DİQQƏT
İRƏVANA!
II bölüm
Tarixi kontekst və texniki gerçəkliklər
Vəkilovların mülkü – İrəvanda yerləşən,
yüksək zövqlə tikilmiş, ayrı-ayrı bölgələrdən
gətirilmiş seçmə materiallarla ucaldılmış
üçqatlı ev və yardımçı tikililərdən
ibarət olub.
Əsasən İrəvan çevrəsindən
(yaxınlarından) daşınmış materiallardan
başqa, ağac materiallar (palıd, qozqara, vələs,
fıstıq) – Vəkilovlara doğma Şəmşəddil
meşələrindən (indiki Tovuz-Qazax bölgəsi),
daşlar – İrəvanın ətraf dağlıq və bəzək
daşları ilə zəngin ərazilərindən gətirilib.
Bəzi materiallar at arabaları ilə, bəzi hallarda
(Trans-Qafqaz) dəmiryolu ilə daşınıb.
Naxışlı taxta şəbəkələr və
ornamentli daş oymalar – dövrün zövqünə
uyğun yerli ustaların əl, ağıl və ruhi
gücüylə işlənib.
Azərbaycanda dəmiryolu — Vikipediya
Müsadirə və yenidən istifadə mexanizmi
1920-ci illərdə sovetləşmədən sonra
İrəvandakı bir çox azərbaycanlılara məxsus
mülk:
• Dövlətləşdirilib (müsadirə olunub),
• Dağıdılıb və ya yenidən istifadəyə
yönləndirilib.
Memarlıq baxımından praktika:
-Sökülən binaların saxlamalı və
künc bağlama daşları – yenidən istifadə
üçün ən yararlı materiallar sayılıb;
-Ən keyfiyyətli daşlar fasadların sütun
bazalarında, karniz elementlərində, portal girişlərdə
istifadə olunub;
-Şəbəkələr və bəzəkli
ağac elementləri – daha çox interyer təmirində, pəncərə
üstlüklərində, tavan naxışlarında və s.
tətbiq edilib.Şəhərin tarixi
| İRƏVAN ŞƏHƏRİ
Hökumət binasında izlər…
Gəlin bu məqamda, memarlıq
araşdırmaçıları üçün maraqlı
paralellər (ritorik suallar) qurmağa çalışaq:
-Hökumət binasının karnizlərindəki qəhvəyi
və açıq-boz rəngli daş parçaları,
öncəki mülklərdən daşınmayıbmı?..
-Yerli tuf daşı ilə yanaşı, gözəgəlməz
yerlərdə istifadə olunan materialların ikinci dərəcəli
daşlardan olması, onların sökülmüş tikililərdən
gəldiyini göstərmirmi?..
-Əgər azərbaycanlı mülklərinin yeni
fotoşəkilləri və ya planları tapılsa, Hökumət
Evi və çevrədəki 100 yaşlı tikililərdə
detallar ilə müqayisə aparmaqla bənzərliklər
ortaya çıxarıla bilməzmi?.
(XX yüzilin sonlarında Qarabağdan talanıb
aparılmış ev materialları, hətta qəbristanlıqlardan
çıxarılmış mərmərlər erməni
generalların, imkanlı ermənilərin villalarında,
bağ evlərində istifadə olunmayıbmı?..)
