Yuxuların
qonağı olan ŞƏHİD - Emre Kaan
Azərbaycanımın dəyərli oxucuları!
Uzun ayrılıqdan sonra sizin
görüşünüzə “Öncə VƏTƏN” layihəsiylə
gəldim.
Bu layihəyə Türkiyə mətbuatında Azərbaycan
şəhidlərimizin tanıdılması ilə start
verilib.
Azərbaycan mətbuatında daTürkiyənin şəhid
övaldlarının yarımçıq qalan həyat hekayələri
ilə sizləri tanış etmək, onları daha
yaxından tanıtmaq istəyirəm.
ŞƏHİDLİK-ucadan uca bir zirvədir.
ŞƏHİDLİK- o zirvəni fəth edənlərin
yuksək məqamıdır.
ŞƏHİDLİK- Vətən
torpağının ağuşunda əbədi yuxuya
dalmaqdır.
ŞƏHİDLİK-Cənnət çiçəkləriylə
bəzənmiş bir məkana sahib olmaqdır.
Bütün bu saydıqlarıma sahib olan, “Öncə
VƏTƏN”in Azərbaycanda ilk qəhrəmanı Siirt şəhidi
Əmrə Kaan Arlıdır.
Hər şəhidin yarımçıq qalan çox
maraqlı həyat hekayəsi var. Hər hekayə onları
daha yaxından tanımağımıza vəsilə olur.
Bu hekayələr nə qədər maraqlı olsa da ,
bir o qədər insanın ürəyini paramparça edir.
22 yaşlı Əmrənin də həyat hekayəsi
də çox maraqlıdır.
Mən şəhidlərimizlə bağlı
yazdığım yazılarımda həmişə
onların hər zaman bizim yanımızda olduqlarını
vurğulayıram.
Vurğulayıram ki, şəhidlərin hər zaman
bizimlə bir arada olduqlarını kimsə unutmasın.
Əmrənin atası Şaban bəy səhiyyə
işçisi olub, hazırda təqaüdçüdür.
Əmrə şəhid olduqdan sonra Türkiyə
Müharibə Əlilləri, Şəhidlər, Dul və
Yetimlər Dərnəyinin Kocaeli şöbəsinin rəhbəri
kimi fəaliyyət göstərir.
Anası Əminə xanım tibb bacısı olaraq
çalışıb, indi təqaüddədir.
Əmrənin ailəsi və dostlarıyla
görüşdükdən sonra şəhidlərimizin şəhid
olacaqlarını öncədən hiss etdiklərinə bir
daha əmin oldum.
Həmin il qış İzmitdə çox soyuq
keçirdi. Ana balkondan çölə baxır, içi
yana-yana “ biz burda, rahat həyatda bu soyuğa dözə
bilmirik. Mənim övladım torpağın altında bu
şaxtaya necə dözür” deyə
düşünürdü.
Əmrəyə həmişə “çox istəyirəm
sən Kəbə imamı olasan, mən də sənə
baxım qürur duyum” deyirdi.
Şəhadətindən sonra Əmrə bir
qadının yuxusuna girir. Ona deyir ki, “anam mənim Kəbə
imamı olmağımı istəyirdi. Ona deyin ki, mən burda
hər gün Kəbə imamları ilə söhbət edirəm.
Nə soyuq hiss edirəm, nə də üşüyürəm.
Anama deyin, mənə görə narahat olmasın.”
Əmrə heyvanları çox sevirdi. Valideynləri
evdə it, pişik, göyərçin saxlayırdılar
Əmrə sevir deyə.
Əmrə məhəllədə kimin nə
ehtiyacı olardısa, köməyə qaçardı.
Çətinə düşənə həmişə
yardım etməyə çalışardı.
Onu hər yay məscidə göndərirdilər ki,
müsəlman övladı olaraq dinini öyrənsin.Valideynləri
çalışdıqları üçün onu nəzarətdə
saxlaya bilmirdilər. İbtidai sinif dönəmində
iki-üç duadan başqa bir şey öyrənməmişdi.
Amma Quran kursuna getdikdən sonra Quran-i Kərimi də
öyrənir, hətta başqalarına da Quran oxumaği
öyrədir.
