Aprel
döyüşləri - Böyük qələbəmizə
aparan yolun başlanğıcı
Aprel döyüşləri - Böyük qələbəmizə
aparan yolun başlanğıcıAprelin 1-i Azərbaycan və
Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin
növbəti ildönümüdür.
Azərbaycan Ordusunun qələbəsi ilə
yekunlaşan tarixi döyüşlərin başlanmasından
9 il ötür.
Tarixi qələbəmizə qısa ekskurs edən Azərbaycan
Respublikası Beynəlmiləlçi Əlil
Döyüşçülər Fondunun prezdenti, Əfqanstan və
Qarabağ mharibələrinin veteranı Sərraf Orucov
Avrasiya.net-ə deyib ki, Aprel döyüşləri
Qarabağda Böyük Qələbəmizə aparan
şanlı zəfər yolun başlanğı olub.
O, qeyd edib ki, 2016-cı il aprelin 1-dən 4-nə qədər,
Ermənistan silahlı qüvvələri sərhədyanı
kəndlərimizi, qoşunların təmas xəttindəki
yaşayış məntəqələrimizi
amansızcasına atəşə tutub. Azərbaycan Ordusunun cəsur
və qəhraman oğulları düşmənin hücumunun
qarşısını alıb, əks hücuma keçərək
işğalçı ordunu geri oturtmaqla bərabər xeyli ərazilərimizi
azad edib.
Bunlar Tərtər rayonunun Selsulan, Qazaxlı kəndləri,
Talış kəndi ətrafındakı strateji yüksəkliklər,
Cəbrayıl rayonunu LələTəpə strateji yüksəkliyi
və Cocuq Mərcanlı kəndidir: “2016-cı ilin apreli bu qətiyyətin
başlanğıcı oldu. Ermənistan silahlı qüvvələrinin
cəbhə xəttində təxribatlarının
qarşısı qətiyyətlə alındı, Lələtəpə,
Bayraqtəpə kimi olduqca əhəmiyyətli yüksəkliklər
də daxil olmaqla, 2 min hektarlarla ərazi düşməndən
təmizlənərək işğaldan azad edildi, 320 erməni
silahlısı məhv edildi. Bu, Azərbaycan Ordusunun
böyük tarixi qələbəsi idi. Bu, Azərbaycan
Ordusunun gücünü, qüdrətini, döyüş əzmini,
qələbə ruhunu təsdiqlədi. Bu, ordu ilə
xalqın birliyinin qələbəsi kimi tarixləşdi.
Bu qəhrəmanlar və həmin həlledici günlərdə
ayağa qalxaraq ordusu ilə birgə olduğunu göstərən,
cəbhəyə axışan xalqımız dünyaya
göstərdi ki, biz torpaqlarımızı düşmən
işğalından azad etməyə qadirik. Müəyyən
dairələrin Azərbaycana qarşı istifadə etməyə
çalışdığı “uduzmuş tərəf”
sindromunu da məhz aprel döyüşlərinin qəhrəmanları
darmadağın etdilər. Bu gün yalnız şəhid ailləri
deyil, bütün xalqımız aprel və vətən
müharibəsinin şəhidləri ilə qürur duyur. Bu
gün hər birimizin qəlbi yüksək iftixar hissi ilə
doludur. Bu il şanlı aprel döyüşlərindən 9
il ötür. O döyüşlərdə Azərbaycan əsgəri
nəyə qadir olduğunu bir daha sübut etdi.
Ermənilər Azərbaycan Ordusunun qəhrəman
zabit və əsgərlərinin qorxmazlığı,
şücaətindən qorxuya düşdülər. Əminəm
ki, Ermənistan və onlara havadarlığ edən bədnam
dövlətlər 2016-cı ilin aprelində və 2020-ci il 44
günlük Vətən müharibəsində
aldığı bu kəsərli zərbəni heç vaxt
unudmayacaqdır.
Aprel döyüşləri Azərbaycanımızın
bugnki, Zəfər Qələbəsinin ilk qaranquşları
oldu.
Məhz aprel döyüşlərində Azərbaycan
əsgəri subut etdi ki, nəyin bahasına olursa, olsun
işğal altında olan torpağlarımızı yadelli
düşmənlərdən azad edəcək.
2020-ci il tarixlərində, 44 günlük Vətən
müharibəsində Azərbaycan Respublikasının
Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Müzəffər
Ali Baş Komandanı Cənab İlham Əliyevin qətiyətli
rəhbərliyi ilə və şəhidlərimizin qəhrəmanlığı,
qanları bahasına işğal olunmuş
torpağlarını ermənilərdən qeyri-şərtsiz
azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa
olundu.
