EKOLOGİYA
VƏ İNCƏSƏNƏT
Sərgilərin ekoloji problemlərin
həllində yeri
Müasir dünyada ekoloji mədəniyyət
anlayışı artıq inkişaf etmiş dövlətlərdə
cəmiyyət və təbiətin mühafizəsi
anlayışları ilə bir bütünlük təşkil
edir. Ona görə ki, hər hansı adi
bir ekoloji problemi diqqət mərkəzində saxlamaqla həmin
bəlaların daha geniş miqays almaması üçün
çalışılır. Bu yöndə sənətin
dili ilə bütün yaş qrupları arasında
maarifçilik təbliğatları da aparılır. Artıq ənənə halını almış
bir çox uğurlar da mövcudur. Karikatur rəssamlarının,
boyakarların, bədii ədəbiyyatın yaradılması,
cizgi filmlərinin çəkilməsi, bədii
fotoqrafiyanın dili və digər ictimai təsir vasitələri
ekologiya problemlərinin həllində ictimai şüra təsiredici
prosesə çevrilmişdir.
Qədim yunan filosofu Aristotel qeyd edirdi ki, incəsənətin
genezisi xüsusi əhəmiyyət daşıyır. Ona görə
ki, insan təbiəti və onun harmoniyası hər zaman nəyə
isə cəhd etmək deməkdir. Müasir
dünyada mədəniyyət və xüsusilə də onun
incəsənət sahəsi bir çox ekoloji problemlərin həllində
yaxından iştirak edibdir. Hər
hansı bir rəssamın fırçasından
çıxan və onu anlaqlı şəkildə
tamaşaçıya çatdıran mövzular ictimai
şüura o qədər təsir edir ki, həmin əsəri
seyr edənlər qalın-qalın cilddə olan kitabları
oxumaqla eyil, adi bir tablonun təsir vasitəsinin sehrində
mövcud ekoloji fəlakətlərin dərin mənasını
dərk edir. Artıq inkişaf etmiş
ölkələrdə rəssamların ekologiya problemlərinə
həsr olunmuş bir çox sərgilərin
açılması artıq adi hal alıbdır. Hətta ekologiya problemlərinə həsr olunmuş
beynəlxalq səviyyəli sərgilər də təşkil
olunur. Bu sərgilərin vasitəsilə
dünyanın hansı məkanında nə kimi ekoloji
böhranların oluğu əyani şəkilə
tamaşaçılara çatdırılır. Hansı janrda çəkilməsi deyil, mövzulara
necə toxunulması bu sərgilərin bəzəyinə
çevrilir. Sərgilərdə dənizlərdə,
axar çaylarda, dağlıq-meşəlik ərazilərdə,
hətta səhrəlarda belə yaranmış ekoloji fəlakətlər,
iri şəhərlərdəki ekoloji böhranlar,
fabrik-zavodların təbiətə nə kimi vurduqları zərərlər
rəssamların gözü ilə hər kəsə
duyurulur. Ən çox maraq kəsb edən
amillərdən biri də, bu sərgilər televiziya
kanalları, nüfuzlu mətbu orqanları tərəfindən
güniş şəkildə
işıqlandırılmasıdır. Beləliklə
də təbii aləmdə yaranmış ekoloji problemlər
və onun fəlakəti haqqında cəmiyyətdə ictimai
düşüncənin inkişafı yönündə rəssamların
gündəmə gətirikləri mövzular artıq hər
kəsin düşüncəsinə hakim olan bir məsələyə
çevrilir. Çünki, həmin
tablolar insanların duyğularını riqqətə gətirir.
Ekoloji problemləri yaradanlara qarşı ictimai
qınaq anlayışı daha da inkişaf etdirilir. Təbii fəlakət və digər problemlərin həlli
istiqamətində cəmiyyətin hərəkətə
keçməsinə stimul yaradır.
Qədim
yunan filosofu Platon vaxtilə bunları demişir: “Harmoniya ən
dəqiq estetik düşüncədir. Çünki,
harmoniya olmayan yerdə gözəllik də yox kimidir”. İnsan xarakterinin qəbul etdiyi gözəlliyin ən
böyük parçası hamımız üçün
doğma olan təbiətin özüdür. Əgər təbiət gözəl deyilsə, deməli
insan öz ağlı və düşüncəsi ilə
bunun harmoniyasını yaratmağa məhkumdur. Təbiətin ən adi estetik bir anı insanları
hər zaman riqqətə gətirmişir. Görkəmli
alman filosofu Hötenin çox yaxşı bir fikri var: “Gözəllik
ontoloji və harmoniya baxımdan müxtəlif olsa da, onun qiyməti
bidir. Təbiətin qnesoloji
üstünlüyü bəşəri mənada insan ruhunun
mayasıdır. Çünki, təbiət
nə qədər gözəl olarsa, insanlar da bir qədər
humanistcəsinə bəşəri estetik duyğulara sahib çıxacaqlar.
Zatən təbiətin ən əsas manifesti
bundan ibarətdir. Ona görə də sənətə
və onun dili ilə ehtiva olunan təbii aləmə daim sevgi
ilə yanaşmaq təbiətə ən böyük sədaqət
simvoludur”.
