Şəhadətin mübarək cənab
leytenant
ŞƏHİD - Vətən, torpaq, millət yolunda
öz istəyi ilə canından keçməyə razı
olan insanların fəth etdiyi ən yüksək, şərəfli
zirvədir. ŞƏHİDLƏR xalqın
azadlığını canı ilə qazanıb, qanı ilə
yazanlardır. Onların canı, qanı bahasına
qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən
heç vaxt unudulmur.
Qəhrəman oğullarımız vətən sevgisi
ilə illərdir işğal
altında əzab çəkən torpaqlarımızı vətən
etdilər. Yurda azadlıq,qəlblərə rahatlıq gətirdilər.
Belə qəhrəmanlarımızdan biri də Şəhid
Zamanlı Məmməddir.
Qəhrəmanımızın anadan olduğu
Naxçıvan MR Püsyan kəndində cənnətdəki
üçüncü ildönümü qeyd edilib. Tədbirdə
kənd İcra nümayəndəliyi, məktəblilər, hərbçilər,
şəhid ailələri və kənd ictimayəti
iştirak edib.
Vətən müharibəsinin başladığı
ilk gündən komandiri olduğu bölmənin şəxsi
heyəti ilə birlikdə döyüşlərə
qatılan Məmməd Zamanlı ermənilərin keçilməz
dediyi “Ohanyan səddi”nin dağıdılmasında
şücaət göstərib. Sentyabrın 27-də
Füzuli istiqamətində düşmənin
atdığı mərminin partlaması nəticəsində
şəhidlik zirvəsini fəth edib. Qeyd edək ki, şəhidimizin
adını daşıdığı babası Məmməd
kişi İkinci Dünya müharibəsində, atası Rəhman
Zamanov isə Birinci Qarabağ savaşında iştirak edib. Məmmədin
atası Rəhman Zamanov uzun müddət daxili işlər
orqanlarında xidmət keçib.
Məmməd Rəhman oğlu Zamanlı 1998-ci il
avqustun 3-də Şərur rayonunun Püsyan kəndində
anadan olub.
Qəhrəman şəhid Məmməd Zamanlı
2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin
sıralarında xidmət edib. Azərbaycan Ordusunun
leytenantı olan Məmməd Zamanlı 2020-ci il sentyabrın
27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən
Ermənistan işğalı altında olan ərazilərin
azad edilməsi və Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması
üçün başlanan Vətən müharibəsi
zamanı Füzulinin azadlığı uğrunda gedən
döyüşlərdə savaşıb. Məmməd
Zamanlı sentyabrın 27-də Füzuli döyüşləri
zamanı şəhid olub. Şərur rayon Püsyan kəndində
dəfn olunub.
Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi uğrunda
döyüş əməliyyatlarına qatılan və hərbi
hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyi üçün
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmməd
Zamanlı ölümündən sonra "Vətən
uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi
bütövlüyünün bərpa edilməsi zamanı
döyüş əməliyyatlarının rəhbəri
olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində
rəşadət göstərən, vəzifə borcunu ləqayətlə
və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il
tarixli Sərəncamına əsasən Məmməd
Zamanlı ölümündən sonra "Azərbaycan Bayrağı"
ordeni ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad
edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına
qatılaraq şəxsi igidliyi və şücaəti
nümayiş etdirdiyinə görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il
tarixli Sərəncamına əsasən Məmməd
Zamanlı ölümündən sonra "Füzulinin azad
olunmasına görə" medalı ilə təltif edilib.
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü,jurnalist,
Hərbi And.- 2023.- 6 oktyabr.- S.15.