Kinoatelye
2 avqust –Milli Kino
Günüdür
"2
avqust Milli kino günüdür"- deməklə,
avazınız zilə qalxsada, məlahətli, şirin ifa
oxunsa belə tamaşaçılar nə seyr etdiklərindən
zövq ala bilir, nədə ki eşitdiklərindən
rahatlanır.
Əvvəla, biz hansı Azərbaycan
kinosunun inkişaf dövrünün yaşadığından
danışırıq?! Halbuki bu il milli
kinomuzun 117 yaşı tamam
olur! Əgər 117 il
ərzində kinomatoqrafiyamız inkişaf
etməyibsə, deməli ciddi nöqsanlarla, ağlasığmaz fəsadlarla
ilbə il rastlaşırıq. Təbii ki, Sovet
İttifaqının tərkibində olduğu
zaman yaratdığımız şedevrlər
müstəsna hal daşıyır. Hesab edirəm ki, Sovet kino məktəbinin
möhtəşəmliyini təsdiqləyən dəlil-sübuta ehtiyac
yoxdur və onun təsiri
milli məktəbimizin inkişafına səbəb
olub.
Fərz edək ki, Azərbaycanın milli kino tarixinin yaranması Aleksandr Mişonun 1898 ildə Abşeron yarmadasında çəkdiyi "Balaxanıda neft fontanı" filmi ilə sübut olundu!
O zaman, əhalinin başı öz cari məişət işlərinə qarışmışdır və nəticə etibarilə onlar göz qabağında gedən siyasi-iqtisadi proseslərdən yayınmışdılar. Yerli camaatını - azərbaycanlılar (bakılılar), ruslar, ermənilər və yahudilər millətləri proporsional şəkildə təşkil edirdi.
Xarici tacirlər milli sərvətlərimizi (əsasən nefti) tamamilə ixrac etdikdən sonra həzz və istehza hissi ilə "Balaxanıda neft fontanı" filmi ilə öz quldur əməllərinin məharətlə nöqtəsini qoydular.
İxrac tələsindən əvvəl, 16 may 1883-cü ildə Bakıda yeni bir şirkət "Xəzər-Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti" təsdiq olundu. Bu şirkət tamamilə Rotşild baronlarına aid idi. Qeyd edək ki, Azərbaycan neftinin talanmasının əsas ixracatçısı "Xəzər-qara dəniz neft sənayesi və ticarət cəmiyyəti" sayılırdı və onlar ixracın -26%-ni təşkil edirdi, ardınca isə Nobel qardaşları gəlirdi - onlar ixracın 18%-ni təşkil edir. Abşeron yarmadasının "Qara qızılı" Bakıdan Böyük Britaniya, Avstriya, Belçika, Hind-Çin, Türkiyə, Yaponiya, Yunanıstan, Çin, Almaniya, Hollandiya, Fransa, Malta, Portuqaliya, Əlcəzair, Filippin adalarına qədər daşınırdı.
Rotşildlər tərəfindən 27 mln. 600 min ədəd kerosin pudu Bakıdan Batumi vasitəsilə çıxarıldı.
Bəli, milli kino taleyimizə neft işgalı prizmasından yanaşsaq-onda təəsüfki onun yaranma tarixi 1898-ci ildə "Balaxanı neft fontanı" filminin çəkilişi ilə düz sübut olunub. Milli "eyibimizi" "ört-basdır" edənlər - tagut və digər yahudi bütlərinlə mühakimə olunmayanlar Azərbaycanın görkəmli şəxsiyyətləri - Hacı Zeynalabdın Tagıyev, Musa Nağıyev, Şəmsi Asadullayev, Murtuza Muxtarov, İsabəy Qadjinskiy- tarixi nöqteyi nəzərdən qürurumuzdu və başımızı uca edənlərdi.
2007-ci il fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamın imzalanmağına baxmayaraq milli kinomuzun inkişafında heç bir əsaslı dəyişiklik baş vermədi. Hələ 1976-cı ildə "kino sənətinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncam imzalanmışdı. Yani, nədə olmasa sərəncamlarla boluq. Cənab prezidentin Sərəncamdan 10 il keçsə də, kinostudiyanın köhnə binası müasir tələblərə hələ də cavab vermir, rekonstruksiyası və yaxud yenidən qurulması işləri aparılmır. Həmçinin yeni texniki avadanlıqlarla təchiz olunmur, olunsa belə qeyri səmərəli gercəklənir, çünki apardığımız kino siyasətində o qədər boşluq, qüsur, çatışmazlıq və eyni zamanda kadr savadsızlığı var ki, ən modern ARRİ yaxud RED kinokameralarını təşkil etsələr belə texniki heyyət gözlərini döyə-döyə qalacaqlar. Təsvir edək ki, kameraman bir müddətdən sonra yeni apparatura ilə əlləşərək ustalaşdı. Bəs sonra? Hər gün elmi-texniki tərəqqi nəticələri baxımından yeni növ texniki modifikasiya kəşf olunur. Deməli, bu gün yaradılmış modifikasiya növü özünə məxsus funksional qabiliyyətinə malikdir və dünənkini daima üstəliyəcək. Beləliklə, yeni tətbiq edilən texniki avadanlıq yarışında istifadə olunan (müddəti keçmiş) modellər keyfiyyət baxımından yenilərdən geridə qalacaqlar. Bu bir mənalı, hamının qəbul etdiyi faktdır.
O ki qaldı, əcnəbi kinorejissorların respublikamızdakı çəkiliş meydançalarımızda (dəvətli halda) fironluq etməkləri, təəcüblü görünməməlidi, çünki biz artıq "milli qloballaşmağa" təcrübəliyik. Bu hal adət və vərdişə çevrilib.
