"Arzum budur ki, Xudayarın təsnif oxuduğu yer xatirəsinə əbədiləşsin"

 

 

Bu dəfə haqqında söz açacağım qəhrəman qardaşım şəhid Yusifzadə Xudayar Müslüm oğludur.

Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. O, 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Orada xanəndəlik üzrə təhsil alıb. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam edib, marketlərin birində mühafizəçi olaraq çalışıb. Subay idi.

Xudayar Yusifzadə 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Kursdan keçdikdən sonra "kiçik gizir" hərbi rütbəsi alıb. 2020-ci ilin Tovuz döyüşləri zamanı Milli Qəhrəman, general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

Şəhidin anası Qurbanova Radə xanım deyir ki, Xudayar heç vaxt atasız olduğunu hiss etmədi:

Bacım Könül deyirdi ki, Xudayar, sən bizim qardaşımızsan. Nənə- baba yaşlı olduğu üçün səni Radə ananın üstünə yazdırmışıq. O, buna tam inanıbmış. Balaca vaxtı dayım ona keçi vermişdi. O da öz paltarlarından keçiyə geyindirirdi. Elə əhlilləşdirmişdi ki, keçi ayaqları ilə nağara çalırdı. O, çox rəhmdil idi. Heyvanları çox sevirdi.

Atam sürücü işləyirdi. Xudayar 6 yaşından maşın sürürdü. Atamın maşınının təkərləri köhnələndə bizə deyirdi ki, babamın maşınına yeni təkərlər alın. Nənəsi semiçka halvası çox xoşlayırdı, bazarlıq edəndə həmişə tapşırırdı ki, nənəmə mütləq halva al.

Bərdədə Vaqif küçəsində evimiz vardı. 1969-cu il tikilisi idi. 2017-ci ilin iyulunda qısa qapanmadan yandı. Allah Xudayarı o qədər sevirdi, o qədər gözəl bəndə idi... Evimiz yananda təkcə Qurani Kərim kitabı, Xudayarın son zəng köynəyi yaş kağızı, əsgərliyə çağrılması haqda yazısı öz əli ilə gələcək evinin şəklini çəkmişdi onlar qaldı. Qalan hər şey kül olmuşdu.

Balam çox mədəni, yaraşıqlı oğlan idi. Qardaşlarını, bacısını çox sevirdi. Həmişə mənə deyirdi ki, sən gözləmə onlar sentyabr ayı gəlsin nəsə alsınlar. Sən özün al. Onlar heç vaxt hiss etmədilər ki, ataları yoxdur. Balam, özününkündən gözəl paltarlar alıb, geydirirdi qardaş-bacısına. Bir dəfə mənə pul göndərdi ki, get özünə ayaqqabı, plaş al. Köhnə ayaqqabılarımı təmizlədim, şəklini atdım ki, aldım. Dedi, ana bu sənin köhnə ayaqqabılarındır, get təzəsini al.

Orta məıktəbi bitirəndə hərbi akdemiyaya keçdi, amma yazılıdan kəsildi. Getdi həri xidmətə, DTX-nin hərbi hissəsində əsgər oldu. Orada onun qabiliyyətli, nizam- intizamlı əsgər olmasına görə diplomları təltifləri vardı. Hərbi xidmətdən 2018-ci ilin yanvarın 2-də gəldi, 12-də işə qəbul oldu. 3-4 ay mühafizəçi kimi çalışdı. Daha sonra Dövlət Sərhəd Xidməti Sərhəd qoşunları kursuna imtahan verdi. Qəbul oldu kursu oxumağa başladı. Ondan sonra Astara Sərhəd Nəzarəti Məntəqəsində gizir kimi  başladı.

Xudayar 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət etdi. Sitalçay və Daşkəsəndə təlimlərdə olub. Daha sonra oğlum da 27 sentyabrda döyüşlərə qatılıb".

Şəhidin nənəsi Məmmədova Tovuz xanım deyir ki, Xudayara öz övladım kimi baxmışam: "Məni çox sevirdi. Uşaqlığı bizdə keçib. O, mənim mələk üzlü balam idi...

Xudayar Zəngilanda şəhid olub. Bir vaxtlar Zəngilanın adı Pircavan olub. Yəni cavanların piri..Mənim Xudayarım da o müqəddəs torpaqlarda şəhid olub. Balam şəhid olduğu həmin vaxt 24 cavan da şəhid olub".

Hazırda şəhidin adına Bakıda kənddə vətəndaşlarımızın şəxsi istəyi vəsaiti hesabına abidə kiçik bir bulaq tikilib. Türkiyədə yaşayan azərbaycanlı adamı Mübariz Mənsimova məxsus gəmilərdən biriXudayar Yusifzadəadını daşıyır.

Şəhidin anası deyir ki, bu həyatda ən böyük arzum budur ki, Xudayar o təsnifi oxuduğu yer adına əbədiləşdirilsin. Xudayarın atası tərəf hamısı musiqiçidir: "Ata babası Qurbanov Yusif klarnet ustası olub, mədəniyyət evində ailə ansamblı olub. Əmisi Cəlal, Əlzamin, bibisi Cəmilə Qurbanovlar musiqiçi olub. Onun atası çox gözəl qarmon ifa edirdi. Uzun illər bir sıra tanınmış müğənnilərlə çalışıb.

Allah heç bir anaya övlad dağı göstərməsin. Xudayar kimi düşmə tağ olan övladı itirmək çox çətindir.İnanın, hər zaman arzu edirəm ki, onun yanına gedim. Xudayarın yoxluğundan bu yana mən yaşamıram ki.. (Red. ağlayır)

2021-ci ilin oktyabrında qeyri-bərabər döyüşdə ermənilərə hücum zamanı qat-qat üstün düşmənlə döyüşdə qəhrəmancasına şəhid olub. Şəhid xəbərini 22 oktyabrda dayısına zəng edib deyiblər. Onlar 15 oktyabrda döyüş arası 4-5 saatlıq Füzulidə Böyük Bəhmənlidə görüşmüşdülər. Nənənsi həmin vaxtı Xudayarın döyüş yoldaşının əlaqə nömrəsini götürmüşdü Xudayarın dayısının nömrəsini vemişdik həmin oğlana. Dayısı dayanmdan yığandan sonra komandirinə deyib ki, dayısı yığır, mən deyim? Daha sonra komandiri  Xudayarın dayısına zəng edib deyib ki, o, şəhid olub.

Bizim övladlarımızın hamısı Vətən torpaq üçün gedib şəhid olublar. Biz haçan danışmısıqsa, həmişə mənə deyirdi ki, ana, məndən narahat olma. Mən Sərhəd qoşunlarındayam, öndə gedən uşaqlar başqadır.  Sən demə, məni narahat etməmək üçün belə deyirmiş. Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə cansağlığı versin! Xocalının qisasını alanların içərisində mənim balam olub. O boyda faciədə tökülən qanlarımızın bir damlasını da mənim oğlum alıbsa, xoş mənə! Xudayarın səsində 3 000 şəhidin harayı var. Onların hamsınsa canım fəda olsun! Cənab Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, komandanlığı nəticəsində biz daha qüdrətli Azərbyacan olacağıq!"

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Əvvəlcə, Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib. Daha sonra isə müharibədə döyüşərək xidmətinə davam edib. Murovdağın, Füzulinin, Cəbrayılın Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ruhun şad olsun, qəhrəman qardaşım!

 

Aydın Tağıyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist

mr-aydin@mail.ru

Hərbi And.- 2023.- 27 yanvar.- S.9.