"Biz nə vaxt istədik ona toy edək, onda şəhid
oldu balam"
Bu gün Vətən
müharibəsinin daha
bir şəhidi Məhəmmədəli Asif
oğlu Məhəmmədəlizadənin
evində ailəsi ilə birlikdə onunla bağlı xatirələri yad etdik.
Məhəmmədəli Asif oğlu Məhəmmədəlizadə 28 aprel 1992-ci ildə Ağdam rayonunun Güllücə kəndində
anadan olub. O, 2020-ci il sentyabrın 27-də
Azərbaycan Silahlı
Qüvvələri tərəfindən
Ermənistan işğalı
altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması üçün başlanan
Vətən müharibəsində
iştirak edib.
Şəhid anası Məmmədova
Gözəl xanım deyir ki, Məhəmmədəli
uşalıqdan çox
nümunəvi uşaq
idi:
"Balamın 28 yaşı
vardı, subay idi. Ondan bir ana kimi bir dəfə
də narazıçılığım
olmayıb. Onunla
biz həm dost idik, həm ana-bala, həm də ki, dərd yoldaşıydıq.
Həmişə boş
vaxtları olanda mənimlə danışardı,
həmişə də
deyərdi, anamın telefonunu bağlamayın, nə vaxt istəyir
o zaman yekunlaşsın...
(Red. Ağlayır)
O, ayaqqabısını geyinirdi,
gəlib üzümdən
öpürdü. Qapıdan çıxırdı,
qayıdıb birdə
üzümdən öpürdü.
Mənim
oğlum müddətdən
artıq hərbi xidmətçi işləyirdi.
Kaş ona toy edərdik. Biz nə vaxt
istədik ona toy edək, həmin vaxtda şəhid oldu. Əlimlə balama bal, əncir
mürəbbəsi qoydum,
dedim apar. Dedi, ana, növbəti
dəfə aparacağam.
2020-ci il sentyabrın 23-də gəlmişdi evə, həmin
günü dəhşət
yağış yağırdı.
Buna yer açırdım
yatsın, yerindən gülab iyi gəldi. Balama dedim,
Allah xeyirliyə yozsun!
Hər şeyini aparmışdı.
Bir jaketi qalmışdı evdə. Son anda
vəsiqəsini də
götürdü, ancaq
jaketi qaldı. Tezdən bacısı ilə atası aparıb jaketi verdilər ki, birdən balam üşüyər.
2020-ci ildə oktaybrın 5-də
bizimlə danışanda
dedi, erməninin evin yıxmışıq,
darmadağın olublar.
Atdığım minamyotlar onların
postlarını külə
çevirib".
Şəhidin atası Məmmədov Asif Məhəmmədəli
oğlu deyir ki, tez-tez telefonla
danışırdıq. Həmişə
narahat idim:
"Deyirdim, Vallah
mən sizin postdan çox narahatam, bala. Müharibə başalayandan 2 gün sonra telefonuna zəng çatmırdı.
Erməni nəzərdə tutmuşdu ki, Ağdam istiqamətində
gedəcəklər, amma
bizimkilər planlı
şəkildə irəlilədilər.
Döyüş vaxtı ermənilər
yandırıcı silahla
Məhəmmədəli ilə
dostu, silahdaşı Telmanı bir yerdə vurublar. Mənim oğlum Suqovuşan, Ağdam, Hacıməmmədli
istiqamətlərində döyüşüb.
Adına orta məktəbdə sinif otağı var, ailəmizin şəxsi vəsaiti hesabına abidə bulaq kompleksi tikdirmişik balama.
Biz oğlumuzla, bütün
şəhid və qazilərimizlə fəxr
edirik. Allah bütün
şəhidlərimizə rəhmət
eləsin, qazilərimizə
cansağlığı arzu
edirəm! Allah bütün körpə balaları qorusun, amin!"
Azərbaycan Ordusunun əsgəri
olan Məhəmmədəli
Məhəmmədəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən
Ermənistan işğalı
altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması üçün başlanan
Vətən müharibəsində
atıcı olaraq iştirak edib. Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
O, 7 oktyabr 2020-ci ildə
Ağdam rayonu istiqamətində döyüş
tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin
15.12.2020-ci il tarixli Sərəncamına əsasən
Məhəmmədəli Məhəmmədəlizadə
ölümündən sonra
"Vətən uğrunda"
və "Ağdamın
azad olunmasına görə" medalları
ilə təltif edilib.
Ruhun şad,
igid qardaşım!
Aydın
Tağıyev
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, müstəqil
araşdırmaçı jurnalist
mr-aydin@mail.ru
Hərbi And.- 2023.- 31 mart.- S.5.