Dövlətimiz bu
gün bölgədə dayanıqlı sülhün təmin
olunması üçün zəruri addımlarını
atır
Cənubi Qafqazda dayanıqlı sülhün əldə
olunması üçün atılan addımlar Azərbaycan
diplomatiyasının ardıcıl və məqsədyönlü
siyasətinin nəticəsidir. 2020-ci ildən sonra yaranan
reallıqlar ölkəmizin yalnız hərbi
üstünlüyünün deyil, həm də siyasi
gücünün ifadəsidir. Prezident İlham Əliyevin
ardıcıl sülh təşəbbüsləri bölgədə
uzun illərdir davam edən hərbi münaqişəni dayandırmaqla
yanaşı, qarşılıqlı etimadın əsasını
qoyur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli
Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, postmüharibə dövründə
Azərbaycan qalib tərəf olmasına rəğmən,
heç bir ilkin şərt irəli sürmədən,
sırf beynəlxalq prinsiplərdən çıxış
etməklə sülh təşəbbüsünü irəli
sürüb və daim sülh gündəliyinə dəyişməz
sadiqlik nümayiş etdirib. Avqustun 8-də Vaşinqtonda,
Ağ Evdə möhtəşəm bir tarix yazıldı.
Ağ Evdə aparılan müzakirələr, imzalanan sənədlər,
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald
Tramp tərəfindən dövlətimizin
başçısına göstərilən xüsusi ehtiram
Azərbaycan diplomatiyasının növbəti uğuru oldu.
Baş verənlər ölkəmizin necə düzgün,
uğurlu yol keçdiyini, üzləşdiyi çərtinliklərə,
haqsızlıqlara, ikili standartlara baxmayaraq, ümummilli hədəflərinə,
sülh istəyinə doğru inamlı addımlar
atdığını sübut etdi.
Milli Məclisin deputatının sözlərinə
görə, Azərbaycan dövləti və xalqı
müharibə səhifəsini bağlamaq və gələcəyə
baxmaq əzmindədir. Məlumdur ki, Ermənistandakı
revanşist əhvali-ruhiyyəli qüvvələr, bu ölkənin
yaxın-uzaq coğrafiyalardakı havadarları dünya
birliyinin 44 günlük müharibənin və 23 saatlıq
antiterror tədbirlərinin nəticələrini
tanımamasına nail olmağa
çalışırdılar, bəzi ölkələrin
parlamentlərində hansısa bəyanatlar, qətnamələr
qəbul olunurdu. Ancaq haqq yolu tutan, beynəlxalq hüquq çərçivəsində
davranan, ədalətli müharibənin qalibi olan Azərbaycan
təzyiqlər qarşısında geri çəkilməyərək
öz həqiqətlərini müdafiə etməyi
bacardı. Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə
Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyanatı,
iki ölkənin xarici işlər nazirləri tərəfindən
“Azərbaycan Respublikası və Ermənistan Respublikası
arasında sülhün və dövlətlərarası
münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin
paraflanması bir daha göstərdi ki, dünya Azərbaycanın
başladığı, irəli apararaq məntiqi sonluğa
yaxınlaşdırdığı sülh gündəliyini qəbul
edir. Vaşinqton görüşünün nəticəsi
olaraq ATƏT-in Minsk qrupunun və ona bağlı olan əlaqəli
qurumların ləğvi də keçmiş Qarabağ
münaqişəsinin beynəlxalq gündəmdən tamamilə
çıxarılması deməkdir. Bu, Azərbaycan
üçün tarixi uğurdur. Artıq revanşistlərin,
onilliklər ərzində işğalçılıq siyasətini
dəstəkləmiş qüvvələrin, erməni
lobbisinin istinad edəcəyi heç nə qalmayıb.
Sevinc Fətəliyeva qeyd edib ki, Vaşinqton
razılaşmasından sonra qarşılıqlı etimad
mühitinin formalaşması üçün praktiki
addımlar atılır. Ermənistana yük tranziti ilə
bağlı məhdudiyyətlərin aradan
qaldırılması məhz bunun göstəricisidir. Azərbaycan
Ermənistana işğaldan bəri mövcud olan yüklərin
tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə
bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl
yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan
ilə Ermənistan arasında sülhün yalnız
kağız üzərində deyil, həm də praktikada
olduğunun yaxşı göstəricisidir. Rusiyadan da yüklərin
Ermənistana Azərbaycan ərazisi vasitəsilə
daşınması həyata keçirilir. Bu, o deməkdir ki,
artıq regionda ticarət yolları açılır, sərhədlər
yumşalır, qarşılıqlı etimadın
formalaşması üçün mühüm zəmin yaranıb.
Bu yaxınlarda Azərbaycan və Ermənistanın vətəndaş
cəmiyyətinin nümayəndələrinin
qarşılıqlı səfərləri də sülh
yolunda önəmli addımdır.
“Beləliklə, Prezident İlham Əliyevin siyasi iradəsi
sayəsində Cənubi Qafqaz hərbi toqquşmalar məkanından
əməkdaşlıq platformasına çevrilməkdədir.
Azərbaycanın sülh təşəbbüsləri bu
gün həm beynəlxalq aləmdə, həm də region
müstəvisində etimad qazanıb. Dövlətimiz bu
gün bölgədə dayanıqlı sülhün təmin
olunması üçün zəruri addımlarını
atır. Yekun sülh müqaviləsini imzalamaq
üçün isə rəsmi İrəvan üzərinə
düşən vəzifəni yerinə yetirməlidir. Bu da
ondan ibarətdir ki, Ermənistan konstitusiyasından və digər
qanunvericilik aktlarından Azərbaycana qarşı ərazi
iddiaları çıxarılmalıdır. Qarşı tərəf
bu məsələni həll etdikdən sonra yekun sülh
sazişinin imzalanması üçün heç bir əngəl
qalmayacaq”, - deyə S.Fətəliyeva vurğulayıb.
Hərbi And .- 2025.- 5 dekabr(¹46).- S.4.