12 şəhid qəhrəman
və ya,
Nəsillərə yadigar əfsanəvi qəhrəmanlıq...
Şəhidlik zirvəsi şərəf, qürur və hünər simvoludur.
Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir! Bu ucalığa
yüksələnlərin, bu
şərəfi daşıyanların
xatirəsi daim anılır, ehtiramla yad edilir.
Sentyabrın 19-da baş verən lokal xarakterli antiterror tədbirləri uğurla nəticələndi, ölkəmiz
öz suverenliyini tam bərpa etdi Antiterror tədbirləri Azərbaycan
Silahlı Qüvvələrinin
bir daha güclü olduğunu göstərdi.
Gənclərimizin məhz vətənpərvərlik
ruhunda tərbiyə alması bizi Qələbəyə apardı
və Azərbaycan tarixi ədaləti bərpa etdi. Antiterror tədbirləri nəticəsində
bizim hərbçilərimiz
böyük qəhrəmanlıq,
şücaət, peşəkarlıq
göstərdilər.
Deyirlər, hər bir ömrün öz adı, öz yolu
var. Yolun uzunluğu onun məziyyətidir, qısalığı isə
onun əbədiyyətidir.
Bu qısa ömür
yolunda canlı əfsanələr, şəhidlər
var. Tanrı və əbədiyyət sevgisinə
ucalmaq qısa ömür yolunun mükafatıdır.
Məqaləmdə bəhs etdiyim
12 igid oğul da bu cür qəhrəmanlardandır.
Az ömür yolları
ilə tarixə öz adlarını yazan oğullar. Sentyabrın 19-da həmin igidlər Vətənin müdafiəsi üçün
eyni yola çıxdılar, Laçın
rayonunun Vəngli kəndində şəhid
oldular. Hər kəsin öz yolu var: birləşən
yollar, kəsişən
yollar, ayrılan yollar. Yolların görüşməsinin mütləqliyi
bax budur. İllərdir xidmət etdikləri hərb yolları şəhidlik yolunda da birgə kəsişdi. Vətən, torpaq uğrunda şəhadət
ən ali məqamdır. Vətən
üçün yaşanan
ömürlər unudulmur
və hər zaman insanların qəlblərində,
yaddaşlarında qalır.
Alber Kamyu yazırdı ki,
"yalnız azadlıq
uğrunda ölməyin
mənası var, çünki
bu zaman insan inanır ki, o, təmamailə
ölmür".
Bu gün haqqında söz açacağım
qəhrəmanlar isə
Daxili Qoşunların
Gəncədəki “N” saylı
Hərbi hissəsinin üzvləri, şəhid
hərbçiləridir.
Hər şəhid ömrü bir tarixdir. 40 gün bundan öncə on iki qəhrəman
oğulun adı tarixin yeni səhifəsinə
yazıldı.
Şəhidlik zirvəsinə ucalan
vətən övladlarının
mübarizliyi həm də Azərbaycan xalqının tarixində
qəhrəmanlıq salnaməsidir.
Polkovnik-leytenant Rəşad Rəhim
oğlu Hüseynov 10
mart 1980-cı ildə Şirvan
şəhərində anadan
olub. 1995-1998-ci illlərdə
Cəmşid Naxçıvanski
adına Hərbi liseydə oxuyub. 1998-2002-
ci illərdə Heydər
Əliyev adına Ali Hərbi məktəbdə
təhsil alıb. Daxili Qoşunların tədris mərkəzində
dinləyici kursunu bitirdikdən sonra Daxili Qoşunlarda tabor komandiri, qərargah rəisi kimi müxtəlif vəzifələrdə
çalışıb. Qüsursuz
xidmətlərinə görə
çoxaylı medallarla
təltif olunub. Əsgərlərini tək
qoymayan, onlarla birlikdə şəhid olan polkovnik-leytenant Rəşad Hüseynovun 2
qız övladı
var - 14 yaşlı Rəşidə
və 9 yaşlı Xədicə. Rəşad
Hüseynov təkcə
qəhrəman zabit kimi yox, əsl
insan kimi də xatırlanır. Əsgərləri, tabeliyində
olan hərbçiləri
ilə ata kimi davranıb. Vətənə, dövlətə,
xalqa, torpağa sədaqətli xidmət göstərən polkovnik-leytenantın
həyat yolu bugünkü nəsillərə
örnəkdir. Şəhid
Rəşad Hüseynov
minlərlə əsgərin,
zabitin, saysız-hesabsız
vətənpərvərin qəlbində
özünə əbədiyyət
abidəsi ucaldıb.
