Alyaskanın ABŞ-a satılması
Amerikanın
indiki ən böyük ştatı üçün 7,2 milyon
dollar ödəndi
Sağlam düşüncəyə
qarşı müqavimət göstərmək
üçün həqiqətən böyük insan olmaq
lazımdır.
Fyodor M. Dostoyevski
Alyaskanın satılması 1867-ci ildə Rusiya imperiyası və ABŞ hökumətləri arasında imzalanan unikal bir müqavilədir. Əməliyyatın dəyəri 7.2 milyon dollar təşkil edib, əvəzində isə ABŞ-a 1.5 milyon kvadrat kilometr Rusiya ərazisi verilib. Təəccüblüdür ki, bu günə qədər bu müqavilə ətrafında bir çox əfsanələr və söz-söhbətlər davam edir. Bu gün Alyaskanın satılmasından 151 il keçdiyini nəzərə alaraq müqavilənin şərtlərini, həmin dövrdəki mövcud hərbi siyasi vəziyyəti daha dərindən araşdıraq.
Alyaskanın
coğrafiyası
Alyaska Şimali Amerikanın şimal-qərbində yerləşir. Çukotka yarımadasından Berinq boğazı ilə ayrılır, şərqdə isə Kanada ilə həmsərhəddir. Materik və adalar olmaqla iki hissədən ibarətdir. Bura Aleut adaları, Müqəddəs Lavrenti adası, Aleksandr arxipelaqı, Kodiak və Pribolof adaları da daxildir. Şimali Amerikanın ən yüksək zirvəsi olan Mak-Kinli məhz burada yerləşir. Onun ətrafında məşhur Denali milli parkı var. Buradakı mənzərəni çətin ki, hardasa başqa yerdə görə biləsiniz. Bir sıra fəaliyyətdə olan vulkanlar Alyaskada yerləşir. Yalnız Sakit okeanı sahilində iqlim mülayimdir, qalan bütün hissələrdə arktiv və subarktik iqlim hökm sürür.
Alyaskanın kəşfi
Alyaskaya ilk dəfə ayağı dəyən avropalılar 1729-1735-ci illərdə A.F.Şestakov və D.İ.Pavlyutskinin başçılıq etdiyi ekspedisiyanın nümayəndələri olublar. Alyaska rəsmən 1732-ci ildə rus səyyahları Fedorov və Qvozdev tərəfindən aşkar edilib. 1741-ci ildə kapitan A. Çirikov bu ərazinin varlığı barədə faktı rəsmən qeydiyyata aldırıb.
Əvvəlcə bu ərazilər Rusiya imperatorunu heç maraqlandırmırdı. Bu ərazilər yerli aborigenlerlə fəal ticarət edən, onlardan qiymətli xəzləri satın alan tacirlər üçün daha maraqlı idi. Bu səbəbdən Berinq Boğazı sahillərində bir çox kiçik ticarət məntəqələri yaranmağa başladı. Rusiya imperiyası üçün yalnız yüksək gəlir mənbəyi olan ərazilər vacib idi. Alyaska bütün dünyaya qiymətli xəz dəriləri satırdı. Lakin Rusiya tacirlərinin mənfəət üçün manyakcasına acgözlük etməsi bu zəngin regionun bir neçə il ərzində dotasiyaya ehtiyacı olan kasad bir regiona çevirdi.
1772-ci ildə Alyaskaya aid olan Aleut adalarında ilk rus məskənləri salınmağa başladı. 1784-cü ilin avqustun 14-də Q.İ.Şelexovun eskpedisiyası Alyaskada ilk rus qəsəbəsinin-Kadyakın əsası qoydu.
1778-ci ildə Ceyms Kuk, 1779-cu ildə isə Fransisko Morell Alyaskaya ekspedisiya təşkil ediblər.
Alyaska ətrafında siyasi vəziyyət 1799-cu ildə, (avropalıların ekspedisiyasından sonra) bu ərazinin rəsmi olaraq Rusiya imperiyasının tərkib hissəsi elan edildikdən sonra dəyişməyə başladı. Bu qərarı Alyaskanı ilk dəfə aşkar edən rusiyalı dəniz səyyahlarının olması ilə əlaqələndirirdilər.