Cizgi filmləri və ekoloji tərbiyə
üsulu
Azyaşlı uşaqlar üçün bu gün
inkişaf etmiş ölkələrdə istər dövlət,
istərsə də özəl sektor cizgi filmləri çəkməklə
onların erkən yaş çağından təbiətə
olan sevgisini inkişaf etdirmək və ekoloji problemlərin
mahiyyətini aşılamaq adi hal alıbdır. Hətta bu
mövzuda çəkilmiş cizgi filmlərinin beynəlxalq
miqyasda festivalları da keçirilir. Dünyanın
dörd bucağından müxtəlif estetik yanaşımlar,
ekoloji böhranların uşaqların düşüncəsi
səviyyəsində bədii yorumla necə ifadə
olunması məsələləri kinoşünaslar, estetiklər
və təbii ki, ekoloqlar tərəfindən çox ciddi
şəkildə müzakirələrə
çıxarılır. Bu yöndə Belçika,
Fransa, Rusiya, İrlandiya, Polşa, Qırğızstan,
Çili, Yaponiya, Çin, Almaniya, Cənubi Afrika,
Gürcüstan, İsveç, Rusiya, Kanada və digər
dövlətlərdə çəkilən cizgi filmləri
beynəlxalq festivalların qalibi olubdur. “Uzaq küləklərin
bəlası” (1984), “Mənim qonşum totoro” (1988), “Ponyo
balığının dərdi” (1984), “Kellisin sirri” (2009), “Dənizin
mahnısı” (2014) və sair cizgi ilmləri demək olar ki,
trellerə çevrilmişdir. Uşaqlar
üçün çəkilmiş bu cizgi filmlərini
dünyanın elə bir məkanı yoxdur ki, orada izlənilməsin.
Beləliklə də bəşəri mənada
cizgi filmlərinin uşaqların ekoloji problemlərlə
bağlı tərbiyəsində çox önəmli təsir
vasitəsinə çevrilibdir.
Müasir rəssamların
gözü ilə
öz həllini tapan ekoloji problemlər
Sərgi-proyektlər çərçivəsində
indi dəbdə olan mövzulardan biri də nüfuzlu rəssamların
sayəsində sərgilərin açılmasıdır. Çünki,
böyük nüfuz sahibi olan rəssamlara görə
çoxsaylı tamaşaçılar bu sərgilərə
axışırlar. Onların tablolarında yer alan mövzuların təsiri altına
düşən tamaşaçılar ekoloji böhranların
aradan necə qaldırılması barəsində
düşünməyə başlayırlar. Məhz
bütün bunlara elmi şəkildə yanaşmaq
üçün elə həmin sərgi məkanlarının
girişində sənədli filmlərin SD-lərinin və
elmi əsərlərin satışı da təşkil olunur.
Beləliklə də insanların təbiətə
olan maraqları, eləcə də ekoloji problemlərin həlli
istiqamətinə cəmiyyətdə yüksək mənada
maarifçilik prosesi yaşanılır. Elə
bu yaxınlarda İtaliyanın Venetsiya şəhərində
heykəltaraşlar, boyakarlar, qrafiklərin iştirakı ilə
olduqca möhtəşəm sərgi keçirildi. Argentinalı rəssam Klaudi Fontesin çəkdiyi
“Atların problemi” 3 milyon dollara satıldı və bu
ünlü rəssam əldə etdiyi gəliri Kolumbiyada
dağ sürüşməsi zonasında yaranmış təbii
fəlakətin aradan qaldırılması üçün
ayırdığını elan etdi. Tanınmış
Avstriya rəssamı Ervin Büromun çəkidiyi “Dayan və
Ağ dənizə bax” tablosu isə sərgiyə gələnlərin
dərin heyrətinə səbəb olmuşdu. Dünyanın ən təmiz və gözəlliyi
ilə insanları min illərdir heyrətdə saxlayan bu
mirvari indi yük gəmilərinin qəddarcasına əsirinə
çevrilməsi və müharibə
qaçqınlarının kiçik qayıqlarda dənizin
ortasında necə ölməsi faciəsini özündə
ehtiva edən bu tablo sərgiyə gələnlərin
duyğularını əməlli başlı riqqətə gətirdi.
Gözəlliyin içində insan
övladı tərəfindən törədilən vəhşiliklərə
rəssamın fırçasından çıxmış bu
tabloda hər kəs müharibəyə nifrət və
gözəllik içində məhv olan insanların taleyinə
acıyırdılar. Çexiyalı rəssam
Yan Zelibskinin çəkdiyi “İndicə Qu quşu mahnı
oxuyacaq” tablosu isə demək olar ki, virtual göl fonunda
işlənilmişdi. Bu o demək idi ki,
insanlar gölləri məhv etməklə təbiətdəki
nair quşların və bitkilərin yoxa çımasına
səbəb olublar. Həyatında bir dəfə
dimdiyini geniş açaraq mahnı oxuyan Qu quşu sanki sevgi
dolu nəğmə üçün deyil, ekoloji problemlərə
üsyan etmək hərəkətə keçib. İnsanlara hayqırtısı ilə
çatdırmaqla üsyan edir. Bu növ sərgilər
indi dünyanın əksər ölkələrində bu
növ sərgilərin açılması, müxtəlif
janrlarda sənətin dili ilə ekoloq alimlərin işi də
asanlaşır. Çünki, təbiətə
zərər vuran insan övladı qismən də olsa ekologiya
üzrə tərbiyə almışdır.
