“Sinəm Savalan dağıdır” - deyən
şair
Azərbaycanın görkəmli şairlərindən olan Xalq şairi Balaş Azəroğlu gözəl lirik şeirlərin, bənzərsiz
poemaların müəllifidir.
“Sinəm Savalan dağıdır”, - deyən
Balaş Azəroğlunun
yaradıcılığında Cənub ağrısı,
Vətən həsrəti
daim oxuculara da sirayət edib, onları düşündürüb.
Azərbaycan poeziyasının inkişafında
özünəməxsus rolu
olan Balaş Azəroğlunun anadan olmasından 102 il ötür.
Balaş
Azəroğlu 1921-ci il noyabrın
11-də Bakıda doğulub.
Orta təhsilini də burada alıb. Məktəbdə
oxuyarkən ədəbiyyata
böyük həvəs
göstərib. Məktəbin
ədəbiyyat müəllimi
Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərib, qəlbində ədəbiyyata
böyük sevgini alovlandırıb.
Ölməz şeirləri ilə
milyonlarla insanın bədii zövqünü
oxşayan, əbədi
rəğbətini qazanan,
ürəklərdə bütöv
Azərbaycanın möhtəşəm
heykəlini ucaldan sənətkar mənalı
və şərəfli
həyat yolu keçib. O, doğulduğu
Bakını, böyüdüyü
Ərdəbili sevib, erkən yaşlarından şeirə könül verib. Həyatı müxtəlif dolanbaclardan
keçsə də, özünü, yurdun gözəlliklərindən ilhamlanan
şair mənini və imzasını tanıda bilib.
O, yaradıcılığa hələ
16 yaşından başlayıb.
“Dnepr” adlı ilk şeiri
1937-ci ildə Bakıda
çapdan çıxıb.
Balaş Azəroğlunun
yaradıcılığına nəzər yetirəndə
onun Cənub ədəbi mühitinin mənzərəsini yaradan
əsərlərini xüsusi
qeyd etmək lazım gəlir. Şair ədəbiyyatımızın
bu coğrafi məkanına yeniliklər
gətirən, forma axtarışları
və mövzuları
ilə seçilən
müəllif kimi yüksəkdə dayanır.
Balaş
Azəroğlu gəncliyində
özü kimi odlu-alovlu şair qızı sevib. Özlərinə məxsus
ayrı-ayrı yaradıcılıq
üslubları olsa
da, məqsədləri birdir.
Bu qoşa sevgililərin
ürəyi ancaq Vətən eşqi ilə döyünüb. Xalq şairləri Mədinə Gülgün
və Balaş Azəroğlu uzun illər sənət yollarında birgə addımlayıb, ədəbiyyatda
və ailədə bir ocağın istisinə qızınıb,
isti sözləri ilə ürəklərdə
tonqal qalamağı bacarıb, övladlar böyüdüb, kitablar yazıblar.
Şair
Ərdəbildə, Təbrizdə,
Bakıda rəhbər
vəzifələrdə çalışarkən,
həmişə doğma
dilinə və xalqına sadiq olub.
Farscadan
dilimizə çevirdiyi
Nizaminin “Yeddi gözəl” poeması, Füzulinin qəzəlləri,
Şəhriyardan tərcümələri
geniş oxucu kütləsi tərəfindən
rəğbətlə qarşılanıb.
Şairin müxtəlif
illərdə “Şeirlər”,
“Savalan”, “Mübarizə
yollarında”, “Gənclik
dostlarım”, “Mənim
nəğmələrim”, “Səhər
şəfəqləri”, “Sənətin
qüdrəti”, “Hafizin
qəbri üstündə”,
“Elə oğul istəyir Vətən”, “Dünənim, bu günüm, sabahım”, “Gəl, ay bahar”, “Sinəm Savalan dağıdır”, “Bir kürsü
istəyirəm” və
digər kitabları ona oxucu rəğbəti
qazandırıb.
Balaş
Azəroğlu 2011-ci il aprelin
24-də Bakıda vəfat
edib.
Hərbi
And.- 2023.- 17 noyabr, ¹42.-
S.12.