"Dedi,ata, bilmək olmaz, bəlkə mən sənin çiynində
getdim..."
Bu gün haqqında
söz açacağım
qəhrəmanımız Vətən
müharibəsi şəhidi
Bəşir Nizami oğlu Abbasovdur.
Bəşir Abbasov 1998-ci ilin 22 iyulunda Quba rayonunda anadan olub. Quba
şəhəri Hacıbaba
Əliyev adına
1 saylı orta məktəbinə gedib. 2005-2016ci illərdə orta məktəbə gedib. O müddətdən
artıq xidmət etdiyi dövrüdə Ağcabədi Rayonu
"N" saylı hərbi
hissədə hava hücümundan müdafiyə
hissəsində xidmət
edib. O, hərbi qulluğu 2018ci ildə bitib. 2019 cu ildə
Quba rayonu "N" aylı hərbi hissəsində XTQ-də xidmət edib. Sonra isə Qusar rayonundakı hərbi hissədə XTQ kimi hərbi xidmətini davam etdirib.
Şəhidin anası Abbasova
Elnurə xanım deyir ki, ailədə
iki övladımız
var. Bir qız, bir oğul:
"Böyük övladımız
Gülnar və sonbeşiyimiz Bəşir. Oğlum aikido və güləşlə
məşğul olub.
Rayon üzrə iki dəfə yeniyetmlər arasında yarışda qalib olmuşdu.
Mənim qardaşım hərbçi
idi. Öz formalarından ona
hərbiçi forması
tikdirib gətirərdi.
Bəşir də geyinib
deyərdi, mən komutanam. Mənim xarici pasportumu
qoyurdu cibinə ki, bu da
mənim sənədim.
O vaxt Türkiyədə
bir serial gedirdi adı “Şəfqət təpəsi”, oradakı komutana oxşadardı özünü. 2020-ci il idi. Balam şəhid
olmamışdan qabaq sual etdim ki,
atam, mənim sənədimi neyləmişdin,
sonradan nə qədər axtardıq tapa bilmədik? Dedi, itmişdi. Artıq heç nə demədi, bir kəlmə vəssalam.
O, çox danışmağı,
uzun uzadı nəyisə izah etməyi sevməzdi".
Şəhidin Atası Abbasov Nizami bəy deyir ki, mənim
uşağım anadan
gəlmə vətənpərvər
doğulmuşdu. Bu uşağın
xarakterində, danışığında
bir böyük Vətən vardı:
"Bu uşaqda hər
şey vardı. Vətən eşqi,
bayraq eşqi, hər şeyin yerini bilən idi. Danışanda qəlbə dəyməyən,
incitməyən, hamıya
qayğı və hörmətlə yanaşardı.
Çox
qeyri-adi övlad idi. Hələ 5-ci sinifdə oxuyurdu, dedim ay Bəşir, ay oğul böyüyəndə
nə olacaqsan? Deyirdi,ata, mən
hərbçi olacağam.
Körpəlikdən özü üçün
əsgər, müharibə
səhnələri qurardı,
özünü komandir
kimi aparardı. Dedim, oğul, oxu prokuror ol,
yaxşı oxuyurdu. Dedi, ata, mən
hərbçi olacağam,
bu kişi
sənətidir!
O, C.Naxçıvanski adına hərbi liseyə getmək istəyirdi. Həmişə anasına deyirdi
ki, ana, mən ad qoyacağam.
Onun ən böyük arzusu idi. O deyirdi ki, məni
bu yolumdan bir Allah döndərə bilər.
Allah şəhidlərmizə rəhmət eləsin, qazilərmizə cansağlığı versin! Dedik, getmə qabağa, dedik sən tək uşaqsan, birdən nəsə olar, biz də yazığıq. Dedim, ay oğul, bəs biz necə olacayıq? Dedi ata, bilmək olmaz, ola bilər mən sənin çiynində getdim... O, çox mərd oğul idi, mən oğlumla fəxr edirəm!
Bəşirin adına Quba Pedaqoji Universitetində adına auditoriya, orta məktəblərdə sinif otaqları, yaşadığımız binanın yanında isə baralyefi var".
Şəhid Bəşir Nizami oğlu Abbasov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İgidimiz oktyabrın 5-də Füzulinin Alxanlı kəndində gedən döyüşlərdə həlak olub.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Bəşir Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Bəşir Abbasov 8 oktyabr 2020-ci ildə Füzuli rayonunun Alxanlı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Bəşir Nizami oğlu Abbasov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, "Füzulinin azad olunmasına görə" və “Vətən uğurunda” medalları ilə təltif olunub.
Ruhun şad
olsun, şəhid qardaşım!
Aydın
Tağıyev
Müstəqil araşdırmaçı jurnalist
mr-aydin@mail.ru
Hərbi And.- 2023.- 12 may.- S.11.