Şəhid anası:
"O, hərbi forma geyinməyi o qədər arzulayırdı..."
Bu dəfə haqqında söz açacağım
qəhrəman qardaşım
şəhid Namazov Xəyal
Xudaverdi oğludur.
Xəyal
Namazov 23 may 1986-cı ildə
Füzuli şəhərində
anadan olub. Əslən Xocavənd rayonunun Muğanlı kəndindəndir.
O, təhsilə İsmayıllı
rayon Aşıqbayramlı kənd
tam orta məktəbində
başlayıb. Sonra Xocavənd
rayon Tuğ kənd
tam orta məktəbində
təhsilini davam etdirib, 11-ci sinfi Xocavənd rayon 4 saylı
tam orta məktəbdə
tamamlayıb. Xəyal 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Neft-qaz fakültəsinə
qəbul olub.
Xəyal Namazov 2006-cı ildə Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd
rayon Hərbi Komissarlığı
tərəfindən müddətli
həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini
Dövlət Sərhəd
Xidmətinin Sərhəd
Qoşunlarının sıralarında
Xudat Sərhəd Dəstəsində etmişdir.
2008-ci ildə hərbi xidmətini başa vuran Xəyal Namazov 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin
sıralarında müddətdən
artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
Xəyal Namazov şanlı Aprel döyüşlərində
də iştirak edib. Xəyal Namazov AQS-21 silahı
ilə manqa komandiri olaraq vuruşurdu. Gecə döyüşləri
zamanı Cəbrayıl
rayonunun Lələtəpə
istiqamətində olan
əlverişli mövqelər,
strateji nöqtələr,
o cümlədən Lələtəpə
zirvəsi Azərbaycan
Ordusu tərəfindən
işğaldan azad olunub. Həmin döyüşlərdə Ermənistanın
müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan
və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində
darmadağın edilib.
Döyüşlərdə fəal iştirakına görə Xəyal Namazov dəfələrlə
hərbi hissə rəhbərliyi tərəfindən
fəxri fərman və təşəkkürnamələrlə
təltif edilin..
Ailəli idi. 2 övladı yadigar qaldı. Şəhidin oğlu Adəm
6-cı, qızı Zəhra
isə 1-ci sinif şagirdidir. Şəhidin
Anası Şahbazova Natella xanım deyir ki, o, uşaq
olmağına baxmayaraq,
sanki ağsaaqqal idi:
Birinci Qarabağ
müharibəsində balalarım
üçün o qədər
çətin idi. O vaxtlar
işıq yox idi, çöl ocağında yemək bişirirdim. Bir dəfə Xəyal
oynaya-oynaya gəldi gördü ağlayıram.
Dedi niyə ağlayırsan, ana? Dedim, oğul, qardaşlarım,
millətin övladları
şəhid olur, qan tökülür. Dedi, ana, ağlama
o torpaqları biz azad edəcəyik. Elə o cür də etdi... Getdi şəhid oldu,
ancaq torpaqlarımız
azad oldu.
Sentybrın 17-də qıznın ad günüdür. O qədər
deyib güldülər
ki, qohumlarla. Sübh vaxtı idi. Dedi, ana, sən
də yatma, bəlkə bu bizim axırıncı görüşümüz oldu.
Xəyal
hər şeyi bilirdi. Mən qorxmayım deyə,
deyirdi narahat olma, türk qardaşlarımız buradadır,
bir oğlun da burnu qanamayacaq.
Heç
inanmazdım balam şəhid olar... Onun tabutu gələndə çox səbrli davrandım. O, hərbi
forma geyinməyi o qədər
arzulayırdı... Öz arzusu
qisməti oldu. Həmişə deyirdi ki, mən şəhid olacağam. Mən onun balalarını
özü kimi qorudum. Onun tabutu gələndə
həyəcandan, qorxudan
nəvəm pis olmuşdu, qəfil elə bidlim balamın balasına nəsə oldu. Atasının şəhid olmağı
balasına çox təsir etmişdi.
Axırıncı dəfə mənimlə
2020-ci il 2 oktyabrda danışdı.
Deyirdi,
ay ana, nə yaxşı uşaqlarımın
yanındasan. Mən
də ona dedim ki, gözün
arxada qalmasın, özünü qoru. Hirslənirdi ki, mən özümü qorumağa gəlməmişəm
ki... Həmin gün məni
müjdələdi ki,
girmişik torpağındayıq.
Dedi, ana, telefonu yanında saxla, günorta səninlə arxayın danışacağam. Telefonu əlimdən
yerə qoymadım.
Həmin
andan 1 saat sonra sən demə, şəhid olub. Hamı bizi yığırdı
ki, Xəyalla danışmısınız?
3 oktyabrda tabutu gəldi. Heç kəs mənə
cürət edib deyə bilmirdi ki, bura bir
xalça sər.
Həmin
gündən elə bil ölüb dirilirəm. Gecə düşəndə
deyirəm bu gecələr olmayaydı.
Divarla danışıb, ağlayırsan.
Onun şəhid olmağı bütün qohumlara pis təsir etdi. Allah Ali Baş Komandanımıza kömək olsun. Bizə ən böyük təsəllinin biri də o oldu ki, Prezident İlham
Əliyev Füzuli rayonu Qaraxanbəyli kəndində şəhidlərimizə
abidə qoydu".
Xocavənd rayonu Salakətin
və Qaradağlı
kəndlərindəki orta
məktəblərdə adına sinif otağı var. Şəhidlərimizin
adına Xocavənd rayonunda abidə bulaq kompleksi var.
Azərbaycan Ordusunun çavuşu
olan Xəyal Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan
Silahlı Qüvvələri
tərəfindən Ermənistan
işğalı altında
olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunması üçün başlanan
Vətən müharibəsində
iştirak edib. Füzulinin azadlığı uğrunda
gedən döyüşlərdə
vuruşmuşdur. Füzuli rayonunun
Qaraxanbəyli və Seyidəhmədli kəndləri
istiqamətində keçirilən
əməliyyatlarda fərqlənib.
Xəyal
Namazov 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının
yerinə yetirilməsi
zamanı həlak olub.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən
Xəyal Namazov ölümündən sonra
"Vətən uğrunda",
"Füzulinin azad olunmasına görə"
və "İgidliyə
görə" medalları
ilə təltif edilib.
Ruhun şad
olsun, qəhrəman qardaşım!
Aydın Tağıyev
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü, müstəqil araşdırmaçı jurnalist
mr-aydin@mail.ru
Hərbi And.- 2023.- 27 yanvar.- S.16.