ki, ailələri Zəngilana qaytarırlar. Ağladım ki, o torpaqlardan birini də mənim oğlum döyüşərək qazanmışdı.
Şəhid balamın adına Quba rayonunda küçə verilib, Şahmat məktəbinə adı verilib, öz kəndimizdə abidə bulaq kompleksi tikilib, Şamaxıda yerləşən məktəblərdə adına sinif otaqları verilib".
Azərbaycan Ordusu Sərhəd Qoşunlarının baş giziri olan Şahin Allahyarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbhənin Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, Hadrut qəsəbəsinin azad olunmasında fərqlənib. Oktyabr ayının 20-də baş gizir Allahyarov Şahin döyüşçü yoldaşları ilə birlikdə düşmən arxasına sızıb, Zoğalbulaq, Azıx, Böyük Tağlar, Tuğ, Ağdam, Düdükcü kəndlərinin düşməndən azad edilməsi, azad olunmuş yaşayış məntəqələrinin və ətraf ərazilərin düşməndən təmizlənməsində rəşadət göstərib. Şahin Allahyarov noyabrın 1-də Şuşa döyüşləri zamanı şəhid olub. Quba rayonunun Zizik kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Allahyarov Şahin Hüseynbala oğlu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" və “Cəsur döyçü” medalları ilə təltif olunub.
Ruhun şad
olsun, şəhi qardaşım!
Aydın
Tağıyev
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, müstəqil
araşdırmaçı jurnalist
mr-aydin@mail.ru
Hərbi And.- 2023.- 31 mart.- S.13.