Ölümsüz qəhrəman Qurbanov Xansunun

şəhid olmasından üç il ötür

 

Ölümsüz qəhrəman Xansu Qurbanovun şəhid olmasından üç il ötür. Bu münasibətlə Naxçıvan şəhərində qəhrəmanın məzarı başında anım tədbiri keçirilib.

Dövlət rəsmiləri, şəhid ailələri, qazilər ictimayət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə dövlət himni səslənditilib. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər şəhidin həyatı döyüş yolundan danışıblar. Vətən müharibəsində zaman ön sıralarda döyüşən Xansunun "Ölümsüz" ləqəbi ilə könüllərdə taxt qurduğu vurğulanıb.

Xansu Elsevər oğlu Qurbanov 2000-ci ilin sentyabır ayının 23-də Cəhri kəndində anadan olub. 2006-2017-ci illərdə Naxçıvan şəhərində 15 nömrəli tam orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra həmin ilin oktyabırın 1-dən 2020-ci ilin aprel ayına kimi Naxçıvanın N saylı hərbi hissəsində xidmət edib. Hərbi xidmətini bitirsə Vətənə sevgisi, düşmənə nifrət hissi ilə yaşayan Xansu sənədlərini hazırlayıb hərbi hissəyə təqdim edir Naxçıvan Xüsusi Təyinatlıların dəstəsində kəşfiyyatçı olaraq təlimlərə başlayır. Qorxmazlığı, çevikliyi dəqiqliyi ilə seçilən Xansu Vətən müharibəsi başlandıqda 2020-ci il oktyabrın 6-da polkovnik Tehran Mənsumovun rəhbərliyi altında müharibəyə yollanan ilk könüllülər dəstəsində olub.

Naxçıvandan Bakıya oradan da cəbhə bölgəsinə yola düşməzdən əvvəl bəzi əşyalarını götürmək ailəsi ilə vidalaşmaq üçün iki günlüyünə evlərinə gəlib. Anası Yəmən xanımın sözü ilə desək sanki öz vəsiətini edib anasına gedərkən. "Ana mən gedirəm. Hər şey olabilər, şəhid olabilərəm. olur olsun sən ağlama. Bil ki, ağlasan mənim qol-qanadımı sındırıb tabuta qoymuş olarsan. Sən sevin ki, mən Qarabağımızı azad etməyə gedirəm".

Tədbirdə igid el oğlumuzun atasız bacılarına anasına necə sahib çıxmasından söz açan Yəmən xanım oğlunun Vətənə xidməti dövründən qürurla danışıb. Zəhmətkeş, ailəcanlı dostcanlı olan Xansunun döyüşlərdə göstərdiyi şücaəti, qorxmazlığı, çevikliyi onun döyüş yoldaşları tərəfindən heyranlıq sevgiylə qarşılanıb.

Kəşfiyyatçı olduğu üçün hər zaman öndə gedən, cəsurluğu, qətiyyəti ilə əsgər yoldaşlarına örnək olan Xansu Qurbanov Hadrutdan başlanan döyüş yolunda addım-addım qələbə qazanaraq ən ağır döyüşlər gedən Qırmızı Bazar qəsəbəsinə yoldaşları ilə bir yerdə çatır. Hər gün neçə yoldaşı yanında yaralanır, şəhid olur. Şuşaya gedən yüz iyirmi nəfər könüllü arasında ön sırada durur.

2020-ci il noyabrın 8-i Şuşa şəhəri azad edilir. Səhərisi gün müharibənin dayanmasına saatlar qalmış Xansu şəhidlik zirvəsinə ucalır.

Bu savaşa sonunu düşünmədən, vətən torpaqlarını işğaldan azad etmək üçün yollanan qəhrəman ölümündən sonra Azərbaycan Redpublikasının Prezidenti, Ali baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda" və "Şuşanın azad olunmasına" görə medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər birliyinin üzvü,

Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşı

 

Hərbi And.- 2023.- 17 noyabr, №42.- S.14.