Yuxuların qonağı olan
ŞƏHİD - Emre Kaan
Azərbaycanımın dəyərli oxucuları!
Uzun ayrılıqdan sonra sizin
görüşünüzə “Öncə VƏTƏN” layihəsiylə
gəldim.
Bu layihəyə Türkiyə mətbuatında Azərbaycan
şəhidlərimizin tanıdılması ilə start
verilib.
Azərbaycan mətbuatında daTürkiyənin şəhid
övaldlarının yarımçıq qalan həyat hekayələri
ilə sizləri tanış etmək, onları daha
yaxından tanıtmaq istəyirəm.
ŞƏHİDLİK-ucadan uca bir zirvədir.
ŞƏHİDLİK- o zirvəni fəth edənlərin
yuksək məqamıdır.
ŞƏHİDLİK- Vətən
torpağının ağuşunda əbədi yuxuya
dalmaqdır.
ŞƏHİDLİK-Cənnət çiçəkləriylə
bəzənmiş bir məkana sahib olmaqdır.
Bütün bu saydıqlarıma sahib olan, “Öncə
VƏTƏN”in Azərbaycanda ilk qəhrəmanı Siirt şəhidi
Əmrə Kaan Arlıdır.
Hər şəhidin yarımçıq qalan çox
maraqlı həyat hekayəsi var. Hər hekayə onları
daha yaxından tanımağımıza vəsilə olur.
Bu hekayələr nə qədər maraqlı olsa da ,
bir o qədər insanın ürəyini paramparça edir.
22 yaşlı Əmrənin də həyat hekayəsi
də çox maraqlıdır.
Mən şəhidlərimizlə bağlı
yazdığım yazılarımda həmişə
onların hər zaman bizim yanımızda olduqlarını
vurğulayıram.
Vurğulayıram ki, şəhidlərin hər zaman
bizimlə bir arada olduqlarını kimsə unutmasın.
Əmrənin atası Şaban bəy səhiyyə
işçisi olub, hazırda təqaüdçüdür.
Əmrə şəhid olduqdan sonra Türkiyə
Müharibə Əlilləri, Şəhidlər, Dul və
Yetimlər Dərnəyinin Kocaeli şöbəsinin rəhbəri
kimi fəaliyyət göstərir.
Anası Əminə xanım tibb bacısı olaraq
çalışıb, indi təqaüddədir.
Əmrənin ailəsi və dostlarıyla
görüşdükdən sonra şəhidlərimizin şəhid
olacaqlarını öncədən hiss etdiklərinə bir
daha əmin oldum.
Həmin il qış İzmitdə çox soyuq
keçirdi. Ana balkondan çölə baxır, içi
yana-yana “ biz burda, rahat həyatda bu soyuğa dözə
bilmirik. Mənim övladım torpağın altında bu
şaxtaya necə dözür” deyə
düşünürdü.
Əmrəyə həmişə “çox istəyirəm
sən Kəbə imamı olasan, mən də sənə
baxım qürur duyum” deyirdi.
Şəhadətindən sonra Əmrə bir
qadının yuxusuna girir. Ona deyir ki, “anam mənim Kəbə
imamı olmağımı istəyirdi. Ona deyin ki, mən burda
hər gün Kəbə imamları ilə söhbət edirəm.
Nə soyuq hiss edirəm, nə də üşüyürəm.
Anama deyin, mənə görə narahat olmasın.”
Əmrə heyvanları çox sevirdi. Valideynləri
evdə it, pişik, göyərçin saxlayırdılar
Əmrə sevir deyə.
Əmrə məhəllədə kimin nə ehtiyacı
olardısa, köməyə qaçardı. Çətinə
düşənə həmişə yardım etməyə
çalışardı.
Onu hər yay məscidə göndərirdilər ki,
müsəlman övladı olaraq dinini öyrənsin.Valideynləri
çalışdıqları üçün onu nəzarətdə
saxlaya bilmirdilər. İbtidai sinif dönəmində
iki-üç duadan başqa bir şey öyrənməmişdi.
