Bu qızıl payızda bütün Azərbaycan Vətən dedi!

 

Bu xəzan fəsli qəhrəman oğullarımızın şücaətlərini Azərbaycanımızın gələcəkdə qürurla vərəqlənəcək tarix salnamələrinə zər işləmələrlə həkk etdi...

 

Mərd övladlarımız ata-baba ocaqları Qarabağ uğrunda savaşmaq üçün müqəddəs bir yola çıxdılar. İgidlərimiz Vətənimizin hər daşı, qayası, torpağımızın hər qarışı üçün çarpışmağa, döyüşməyə, düşmənə qan uddurmağa tələsdilər...

Əslində bu müqəddəs ana doğru biz çoxdan, ta 30 ilin o tayından yol gəlirdik işğalla heç zaman barışmırdıq...

Elə buna görə idi ki, Xocalının, Şuşanın, Laçının, Kəlbəcərin, Zəngilanın, Füzulinin, Cəbrayılın, Ağdamın, bütünlükdə Qarabağımızın işğal günlərini inadla yaddaşımıza həkk etmədik, o qara rəqəmlərlə təqvimlərə həkk olunmuş tarixləri tezliklə qırmızıya, zəfər gününə çevirəcəyimizə inandıq...

"Vətən bizi çağırır!” deyən oğullarımız yagı düşməndən - torpaqlarımıza göz tikərək qanımıza susayan erməni vandallarından qisas almaq üçün irəli atıldılar. Həyat dolu gənclərimiz təbəssümlə döyüşə yollandılar, canlarıyla ana yurda sipər oldular, Qarabağda Azərbaycanın yeni qürurverici tarixini qanlarıyla yazdılar. Qarabağ uğrunda döyüşən hünərli oğullarımızın hər birinin müqəddəs amalı qələbəni təmin etmədən geri dönməmək, bu yolda son damla qanlarınadək vuruşub düşməni darmadağın etmək idi.

İgidlərimiz daim irəli atıldılar, sıldırımlar aşdılar, yaralansalar belə, döyüşməkdən vaz keçmədilər, mənfurları diz çökdürməyənə qədər haqq savaşlarından əl çəkmədilər.Addım-addım, qarış-qarış irəlilədilər, işğal altındakı yaralı yurdlarımızı bir-bir azad etdilər.

30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük ikinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə dünyaya səs saldı. Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə yazıldı. Azərbaycanın döyüş meydanında diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi.

Qeyd etmək lazımdır ki, bu tarixi zəfərimizə qədər ordumuz 3 dəfə Ermənistan ordusuna ağır zərbələr vurmuşdu. 2016-cı ilin Aprel döyüşləri tarixi Qələbəmizin başlanğıcı oldu. O döyüşlərdə düşmən ağır itki verərək, silah-sursatını atıb qaçdı. Həmin döyüşlərdə 25 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın 2 min hektarı, o cümlədən bir sıra strateji yüksəkliklər azad edildi. 2018-ci il may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. İki il sonra, 2020-ci il iyul ayında Ermənistan ordusu yenidən təxribatlara əl atdı Tovuz rayonu istiqamətində atəşkəsi pozdu. Bu dəfə layiqli cavablarını aldılar. Tovuz döyüşləri Azərbaycanın hərb tarixinə xüsusi olaraq daxil oldu bizim zəfərimizə əsas təkan verən hadisə oldu. Bu döyüşdə yüzdən çox hərbçisi onlarla hərbi obyekti məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti hətta silah-sursatı qoyub qaçdı.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində isə noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri rayonun 90 kəndi, Füzuli şəhəri rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri daha 5 adsız yüksəklik azad olundu.

44 gün ərzində hər gün Azərbaycan Silahlı Qüvvələrinin mərd döyüşçüləri irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun tarixi ədalət zəfər çalsın. Vətənpərvər igidlərimiz düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. “Dəmir yumruqəməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı.

Müharibə dövründə Gəncəyə, Bərdəyə, Tərtərə atılan ballistik kasetli raketlər birliyimizi pozmağa, həmçinin millətin ruhunu qırmağa hesablanmışdı. Amma baş verən bu müharibə cinayətləri millətin əzmini, iradəsini əzə bilmədi, əksinə daha da gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq millət bir olaraq Ali Baş Komandanın ətrafında tək yumruğa çevrildi. Bu dövrdə Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bir yumruq kimi birləşdi.

Rəsmi İrəvanın kapitulyasiya aktına imza atması artıq labüd idi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux Sus kəndləri nəzarətə götürüldü. Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu.

Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsindəErmənistanın güclü ordusu varerməni xalqı döyüşkən xalqdırkimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.

Ali baş Komandanın  Böyük Qələbə münasibətilə xalqı təbrik edərkən müraciətində deyilir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə ən xoşbəxt günlərimdən biridir

Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri zabiti ilə yanaşı türk əsgər zabitləri iştirak edirdi. Paradı Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi. Paradda yerli xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri iştirak etdilər.

..nəhayət  Azərbaycanın ərazi bütövlüyü suverenliyi uğrunda başlanan mübarizənin son addımı hesab edilən Xankəndinin, Xocalının atraf rayonların azad edilməsi

19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 24 saata yaxın müddət ərzində  həyata keçirilmiş antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni hərbi birləşmələrinə ciddi zərbələr endirildi düşmən bayraq qaldıraraq təslim oldu. Bununla da, ərazidə olan qanunsuz birləşmələrin tərkisilah edilməsi prosesinə başlanıldı paralel şəkildə Qarabağda yaşayan erməni əsilli əhalinin reinteqrasiyası proseslərinə start verildi. Bu Azərbaycanın həm hərbi, həm diplomatik sahədə əldə etdiyi növbəti tarixi zəfər səlnaməsidir.

Prezident cənab İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərində Azərbaycan xalqına müraciəti 44 günlük Vətən müharibəsindəki zəfər sevinci kimi bizlərə növbəti qələbə müjdəsini yaşatdı. Bu tarixi müraciət bir daha xalqımızın qələbə əzminin, sücayətinin dünyaya nümayiş simvoluna çevrildi Azərbaycanın suverenliyi tam bəpa olundu. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməyən, suveren ərazilərimizdə saxta seçkilər keçirən, həmçinin terrorçu dəstələr yaradan erməni separatçıları gec-tez öz layiqli cəzalarını almalı idi bu belədə oldu.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan Ordusu maddi-texniki təchizat, döyüş hazırlığı döyüş ruhu baxımından tam üstünlüyə malikdir. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması idxaldan müəyyən dərəcədə asılılığın azaldılmasıbütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

Azərbaycan xalqı indi tamamilə dağıdılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Bütün şəhərlərdə İşğal Zəfər muzeyləri inşa ediləcək. Hərtərəfli görülürinfrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər.

Böyük Qayıdış strategiyası. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.

Bəli, 44 günlük Zəfər mübarizəmizin azman igidlərinin hər biri düşmənlə savaşda göstərdiyi rəşadətin, torpaq sevgisinin şərəf mükafatını aldı. Bu torpaq uğrunda canlarından keçən şəhidlərimizin müqəddəs haqq mübarizəsi qiymətləndirildi...

Amma o oğulların, o Vətən sevdalıların, o Vətən fədailərinin ən ali mükafatı, ən uca qiyməti xalqımızın ürəyində fəth etdikləri sevgi, qürur zirvəsidir...

Ruhunuz şad olsun!

 

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər birliyinin üzvü,

Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşı

 

Hərbi And.- 2023.- 17 noyabr, ¹42.- S.9.