"Deyirdi, ana, vaxt tez
gəlsəydi, əsgərliyə gedərdim"
Elvin Ağakərimov 2002-ci il aprelin 1-də Şamaxı şəhərində
anadan olub.2008-2019-cu illərdə
Şamaxı şəhər
İnşaatçı qəsəbə
tam orta məktəbində
təhsil alıb. Erkən yaşlarından güləşlə
məşğul olub.
Subay idi.
Şəhidin anası Xədicə xanım deyir ki, o, mənə çox bağlı idi. Həmişə gəlib
deyirdi ki, ana, mən polis olacağam:
"Deyirdi ki, səni kraliça kimi yaşadacağam. Həmişə deyirdi, ana, vaxt
tez gəlsəydi, gedərdim əsgərliyə.
Çox
sevirdi Vətənini,
millətini. Çox qorxmaz,
cəsur, qəlbi təmiz insan idi. Böyüklə- böyük, kiçiklə-kiçik
idi. Ən çox da mənə
bağlı idi, mən də onunla nəfəs alırdım... ( Red. ağlayır)
Əsgər gedənə kimi kafe və restoranlarda
işləyirdi. Maşını vardı, satdı,
bacısını gəlin
köçürtdü. Dedi, mən əsgər gedəcəyəm,
qoy bacımın xeyir işini edim, sonra rahat
gedim. 2020-ci il
2 oktyabrda bacısının
övladı Emin dünyaya gəldi, balam dayı oldu. Oktyabrın 3-də oğlum şəhid oldu, gəldi torpağa qoyuldu...
Müəllimləri həmişə onu çox tərbiyəli, sakit uşaq olaraq tərifləyərdilər. O, böyük-kiçik
yeri bilən uşaq idi. İnanın,
o dostdan, tanışdan
ötrü canın belə verməyə hazır idi. Heç qorxu nədi bilməzdi mənim balam.
Oğlumla son əlaqəmiz sentyabrın
26-sı olub. Bizdən öncə qonşumuzda
Zaur adında dostuna deyiblər ki, Elvin şəhid olub. 2020-ci il
oktyabrın 3-də axşam
saat 6-da biz oğlumun şəhid olmasından xəbər tutduq. Dayısı Hüseynağa
gətirdi şəhid
balamın nəşini...
(Red. ağlayır).
Ana - ata üçün çox çətindir, amma sevinirsən, təsəllin odur ki, oğlun Vətən, bayraq uğrunda qəhrəmanlıqla
döyüşüb şəhid
oldu. O, bizim fəxrimizdir!"
Şəhidin atası Ağakərimov
Eldəniz bəy deyir ki, getmişdim
yanına, mənə
dedi, ata, məndən narahat olmayın, qətiyyən!
Qonşumuzun oğlu var, onunla bir
yerdə gəzib, dolaşırdı həmişə: "Ona zəng edib ki, gecə saat
4-də bizi müharibəyə
aparırlar, salamat qalın, atama, anama bu barədə
heç nə demə. O, dost- tanışa çox can yandıran oğul idi. Hamıya hörmətlə yanaşırdı.
Oğlumun adına Şamaxı şəhərindəki
bir orta məktəbdə sinif otaqları və bulaq kompleksi var.
Vətən sağ olsun! Balam üçün onu deyə bilərəm
ki, Allah cəmi şəhidləmizə və
oğluma rəhmət
eləsin! Allah Prezidentimizə,
qazilərimizə cansağlığı
versin!"
Elvin Ağakərimov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan
Silahlı Qüvvələrinin
əsgəri olan Elvin
Ağakərimov 2020-ci il
sentyabrın 27-də Azərbaycan
Silahlı Qüvvələri
tərəfindən Ermənistan
işğalı altında
olan ərazilərin azad edilməsi üçün başlanan
Vətən müharibəsi
zamanı Ağdərə
və Suqovuşanın
azadlığı uğrunda
gedən döyüşlərdə
iştirak edib. Elvin Ağakərimov oktyabrın 2-də Tərtər
istiqamətində gedən
döyüşlər zamanı
şəhid olub.
Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən
Elvin Ağakərimov ölümündən
sonra "Vətən
uğrunda" və "Laçının
azad olunmasına görə" medalları
ilə təltif edilib.
Ruhun şad olsun, igid qardaşım!
Aydın
Tağıyev
Müstəqil araşdırmaçı jurnalist
mr-aydin@mail.ru
Hərbi And.- 2023.- 5 may.- S.7.