Əmrə şəhid olduqdan sonra onun
üçün Quran oxunan günlərdə onlara bir yerimə
əngəlli gənc gəlir.
Nə Şaban bəy, nə də Əminə
xanım onu tanımırlar. Çox canfəşanlıqla nələrsə
etməyə çalışır. Gah yemək paylayır,
gah da ehtiyac olan işləri görməyə
çalışır.
Bir gün Şaban bəy, Əminə xanımdan bu gəncin
kim olduğunu, onu tanıyıb, tanımadığını
soruşur.
Əminə xanım da tanımadığını
söyləyir və həmin gəncdən Əmrəni hardan
tanıdığını soruşmağa qərar verirlər.
Onun qəlbinə dəymədən soruşurlar.
“Mən sizə deməyə ürək etmirdim.
Əmrə mənim Quran kursunda müəllimim olub.Müqəddəs
kitabı mənə Əmrə qardaşım öyrədib.
Mən başqa heç kimdən Quran-i Kərimi öyrənə
bilmirdim. Əmrə mənə çox yardımçı
olub.”
Beləliklə, Mustafa adlı bu gəncin Əmrənin
tələbəsi olduğunu öyrənirlər.
Əmrə anasına çox bağlı olub.
Anası onunla, o anasıyla nəfəs alıb. Bu sevgiyə ətrafdakılar
Əminə xanım sonbeşik övladları Hilalı
dünyaya gətirərkən bir daha əmin olublar.
Belə ki, Əminə xanım əməliyyatdan
çıxana qədər, Əmrə bacısına sarı
baxmayıb, qucağına da almayıb. Deyib ki, anam əməliyyatdan
sağ-salamat çıxana qədər, körpəni
qucağıma almaram. Sonralar Əminə xanımın iş
yoldaşları Əmrənin ona necə bağlı
olduqlarına şahid olduqlarını bildirirlər.
Əmrə hərbi xidmətə getmədən
öncə,bir gün atasına polis olmaq arzusunda olduğunu
bildirir. Sonra da təhsilini donduraraq hərbi xidmətə getmək
üçün müraciət edir.
Atası nədən belə etdiyini soruşanda Əmrə
cavab verir:
“Atacan, mənim günahım çoxdur. Mən əsgərliyə
şəhid olmaq üçün gedirəm. Şəhid
olacağam, sizi də, özümü də bu günahdan
qurtaracağam” deyir.
Atası onun bu cavabından əsəbləşir.
Deyir ki, ay oğul, sənin yaşın nə, başın nə?
Sənin nə günahın ola bilər ki? Həddi buluğa
hələ təzə girmisən.Nə etmisən ki? Pis hərəkətlər
aludəçisi deyilsən, oğurluq etməmisən, kimsəyə
pisliyin keçməyib. Günahın ola bilər ki, sənin?
Əmrə isə “ yox, ata, yox, mən şəhid
olacağam.Ona görə də, jandarmada komando kimi
dağlarda, dərələrdə düşmənlə
mücadilə edəcəyəm.” deyə cavab verir.
İmkan olduqca anasıyla, atasıyla əlaqə
saxlayır. Hər dəfə də “ana narahat olma, ana burda
heç bir problemim yoxdur” deyir.
Anası dərd çəkməsin deyə, ona yalan
söylərdi Əmrə. Şirin yalan idi onun yalanları.
Lakin orda Əmrənin dediyi kimi hər şey yolunda
getmirdi. Hər günü düşmən gülləsi
altında keçirdi.
Əmrə əsgər gedərkən,
başqalarından fərqli olaraq nə əllərinə,
ayaqlarına xına yaxılır, nə də musiqiçilər
dəvət olunur.
Onun üçün məsciddə Quran oxunma mərasimi
keçirilir.
Ehsan çörəkləri ətrafa paylanırkən,
yaşlı bir kişi Əmrənin dostundan “oğlum, şəhidinizmi
var?” deyə soruşur. Dostu isə “xeyir, əmi, Əmrə hələ
əsgər gedəcək.”deyərək kişiyə cavab
verir.
Bunu Əmrə şəhid olduqdan sonra dostu
anasıgilə deyir.
