Vətən
müharibəsində ilk bayraq ucaldan şəhid
Şəhidlər ölməz, vətən
bölünməz
“Üçrəngli bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər...”
Böyük Vətən müharibəmizin şəhidləri
öz qanlarıyla Azərbaycanın şanlı
bayrağını Qarabağ üzərində, işğal
olunmuş torpaqlarımızın səmasında
dalğalandırdılar. O bayrağı o torpaqlarda ilk
ucaldanlardan biri də Natiq Verdiyevdir. Çoxları onu Murov
üzərinə qaldırılan bayraq videosundan
xatırlayır. Bu yazıyla isə igidimizi daha yaxından
tanıyacağıq.
Verdiyev Natiq Əlimurad oğlu 5 fevral 1995-ci ildə
Xızı rayonu Xələnc kəndində anadan olub. 1
sentyabr 2001-ci ildə 9 illik Xızı rayon Xələnc kənd
məktəbində təhsil almağa başlayıb. 2010-cu
ildə həmin məktəbi bitirərək Sumqayıt
Texniki Kollecində "Kompüter şəbəkələrinin
və hesablama texnikasının təmiri və servis xidməti"
ixtisası üzrə təhsilini davam etdirib. 2013-cü ildə
təhsilini bitirərək Tərtərdə N saylı hərbi
hissədə xidmətə başlayıb. 2015-ci il yanvar
ayında hərbi xidmətini bitirib. 2016-cı ildə
"Aprel döyüşləri" uşaqlıqdan qəlbi
vətən sevgisiylə döyünən Natiq
üçün başqa bir həyatın
başlanğıcı olur. Döyüşkən ruhlu gənc könüllü olaraq orduya
qoşulmaq qərarına gəlib və Bakıda 3 ay kurs
keçərək, 5 illik müqavilə ilə xidmətə
başlayıb. İyulun 7-i Naftalana yola düşüb. Daha
sonra isə Tərtərə gedərək Xüsusi Təyinatlı
Qüvvələrdə "kəşfiyyatçı"
kimi hərbi qulluğunu davam etdirib.
Natiq bu sənəti seçərkən gec və ya
tez şəhid olacağını bilirdi, o günü
gözləyirdi. Çünki bu şərəfli zirvə
onun ən böyük arzusu, həyat amalı idi. Seçdiyi
və addım-addım yaxınlaşdığı bu zirvə
onu 2020-ci ildə gözləyirdi.
Bu il sentyabrın 27-də Vətən müharibəmiz
başlanan gündən Natiq də öndə irəliləyən
döyüşçülərimizdən olur. O və
döyüş yoldaşları bununla kifayətlənmir, ilk
qələbə şərbətini də məhz həmin
gün dadır, xalqa daddırırlar. Belə ki, Natiq
döyüş yoldaşları ilə birlikdə
işğaldan azad etdikləri Murov yüksəkliyinə
bayrağımızı Azan sədaları altında sancaraq
ilk qələbə sevincini xalqımıza yaşadırlar.
İşğaldan ilk azad olunan torpaqlar üzərində
dalğalanan ilk bayraq artıq onlara əmanət idi. Bu qəhrəman
igidlərimiz də çətin şərtlərdə, soyuq
havada üç gün ac-susuz qalaraq bayrağı müdafiə
edirlər. Onların bayrağın yanında çəkilmiş
görüntüləri insana qürur, sevinc
qarışıq qəribə hüzn də yaşadır.
Üzərində dayandığın torpağın müqəddəsliyini,
ucalığını bir daha ən dərin duyğularla hiss
edirsən. Çünki o torpağın hər qarışında
Natiq və onun kimi qəhrəman oğulların alın təri,
zəhməti, əzablı günləri, qanı, canı
var. O oğullar ki, onların hər biri bir ana yavrusu, bir
qardaş dayağı, bir bacı pənahı, bir sevgili qisməti
idilər. Amma onlar vətən yavrusu, xalq dayağı, Qarabağ
pənahı, torpaq qisməti, əbədiyyət yolçusu
olmağı seçdilər.
Gizir Verdiyev Natiq də oktyabrın 1-də Vətənin,
bayrağın müdafiəsi uğrunda gedən
döyüşlərdə qəhrəmancasına şəhid
olaraq, əbədiyyətə qovuşdu. O, oktyabrın 3-də
Xızı rayon Xələnc kənd qəbristanlığında
dəfn edilib.
Qardaşı Famil onun uşaq yaşlarından vətənpərvər
biri olduğunu deyir:
“O, lap uşaq yaşlarından vətənini,
torpağını sevən, döyüş ruhlu idi. Hərbi
xidmətdən 2015-ci ildə qayıtmağına baxmayaraq,
2016-ci il aprel hadisələrindən sonra könüllü
orduya yazıldı və gizirlik kursu keçib Tərtərdə
yerləşən öz hərbi hissəsinə
qayıtdı.
Vətənə bir başqa sevgisi vardı. Hətta
2016-cı ildə Xızı rayonu Giləzi qəsəbəsindən
şəhid olmuş Novruzov Ravilin 2018-ci ildə qəsəbənin
girişinə vurulmuş böyük şəklini
görüb deyirdi ki, bax, mənim
də belə bir şəklim bizim kəndimizin girişinə
vurulacaq. Şəhidliyi bu cür arzulayırdı.
Qardaşım dininə bağlı insan idi, İslam
dininin qanunlarına əməl etməyə
çalışırdı.
Silah yoldaşlarının sözünə görə,
hər döyüşə girəndə də öncə
Şəhadət namazı qılıb girərmiş.
Sentyabrın 25-də atama yazdı ki, mənə
halallığını ver, vaxt az qalıb. Biz hamımız əvvəldən
bilirdik ki, Natiq şəhidlik yolunu seçib. Bu da onun vətən
sevgisindən irəli gəlird.
Müharibə başlayandan hər gün
danışırdıq. Hətta oktyabrın 1-i günorta
saatlarında da danışdıq. Həmin gün bacıma
yazıb ki, “döyüş başlayır, biz gedirik.
Haqqınızı halal edin! Qarabağ probleminə son!”
Anası şəhidimiz haqqında danışır:
“Natiq uşaqlıqdan qoçaq idi, mərd idi, hər
kəsin köməyinə qaçan idi. Qohum-əqrəbada,
dost-tanışda hələ heç kim deyə bilməz ki,
Natiq bu vaxta qədər kiminsə xətrinə dəyib, kimisə
incidib. O, cəld, çevik uşaq idi. Özü seçdi
bu yolu. Özü istədi və getdi”.
“Şəhid bir damladır. Damlalar birəşib Şəhidlik
zirvəsini yaradırlar”- deyir qəhrəman igidin atası.
Natiq də o zirvəni yaradan şərəfli damlalardan
biridir. Bütün videolarında, şəkillərində
gülümsəyən, ən çətin məqamı belə
pozitiv qarşılayan, sonuncu videosunda “hələ ki, heç
birimizə heç nə olmayıb, salamatıq, heç birimizin
burnu da qanamayıb”- deyərək, ailəsinin, onları sevənlərin
ürəyini rahatlamağa çalışan Natiq sevərək
seçdiyi şəhidlik məqamına da gülə-gülə
getdi.
Torpaq suyla qarışarsa palçıq, qanla
qarışarsa Vətən olur. Bu torpağı öz
qanlayırlya növbəti dəfə Vətən edən
Natiqlərin ruhuna sayğı, sevgi, ehtiramla...
Şahanə MÜŞFİQ
Hərbi And.- 2024.- 7 iyun, ¹ 20.- S.16.