“Yarpaq tökümü”
Bu ad
altında keçirilən beynəlxalq kino festivalı demək
olar ki, hər il təşkil olunur. Festivala ünyanın hər yerindən elmi-kütləvi,
xronikal, sənədli, qısametrajlı və tammetrajlı
filmlər təqdim olunur. Ekologiya problemlərinə
həsr olunan bu festivalda təbiətin ən adi problemləri
nümayiş olunur. Bu festivala sadəcə
kinoşünaslar, estetiklər, rejissorlar, ssenaristlər,
operatorlar deyil, tədris kitabları yazanlar, alimlər, müəllimlər
daha çox qatılırlar. Çünki, festivalda
qaldırılan mövzular sabah onların əsərlərində
müasir düşüncənin dili ilə necə ifadə
olunmasında çox mühüm rol oynayacaq. İngiltərə-ABŞ-Monqolustanın
birgə istehsalı olan və rejissor Otto Bel tərəfindən
çəkilmiş “Berkutla ov edən balaca ovçu”,
gürcü rejissorları Tamuna Karumidze, Salome Maçaidze və
David Meşxinin birgə çəkdikləri “Torpaq nə
zaman yüngül olursa”, Rusiya-Almaniya-Fransa birgə
istehsalı olan və rejissor İvan Tverdovskinin çəkdiyi
“Zoologiya” filmləri sadəcə adi təbiət hadisələrini
deyil, həm də bu kiçik mövzuların fövqündə
urmaqla bəşəri mənada ekoloji böhranların dəyərini
ortaya qoya bilmişlər. Ona görə də
bu filmlər indi ünyanın əksər televiziya
kanallarında, kino-teatrların salonlarında nümayiş
etdirilir.
“Berkutla ov edən balaca ovçu” filminin əsas mənası
min ildə bir dəfə mövzusunu çox incə şəkilə
qabardılmasına həsr olunubdur. Filmdə ətraf
mühit operator tərəfindən o qədər zərif
şəkildə qabardılıbdır ki, istənilən
tamaşaçıda Monqolustan çöllərinə bir sevgi
yaranır. Köçəri həyat tərzində
Ayşolan adlı balaca bir qız Berkuta təlim verməklə
həm də atasının idarə etdiyi qoyunları və
digər heyvanları qorumaq filmin leytmotividir. Ağır iqlim şəraitində 13 yaşlı
bir qızın həyat tərzinin mənası təlim
verdiyi Berkutun 70 nəfərlik yarışmada birinci yeri
tutması hamını heyrətə salır. Öz işinin ustası olanlar dəhşətə
gəlirlər. Onlar bir şeyi
anlamırdılar. Ayşolan Berkuta sadəcə
ov etməyi deyil, ətraf mühitə sevgi ilə
yanaşmağı da öyrətmişdi.
Bu gün emək olar ki, “Toronto Festivalı (Kanada),
“Sandens Kids Festivalı” (ABŞ) və ekologiya mövzusuna həsr
edilmiş bir çox ölkələrdə beynəlxalq kino
festivalalrının digər mahiyyəti təbiətin
qorunması, ekoloji böhranların aradan
qaldırılması sayəsində yerli turizmin
inkişafına da böyük dəstək verilməkdədir. Ona görə
də insanlar daha rahat şəkildə həmin ölkələrə
səfərlər edirlər. İtaliyada ənənəvi
şəkildə ekologiya problemlərinə
həsr
olunmuş “Binneal Venetsiya” festivalının sayəsində bu
bölgə dünyanın ekoloji baxımdan ən təmiz
bölgəsinə çevrilibdir. Ona görə də hər
il Venetsiyaya milyonlarla turist axını
vardır. Venetsiyada turistlərə kababxanalar
deyil, muzeylər, kino-teatrlar, gözəl təbiət mənzərələri,
tarixi məkanlar, sərgi salonları təqdim olunur. İnsan sanki bu ölkəyə həm dincəlməyə,
həm də ekologiya üzrə maariflənməyə gəlir.
Yaşıl obrazlar və onun metaforası təfəkkür
tərzinən çevrilir. Burada insanlar
kino festivalların sayəsində yeni memarlıq prinsiplərinin
təbiətin dili ilə uzlaşdırılması kimi
inkişaf perspektivlərini də seyr edirlər. Rejissor
Paul David çox haqlı olaraq deyir ki: “Zibilliyə
çevrilmiş məkanlarda olan dəyişikliklər sadəcə
ekoloji böhranların aradan qaldırılması demək
deyil, həm də təbiətin yenidən özünə
dönməsi bizim uğurumuzdur”.
Hürriyyət.-
2018.- 27 iyul.- S.13.