1799-cu ildən başlayaraq Alyaska Rusiya-ABŞ tərəfindən birgə idarə olunurdu. Buranın ilk qubernatoru A.A.Baranov təyin edilib. Onun idarəetmə dövrü zamanı yeni rus qəsəbələri salındı və rusların burada torpaqları bir qədər də genişləndi.
Alyaskanın
satılması və satış təşəbbüskarları
1853-cü ildə Şərqi Sibir əyalətinin qubernatoru Muravyov-Amurski ilk olaraq Alyaskanı dövlət əhəmiyyətinə malik olmayan subsidiyalı bir region kimi satmaq üçün rəsmi bir təklif irəli sürüb. Qubernatorun sözlərinə görə, Alyaskanın satılması Rusiyanın Sakit okean sahilindəki mövqeyini gücləndirməyə kömək edə bilərdi. Bu həm İngiltərə ilə mövcud ziddiyyətlər fonunda, həm də ABŞ ilə münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşdırması istiqamətində vacib amil hesab edilirdi. Alyaska satışının əsas ciddi təşəbbüskarı isə imperatorun qardaşı knyaz Konstantin Nikolaeviç Romanov idi.
1857-ci ildə bu barədə Xarici İşlər naziri A.M.Qorçakova məktub yazan knyaz Romanovun təklifi nazir tərəfindən də bəyənildi.
Sonradan knyaz Alyaskanı satmaq təklifi ilə çar qardaşına da müraciət edərək, bunun üçün aşağıdakı vacib səbəbləri qeyd etdi:
- Alyaskada qızıl tapılması. Paradoksal olsa da bu müsbət kəşf imperatora, İngiltərə ilə müharibəyə səbəb ola biləcək bir bəhanə kimi təqdim edildi. Konstantin Romanovun sözlərinə görə, qızıl, əlbəttə ki, ingilisləri cəlb edəcək, ona görə ya bu torpaq satılmalıdır, ya da müharibəyə hazırlaşmaq lazımdır. İmperiya müharibəyə hazırlaşacaq maddi imkana malik deyildi.
- Bölgənin zəif inkişafı. Qeyd edildi ki, Alyaska kasad bir bölgədir, oranın inkişafı, imperiyanın imkanları xaricində olan böyük investisiyalar tələb edir.
1866-cı ildə Vaşinqtonda imperator Aleksandr II, knyaz Konstantin, maliyyə nazirləri və baron Eduard Steklın iştirakı ilə müşavirə keçirildi. Bütün iştirakçılar ideyanı dəstəklədilər və hətta ilkin qiymət də təyin edildi: qızılla 5 milyon dollar.
Satışa dair danışıqlar aparmaq baron Eduard
Andreeviç Stekla həvalə edildi. O, imperator Aleksaandrdan Alyaskanı 5
milyon dollara satmaq barədə yazılı göstəriş
alaraq danışıqlara göndərildi.
Rusiya səfiri başqa bir qərar vermək qərarına
gəldi və Alyaska üçün 7.2 milyon dollar təklif
etdi. ABŞ prezidenti Endryu Conson, ilk təklifi kritik bir
şəkildə qəbul etdi, çünki həmin ərazilər
heç bir infrastruktura malik deyildi, lakin qızılı bol
idi.
Səfirin rəsmi səlahiyyətləri 1867-ci ilin
martın 18-də tanındı və növbəti 12 gün ərzində
davam edən danışıqlara başlandı. Müzakirələr
mükəmməl məxfilik rejimində keçirildi və
bütün digər dünya ölkələri
üçün Alyaskanın satılması faktı
böyük bir sürpriz oldu.
1867-ci ildə Vaşinqtonda rəsmi müqavilə
imzalandı. Müqavilə inglis və fransız dillərində
tərtib edildi. Alyaskaya görə ABŞ
tərəfindən Rusiyaya qızılla 7.2 milyon dollar
(bugünkü kursla təqribən 108 milyon dollara)
satıldı. Bu razılaşmanın
şərtlərinə əsasən, Rusiya Alyaskanı, eləcə
də Aleut adalarını tərəfdaşlarına verməyi
vəd edirdi. Müqavilə hər iki
ölkənin hökumətləri tərəfindən təsdiq
edildi və ərazinin verilməsi üçün
hazırlıqlara başlandı.
