“Biz oğul verdik, amma o torpaqlarda bir bayraq sancdıq!”
Bu gün haqqında söz açacağım
qəhrəmanımız Vətən
müharibəsinin növbəti
şəhidi leytenant Vəli Kamal oğlu Quliyevdir.
Vəli
Quliyev 1997-ci il
iyulun 20-də Culfa rayonunun Qazançı kəndində anadan olub. Təhsilini 2003-2009-cu
illərdə Culfa rayonu Aslanov Elsəvər adına
nömrəli tam orta məktəbdə, 2009-2011-ci ildə
Azər Tağıyev
adına Naxçıvan
şəhər 17 nömrəli
məktəbdə alıb.
2011-2014-cü illərdə isə Heydər Əliyev adına
Hərbi Liseydə təhsil alıb.
2014-2018-ci illərdə Heydər
Əliyev adına
Azərbaycan Ali Hərbi
Məktəbində (AAHM) ali
hərbi təhsil alıb. Vəli Quliyev 2018-ci ildən
Azərbaycan Silahlı
Qüvvələrinin Ağcabədi
rayonunda yerləşən
"N" saylı hərbi
hissəsində xidmət
edirdi. Subay idi.
Şəhidin atası Quliyev Kamal bəy deyir ki, mənim
oğlum əsil vətənpərvər oğul
idi. O, Vətəninə, millətinə çox sadiq idi:
“Vətənini canından
artıq bilirdi. Biz ona erməni haqqında təəssüratlarımızı
danışanda deyərdi
ki, erməninin dini-imanı yoxdur. Çox ehtiyatlı olun. Müharibə başlayandan özü
bölük komandiri olub. 82 nəfər
əsgərlərlə döyüşlərə
qatılıb. Həmişə deyərdi ki, ata, hər şey
yaxışdır, narahat
olma biz arxadayıq, təlimdəyik. Həmişə deyirdim ki, Vəli,
çox ehtiyatlı ol. O, nümunəvi bir zabit və
bölük komandiri idi. Vəli Qiyadmanlını çox mükəmməl
bilirdi. Hadrud döyüşlərindən sonra Zəngilan, Cəbrayılda iştirak
edib. Balasoltanlı kəndində gecə
ermənilər pusquya
salıblar onları, oğlum həmin gün şəhid olub. Vəlinin bölüyü çox nümunəvi əsgərlər idi.
Əsgərləri deyir ki, həmin pusqudabir gecədə 28 nəfər
şəhid oldu.
Vətən varsa, torpaq varsa,
onun yolunda şəhid olmalıyıq. Bütün
qazilərmizə şəfa
diləyirəm, şəhidlərimizin
məkanı cənnət
olsun! Bütün ordumuzu Allah qorusun! Ali Baş Komandanımız
cənab İlham Əliyevin komandanlığı
altında daima bir olaq. Biz bir oğul
verdik, amma o torpaqlarda bir bayraq sancdıq!”
Şəhidin anası Quliyeva Həqiqət xanım deyir ki, bir
ana kimi Vəlidən nə qədər danışsam,
doymaram. Vəli çox gözəl övlad olub:
“Cəmi istəyənlərə
Vəli kimi övlad arzu edirəm. Mən bir ana kimi
oğlumla fəxr edirəm! Vəli oxuyanda da, işləyəndə də,
şəhidiliyində də
el içində mənə
baş ucalığı
gətirib. Kaş Vəli
mənə haqqını
halal etsin. Mənim balam çox gözəl, mehriban bala idi. Düzdür,
şəhidlər ölməz.
O, daima yaşayır!
Vəli
bir gün dedi ki, ana,
istəyirəm bizim çoxlu qonaqlarımız olsun. Dedim, evimiz olsun qonaqlarımız
da olacaq. Vəli bütün arzularına çatdı, onun ən böyük arzusu şəhidlik zirvəsi idi.Bütün videolarda deyir ki, şəhidlik hər oğula qismət olmur. Hər zaman deyirdi, mən heç kimin haqqına girmədim. Vəlinin bütün deyimləri
videoları mənə
xatirədir.
Vəlinin dəstəsi könüllü
olub. Onun 23 yaşı vardı,
amma atası, anası yaşda əsgərləri vardı.
Həmin
insanlar danışır
ki, Vəli gələndə bölük
ayağa qalxardı, ona o qədər rəğbət, hörmət
vardı.
Hadrudu azad edən zaman erməni postun alıb, ayaqlarının altında
erməni bayrağın
tapdalayıb, bizim üçrəngli bayrağımızı
asıb! Əsgərləri,
zabitləri Vəli haqqında danışdıqca
onunla çox fəxr edirəm! Mənim balam çox seçilmiş oğul idi. Çox istəyirdim ki, Vəli balam general olsun! Mənim balam mənim arzumun arxasınca getdi, şəhid oldu!
Vəli Quliyev oktyabrın 22-də
Qubadlı döyüşləri
zamanı şəhid
olub. Naxçıvan şəhərində dəfn olunub. Şəhid Vəli Quliyevə məxsus materiallar ailəsi tərəfindən
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi
fonduna təhvil verilmişdir.
Azərbaycan Ordusunun leytenantı
olan Vəli Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan
Silahlı Qüvvələri
tərəfindən Ermənistan
işğalı altında
olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunması üçün başlanan
Vətən müharibəsi
zamanı Cəbrayılın,
Füzulinin, Zəngilanın
və Qubadlının
azadlığı uğrunda
gedən döyüşlərdə
savaşıb. Vəli Quliyev
oktyabrın 22-də Qubadlı
döyüşləri zamanı
şəhid olub.
Naxçıvan şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatıldığı
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən,
Vəli Quliyev ölümündən sonra
"Vətən uğrunda",
"Cəbrayılın azad
olunmasına görə",
"Qubadlının azad
olunmasına görə",
“Cəsur döyüşçü”
medalları və
"Azərbaycan Bayrağı"
ordeni ilə təltif olunub.
Ruhun şad
olsun, əziz qardaşım!
Aydın
Tağıyev
Müstəqil
araşdırmaçı jurnalist
Hərbi And.- 2023.- 19 may.- S.7.