Laçın hazırda
özünün yeni dövrünə qədəm qoyub
Azərbaycanın dilbər guşələrindən
olan Laçın rayonunun işğaldan azad olunmasından
beş il ötür. Laçının qan tökülmədən
işğaldan azad edilməsi dövlətimizin
gücünün parlaq göstəricisidir. Böyük
strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci
il mayın 18-də Ermənistan silahlı qüvvələri
tərəfindən işğal olunmuşdu. İşğal
nəticəsində rayonun əhalisi etnik təmizləməyə
məruz qalıb, 300-dən çox hərbi və mülki
şəxs həlak olub və itkin düşüb.
İşğal nəticəsində 217 mədəniyyət,
101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət,
30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi,
1 internat məktəbi, 1 orta texniki peşə məktəbi,
2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal
müəssisələri işğalçılar tərəfindən
talan və məhv edilib, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli
tarixi abidə vandalizmə məruz qalıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin
deputatı Samir Vəliyev söyləyib.
O bildirib ki, Ermənistan işğalçı tərəf
olaraq Cenevrə konvensiyaları ilə üzərinə
düşən öhdəliklərini kobud şəkildə
pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi,
rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə
çevrilməsi, əsasən, Suriyadan olan erməniəsilli
qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma
siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi
kimi qeyri-qanuni əməllərlə məşğul olub. Belə
əməllər bütün beynəlxalq konvensiyalarda hərbi
cinayət kimi təsbit edilir və bu cinayət dünya
ictimaiyyətinin gözü qarşısında baş verib.
Deputatın sözlərinə görə, 2020-ci ilin
sentyabrın 27-də başlayan və tarixə 44
günlük müharibə kimi düşən İkinci
Qarabağ müharibəsində 30 illik işğala son
qoyuldu: “Azərbaycan Prezidentinin diplomatik məharəti,
prinsipiallığı, dəmir iradəsi və Ordumuzun
şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri
boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya
Prezidenti və Ermənistanın Baş nazirinin
imzaladığı birgə Bəyanata əsasən 2020-ci il
dekabrın 1-də Laçın rayonu Ermənistan tərəfindən
boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u
Laçın rayonunun Güləbird, Səfiyan və
Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri
tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin
avqustun 26-da isə Laçın şəhəri, Zabux və
Sus kəndləri nəzarətə götürüldü.
Laçının işğaldan azad edilməsi Azərbaycanın
hərbi və diplomatik qələbəsidir”.
Samir Vəliyev qeyd edib ki, 30 ilə yaxın dövrdə
erməni vandalizminə məruz qalan Laçın hazırda
özünün yeni dövrünə qədəm qoyub.
İşğaldan azad olunmuş ərazilərimizin
inkişafını daim xüsusi diqqətdə saxlayan
Prezident İlham Əliyev Laçın rayonuna dəfələrlə
səfər edib. Keçmiş məcburi köçkünlər
Böyük Qayıdış Proqramı çərçivəsində
dədə-baba yurdlarına artıq qayıdırlar. Şəhərin
böyük hissəsi tamamilə yenidən qurulub, ailələrin
yaşayışı təmin olunub. Şəhərə ilk
köç 2023-cü ilin mayında reallaşıb. Həmin
il mayın 28-də Prezident İlham Əliyev Laçın
şəhərinə qayıdan sakinlərlə
görüşüb, evlərin açarlarını onlara təqdim
edib. Bundan sonra laçınlılar mərhələli şəkildə
doğma yurda geri dönüblər. Eləcə də
Laçının bir neçə kəndinin də sakinləri
doğma yurdlarına qayıdıblar. Bundan başqa,
Laçında hava limanı da inşa olunub. Azərbaycan
Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan tərəfindən 2025-ci il mayın 28-də
açılışı edilmiş mürəkkəb
dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq
Hava Limanı işğaldan azad olunmuş ərazilərdə
inşa edilən üçüncü beynəlxalq hava
limanıdır.
“Beləliklə, Laçın şəhərinin və
rayonunun dağıdılmış infrastrukturunun dirçəldilməsi
üçün intensiv olaraq bərpa işləri
aparılır, yaşayış məntəqələri
yenidən qurulur. Böyük Qayıdış çərçivəsində
iqtisadi, sosial və məişət təyinatlı müxtəlif
müəssisələr tikilir, kənddaxili yollar, elektrik,
rabitə, su və qaz xətləri çəkilir. Bu gün
Laçın şəhərində genişmiqyaslı
quruculuq işləri ilə yanaşı, 30 ildən sonra
doğma yurdlarına qayıtmış
laçınlıların çöhrəsində qürur
və sevinc ifadəsinin şahidi olur, yeni həyatın
başlandığını göstərən evlərdən,
həyətlərdən insanların xoş sədaları
eşidilir”, -deyə deputat vurğulayıb.
Hərbi And .- 2025.- 5 dekabr(¹46).- S.6.