"Aprel
döyüşlərində "məğlubedilməz erməni
ordusu" mifi darmadağın edildi": EMİN
HƏSƏNLİ
"Aprel döyüşlərində "məğlubedilməz
erməni ordusu" mifi darmadağın edildi": EMİN
HƏSƏNLİ Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən
biri olan şanlı Aprel döyüşlərindən doqquz
il ötür. Bu döyüşlər Vətən müharibəsinə
aparan yolun mühüm mərhələsi kimi tarixə
düşüb. 2016-cı ilin aprelində Azərbaycan Ordusu
Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına
layiqli cavab verdi və dördgünlük müharibə
zamanı böyük uğurlar qazandı. Bu döyüşlər
təkcə hərbi qələbə deyil, eyni zamanda
xalqımızın milli ruhunun gücünü, birliyini və
ordumuzun qüdrətini nümayiş etdirdi.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən
hərbi ekspert Emin Həsənli bildirib ki, Aprel
döyüşlərinin hərb tariximizdə xüsusi yeri
var. Aprel döyüşləri bizim ruhumuzun qələbəsidir.
Bu döyüşlər bölgədəki vəziyyəti dəyişdi.
Bütün dünya bildi ki, Azərbaycanın güclü
ordusu var. Azərbaycan dövləti öz ərazi
bütövlüyünü bərpa edəcək və
işğalla barışmayacaq:
"Aprel döyüşlərində "məğlubedilməz
erməni ordusu" mifi darmadağın edildi": EMİN
HƏSƏNLİ"Aprel döyüşləri Azərbaycan
xalqının özgüvənini daha da artırdı,
xalqın orduya inamını gücləndirdi. Xalqımız
orduda aparılan işlərdən xəbərdar idi, lakin bu
döyüşlərdə ordumuzun gücünü praktik
olaraq gördü. Xüsusi təyinatlılarımızın
şücaətini izləyə bildi. Şəhidlərimiz
canları və qanları bahasına bizi qələbəyə
apardılar.
1994-cü ilin may ayında razılaşdırılan
atəşkəsdən sonra Aprel döyüşləri şəhid
verdiyimiz ən böyük döyüş idi. Ondan əvvəl
müəyyən toqquşmalar baş vermişdi, lakin şəhid
sayı çox deyildi. Qarabağ müharibəsindən sonra
bölgədə ən böyük toqquşma və əməliyyat
məhz Aprel döyüşlərində baş verdi. Azərbaycan
Ordusu Ermənistana ağır zərbə vurdu. Əli azərbaycanlıların
qanına batmış Sarkisyan-Ohanyan cütlüyü vəzifədən
kənarlaşdırıldı. Dırnaqarası "məğlubedilməz
erməni ordusu" mifi darmadağın edildi. Bu həm Ermənistanda,
həm də beynəlxalq miqyasda öz təsirini göstərdi.
2020-ci ildəki 44 günlük Qarabağ zəfərinin
müjdəçisi məhz Aprel döyüşləri oldu.
Bu döyüş ümumilikdə hərb tariximizdə
özünəməxsus yer tutdu. Biz şəhidlərimizin əziz
ruhu qarşısında baş əyirik.
Aprel döyüşlərində iştirak edən
şəhid ailələri və qazilərimiz cəmiyyət
üçün böyük işlər gördülər.
Onlar yüksək ruh yaratdılar. Məhz bu ruh yüksəkliyinin
nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan xalqı və ordusu qələbə
qazandı".
Hərbi
And .- 2025. -4 aprel(№11).- S.3.