Müqaviləyə əsasən, ABŞ Alyaskanın
bütün ərazilərinə sahib çıxdı. Alyaskanın ərazisinin
1 519 000 kvadrat kilometr olduğunu nəzərə alsaq, ABŞ
təqribən hər milyon kvadrat metrə görə Rusiyaya 4
dollar 73 sent ödədi. Alyaskanın ABŞ-a təhvil
verilməsindən dərhal sonra Cefferson Devisin
başçılığı altında ABŞ hərbi
qüvvələri bura daxil olaraq ruslara öz qəsəbələrini
tərk etməli olduqlarını bildirdilər. Qeyd edək ki, Alyaska hal-hazırda ərazisinə
görə ABŞ-ın ən böyük
ştatıdır.
Alyaskanın ABŞ-a verilməsi
Alyaskanın ABŞ-a verilməsi 1867-ci ilin oktyabrın
18-də saat 15: 30-da baş tutdu. Həmin andan etibarən
Alyaska rəsmi olaraq ABŞ ərazisinə çevrildi. Rəsmi mərasim, sakit bir tərzdə
keçirildi. Əslində mərasim
Rusiya bayrağının aşağı endirilməsi və
ABŞ bayrağının qaldırılmasından ibarət
oldu.
Müasir tarixçilərinin və siyasətçilərinin
fikrincə, Rusiya imperiyasının Alyaskanı satması
yanlış addım idi. XIX əsrdə vəziyyət
təbii ki, fərqli idi. ABŞ öz ərazilərini
aktiv şəkildə genişləndirir, qonşu
torpaqları öz ərazilərinə əlavə edirdi.
Bu fəaliyyətlər 1823-cü ilin
dekabrın 2-də ABŞ prezidenti Ceyms Monro tərəfindən
Konqresə ünvanlanan "ABŞ xarici siyasətinin prisiplərinin
deklarasiyası" (başqa cür onu "Monro
Doktrinası" da adlandırırlar) adlı sənədə
(Yəni prezidentlər dəyişir, strateji xətlər isə
dəyişmir. Bu isə ölkə
inkişafının vacib məqamlarının ən əsasıdır)
təmamilə uyğun gəlirdi.
İlk belə bir müqavilə Fransa imperatoru Napaleon
Bonapart ilə 1803-cü ildə imzalanıb. Şimali
Amerikadakı 2100000 kvadrat kilomertlik inkişaf etmiş
infrastruktura malik ərazi ABŞ tərəfindən 15 milyon
dollara alındı. Bunun nəticəsində
ABŞ-ın ərazisi iki dəfə yarım genişləndi.
Əslində bu əraziləri Fransa da
işğal etmişdi. Buraların əsl
sahibləri əsrlər boyu hindular olub. Nə
o zaman, nə də indi hinduların bu alqı-satqılara
münasibətini soruşan olmayıb.
Hazırda
bu ərazilərdə Missuri, Arkanzas, Ayova, Kanzas, Oklahoma,
Nebraska ştatları, Minnesota statının cənub, Texas
ştatının şimal, Kolorado ştatının şərq,
Nyu-Meksika ştatının şimal-şərq, Luiziananın
Misisipi sahilləri Şimali Dakotanın və Montananın
böyük bir hissəsi və müasir ABŞ-ın bir
sıra əhəmiyyətli şəhərləri yerləşir.
Meksikanın keçmiş ərazilərinə gəldikdə
isə (Amerika Birləşmiş Ştatlarının
bütün cənub əyalətlərinin ərazisi) onlar
heç əvəzi ödənilmədən ələ
keçirilirdi.
Hazırda
hər il 18 oktyabrda "Alyaska
Günü" keçirilir, tədbirin əsas
fiqurantlarından biri də şahzadə xanımla
böyük cibli geyimdə olan rus qubernatorudur. Mənim
şəxsi fantaziyama görə, bu epizodla onlar xeyirxah
qonşularından "hanı 7.2 milyon dollar" deyə
soruşmaq istəyirlər. Nə qədər
qəribə olsa da, həmin pulların Rusiyaya yetişmədiyi
də faktdır.
Əslində
səfir Stekl pulların qəbul edilməsi ilə
bağlı çeki imzalayıb, pullardan 21000 dolları
özünə saxlayıb, 144000 dolları isə senatorlara səsvermək
üçün rüşvət kimi paylayıb (onun həyat
yoldaşı ABŞ vətəndaşı idi və onun
geniş əlaqələri mövcud idi), qalan hissəsini isə
Rusiyanın rəqibi olan Britaniya banklarının birinə
köçürmə yolu ilə göndərib. London birjasında bu pullara qızıl külçələr
alınıb. Bu alqı-satqı əməliyyatinda
isə 1.5 milyon dollar itirilib.
