Gələcəyin
yaddaşı
Laçın Azərbaycanın könül və
hüquq coğrafiyasından irəli – biləvasitə
respublikanın bayrağı altına qaytarılanda həyatımız
rəngləbdi, dünyamız işıqlandı, ruhumuz
dirçəldi. Bəli, biz Laçının qurtuluşuna
torpağın azadlığından daha üstün – bölgənin
ruhi-mədəni, mənəvi arxitekturu dəyişdi.
Şuşanın gprünməmiş hərb uğuru ilə
qurtuluşu, ardınca Ağdam və Kəlbəcərin
qaytarılması Laçını bir növ Qarabağ-Zəngəzur
salnaməsinin son, amma gələcək üçün həlledici
səhifəsinə çevirdi. O gündən bəri
Güney Qafqazda qüvvələr balansı, təhlükəsizlik
anlayışı, geopolitik cığırlar tamam başqa məntiq
üzrə yazılır.
Laçının 5 ildə yaratdığı
gerçəkliklərə baxaq:
Öncələr “dəhliz” kimi tanınan
Laçın bu gün Azərbaycan suverenliyinin kilid dağ
qapısıdır. Nəinki helikoptür meydançası,
heç düz-əməlli avtovağzalı belə olmayan
Laçın bu il, hava limanına malik oldu - özü də
uluslararası hava limanına!
Bəli, separatizmin nəfəs yolu bağlandı,
bölgədə yabançı güclərin “hakimlik
meydanı” daraldı, Rusiya sülhməramsızlarının
çıxışı ilə Laçın tam şəkildə
dövlət sərhədlərimizin hərbi-siyasi sütununa
çevrildi.
Laçına qayıdan ailələr, dirçələn
kəndlər, dağlara yayılan işıq indi bu məkanı
cəbhə xəttindən yaşayış və inkişaf
bölgəsinə çevrməkdədir.
Yaxşı, bəs Laçın hansı istiqamətdə
böyüyəcək?
Bugün Laçın bölgənin yeni təhlükəsizlik
arxitekturunda strateji yüksəklikdir.
Dağların qurduğu təbii istehkam Azərbaycan
üçün sabitlik “sığortası”dır; belə
bir “sığorta” insan kapitalı, qala-ailələr və
yetkin cəmiyyətlə təşəkkül tapır.
Qarabağ–Zəngəzur
daşımaçılıq, enerji və kommunikasiya xəritəsinin
mərkəz qovşaqlarından biri məhz Laçından
keçir.
Ermənistan Respublikası ilə mümkün
barışın gerçək yoxlanışı da
Laçın olacaq: bir tərəfdə travmalar, o biri tərəfdə
qürurlu qayıdış – bu iki yaddaşın necə
uzlaşacağı bölgənin gələcəyini müəyyən
edəcə.
Beləliklə,
Laçın artıq savaşın ötəsində
barışın tonunu müəyyən edir.
Beş il öncəyədək kədər
susqunluğuna bürünmüş dağlar indi
“danışır”, çiçəkləyir, kəpənək
uçurdur, quş quşlayır, ov ovlayır, Günəşi
salamlayır, Aya salavat çevirir…
“Buradan keçən yol artıq gərginliyə yox,
aydın sabaha aparmalıdır”. - Dağlar yolçusuna belə
deyir…
Laçın bu gün Azərbaycan üçün
Güney Qafqazın yeni düzənində strateji
ağırlıq mərkəzidir.
Sınırlarımızı gücləndirdikcə,
köçləri sürətləndirdikcə, kommunikasiya xəritələri
açıldıqca Laçının önəmi daha da
artır...
Bu səbəbdən 1 dekabr – Azərbaycanın
dağlarda yazdığı yeni gələcəyin
manifestidir.
Şəhidlər ölmədi, Vətən
bölünmədi!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Hərbi And .- 2025.- 5 dekabr(¹46).- S.6.