Oğlu əsgər getmədən dörd-beş ay
öncə ananın ürəyini qəribə bir
sıxıntı sarır. Heç yerdə qərar tuta
bilmir. Sanki bütün bədəni atəşə
bürünür, yanır.
Əmrə məzuniyyətə gəldiyində evdəkilərin
“orda vəziyyət necədir?” sualına “yaxşıyıq,
salamatçılıqdı” deyə cavab verir, bu mövzuda təkrar
söhbət açılmaması üçün tez-tez
başqa söhbətə keçir.
Bir dostu var, Əmrədən iki yaş
böyükdür. Ona danışırmış
dağdakı vəziyyəti.
“Mən atama orayla bağlı heç nə demirəm.İstəmirəm
burda məndən narahat qalsınlar.Bizim vəziyyətimiz orda
heç ürəkaçan deyil. Mən orda pulemyotçuyam.
Çox qəribə bir silahdır. 250 metrlik hədəfi 25
metrə çəkir. Mənə yandan, sağdan, soldan,
arxadan kimsə bir şey edə bilməz. Siçan kimi,
onları qovuram. Amma aşağıdan, yamacdan atəş
açarlarsa, onda özümü qoruya bilmərəm” deyə
dostuyla bölüşür.
Əmrə düşmənin niyyətini bu sözləri
söylərkən, sanki öncədən hiss edir.
Xain düşmənin basqını da dağın
yamacından olur.
Saat 14:10 radələrində Siirt Pervari yolunun təhlükəsiyliyi
üçün vəzifələndirilən hərbiçilərimizin
keçəcəkləri yola bölücü terror mənsubları
tərəfindən öncədən əldə düzəldilmiş
partalyıcı döşəyirlər.
Hərbi maşınla yoldan keçən 8 əsgər
və zabit şəhid olur.
Əmrə şəhid olduğu ilk gündən
iyirminci günədək ailəsinin tanımadığı
insanların yuxusuna girir.
“Əmrə mənim yuxuma gəldi, mən onu bu
dünyada heç tanımıram.Yuxuma gəldi, bunu dedi, Sizin
övladınız şəhiddir” deyə o insanlar
gördükləri yuxuları şəhidimizin ata-anasına
danışırlar.
Şaban bəyin, onunla bağlı unuda bilməyəcəyi
iki yuxusu var. Əmrə Konyaya heç getməmişdi.
Atası isə onu yuxusunda Mövlanənin türbəsinin
önündə görür. Xanımına deyir ki, mən
Konyaya gedirəm. O da “mən də gəlirəm” deyir və
birlikdə yola hazırlaşırlar.
Cümə sabahı səhər saat 08.00-da evdən
çıxaraq sürət qatarı ilə yola
düşürlər. Cümə namazını orda
qılırlar.
Yenikənd səmtində Əli adlı əqli
qüsurlu bir insan varmış. Əmrə ona da çox
kömək edərmiş.
Ailəsinin tanımadığı, adını bilmədiyi
çox insan var ki, Əmrənin şəhadətindən
sonra onlara yardım etdiyindən xəbərləri olur.
Əmrə şəhid olduqdan sonra da fərqli
çox şeylərə vəsilə olur.
Bir gün Yaşılova Quran kursundan bir müəllimə
Əminə xanıma zəng vurur. Əmrə şəhid
olduqdan bir həftə sonra.
“Əminə bacım, sizi Asiyə adlı bir
xanımla tanış etmək istəyirəm. Sizə gələ
bilərikmi”-deyə soruşur.
“Əlbəttə, qapımız hər kəsə
açıqdır, gəlin”deyir.
Gələn otuz dörd yaşında xərçəng
xəstəsi olan bir qadın olur.
Əmrə şəhid olduğu gün onun yuxusuna
girir, ona deyir ki, “bizim evin ünvanı budur. Anamın adı
Əminə, atamın adı Şabandır. Mən şəhid
olacağam. Anama deyin, üzülməsin, ağlamasın.Mən
şəhadət şərbətini Peyğəmbər əfəndimizin
əlindən içdim.”
Başqa bir yuxu isə Aynur adlı bir qızla
bağlıdır. Həmin gün evdə oturduqları vaxt,
qapının zəngi çalınır.
Açdıqlarında qarşısında bir qızın
dayandığını görürlər.