Gizir Vaqif Rəcəbov 23 fevral 1982-cü ildə Naxçıvanda anadan olub. Hərbin sirlərinə peşəkarcasına
yiyələnən Vaqif bir çox xüsusi təlimlərdən də
uğurla keçmişdi.
O, xüsusi təyinatlı
tətbiq bölməsində
gizir rütbəsində
Vətənə xidmətini
davam etdirməyi özünə şərəf
bildi. Doğulduğu Naxçıvan şəhərində
torpağa tapşırılıb.
Azərbaycan xalqı hər
zaman torpaqlarımızın azadlığı uğrunda
canını qurban vermiş şəhidlərimizin
xatirəsini uca tutur və onlarla
fəxr edir. Şəhidlik Vətənə
məhəbbətin zirvəsidir.
Gizir
Elvin Əhmədov 15 yanvar
1990 cı ildə Qazax şəhərində müəllim
ailəsində anadan olub. Alinənin yeganə oğul övladı olan Elvin Qazax şəhər Humanitar və Təbiət fənlər
təmayüllü məktəb-liseyin
məzunudur. Bir qızı
yadigar qalıb. Bu gün Qazaxın hər bir sakininin
qəlbində Elvin ucalığı,
Elvin mətinliyi yaşayır.
Şəhid ucalığı
isə ən yüksək zirvədir.
Bu zirvədən o, elinə,
obasına baxır, ədəbiyaşarlıq qazanır.
Hərbi
qulluqçu Sahil Sarıbala
oğlu Babayev 21 mart 1992-ci ildə
Masallı rayonunun Ərəb kəndində
müəllim ailəsində
anadan olub. Vətənə əmanət
3 azyaşlı övladı
- Samir, Elçin və
Milay yadigar qaldı. Azyaşlı körpələr bu gün qəhrəman ataları ilə fəxr edirlər. Ailənin yeganə oğul övladı olan Sahil Babayevin xatirəsi doğulub boya-başa çatdığı
Ərəb kəndinin
sakinləri, təhsil
aldığı məktəbin
müəllim və şagird kollektivi tərəfindən əziz
tutulur. Əslində qəhrəmanlıq zirvəsinə
gedən bu yolda Sahilin qəlbində
iz qoyan vətənpərvərlik qığılcımları
elə həmin ocaqda, valideyn və müəllimlərinin
gözü önündə
qoyulub. Sahilsiz bir dəniz oldu, Sahilin vətən
sevgisi. Vətəni qorumağı özünə şərəf bildi. O, Vətən torpağı
uğrunda düşmənə
hünər göstərdi,
döyüşdü və
canından keçdi.
Sahil Babayev əsl insana
xas olan mənəvi dəyərlərə,
əxlaqi keyfiyyətlərə
malik bir gənc idi.
Çavuş Zahir Əliyev 4
yanvar 1987-ci ildə Lerik rayonunun Sori kəndində anadan olub. Bir qızı var. Deyirlər şəhid ömrü Vətən qədər əbədidir.
Qəhrəman şəhid
Zahir Əliyevin xatirəsini leriklilər daim əziz tutur, onunla qürur
duyurlar.
Baş çavuş Ramin Hüseynov 1 iyun 1987-ci ildə Qazax rayonunda anadan olub. Vətənə əmanət oğlu var. Ramin vətəninə, millətinə bağlı
bir insan idi. Vətəni sevdi, onun üçün
yaşadı və vətənin
azadlığı yolunda
da canını əsirgəmədi.
