“Mən çox-çox
sonra bildim ki, onlar dağlarda
döyüşüblər”
Bu dəfə şəhid Cəmil Anar oğlu Qurbanzadənin ailəsi ilə birlikdə qəhrəmanımızın həyat yolundan danışıb, yad etdik.
Cəmil Qurbanzadə 27 aprel
2003-cü ildə Astara
şəhərində anadan
olmuşdur. Astara şəhər 2 saylı tam orta məktəbi bitirdikdən
sonra 2020-ci ildə Azərbaycan Dövlət İdman Akademiyasının
qiyabi şöbəsinə
daxil olub. 2021-ci ilin aprel
ayında hərbi xidmətə yola düşüb. Cəmil Qurbanzadə
təxris olmağına
18 gün qalmışdı.
Ailədə 2 bacının tək
qardaşı olub.
Subay idi.
Şəhidin anası Qurbanova
Rumiyyə xanım deyir ki, Cəmil
ilk övladım idi:
“Qönçə və
Aylin adlı iki övladım da var. Cəmil bir az dəcəl
idi. O, mənə ilk dəfə
analıq hissini yaşadıb. Məktəbdə də həmişə
çox çılğın
uşaq idi. O, dostlarını çox sevirdi. Ürəyi təmiz, çox
qayğıkeş idi.
O qədər arzuları
var idi ki…
Deyirdi, gəlib, işləyib, bacımla Bakıda qalacağam, bacımı oxudacağam. Arzuları yarım
qaldı, tale imkan vermədi. 2020-ci il 27 sentyabr döyüşlərində dedi
ki, ana mən
könüllü gedib
döyüşəcəyəm. Həmişə dilə gətirirdi ki, mən şəhid olacağam…” (Red. ağlayır)
Şəhidin atası Qurbanov Anar bəy deyir
ki, oğlum Gəncədə “N” saylı
hərbi hissədə
idi. Dedi, anam, bacılarımı bura gətirmə:
“O, hərbiyə kişilik məktəbi kimi baxırdı deyə, istəmirdi anasıgil gəlsin. Çox qeyrətdi uşaq
idi. Bir müddətdən sonra Giləzidə o kompüter kurslarına qatılmışdı. Çox diribaş,
güclü oğul idi. Mən çox-çox sonra bildim ki,
onlar dağlarda döyüşüblər. Heç nədən qorxusu yox idi, uşaqlıqdan
çox mərd oğul idi. Cəmil komandada çox seçilən, erməniyə
qan udduran oğul olub. 194 sm boyu vardı,
boks təlimi
üzrə Azərbaycan
Dövlət Bədən
Tərbiyəsi və
İdman Akademiyasına
qatılmışdı.
Komandiri Cəmil haqqında xatirələrinin birini danışarkən deyib ki, gənc əsgərlərlə
kəşfiyyata gedəndə
Cəmil 10 litr su götürüb. Komandir soruşub
ki, bunu niyə götürmüsən?
Deyib ki, gənc əsgərlər
su götürməyib,
onlar üçün
götürmüşəm.
Hərbi xidməti bitrməyinə
1 ay qalmışdı. Dedim ki, get hospitala. Dedi, heç vaxt! Ata, mənim
burada öz öhdəliklərim var, hətta bilirmiş şəhid olacaq. Boynunun birkasını verib dostuna deyib ki,
valideynlərimə verərsən.
Onlar düşmənin dərinliyində,
Laçın rayonu istiqamətindən Zəngəzur
mahalı istiqamətində
uğurlu əməliyyatlarda
iştirak ediblər.
Qəhrəmancasına həlak olub
mənim oğlum.
Həmər qəbiristanlığında 13 nəfərlə birgə
11 saat döyüşə-döyüşə
yüksəkliyə qalxıblar. Sonra isə
oğlumun icra oqrqanları tərəfindən
şəhidlik xəbərin
almışam. Astara şəhər
qəbirstanlığında böyük izdihamla dəfn edildi. Dəfndə hardasa 30 minə yaxın adam işitrak
edirdi.
Hazırda Astara şəhərinin mərkəzində yerləşən
küçələrdən birinə Cəmil balamın adı verilib, Bakı şəhərində orta
məktəblərdən birində
sinif otağı, oxuduğu məktəbdə
isə şəhid guşəsi yaradılıb.
Allah rəhmət eləsin şəhidlərimizə! Azərbaycanın yeni tarixini onlar
qanları ilə yazdılar. Mən fəxr edirəm ki, mənim oğlum Vətən uğrunda döyüşüb,
şəhid olub! Dəmir yumruğun bir hissəsində mənim övladımın da olması ilə qürur duyuram. Bütün şəhid valideynlərinin
də qarşısında
baş əyirəm.
Həqiqiqətən də
şəhidlər olmasaydı,
qalib Azərbaycan olmazdı! Müstəqil, güclü dövlətimiz
daima var olsun!”
Cəmil Anar oğlu Qurbanzadə 13 sentyabr
2022-ci ildə Azərbaycan
Ordusunun həyata keçirdiyi Azərbaycan–Ermənistan
sərhəd toqquşması
(sentyabr, 2022) zamanı
şəhid olub. Onun nəşi
16 sentyabr 2022-ci ildə
doğulub boya başa çatdığı
Astara şəhərinə
gətirilib və böyük izdihamla Astara şəhər qəbirstanlığında dəfn
edilib.
Azərbaycan Respublikasının ərazi
bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında
iştirak edərək
igidlik və mərdlik göstərmiş,
hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası
zamanı vəzifə
borcunu şərəflə
yerinə yetirərək
şəhid olmuş Cəmil Qurbanzadə Azərbaycan Prezidenti İlham Əliyevin
05.11.2022-ci il tarixli Sərəncamına əsasən
ölümündən sonra
3-cü dərəcəli "Vətənə xidmətə
görə" ordeni
və "Vətən
uğrunda" medalı
ilə təltif edilib.
Ruhun şad
olsun, igid
qardaşım Cəmil!
Aydın Tağıyev
Müstəqil
araşdırmaçı jurnalist
mr-aydin@mail.ru
Hərbi And.- 2023.- 5 may.- S.16.