Şəhid “Komando” Nicat
Nicatla eyni soyadı daşıyırıq və
bu təsadüf deyil. Doğmalarım, qohumlarım arasında müharibələrdə döyüşənlər
də oldu, şəhid olanlar da. Nicat kəndimizin iyirminci şəhididir. 15
şəhid Birinci Qarabağ Müharibəsində
vermişdik, 5 şəhid
də Vətən Müharibəsindən bəri
vermişik. Nicat isə Azərbaycanın ərazi bütövlüyünün
bərpası zamanı
canını fəda etdi, gənc yaşlarında doğma torpağımıza sözün
həqiqi mənasında
can qoydu. 30 ildə canını fəda etmiş bütün şəhidlərimizin əsas
missiyasını tamamladı.
O, şəhidlik zirvəsini
fəth etdi, vətən isə bütövlük zirvəsini.
Gəncəcik ömrü
ilə millətimizə
şərəf, düşmənə
döyüş dərsi
keçdi.
Nicatın atası da, anası
da bizim kəndçimizdir.
Qasımlı Nicat Elşən oğlu 13 avqust 2023-cü ildə Tovuz rayonunun Dondarquşçu kəndində
dünyaya göz açmışdı. Bakıda
böyümüş və
təhsil almışdı.
2009-cu ildə Sabunçu
rayon 311 saylı məktəbə
getmiş, 2018-ci ildə
məktəbi bitirmişdir.
Elə həmin il Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat
Kollecinə qəbul olmuşdur. 2022-ci ildə kolleci bitirmişdir. 1 iyul 2022-ci ildə hərbi xidmətə çağırılmış və vətənə xidmətə yollanmışdır.
Gəncə, Qusar və Goranboy rayonlarda hərbi xiddət keçmişdir.
Bütün növ döyüş tapşırıqlarının
icrasını hər
an yerinə yetirməyə
hazır hərbi qruplardan olan “Komando” hərbi hissələrində xidmət
edirdi.
19 sentyabr 2023-cü il tarixində
Qarabağ ərazisində
aparılan lokal
antiterror tədbirlərində qəhrəmancasına döyüşmüşdür.
Ağdam və Ağdərə uğrunda
gedən döyüşlərdə
şəhidlik zirvəsinə
ucalmışdır. Doğma
kəndi Dondarquşçuda
torpağa tapşırılmışdır.
Cəmi
20 yaşında Azərbaycanın
30 illik ağrılarına
son qoydu Nicat. O və onun kimi
gənclərimiz canından
keçdi, Vətənimiz
isə öz ərazi bütövlüyünə
qovuşdu.
Gülnar Səma
Hərbi
And.- 2023.- 17 noyabr, №42.-
S.10.