Əsgər Samir Sadıqov 22 avqust
2000-ci ildə Ağstafa
rayonunun Qırılı
kəndində anadan
olub. Gənc hərbçi uşaq yaşlarından
vətənə olan sevgisi, bağlılığı
ilə seçilib.
Samir Sadıqov bir neçə ay əvvəl
ailə həyat qurmuşdu. Ata olmağa hazırlaşırdı. Övladını
görmək ona nəsib olmadı. Amma övladına qürur duyacaq bir Ata oldu Samir.
Əsgər Fərid Nəbiyev
1 yanvar 2000-ci ildə Qazax rayonunda polis ailəsində anadan olub. Subay idi.
Fərid ömrünün
ən gözəl gənclik illərini yaşayırdı. Gözəl
arzuları , gözəl fikirləri var idi. Bu arzular da, bu fikirlər də, bu diləklər də yarımçıq
qaldı.
Kiçik çavuş Süleyman
Mehdiyev 28 fevral 1992-ci ildə Ağdaş rayonunda anadan olub. Altı yaşında bir
oğlu var . Şəhid
olduqdan 10 gün sonra Oksana adlı qız övladı dünyaya gəldi. Bəli, Tanrının bəxş etdiyi ömrü Vətən
yolunda qurban verməyi özünə
şərəf bilən
Süleyman öz ölümü ilə bir daha sübut
etdi ki, Vətən sevgisi hər şeydən ucadır.
Əsgər Azər Məmmədov
9 yanvar 1990-cı ildə
Biləsuvar rayonunda anadan olub. Bir oğlul övladı var. Azər Məmmədovun tərcümeyi halını
oxuduqca onun məsləkinə- Vətən,
Millət sevdasına varırsan. Düşmən
hücumuna məruz qalan igid hərbçi
son nəfəsinə qədər
döyüşərək müqəddəs şəhidlik
zirvəsinə ucaldı.
Antiterror tədbirləri Azərbaycana
zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın
qəhrəman oğullarını
da bir daha tanıtdı. Hərbi qulluqçu Camal Səmədov
11 iyul 1991-ci ildə Neftçalada anadan olub. 2 qız övladı Camalın
əmanətidir.
Bəli, insanlığı
və humanist dəyərlərilə
seçilən Camal 32 il ömür yaşadı. Bizim qəhrəman Camal Səmədov çox
dəyərli, çox
önəmli, Vətənə
xidmətli bir ömür yaşadı. Və şəhidlik məqamına qovuşdu.
12 nəfər şəhid arasında əməlinin və hünərinin ucalığında dayanan
Rəşad adlı bir gənc də
var idi.Hərbi qulluqçu Rəşad Vəlizadə 13 iyul
1999-cu ildə Lerik rayonu Tikəband kəndində anadan olub. Subay idi.
Rəşad qısa
bir ömür yaşadı. Lakin elə bir şanlı ömür ki, unudulmaz qəhrəmanlığı, şücaəti ilə əbədiyyətə qovuşdu,
əsl Vətən oğlunun çətin məqamlarda edə biləcəyi son borcunu şərəflə yerinə
yetirdi. O, igidliyi, qəhrəmanlığı ilə
elə-obaya gərəkli
övlad, Vətənə
layiqli oğul oldu, qəhrəmanlığı ilə
hər kəsin başını uca etdi. Rəşadın nakam ömrü yarıda qırılsa da,
adı Vətənin hünər tarixinə əbədi həkk olundu.
Vətənin müdafiəsi uğrunda
canlarını qurban verənlər heç vaxt unudulmur. Şəhidlər həyat
durduqca yaşayırlar.
Bu məğrur, bu azad Azərbaycanı bizə qazandıran həm də Siz oldunuz, şəhid
qardaşlarım!
Allah rəhmət eləsin!
Təranə Şükürlü İbadullazadə
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
Hərbi
And.- 2023.- 3 noyabr, ¹41.- S.16.