Qəhər ananı boğur otağa bir sükut  çökür

 

 

Biz hər zaman vətənimizi ana adlandırırıq, ona ana vətən deyirik. Ailədə vətən sevgisi mütləqdir. Biz 44 günlük vətən müharibəsində vətənpərvər ailədə böyümüş igidlərin düşmənə necə qan uddurduğunun şahidi olduq. Bir dəfə cəzalandırdığınız düşmənlə təmasdayıq və o xislətindən əl çəkmir. Vətənimizi yönələbiləcək hər bir təxribata qarşı təbii ki, qorumalıyıq.

Evimizi qorumaq üçün onu hasara alırıq, ancaq torpağımızı qorumaq üçün hərbi xidmətə gedib düşmən qarşısında canlı sədd çəkməliyik. Vətəni qorumasaq, heç ailəmiz də olmaz. Nahaq yerə "Oğul düşmən çəpəridir" deyilməyib.

İnsan vətənpərvər doğulmur, yetişdirilir. Körpə dünyaya gələndən sonra onu aparıb Amerikada, Avropada böyütsək və xəbəri olmasa ki azərbaycanlıdır, sabah Azərbaycanda müharibə olsa, o gələrmi? Bəs onda necə olur ki, vətənpərvərlik insanın qanında olur? Ona görə vətənpərvərlik qan işi deyil. Vətənpərvərlik ailə, məktəb, cəmiyyət işidir.

Sizə tanıdacağımız Vəliyevlər ailəsi də belə ailələrdən biridir. O ailəki vətəninə 4 nümunəvi oğul böyüdübdür. Səməd bəylə Xurşud xanım Naxçıvanın Şərur rayon Vərməziyar kəndində yaşayırlar. Onlar İlkin, İbrahim, Ümid və Vurğun adlı oğullarını elə tərbiyə ediblər ki, bu ailəni tanıyan hər kəs onlara heyranlıqla yanaşır.

Fərdi təsərrüfatçı olan Səməd bəylə ev xanımı Xurşud xanım övladlarını gözəl tərbiyyə etməklə yanaşı, onların vətənpərvər və savadlı bir gənc kimi yetişməsi üçün sözün əsil mənasında həyatın hər cəfasına qatlaşıblar. Zəhmətləri də öz bəhrəsini verib.

Ailəni Novruz bayramının qeyd edildiyi günlərdə ziyarət etdik. Onlarla səmimi söhbətimiz oldu.

Evin böyük oğlu Vəlyev İlkin 1996- cı ildə anadan olub. Azərbaycan Aqrar Universitetini bitirib. Hazırda Şərur rayon İcra Hakimiyəti başçısının Vərməziyar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin müavini vəzifəsində çalışır. İkinci oğul Vəlizadə İbrahim 1998- ci ildə anadan olub. Orta məktbdə təhsil aldığı dövrdə şəkili daim Şərəf lövhəsində olan İbrahim hərb sənətini seçib və hərbi liseyə qəbul üçün verdiyi imtahanda ən yüksək balı toplayan şagirdlərdən olub. İbrahim haqqında ətraflı məlumata keçməzdən əvvəl digər qardaşlarının da adlarını qeyd etmək istəyirəm.

Ailənin üçüncü oğul övladı olan Ümid Vəliyev 2001-ci ildə anadan olub. Onun hərbi xidmət dövrü Vətən müharibəsinə təsadüf etdiyindən iki il xidmət edib. Hazırda Şərur rayon Polis idarəsində polis serjantı olaraq xidmət edir. Sonuncu övlad olan Vəliyev Vurğun isə 2010-cu ildə anadan olub və orta məktəbin 7-ci sinifində təhsil alır. O, da böyük qardaşları kimi təhsilini yüksək nəticələrlə başa vuraraq gələcəkdə vətəninə və ailəsinə layiqli xidmət etməyi qarşısına məqsəd qoyub.