Amma Quran kursuna getdikdən sonra Quran-i Kərimi də
öyrənir, hətta başqalarına da Quran oxumaği
öyrədir.
Əmrə şəhid olduqdan sonra onun
üçün Quran oxunan günlərdə onlara bir yerimə
əngəlli gənc gəlir.
Nə Şaban bəy, nə də Əminə
xanım onu tanımırlar. Çox canfəşanlıqla nələrsə
etməyə çalışır. Gah yemək paylayır,
gah da ehtiyac olan işləri görməyə
çalışı.
Bir gün Şaban bəy, Əminə xanımdan bu gəncin
kim olduğunu, onu tanıyıb, tanımadığını
soruşur.
Əminə xanım da tanımadığını
söyləyir və həmin gəncdən Əmrəni hardan
tanıdığını soruşmağa qərar verirlər.
Onun qəlbinə dəymədən soruşurlar.
“Mən sizə deməyə ürək etmirdim.
Əmrə mənim Quran kursunda müəllimim olub.Müqəddəs
kitabı mənə Əmrə qardaşım öyrədib.
Mən başqa heç kimdən Quran-i Kərimi öyrənə
bilmirdim. Əmrə mənə çox yardımçı
olub.”
Beləliklə, Mustafa adlı bu gəncin Əmrənin
tələbəsi olduğunu öyrənirlər.
Əmrə anasına çox bağlı olub.
Anası onunla, o anasıyla nəfəs alıb. Bu sevgiyə ətrafdakılar
Əminə xanım sonbeşik övladları Hilalı
dünyaya gətirərkən bir daha əmin olublar.
Belə ki, Əminə xanım əməliyyatdan
çıxana qədər, Əmrə bacısına sarı
baxmayıb, qucağına da almayıb. Deyib ki, anam əməliyyatdan
sağ-salamat çıxana qədər, körpəni
qucağıma almaram. Sonralar Əminə xanımın iş
yoldaşları Əmrənin ona necə bağlı
olduqlarına şahid olduqlarını bildirirlər.
Əmrə hərbi xidmətə getmədən
öncə,bir gün atasına polis olmaq arzusunda olduğunu
bildirir. Sonra da təhsilini donduraraq hərbi xidmətə getmək
üçün müraciət edir.
Atası nədən belə etdiyini soruşanda Əmrə
cavab verir:
“Atacan, mənim günahım çoxdur. Mən əsgərliyə
şəhid olmaq üçün gedirəm. Şəhid
olacağam, sizi də, özümü də bu günahdan
qurtaracağam” deyir.
Atası onun bu cavabından əsəbləşir.
Deyir ki, ay oğul, sənin yaşın nə, başın nə?
Sənin nə günahın ola bilər ki? Həddi buluğa
hələ təzə girmisən.Nə etmisən ki? Pis hərəkətlər
aludəçisi deyilsən, oğurluq etməmisən, kimsəyə
pisliyin keçməyib. Günahın ola bilər ki, sənin?
Əmrə isə “ yox, ata, yox, mən şəhid
olacağam.Ona görə də, jandarmada komando kimi
dağlarda, dərələrdə düşmənlə
mücadilə edəcəyəm.” deyə cavab verir.
İmkan olduqca anasıyla, atasıyla əlaqə
saxlayır. Hər dəfə də “ana narahat olma, ana burda
heç bir problemim yoxdur” deyir.
Anası dərd çəkməsin deyə, ona yalan
söylərdi Əmrə. Şirin yalan idi onun yalanları.
Lakin orda Əmrənin dediyi kimi hər şey yolunda
getmirdi. Hər günü düşmən gülləsi
altında keçirdi.
