Özbək milli dəyərləri
və mənəvi mirasının cəmiyyətin
inkişafındakı rolu
Hər bir millətin
özünü, yalnız ona xas olan xüsusiyyətlərini
nümayiş etdirən elementlər ilk növbədə,
müəyyən millətin dəyərləri və mənəvi
mirasıdır. Dil, adət və ənənələr, millətin
mədəniyyəti və sənəti milli dəyərlər
sırasına daxil olur. Millətin birinci göstəricisi onun
ana dili olsa, mədəniyyət onun xarakterini müəyyən
edən əsas göstəricilərdən sayılır.
Əsrlər boyu yaşayıb gələn milli dəyərlərin
davamlılığı ən əvvəl xalqın bu
mirası nə qədər qoruyub saxlamasına
bağlıdır. Özünü itirən xalqların ilk
növbədə dilindən, sonra digər dəyərlərindən
ayrılacağına dair tarixdə nümunələr
çoxdur. Cəmiyyətin inkişafında bu cür itkilərə
səbəb olan amillər var, millətin fədaəvərləri
məhz bunlardan ehtiyatlı olmalıdırlar. Sovet
dövründə “Get-gedə millətlər yox olub, yeganə
sovet milləti yaranacaq” kimi təhlükəli yanaşmalar irəli
sürülmüşdü, amma millətlər
özlüyünü qorumaq üçün nə qədər
mübarizə apardıqlarını böyük və orta nəsil
nümayəndələri yaxşı bilir.
İnsanlığın yaratdığı müxtəlif
sahələrdəki biliklər - bədii və elmi əsərlər,
rəssamlıq və heykəltəraşlıq sənəti
nümunələri, memarlıq abidələri, kino və
teatr əsərləri, kitabxanalar və muzeylər hər bir
millətin mənəvi irsi hesab olunur. Ataların miras
qoyduğu ənənələri qoruyub inkişaf etdirən və
onu öz inkişaf yolunda istifadə edən millət
dünyada uzun müddət qala bilər.
Dünya tarixinə nəzər salsaq, elmin müxtəlif
sahələrində zəngin miras qoyan alimlərin əksəriyyətinin
Türküstan ərazisində yaşayıb, fəaliyyət
göstərdiyini görürük. Əl-Xarəzminin əlcəbr
və riyaziyyat, İbn Sinanın tibb, fəlsəfə, ədəbiyyat
və musiqi, Əlişir Nəvainin şeir, İmam Buxari,
İmam Maturidi, İmam Termizinin hədis və
dinşünaslıq, Bəhəuddin Nəqşbəndin fəlsəfə
sahəsindəki fəaliyyətləri dünya tərəfindən
tanınmış, yüksək dərəcədə qiymətləndirilmişdir.
Saydığımız ulu əcdadlarımız –
böyük silsilənin kiçik bir hissəsidir yalnız.
Bölgəmizdə onlar kimi minlərlə biz bilən və
bilməyən böyük alimlər yaşamışdır.
Milli dəyərlərin və mənəvi mirasın
cəmiyyətin inkişafındakı rolu təkcə
ölçülə bilməzdir. Dəyərlərin
davamlılığı sayəsində müəyyən xalq
öz milli kimliyini qoruyub saxlayırsa, mənəvi irsdən səmərəli
istifadə edərək inkişafın yüksək zirvələrinə
çatmaq mümkündür. Bu gün cəmiyyət həyatının
ayrılmaz bir hissəsi halına gəlmiş kompüter və
mobil telefonların iş prinsipi arxasında ulu babamız Xarəzmiyin
yaratdığı algoritm anlayışı dayanır ki, bunu
hər kəs də bilməz. Dünya hələ də
İbn Sina təlimatından dərs alır, onun
yaratdığı müalicə üsullarından istifadə
edir. Əl-Fərqaniyin yaratdığı “nilomər”
qurğusu yaxın zamanlara qədər Nil çayının
suyunu ölçmək üçün əsas vasitə
sayılırdı. Sahibqıran Əmir Teymurun
hökmdarlıq və sərkərdilik təcrübəsi hələ
də hərbi təhsil müəssisələrində tədris
olunur. Farabi isə haqlı olaraq Aristoteldən sonra “İkinci
müəllim” kimi tanınır. Mirzə Uluqbəyin fəlsəfəyə
dair kəşfləri, onun “Zic-i Körəgəni” cədvəli
bir neçə əsr boyunca dünya astronomiya məktəblərində
dərslik olub.
Qədimdən qalan sənət nümunələri
bugün də milli şüur və mədəniyyətin
yüksəlməsinə xidmət edir. Ölkəmizdə
yaradılmış müstəsna musiqi mirası sayılan
“Şəşməqam” YUNESKO tərəfindən
insanlığın qeyri-maddi mirası kimi tanınması da
fikrimizə dəlildir. Dünən və bu gün özbək
mahnı sənətində yaradılan və sabah
yaradılacaq bütün əsərlər, şübhəsiz,
“Şəşməqam”dan bəhrə alır.
Daşkənd, Səmərqənd, Buxara, Xarəzm,
Şəhrisəbz və Fərqanə vadisində
saxlanmış memarlıq abidələri bu gün də
öz mahiyyətləri və yüksək zövqü ilə
insanları heyrətləndirir. Belə nadir sənət
nümunələri gənc nəsli milli dəyərlərimizə,
mədəni irsimizə hörmət ruhunda tərbiyələndirməkdə,
onların ürəklərində milli qüruru
formalaşdırmaqda mühüm rol oynayır.
Müstəqillik nəticəsində yenidən
doğulmuş özbək döyüşü – millətimizin
zəka əlamətidir. Dünya tərəfindən
tanınan bu idman növü ildən-ilə
populyarlaşır, onun terminləri dünya arenasında saf
özbək dilində səslənir. Xalq dahası tərəfindən
yaradılan bu kəşf özünün sadəliyi,
dürüstlüyü və cəsarəti ilə digər
idman növlərindən kəskin şəkildə fərqlənir.
Tez inkişaf edən dünya “qloballaşma” adlı
çərçivəyə düşüb, bu millətlər
üçün real təhlükə yaradır. Eyni şəkildə
düşünmək, oxumaq, danışmaq və geyinmək
insanları mankurt və zombiyə çevirə bilər,
özünü unutmuş insan heç çəkinmədən
vətəni və millətini tərk edər əlbəttə.
Bu təhlükədən cəmiyyət yalnız milli dəyərlər,
əcdadlarımızdan qalan mənəvi miras sayəsində
xilas ola bilərik. Bunun üçün isə yalnız millət
ziyalıları deyil, bütün cəmiyyət birgə
çalışmalıdır. Mədəniyyət və mənəviyyat
sahəsindəki adamlar, şairlər və
yazıçılar, jurnalistlər və müəllimlər
ilə yanaşı, hər bir ailə başçısı
milli dəyər və mənəvi mirasını qoruyub
saxlamaq üçün ürəkdən
çalışmalıdır. Beləliklə, özbək
milləti dünya xəritəsində əbədi olaraq
qalacaq. Zira, yalnız kökləri dərinlərə gedən
və ana torpaqdan su içən ağaclar uzun ömür
sürə bilər.
Dilabər Corayeva,
Özbəkistan RespublikasıMədəniyyət və
Maarif Mərkəzinin Alat rayon bölməsinin baş mütəxəssisi
Hərbi
And .- 2025. -4 aprel(¹11).- S.14.