1996-cı ildən Azərbaycan Dövlət Film Fondu fəaliyyət göstərsə də, 10 mindən artıq milli filmlər yüksək səviyyədə qorunub saxlanılsa da və dünya standartlarına cavab versə də, Mədəniyyət və Turizm Nazirliyi kino sərvətimizi, dünya nümayiş prokat sisteminə daxil etmir! Səbəblərini də biz yalnız güman edə bilərik. Təkrar etmək məcburiyyətində qalsaq da, özümüzə borc bilib deyirik: kino sahəsində ümumi vəziyyət tənəzzül etməkdədi. Respublika prezidentinin sərəncamından 10 il ötsə də, heçnə dəyişməyib. Daha dürüst desək nə kadr məsələsində, nə yaradıcılıq heyyətində, nə texniki, nədə ki maliyyə baxımından "inkişafa" doğru irəliləyiş zərrə qədər də yoxdur.
Post Sovet məkanında bütün keçmiş respublikalarında olduğu kimi bizim dövlətimizdə də danılmaz sovet kino məktəbinin yüksək potensiala malik olan kadrlar resursu formalaşaraq miras qoyuldu. 1991-ci ildə Azərbaycan müstəqilliyinin ilk qədəmlərində "gənc" kinematoqrafiyamızın əlindən nə dahi Üzeir Hacıbəyovun yaradacılığı tuta bildi ("Arşın mal alan"-1945-ci il, "O olmasın bu olsun"-1956, "Leyli və Məcnun") nədə ki saxta kinoşunaslar milli müstəqil kinomuzun fəaliyyətində düzgün, yararlı istiqamət təkanı verdilər. Sabun köpüyü kimi şişirdilmiş inkişafda ilk növbədə məntiqsiz dəyərlər "aşkar" olundu, belə ki, köhnə və yeni kinozallar bərpa, təmir edilib, müasir texniki, "analoqu olmayan" avadanlıqlarla təchiz olundu. Bu cür konstruktiv işdə heç olmasa qonşu Türkiyəyə nəzər salardınız. Baxmayaraq ki, Türkiyənin kino və televiziya sənəti milli kinomuzla müqayisədə cavandır, amma nail olduqları uğurlar möcüzəyə bərabərdir. Son illərin statistikasına nəzər salsaq görərik ki, Türkiyədə konveyer istehsalında bir il ərzində 150 tam metrajlı bədii film, 70-dən çox bölməli seriallar və hər gün 20 reklam çarxı çəkilir.
Bizim əsas problemimiz isə hazırladığımız filmlərimizin gələcək taleyini müəyyən etməkdir. Milli rejissorlarımızın çəkdiyi filmlər ölkə və xarici kinoprokatında öz əksini tapmalıdır və kassa yığlmı vasitəsilə yığılan maliyyənin həcmi ilə yaradıcı heyyətin yaşayış zaminliyini təmin etməlidi. Əks təqdirdə hələ də əcnəbi filmlərin dublyajı ilə "məşğulluq idarəsində" fəaliyyətimizi davam etdirməli olacaqsınız.
Son nəticədə, təkəbbürlüyü kənara qoyub, üzümü tutub bütün sahəsinə aid olmayan vətəndaşlara-dövlət məmurlardan tutmuş azad sahibkarlara qədər-söyləyirəm: "Hər kəs bacardığı işin qulpundan yapışsın". Məcbur deyil ki, nəyin bahasına olursa olsun anlamadığınız işi icra edəsiniz . Bu prinsip ancaq əlacsızlıq kimi qəbul oluna bilər, tüfeylilik və xaltura kimi yox.
Müftəxor şəxslər tutduğu vəzifə zamanı ixtisaslarının artırılmasına diqqət yetirmirlərsə o zaman peşəkar kadrların yerini tutmasınlar.
Yeri gəlmişkən, metropolitendəki novatorluq konsepsiyası paytaxtın yeraltı keçidlərini sevilib-seçilmiş kinoəsərlərimizlə bəzəməkləri "alqışa layiqdir". Bu yersiz (lüzumsuz) can-fəşanlığı vaxtı ilə bakı metropolitenin sabit rəisi Tağı Əhmədovun (1998-2014) dövründə kerçəkdələşdirmişdilər. Lakin, əziz "kreativ banislərimiz" "əyri oturub, düz danışaq" bizim incəsənət "podvallarda" reklam olunmamalıdı! Film səhnəciklərimizin stop-kadrları, kinomuzda əks etdirilən obraz və qəhrəmanları böyük auditoriyaya təbliğ etdirməyin qaydaları çoxdur. Milli filmlərimizin "zirzəmidə" reklam təşəbbüsü xalq üçün tamaşa məqsədi ilə bu qədər dəyərsizdir mi, onun təfəkkürünü kiçildirsiniz?!
Odur ki, zamanı qabaqlamıyaq, yaxın gələcəkdə qadağan olunan janrlarda və hələ "bətndə" formalaşmamış kinossenari ideyaları senzuradan keçmiyəcəyini bilən yaradıcı heyyət hökmən andeqraund (ing. sözündən undeground- zirzəmi, gizli iş fəaliyyəti) yeraltı vəziyyətdə çalışıb əfsanəvi filmlər yaradıb işıqlı dünyaya çıxartdığı halda unudulmaz klassik əsərlər kimi daimi yadda qalacaq.
Elçin Əsədov.
Rejissor, dramaturq, kinoşunas
Hürriyyət.- 2018.- 2 avqust.-
S.12.