Bir çox tarixçilər isə yerdə qalan bu
qızılların da Rusiyanın almadığını, yəni
qızılın onu gətirən "Orkney" gəmisi ilə
bərabər batdığını iddia edirlər. Gəmini
sığortalayan İngiltərə şirkəti isə
müflis olduğunu elan edərək dəyən ziyanın əvəzinin
ödənilməsindən imtina edib. Sankt-
Peterburq sahillərinə yaxın olan gəminin
batdığı ərazilərdə qızılların
axtarışı isə nəticə vermədi. Deməli qızıllar heç Dumanlı Albiondan gəmiyə
belə yüklənməyib. Sonda isə hər zaman ali rəhbərliyə etibar edən sadə
rusiyalıların 1.5 milyon kvadrat kilometr ərazisi
satıldı, əldə olunan vəsait isə 1-2 nəfər
tərəfindən son qəpiyinə qədər talan edildi.
Son bir
neçə il ərzində Rusiyada ictimai
müzakirələrin mövzusu olan Alyaskanın satılması
məsələsinə orjinal bir münasibət bu ilin may
aynda Rusiya XİN tarixi- sənəd departamentinin direktor
müavini, tarix elmləri doktoru Artyom Rudnitski tərəfindən
bildirilib: "Rusiya ilə ABŞ arasındakı
razılaşma hər iki tərəf üçün ədalətli,
xeyirxah addım idi və zamanın beynəlxalq normalarına
uyğun gəlirdi". Söz tapmaqda çətinlik
çəkirsən. Torpağın
satılmasını, əldə olunacaq vəsaitin
talanmasının Rusiya üçün ədalətli
olmasını Rudnitskinin nədə gördüyünü
anlamaq mümkün deyil. Bunu heç
ABŞ-ın özü də heç vaxt ədalətli və
xeyirxah addım adlandırmağa cəhd etməyib. Bəlkə də abır-həya edib, bəlkə də
utanıblar, bəlkə də rus xalqının
yarasını qanatmaq istəməyiblər. Belə bir vaxtda Rudnitski öz fikir və istəklərini
ən pis şəkildə etiraf edir. Əgər
belədirsə, cənab Rudnitski, o zaman ABŞ-a yenə Rusiya ərazilərini
təklif edin. ABŞ-ın vəsaiti on
Alyaskanı almağa yetər. Zatən
Rusiyasının bugünkü maliyyə durumu imperator
Rusiyasından çox da fərqlənmir. Görən
insan vətən torpağının satılmasına haqq
qazandıran məmur vicdanı qarşısında heç
olmasa üzü-üzünə hesabat verirmi? Ölkənin xarici siyasətində belə məmurların
rəhbərlikdə təmsil edilməsi adətən dövlətlərin
süqutuna (Qorbaçovu hələ xatırlayırıq) gətirib
çıxarıb. ABŞ on illərlə
vəsait xərcləməli idi ki, belə bir "istedadlı"
məmur yetişdirib o vəzifəyə doğru itələsin.
Əslində nə bilmək olar, bəlkə də
xərclənib. Yaxın gələcəkdə
tarix elmləri doktoru Artyom Rudnitskinin vəzifəsindən azad
olunan kimi ABŞ-a miqrasiya etdiyini və lyuks həyat
sürdüyünü eşitsəniz, təəccüblənməyin.
Vətən torpaqlarının
satılmasına, özü də əzəli rəqibə
satılmasına haqq qazandıranların eyni rəqib tərəfindən
lyuks yaşam tərzinə layiq görülməsi artıq
sıradan hadisədir.
Torpağı satmaq olmaz, bu ən azından gələcək
nəsillər qarşısında günahdır.
Məqaləni
F.M. Dostoyevskinin aforizmi ilə başladım və onunla da
bitirmək istəyirəm: "Sağlam düşüncəyə
qarşı müqavimət göstərmək
üçün həqiqətən çox böyük insan
olmaq lazımdır".
Hərbi ekspert
Ədalət Verdiyev
Hürriyyət.-
2018.- 19 oktyabr.- S.12.