“Anasına dedi ki, bəlkə gələ
bilmədim, məni gözləməyin” – Şəhid
atası
Bu gün haqqında
söz açacağım
qəhrəmanımız Vətən
müharibəsi şəhidi
Sərvan Mehman oğlu Göyüşovdur.
Sərvan
Mehman oğlu Göyüşov 1997-ci il fevralın 28-də
Bərdə rayonunun Türk Qızılay Çadır şəhərciyində
anadan olub. 2003-cü ildə Ağdam rayon 2 nömrəli
köçkün tam orta
məktəbinin I sinfinə
qəbul olub və 2014-cü ildə həmin məktəbin XI sinfini bitirib.
O,
2014-2018-ci illərdə Heydər
Əliyev adına
Azərbaycan Ali Hərbi
Məktəbində (AAHM) ali
hərbi təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Sərvan Göyüşov 2020-ci il sentyabrın 27-də
başlanan Vətən
müharibəsinə qoşulub.
Şəhid atası Göyüşov
Mehman Ənvər oğlu. 1971-ci ildə 7 oktyabr Ağdam rayonu Qiyaslı kəndində andan olub. Birinci Qarabağ müharibəsində
iştirak edib, Qarabağ qazisidir.
Şəhidin atası Göyüşov
Mehman bəy deyir ki, o və
qardaşı da Birinci Qarabağ müharibəsində döyüşüblər:
“Qardaşım Göyüşov
Tanrıverdi Ənvər
oğlu da Birinci Qarabağ savaşında 1992-ci ilin
17 iyununda şəhid
olub. Özüm də Qarabağ
qazisiyəm. Oğlum Sərvan
bölük komandiri olub. O, Vətəninə,
millətinə çox
bağlı idi. Bir ildən artıq Qazaxda xidmət edib, bir il də Murovda Koroğlu zirvəsində
olub.
Bizimlə 25 sentyabrda telefonla danışdı. Anası dedi Sərvan, oktyabrın 7-də sənin
ad günündür, gələrsən.
O da deyib ki, ana, bəlkə
gələ bilmədim
mənni gözləməyin.
Çox
mərd oğul idi. Döyüş vaxtı çıxarıb
gülləkeçirməz jilet gənc əsgərə verib.
Komandirləri deyirdi ki, o, çox qəlbi təmiz adam
idi. Əsgərlərini çox sevirdi.
Bir dəfə məndən
300 azn pul yollamağımı istəmişdi
ona. Əsgərləri
xəstələnibmiş, dedi, ata, mən
onlara yardım etdim, lazım olan dərmanları aldım.
Evdə namaz qılırdım. Əsr namazımı
qılırdım, baxdım
ki, camaat doldu qapıya. Dedim, oğlum şəhid olub ona görə gəlmisiniz? Oğlumun şəhidliyi mənə
ayan olmuşdu...
Şəhid balamın adına Ağdam, Mingəçevir, Quzanlı
və Əfətlilidə
adına sinif otaqları, həmçinin
abidə kompleksi var.
O, əmisinin də qanın aldı, Birinci Qarabağ şəhidlərinin də
qanını aldı.
Allah cəmi şəhidlərimizə
rəhmət eləsin!
Şəhid ailələrinə
deyirəm ki, başınızı uca tutun! Xocalının, Xocavəndin, Qarakəndin və digər bütün erməni qətliamlarının qanını
aldılar bizim qəhrəman oğullarımız.
Başımızı uca
etdilər! Allah Prezidentimizi , ordumuz var etsin!
Bu xalq şəhdilərinə
və Ali Baş Komandanına borcludur.
Prezidentimiz ordunu formalaşdırdı,
ölkəni inkişaf
etdirdi. İllər
boyu dedi gəlin barışığa
sülh imzalayaq. Lakin gördü erməni qanmır, sonda düşmənin başını
əzdi. Allah belə igid, qəhrəman oğullardan
bir də versin bu xalqa,
amin!”
Azərbaycan Ordusunun leytenantı
olan Sərvan Göyüşov 2020-ci il
sentyabrın 27-də Azərbaycan
Silahlı Qüvvələri
tərəfindən Ermənistan
işğalı altında
olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunması üçün başlanan
Vətən müharibəsi
zamanı Murovdağ istiqamətində gedən
döyüşlərdə savaşıb. Sərvan Göyüşov oktyabrın 1-də Murovdağ
döyüşləri zamanı
şəhid olub.
3 oktyabr 2020 il
Ağdam rayonu Quzanlı qəsəbəsi
kənd qəbristanlığında
salınmış Şəhidlər
Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən,
Sərvan Göyüşov
"Vətən uğrunda",
"Kəlbəcərin azad
olunmasına görə"
və "Hərbi xidmətlərə görə"
medalları və Rəşadət ordeni ilə təltif edilib.
Ruhun şad
olsun, qəhrəman qardaşım!
Aydın
Tağıyev
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, müstəqil
araşdırmaçı jurnalist
mr-aydin@mail.ru
Hərbi And.- 2023.- 31 mart.- S.5.