Bəli, zəhmətkeş valideyinlər cəmiyyətə, ölkəmizə nümunəvi oğullar böyüdüblər. Lakin bunların arasında bir oğul var ki, seçimi və taleyi ilə digər qardaşlarından fərqləndi. O, Vəlizadə İbrahimdir. 14 yaşı olanda hərb sənətini seçən İbrahimin liseyə imtahan verərkən ən yüksək bal topladığını görən valideyinləri ondan seçimi haqqında bir daha fikirləşməsini istəyiblər. O, əldə etdiyi bu nəticəni gələcəkdə yenə təkrarlaya bilərdi, Azərbaycanın istənilən universitetində ödənişsiz təhsil alıb fərqli sahədə ölkəsinə xidmət edəbilərdi. Buna, ona təhsil verən müəllimləri də valideyinləri də əmin idi. Lakin İbrahim qərarında qəti olduğunu bildirib sənədlərini 2011-ci ildə Naxçıvan Hərbi Liseyinə təqdim edir. Buranı da əla qiymətlərlə başa vurub 2014-cü ildə

Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsilini davam etdirib. O, cəsarəti, qayğıkeş və gözəl tərbiyyəsi ilə orta məktəbdə necəki müəllim və şagirdlərin hörmətini qazanmışdırsa bu müsbət keyfiyyətləri ilə ali təhsil ocağında da hər kəsin rəğbətini qazanmışdı. Burada təhsil aldığı zaman 2018- ci ildə göndəriş əsasında Türkiyə respublikasının Ankara şəhərində hərbi təlimdə işdirak edib. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı ilə təltif edilib. 2019- cu ildə hərbi təhsilini motoatıcı bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi ixtisası üzrə bitirən Vəlizadə İbrahim leytenant rütbəsi ilə Şəmkir rayonundakı N saylı hərbi hissədə bölük komandiri vəzifəsində vətənə xidmətə başlayıb.

Ailə ilə söhbətimiz əsnasında öyrəndik ki, İbrahim 27 sentyabr 2020-ci ildə düşmənin genişmiqyaslı təxribatı nəticəsində başlanmış Vətən müharibəsinə yollanıb. Ana Xurşud xanım deyir ki:" İbrahim sonuncu dəfə bizimlə sentyabrın 26-da əlaqə saxladı. Danışığımız qısa çəkdi. Hər şeyin yaxşı olduğunu bildirdi. Kiçik qardaşı Vurğunla da danışdı. Ona " ..bilirsən də sən qaqaşın ürəyisən. Anamı mənim üçün bər-bərk qucaqla, öp. Sizi çox sevirəm"-dedikdən sonra əlaqə kəsildi. Ertəsi gün Kəlbəcərin düşməndən azad edilməsi uğrunda aparılan gərgin döyüşlərə qatılıb. Aldığımız xəbərlərdən Murovdağda çox ağır döyüşlər getdiyini öyrənmişdik. Düşmən bir neçə dəfə azad edilmiş postları yenidən tutmaq üçün hücuma keçmişdi. Bu döyüşlərdən sonra oğlumdan xəbər alabilmədik".

Xurşud xanım daha sözlərinə davam edəibilmir... Qəhər ananı boğur, otağa bir sükut çokür. İnsan bu anda nə deyəcəyini bilmir. Sözün bitdiyi andır. Təsəffür edin... iki ildən artıqdır oğlundan xəbər ala bilmir. Ailənin bu zaman kəsiyində nələr yaşadığını, necə acı çəkdiyini yalnız onlarla eyni duyğunu yaşayan bir ailə bilə bilər. Azərbaycanda daha onlarla belə ailə var. Rəbbimizdən istəyimiz tezliklə bu ailələr övladlarına qovuşsunlar. Gözü yolda, əlacsız qalan analar bəzən hətta övladının canlı ya cansız fərq etməz geri gəlmələrini istəyərlər. Axı övladlarının başucunda ağalayıb, dua edəbiləcəkləri bir məzarı belə yoxdur. Bu acını tərif edəbilmək mümkünsüzdür.

Bir neçə dəqiqəlik sükutu yenə ana özü pozaraq deyir ki;" Oğlum sağdır. Hiss edirəm. Uzun müddətdir ondan xəbər alabilməsəkdə bir dəfə də olsun İbarahimlə bağlı qəlbimə pis bir hiss daxil olmayıb. İnşallah Allah dularımızı eşidir və tez bir zamanda oğlumu mənə qovuşdurar. 11 iyunda İbrahimin ad günüdür. 25 yaşı tamam olacaq.Tanrıdan diləyim o zamana kimi övladım qayıtsın. Amin."