Mübaliğəyə nə hacət? - Vəkilovlar
mülkünün ağac işləmələri və
daşları, həmin dönəmin iqtisadi çətinliyi
və material çatışmazlığı ortamında,
sistematik şəkildə sökülüb, yenidən istifadə
edilib… Özəl boyaların əldə edilməsi
üçün Naxçıvan, Göyçə, İrəvan
və b. yerlərdən yığılmış
çöl bitkilərinin, ağac qabıqlarının
emalı, habelə azərbaycanlılara məxsus ev
quşlarının bir neçə aylıq
yumurtasının toplanaraq (halal yolla) satınalınması -
onların Vəkilovlar mülkünün tikintisində,
süsündə, boyanmasında incədən incə istifadəsi
də bu məqamda xatırlanmalıdır…
Bax, onların izi – artıq yoxa çıxmış
bir sarayın ruhu kimi, Ermənistan Hökumət Evinin,
çevrədəki 100 yaşlı tikililərin təməlində,
divarlarında və s. “susub” yaşayır… Yaşayır ki,
doğma səs duysun, doğma söz eşitsin, doğma
üz görsün və bir gün yenidən doğma ruha
köklənsin…
Pozğunların pozuculuğu
İrəvanın tarixdəki ilk erməni dövlətinin
paytaxtı elan edildiyi zaman Vəkilovların və digər
yerli İrəvanlıların mülklərinin yadellilər tərəfindən
“milliləşdirilmə”si, daha doğrusu, müsadirəsi
mülki hüquq pozuntusudur.
Əgər bu mülklər yaxud mülk yeri sonradan
dövlət binası kimi istifadəyə verilibsə, bu,
hüquqi təzminat iddiası baxımından önəm
daşıyır.
Bəs, bu bilgilər gələcəkdə tarixi
mülkiyyət iddiası üçün (mülki və
uluslararası) hüquq tribunallarında istifadə edilə bilərmi?
- Əlbəttə, hüquq uzmanları bu suala daha detallı
cavab verə bilər.
Mövzu üzrə başqa bir istiqamət arxitektonika
və ailə soykökü ilə bağlıdır:
Paşa bəy → Kərim bəy → Məhəmməd
bəy → Kərim bəy, Qədim bəy, Yusif bəy və
b. – bu nəsil ağacı həm tarixi tanıqlıq, həm
də miras hüququnun izlərini göstərmək
baxımından vacib sayılmalıdır.
Sizcə, bu ailənin üzvlərinin İrəvandakı
mülkiyyət bəlgələri, şəkilləri, məktubları
və ya istinad edilə biləcək qaynaqları varsa, bunlar ən
güclü hüquqi sübut sayılmazmı?.. -
“Çıraqov və digərləri Ermənistana
qarşı” (Chiragov and Others v. Armenia) adlı - 10 il öncə
qərara bağlanan işi yadımıza salaq. — Avropa
İnsan Hüquqları Konvensiyasının 8-ci, 13-cü,
14-cü maddələrinin, Konvensiyaya dair 1 saylı Protokolun
1-ci maddəsinin pozuntusu haqqında Azərbaycan vətəndaşları
Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov,
Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun
bundan 20 il öncə - 06.04.2005-ci ildə verilmiş
iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi
16.06.2015-ci ildə qərar qəbul edib.
Beləliklə, gəlin Vəkilovların İrəvan
mülkləri, torpaqları və s. ilə bağlı
mümkün uluslararası hüquq istinadlarını
sıralamağa çalışaq:
a.) Mülkiyyət hüququnun toxunulmazlığı
prinsipi:
“No one shall be arbitrarily deprived of his property”.
(Universal Declaration of Human Rights, Article 17(2));
b.) İrsi mülkiyyətin qorunması:
“Every person has the right to the peaceful enjoyment of his
possessions”.
(Protocol No. 1 to the European Convention on Human Rights, Article
1);
c.) Tarixi mülklərin müharibə və
köç sonucunda müsadirəsi hallarında hüquqi məsuliyyət:
“Expropriation without due process or compensation constitutes a
breach of customary international law”.
(UN Sub-Commission on Prevention of Discrimination and Protection of
Minorities, 1993 Report).
Vəkilovların milli hüquqla
uyğunlaşdırıla biləcək istinadları (Azərbaycan
Respublikası Mülki Məcəlləsi kontekstində):
a.) Əmlak hüququ:
“Əmlak hüququ — mülkiyyətçinin əşyaya
sahiblik, ondan istifadə və ona dair sərəncam
hüququdur”.