“Xala, məni yanlış anlamayın. Adım Aynurdur.
Mən sizin oğlunuzu yuxularımda görürəm. Hər
gecə görürəm. Quran oxutdum, sədəqə
payladım, amma yenə də gəlir, və hər dəfə
də, get mənim anamı ziyarət et, deyir” deyə
qızcığaz kövrələrək anladır.
Aynur onlara gəldikdən sonra, Əmrə bir də
onun yuxusuna girmir.
Əmrə şəhid olduğunda Əminə ana
dörd ilə yaxın bir müddət ərzində mətbəxin
balkonuna çıxmır. Hər gün zibilləri Əmrəyə
verər, özü də arxasından balkona
çıxıb, gözlərdi. Zibil qutusu olan tərəf də
balkonlarından görünərdi. O anları xatırlamaq
çox ağır olduğu üçün, balkona
çıxmaqdan vaz keçərdi.
“Nə edirsən et, amma bir yanın əksik.
Dostları evlənir, bizi dəvət edirlər. “Ana, gəl,
nə olur” deyirlər. Bizi çox sevdikləri
üçün yanlarında olmamızı istədiklərini
bilirik, amma mənim orda nələr çəkəcəyimi
onlar bilmirlər.
Evlənməkdən söz düşərkən,
Əmrə mənə deyərdi ki, sənin seçib, bəyəndiyin
qızla evlənəcəyəm. Atasına da demişdi ki, mənim
üçün elçiliyə Davud əmi gedəcək.
Davud qardaş da, bizim qohumumuzdu.
Bilirsiniz, insanın mənəviyyatı kor olarsa,
bütün bu acılara dözmək çox çətin
olar.
Bilirik Allahdan gəlmişik, Allaha da dönəcəyik.
Rəbbim vermişdi, Rəbbim də aldı.
Allah geridə qalan övladlarımıza sağlam,
xoşbəxt həyat nəsib etsin. Onların günahı
yoxdur ki...”-deyir ana.
Əmrə uşaqlıqdan çox hərəkətli
bir uşaq olur. Yatmağı sevməzmiş. Gah
anasının ayaqları üstdə, gah beşikdə tərpədərmişlər.
Layla, mahnı dinləyərək yatmağı da sevməzmiş.
O vaxtlar televizorda bir cizgi filmi vardı “Toplu”, onu izləyərək
yatarmış.
Əmrə çox mülayim, səmimi, dost,
yoldaş üçün canından keçməyə
hazır olan bir gənc olub.
Əlif Əmrədən dörd yaş kiçik
bacısıdır.
Əmrənin böyük qardaş olaraq cox diqqətli,
cox səmimi bir insan olduğunu deyir. Yaş fərqləri
olduğu üçün, onunla daha yaxın sirdaş, dost ola
bilmədiklərinə heyfslənir. Amma o, hər addımda
özünün ağır təbiəti ilə,
bacısının nəzərində bir dost obrazı
yaratdığından xəbərsiz olur.
Hər il yay aylarında ata yurdları Samsuna gedər,
dənizi çox sevirdilər.
Əlif də, kiçik bacıları Hilal da günəşdə
çox tez yanarmışlar. Əmrə isə heç
yanmazmış. Qızlar canlarının ağrısından
ağlar, Əmrə də o dəqiqə həkimliyə
başlardı. Yanan yerlərə krem çəkər, sərinləsin
deyə yanmış yerləri yelpiləyərdi.
Əmrənin qəribə bir özəlliyi olub. Məsələn,
evdən səhər çıxar, axşam gələrdi. Demək
olar ki, çox az vaxt olardı ki, gün ərzində evdə
olsun. Buna rəğmən ailədə kimin nəyə
üzülə biləcəyini, nəyə sevinə biləcəyini,
kimin nəyə sərt reaksiya verəcəyini gözəl
bilirdi. Çox vaxt onun bu xasiyyətinə ailə üzvləri
məətəl qalırdılar.
“Əmrənin şəhid olma xəbərini
aldığım gün, həyatımın bitdiyi gün
olaraq xatirimdə qaldı.
Xəbəri sosial mediada gördüm, təsadüfən.
Anam da qonşuda idi. Anama zəng çaldım ki, evə gəlsin.