Söhbətimizə İbrahimin böyük qardaşı İlkinlə davam edəndə bildirdi ki,: "Bildiyiniz kimi Murovdağda şəhid olmuş döyüşçülərimizin nəşi uzun müddət oradan götürüləbilmədi. Yalnız müharibə bitdikdən sonra axtarışlar başlandı və bundan sonra şəhidlərimiz ərazidən götürüldü. Qardaşım da məhz sonuncu dəfə burada görülüb. Atamla birlikdə çox araşdırdıq. Atam şəxsən Murovdağda aparılan axtarışlarda iştirak edib. Oranı qarış-qarış axtarıb. Minamyot mərmisinin düşməsi nəticəsində partlayışdan bir neçə döyüşçünün şəhid olduğu ərazidə, kiçik qaya çıxıntısının olduğu yerdə İbrahimin əşyaları aşkarlandı. Silahı, mərmi darağı, qoruyucu gödəkçəsi, mobil telefonu, şəxsi sənədləri və pulu. Hamısı birlikdə qayanın dibində səliqəli şəkildə yığılmışdı. Lakin nə bir qan izi, nədəki qardaşıma aid başqa bir izə rast gəlinmədi. Güman etdik ki, yaralı olub, düşmənə əsir düşəcəyi təqdirdə kimliyinin və zabit olmasının bilinməməsi üçün əşyalarını özü ora yığıb. Sonrakı araşdırmada atam bir hərbçi ilə görüşdü. Aydın oldu ki, həmin döyüş vaxtında bu şəxs uzaq məsafədən snayper nişangahı ilə müşahidə edirmiş. Məsafə uzaq olduğundan və ağır döyüşlər getdiyindən İbrahimgil olan posta köməyə getmək mümlünsüz olub. Onun dediyinə görə düşmən qüvvələri həmin postu güclü atəş altında saxlamışdı. Ora nə girmək, nə də çıxmaq mümkün idi. Minamyot zərbəsindən sonra İbrahimin ayağından yaralandığını görüb. Onun dərhal sürünərək özünə sığınacaq yer tapıb. Əynindəki qoruyucu gödəkçəni çıxararaq silahını və digər əşyalarını birlikdə daşın dibinə topladığını görüb. Lakin snayper uzun müddət həmin ərazini müşahidə edəbilməyib. Düşmən atəşi üzərlərinə yönəltdiyindən ərazidən uzaqlaşmalı olub.

Gümanımız gələn hər yerdən, hər kəsdən məlumat almağa çalışırıq. Əsir düşməsi hissi bizdə güclü olduğundan hər ehtimalı araşdırırıq. Qardaşım kəşfiyyatçıdır, bir neçə dil bilir. Qızıl Xaç Komutəsinə də müraciət etmişdik. Diqqətinizə çatdırım ki, bu qurum qarşı tərəfə baxış keçirməsi üçün müraciət edəndə əməkdaşlara yalnız əvvəlcədən müəyyən edilmiş ərazilər göstərilir. Təssüf ki, qurum əməkdaşlarının adları konkret göstərilməyən başqa ərazilərə baxış keçirmə səlahiyyəti yoxdur. Düşmən tərəf də həmişə olduğu kimi onlarda əsirlərin saxlanma faktını ya gizlədir, ya da düzgün rəqəmlər vermir. Bu səbəbdən də bir nəticə olmadı.

Hazırda atam Müdafiə nazirliyinin ünvanladığı məktuba əsasən Bakı şəhərinə gedib. Nazirliyin axtarışları bir nəticə vermədiyindən İbrahimə bu yaxınlarda şəhid statusu verildi. Qardaşıma veriləcək medal və orden atama təqdim ediləcək. Buna baxmayaraq ailəmizdə heç kim onun həyatda olmadığına inammır. Ən əsası anamda belə bir hiss yoxdur. Axı anaların hissiyatı güclüdür. Övladlarına birşey olanda onlar hiss edər. Ümidimiz və inamımız bu yönümədir. Onu gözləyir və gümanımız gələn hər kəsdən maraqlanırıq. İnşallah ümidimiz puç çıxmaz."

Qeyd edək ki, Vəlizadə İbrahim Səməd oğlu Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən " Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları və " Vətən müharibəsi qəhrəmanı" ordeni ilə təltif edilib.