Əmrə əsgər gedərkən,
başqalarından fərqli olaraq nə əllərinə,
ayaqlarına xına yaxılır, nə də musiqiçilər
dəvət olunur.
Onun üçün məsciddə Quran oxunma mərasimi
keçirilir.
Ehsan çörəkləri ətrafa paylanırkən,
yaşlı bir kişi Əmrənin dostundan “oğlum, şəhidinizmi
var?” deyə soruşur. Dostu isə “xeyir, əmi, Əmrə hələ
əsgər gedəcək.”deyərək kişiyə cavab
verir.
Bunu Əmrə şəhid olduqdan sonra dostu
anasıgilə deyir.
Oğlu əsgər getmədən dörd-beş ay
öncə ananın ürəyini qəribə bir
sıxıntı sarır. Heç yerdə qərar tuta
bilmir. Sanki bütün bədəni atəşə
bürünür, yanır.
Əmrə məzuniyyətə gəldiyində evdəkilərin
“orda vəziyyət necədir?” sualına “yaxşıyıq,
salamatçılıqdı” deyə cavab verir, bu mövzuda təkrar
söhbət açılmaması üçün tez-tez
başqa söhbətə keçir.
Bir dostu var, Əmrədən iki yaş
böyükdür. Ona danışırmış
dağdakı vəziyyəti.
“Mən atama orayla bağlı heç nə demirəm.İstəmirəm
burda məndən narahat qalsınlar.Bizim vəziyyətimiz orda
heç ürəkaçan deyil. Mən orda pulemyotçuyam.
Çox qəribə bir silahdır. 250 metrlik hədəfi 25
metrə çəkir. Mənə yandan, sağdan, soldan,
arxadan kimsə bir şey edə bilməz. Siçan kimi,
onları qovuram. Amma aşağıdan, yamacdan atəş
açarlarsa, onda özümü qoruya bilmərəm” deyə
dostuyla bölüşür.
Əmrə düşmənin niyyətini bu sözləri
söylərkən, sanki öncədən hiss edir.
Xain düşmənin basqını da dağın
yamacından olur.
Saat 14:10 radələrində Siirt Pervari yolunun təhlükəsiyliyi
üçün vəzifələndirilən hərbiçilərimizin
keçəcəkləri yola bölücü terror mənsubları
tərəfindən öncədən əldə düzəldilmiş
partalyıcı döşəyirlər.
Hərbi maşınla yoldan keçən 8 əsgər
və zabit şəhid olur.
Əmrə şəhid olduğu ilk gündən
iyirminci günədək ailəsinin tanımadığı
insanların yuxusuna girir.
“Əmrə mənim yuxuma gəldi, mən onu bu
dünyada heç tanımıram.Yuxuma gəldi, bunu dedi, Sizin
övladınız şəhiddir” deyə o insanlar
gördükləri yuxuları şəhidimizin ata-anasına
danışırlar.
Şaban bəyin, onunla bağlı unuda bilməyəcəyi
iki yuxusu var. Əmrə Konyaya heç getməmişdi.
Atası isə onu yuxusunda Mövlanənin türbəsinin
önündə görür. Xanımına deyir ki, mən
Konyaya gedirəm. O da “mən də gəlirəm” deyir və
birlikdə yola hazırlaşırlar.
Cümə sabahı səhər saat 08.00-da evdən
çıxaraq sürət qatarı ilə yola
düşürlər. Cümə namazını orda
qılırlar.
Yenikənd səmtində Əli adlı əqli
qüsurlu bir insan varmış. Əmrə ona da çox
kömək edərmiş.
Ailəsinin tanımadığı, adını bilmədiyi
çox insan var ki, Əmrənin şəhadətindən
sonra onlara yardım etdiyindən xəbərləri olur.
Əmrə şəhid olduqdan sonra da fərqli
çox şeylərə vəsilə olur.
Xalidə Xalid
Hərbi And .- 2024.- 6 sentyabr,(¹33).- S.14.