Anam gəldi.Az keçmədi ki, atam da gəldi. Yay olduğu
üçün pəncərələr açıq idi. Birdən
aşağıdan səslər gəlməyə
başladı. Başımı pəncərədən
çölə çıxarmağımla evimizin
qarşısında təcili yardım, polis, əsgər,
jandarma maşınlarını gördüm. O an
qapının zəngi çalındı. Qapını atam
açdı...
O an dünya sanki mənim başıma uçdu.
Abimin, Əmrəmin şəhid olduğu xəbərini gətirmişdilər.
Bəzən düşünürəm ki, belə
ölüm hər kəsə nəsib olmur. Allah uzaq etsin,
başqa bir hadisə zamanı həyatını itirsəydi,
o acı bizə nələr yaşadardı, kim bilir.
Kaşki yaşasaydı. Kaşki onun toyunu görsəydik.
Onunla qürur duyuram, bəli. Bu qürurun içərisində
isə qardaş həsrəti, qardaş nisgili gizlənir.”-deyir
Əlif.
Evin sonbeşiyi Hilalın isə qardaşı ilə
bağlı xatirəsi çox azdır.
O qardaşını yaraşıqlı, ürəyi
yumşaq bir insan kimi xatırlayır. Əmrənin onun
üçün qürur qaynağı olduğunu
vurğulayır. Əmrənin divanda uzandığından,
onun da qardaşının sağında, solunda
fırlandığından, bəzən orda
yatdığını, özünün isə onun yanında
oturub film izlədiyini, sonra o da qardaşının ona
qoşulduğunu gülümsəyərək anladır.
Onunla keçirəcəyi daha çox günləri, eləcə
də, indi onunla bağlı daha çox danışa biləcəyi
xatirələrinin olmamasına heyfslənir Hilal.
Əmrənin cənazəsi gələn gün
Şaban bəy çox narahat olur. Deyir ki, içimdə sanki
bir ocaq qalamışdılar.Tələsik evə gəlir.
Evdəkilərin halından şübhələnir. Zəngi
çalınan qapını, özü açır.
Qapıda çoxlu əsgər və zabit
dayandığını görür. Yüksək rütbəli
zabitlərdən biri “ Abi, başımız sağ olsun,
qardaşımızı itirdik” deyir.
O, isə cavabında “İlla lillahi inna ileyhi raciun” deyə
cavab verir.
Onun bu cavabını eşidən zabit qəribə
baxışlarla üzünə baxır. Onlara oturmaq
üçün yer göstərir.
“O an mənim belim qırıldı, dünyam
dağıldı. Artıq doqquz ildir, üzüm gülsə
də, qəlbim qan ağlayır.
Hər gün, hər gün yuxuma gəlməsini
arzulayıram. Yuxuma gələndə bir az
rahatlanıram”-deyir, şəhid atası.
Əmrə doğulanda ad qoyulmasının da
maraqlı tarixçəsi var. Əminə xanım Yunus
Əmrə yaradıcılığına vurğun olduğu
üçün oğluna Yunus Əmrə adını qoymaq
istəyir. Şaban bəy isə böyük Göytürk
hökümdarı Bilgə Kağandan təsirlənərək
oğluna Bilge Kağan adını verməyi
düşünür.
Bir gün səhər Şaban bəyin ağlına
belə bir fikir gəlir: “Oğlumun adından anasının
istəyi olan Yunusu, mənim istəyim olan Bilgəni
çıxaraq, o zaman Əmrə Kaan olsun”
Bu adı qoyarkən onlar bilmirdilər gün gələcək
körpə Əmrə Kaanın, ata-anasının, Vətəninin
qüruru olacaq.
Bu günlərdə Əmrənin dostlarıyla
“Əmrəylə bir arada” adlı görüş
keçirdik.
Əmrənin dostları Barış Gündoğdu, Səlim
Maral, Əmrə Dikbaş, Alparslan Əmrə Eken,Əhməd
Meram.
Hər biri Əmrəylə bağlı xatirəsini
danışdıqca, xəyallarımda onların Əmrəli
günləri canlanırdı.
Qəribəsi də bu idi ki, hər kəs onunla
bağlı kədərli notlara köklənsə də,
ondan gülərək bəhs edirdilər.