Vətən Müharibəsində, Ermənistanın
ordusunun Xocalıda, Xankəndində, Şuşada, Kəlbəcərdə,
Laçında olan əsas döyüş texnikaları,
sursatları və əsgəri qüvələrinin hamsı
ilk günlərdə Xocəvənd, Fizuli, Hadrut, Ağdam, Zəngilan,
Cəbrail və Qunadlı ərazilərinə gətirilərək,
orada Müzəfər Azərbaycan Ordusu tərəfindən
yarsı döyüş zamanı məhv edilmiş, yarsı
isə atıb qaçdlıqlarından, ordumuz təfindən
işlək vəziyyətdə qənimət kimi ələ
keçirildi.
Aprel və 44 günlük Vətən müharibəsinin
döyüşləri bir daha əminliklə təsdiqlədi
ki, Azərbaycan Ordusu digər torpaqlarını işğaldan
azad etməyə qadirdir və Azərbaycan dövləti, Azərbaycan
xalqı Azərbaycan ərazisində ikinci erməni dövlətinin
yaranmasına heç zaman imkan verməyəcəkdir”.
S.Orucovun sözlərinə görə, əminliklə
təsdiqləndi ki, xalq ordusuna inanır, ona güvənir,
ordu da xalqa arxalanır. Bu qələbə ermənilərin
illərlə formalaşdırmaq istədiyi “qalib” rəyin
puç olduğunu da təsdiqlədi. Ordumuzun gücü həm
də bu amillə bağlıdır.
Qanı, canı, və bütün varlığı
ilə doğma Vətənə olan tükənməz
sevgisini ortaya qoyaraq sarsılmaz döyş ruhunu həm
düşmənlərimizə eləcədə, onların
havadarlarına nümayiş etdirdilər. Xalqımız 30 il ərzində
bu qələbə müjdəsini səbirsizliklə gözləyirdi.
Bundan sonra isə, şəhidlərimizin qanları
bahasına əldə etdiyimiz Azərbaycan dövlət
müstəqilliyini və ərazi
bütövlüyünü qoruyub saxlamaq Azərbaycan ordusu ilə
yanaşı, milli mənsubiyyətindən aslı olmayaraq
bütün Azərbaycan vətəndaşlarının
müqəddəs vəzifə borcudur: “Buna görə də
“ARBƏD”- Fondunun üzüvləri yeniyetmə və gənclərin
hərbi-vətənpərvərlik ruhda tərbiyə
olunmaları istiqamətində, Azərbaycan Respublikası Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin Azərbaycanda “Vətənin
müdafiəsinə hazıram!” devizi altında gənclər
təşkilatları və vətəndaş cəmiyyəti
institutlarının iştirakı ilə
reallaşdırılmış tədbirlərdə gənc nəslin
müddətli həqiqi hərbi xidmətə fiziki, mənəvi
və psixoloji cəhətdən hazırlığının
artırılmasına, onların Vətənə sadiqlik
ruhunda tərbiyə edilməsinə xüsusi önəm
verilməsində yaxından iştirak edir.
Məqsədimiz yeniyetmə və gənclər
arasında hərbi-vətənpərvərlik ruhunu daha da
yüksəltməkdir. Belə görüşlərdə
Aprel döyüşlərinin və 44 günlük Vətən
müharibəsin əhəmiyyəti barədə də
söz açmağı özümüzə mənəvi
borc bilirik.
Bu gün biz aprel döyüşlərini Qarabağda
böyük qələbəmizə aparan şanlı və
müqəddəs yolun başlanğıcı hesab edirik.
“Canlarını vətən, millət, dövlət
uğrunda qurban vermiş şəhidlər həm dini
nöqteyi- nəzərdən, həm də bəşəri cəhətdən
şərəfli və müqəddəs bir yolun
yolçularıdırlar. Şəhidlərimiz daima ehtiram
hissi ilə yad olunublar və olunacaqlar. Nə qədər ki,
Azərbaycan xalqı, Azərbaycan dövləti var şəhidlərimiz
də qəlblərimizdə yaşayırlar və
yaşayacaqlar. Azərbaycanın suverenliyi və ərazi
bütövlüyünün müdafiəsi uğrunda Şəhid
olmuş insanların adı daimi qəlbimizdədir! Onların
xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən
çıxmaz, unudulmaz”.
Mikayıl Həsənli
Hərbi
And .- 2025. -4 aprel(¹11).- S.6.