İbrahim kimi vətənpərvər olmaq öz şəxsi maraqlarını Vətən yolunda qurban verməyə hazır olmaq deməkdir. Vətənə bağlılıq hissi hər bir fərdi hərbi xidmət zamanı daha da mübariz və mətin əsgərə çevirir. Əyninə hərbi mundir geyinən hər kəs, Vətəni göz bəbəyi kimi qoruyacağının və bu yolda canını və qanını əsirgəməyəcəyinin andını içir.

Leytenant Vəlizadə İbrahim üçün 25 il bir ömür payında o qədər də böyük yaş həddi deyil. İnsan hələ bu yaşda arzuları, istəkləri bir-birinə calayır, hansının daha tez göyərəcəyini, boy verəcəyini gözləyir...

İbrahim hələ 14 yaşında olarkən ömrünü dəyərli, mənalı örnək ola biləcək bir ömür yaşamağı seçdi. Vətənpərvər igid döyüşə yollanmazdan əvvəl yoldaşlarına " Canın o torpaqdan dəyərlidirsə üzərində gəzdiyin torpaq sənin vətənin olabilməz" deyib.

Xalq bu qəhrəmanlarını tanımalıdır. Onları dünyaya gətirib, tərbiyələndirib böyüdən valideyinləri, ailələri tanımalıdır. Məhz onların boya-başa çatdırdığı vətənpərvər oğulların sayəsində Azərbaycan xalqı firəvan yaşayır. İbrahim kimi qəhrəmanlar ömürlərinin ən gözəl çağlarını bu vətənə xidmət etməyə həsr edib.

İllər ötür, dağıntılar bərpa olunur, viranəliklər, xarabalıqlar abadlaşdırılır, cənnətə çevrilir, lakin qəlblərdən şəhid dağı silinmir. Sağlamlıqlarını itirmiş, ömrünün qalan hissəsini gözlərimiz önündə ağrı-acı içərisində keçirən qazilərin iztirabları bitmir. Bir də ən dəhşətlisi olan itkin dərdi əsla tükənmir. Çünki...

Müharibələrin doğmalarına qaytara bilmədikləri itkinlər bir ömür doğmalarının gözlərini yollarda qoyur. Öldüsünə-qaldısına əmin olmayan doğmaları hər qapı döyüldüyündə, açıldığında onun gəlişini zənn edirlər. Beləliklə bir ömür gözlər yollara dikilir. Nə ata, nə ana təsəlli tapa bilir. Alın yazıları olan acı bir həyat yaşamaq məcburiyyətində qalırlar. Övladları itkindir. O, haradadır? Nə kimi ağır məşəqqətlərə sövq edilib. Nə yeyir, nə içir, harada yatır, harada yaşayır kimi fikirlər bir ömür ata-ana ürəyini qurd kimi yeyib bitirir...

Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb. Çox təəssüf ki, dünyanın bəzi ölkələri bütün bunları bilə-bilə onları müdafiə edir, heç nə olmayıbmış kimi davranır. Ölkəmiz illərdir, müxtəlif beynəlxalq təşkilatlar qarşısında itkinlərimizlə bağlı məsələ qaldırsa da, heç bir reaksiya olmayıb. Hələlik sükut davam edir. Lakin gün gələcək erməni adlı yağı, vəhşi tarix qarşısında cavab verməli olacaqdır. Onların xalqımıza qarşı törətdikləri əməllər heç bir insanlığa sığmır. Təbii ki, insanlıqdan söhbət açanda ermənilərin adını vəhşi qəbilə olaraq çəkmək belə günahdır.

Biz bütün qəlbimimizlə ümid edirik ki, digər itgin düşmüş oğullarla birlikdə İbrahimdən də xoş xəbər alarıq. Belə faktlara dünya hərb tarixində də çox rast gəlinib. İtgin düşmüş bir çox hərbçi uzun illərsən sonra evinə qayıdıb.

İbrahim ailəsindən aldığı düzgün tərbiyyə və ali keyfiyyətlərlə bu torpaq, bu vətən uğrunda canından keçməyi gözə aldı. İnşallah tezliklə sağ salamat ailəsinə qovuşsun və bizim növbəti ziyarətimiz Vəliyevlər ailəsinin sevincini bölüşmək üçün olsun.

 

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşı

Hərbi And.- 2023.- 31 mart.- S.10-11.