Söhbətə ilk yazının əvvəlində
bəhs etdiyim əngəlli gənc Mustafa Yılmaz
başladı:
“Əmrəylə Quran kursunda tanış oldum.O zamana
qədər tanımırdım. Kursun müəllimləri
Quranı bitirən şəxslərə bir şagird
seçmə ixtiyarı vermişdilər. Əmrə
birbaşa mənim yanıma gəldi və “mən bu abimi
seçirəm” dedi.
Səkkiz gün olmadan mən Qurani-Kərimi
oxumağı öyrəndim. Dostluğumuz səkkiz gün
çəkdi. Amma bu səkkiz gün mənim
üçün bir ömrə bərabər oldu. O qədər
təmiz qəlbli, o qədər xeyirxah bir gənc idi ki.
Biz bir dərnək qurmuşduq, Kocaelində.Qazi və
şəhidlərimizlə bağlı.Əmrə tez-tez mənim
yuxuma girir və mənə “ abi, sənin orda nə işin
var? Orda olma, sənin orda olmağını istəmirəm”
deyirdi. Mən ordan istefa etdim.
Mən tez-tez işimlə əlaqədar onların evlərinin
qarşısından keçirdim. Bir gün də yuxuma gəlib
mənə dedi ki, “ abi, mən səni balkondan görürəm,
ordan keçərkən”.
Allah ondan razı olsun, bu gün əgər Qurani-Kərimə
bələd oldumsa, onun sayəsində oldum.”
Gənclər danışırdılar, hər biri də
sanki Əmrəylə bərabərmişlər kimi söhbət
edirdilər.
Uşaqlıq illərinin Əmrəli günlərini
elə ləzzətlə təsvir edirdilər ki, Əmrənin
indi cismən yanımızda olmamasına inanmağım gəlmirdi.
O xatirələrdə nələr yoxdu, birlikdə dərsdən
qaçaraq kompüter salonuna getmələri, dərsdən
qaçdıqları üçün sinifdə bir il qalmaları.
Dostlarından ayrı qalmasın deyə birlikdə
restoranda çalışmaları, atasının
maşınını qaçıraraq qəza törətmələri
və sonra qorxudan evə getməyib, sabaha kimi gizlənmələri,
Əhmədin tez-tez onlarda geceləmələri, sabaha qədər
söhbət edərək, səhəri açmaları.
Barışın atasının vəfatından
Əmrənin necə kədərləndiyi, Səlimin onunla
necə candan dost olduqları və söhbət əsnasında,
“Şaban əmi, Əmrəni bizdən ayırıb, başqa
məktəbə aparmaqla, mənim
uşaqlığımı məndən aldın”deməsi,
Osmanın gözlərini bir nöqtəyə dikərək,
sanki Əmrəni görürmüş kimi səssiz
duruşu, Alparslanın da Osman kimi səssizcə söhbəti
dinləyib, sonra çox qısa danışması, Əmrə
Dikbaşın hərbidə çalışmağa qərar
verməsinə səbəb Əmrənin şəhid
olması və daha nələr, nələr.
Bütün o söhbətləri qismət olsa
başqa bir layihədə sizlərə təqdim edəcəyəm.
Onlar danışır, mən isə Əminə
xanım və Şaban bəyi gizlicə müşahidə
edirdim. Gənclər danışdıqca, onlar necə
qürurla dinləyir, gah kövrəlir, gah da gülümsəyirdilər.
Əmrənin yaxın dostu Beytullah Cürenin onunla
bağlı xatirələrin oxuyandan sonra, onların hər
birinin ruhunda bir Əmrə yaşadığına bir daha əmin
oldum.
Beytullahın xatirəsi belə başlayır:
“Əmrə ilə ilk
tanışlığımı xatırlayıram. On altı
yaşındaydım. Əmrənin lisey dostlarından Mərd
mənim məhəllə dostum idi. Bir gün Mərd ilə məhəllədə
oturmaq üçün plan cızdıq. Mərd gələndə
Əmrəylə gəldi. İlk
tanışlığımız ordan başladı və
şəhid olduğunda bitdi.
Cismən bitdi
Xalidə Xalid
Hərbi And .- 2024.- 13
sentyabr,(¹34).- S.12.