(Azərbaycan Respublikası Mülki Məcəlləsi,
Maddə 148.1);
b.) Öncəki hüquqi rejimə əsaslanan
mülkiyyətin bərpası:
“Əgər mülkiyyət hüququ qanunsuz olaraq məhdudlaşdırılıbsa,
o bərpa olunmalı və zərərçəkmiş
şəxsə kompensasiya ödənilməlidir”.
(Azərbaycan Respublikası Mülki Məcəlləsi,
Maddə 157.2);
c.) İrs hüququ:
“Vəsiyyət və ya qanun üzrə irs əmlakın
varisə keçməsi hüququnu müəyyən edir”.
(Azərbaycan Respublikası Mülki Məcəlləsi,
Maddə 1143 və davamı)…
Haşiyə-2:
Əgər İrəvanda Vəkilovlara məxsus
mülk 1920–1930-cu illərdə müsadirə olunubsa, bu zaman
həmin prosesin əsaslandığı qanunverici akt
SSRİ-nin şəhərsalma və yenidənqurma planları
(özəlliklə İrəvanın sovetləşdirilməsi
planları; 1924–1935) ola bilər. Məhz bu planlarla
türk-müsəlman irsi sistemli şəkildə
sökülüb, əvəzində “sovet monumentalizmi”
qondarılıb.
Bəli, 1920-ci ildən sonra Qafqazda Sovet hakimiyyətinin
qurulması ilə mülkiyyət münasibətləri
radikal şəkildə dəyişib. Öncəki hüquq
sisteminin – Çar Rusiyası dönəmində qanuni qüvvəyə
malik olan tapuların və mülkiyyət aktlarının
hüquqi qüvvəsi aradan qaldırılıb və “xalq
mülkiyyəti” konsepti irəli sürülüb. SSRİ-nin
formalaşma dönəmində fərdi mülkiyyət
hüququ sistemli şəkildə ləğv edilərək,
genişmiqyaslı milliləşdirmə siyasəti tətbiq
olunub. Bu, özəlliklə şəhərlərdə yerləşən
əmlaklara, o cümlədən İrəvan azərbaycanlılarına
xas mülklərə şamil edilib.
Vəkilovlara məxsus mülkün müsadirəsi də
məhz bu “hüquq rejimi”nin (hüquqsuzluğun!) tərkib hissəsi
kimi həyata keçirilib. Lakin diqqətçəkən məqam
odur ki:
-Milliləşdirmə aktları çox vaxt fərdi
mülkiyyətin hüquqi sahibinə bilgi verilmədən,
formal razılıq alınmadan həyata keçirilib;
-Əksər hallarda bu müsadirə prosesi yazılı
aktlar və qanuni əsas olmadan icra edilib;
-Vətəndaşların məhkəməyə
müraciət və ya kompensasiya tələb etmək
hüququ real olaraq təmin olunmayıb və s.
SSRİ-nin hüquq sistemində mülkiyyət
hüququ formal olsa da, onun faktiki qorunması ideoloji və siyasi
şərtlərə tabe idi. Beləliklə, Məhəmməd
ağa Vəkilovun tapulu mülkünün müsadirəsi
yalnız ideoloji təmələ deyil, həm də milli mənsubiyyətə
əsaslanan təzyiq siyasətinə söykənib…
Vəkilovların mülkünün Ermənistan
hökuməti nəfinə keçirilməsi SSRİ
qanunları ilə “formaca” əsaslandırılsa da,
bugünkü beynəlxalq hüquq və insan hüquqları
konvensiyaları baxımından mülkiyyət hüququnun
pozulmasıdır. - Bu, əmlakın qaytarılması və
ya kompensasiya tələb etmək üçün hüquq zəmini
yaradır.
(Davamı var)
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Hərbi And .- 2025.- 9 may(¹16).- S.10.