İmadəddin Nəsiminin əsərləri
və onun haqqında
yazılanlar...
Not əsərləri
və Nəsimi çoxcildli kitablarda
2016-cı ildə
“Musiqi dünyası” nəşriyyatı tərəfindən
hazırlanmış CD ROM elektron
optik diskində audiokitab olaraq səsyazma şəklində
“Qəzəllər”ə Həsən
Turabovun ifasında Nəsiminin “Canımı yandırdı hicrin” qəzəli də daxil edilmişdir.
Nəsiminin sözlərinə
həsr olunmuş bir çox görkəmli bəstəkarlar
tərəfindən fortepiano ilə oxumaq üçün mahnı notlarından ibarət olan kitablar da
müxtəlif illərdə
çap olunmuşdur.
Görkəmli
bəstəkarımız Emin Sabitoğlunun “Bakı sabahın
xeyir” adlı kitabına (1975) Nəsiminin “Eylədi” qəzəlinin
sözünə bəstələnmiş mahnı, bəstəkar,
pedaqoq, xormeyster Cahangir Cahangirovun “Buludlar” (1977) adlı
fortepiano ilə oxumaq üçün mahnı və
romansların notlarından ibarət olan, paralel olaraq Azərbaycan
və rus dillərində mətnləri əhatə edən
kitabına Nəsiminin “Həqq mənəm” qəzəli daxil
edilmişdir.
Bəstəkar Süleyman Ələsgərovun
“Hünər və könül təranələri”
adlı kitabına (1978) Nəsiminin “Neylərəm”, bəstəkar
Nazim Əliverdibəyovun fortepiano ilə oxumaq və xor
üçün notları “Mahnılar” (1979) kitabına “Ey
gülüm”, bəstəkar, müğənni Tamilla Məmmədzadənin
fortepiano ilə oxumaq üçün notlardan ibarət
“Romanslar” (1989) adlı, paralel olaraq Azərbaycan və rus dillərində
mətnləri əhatə edən kitabına “Ey bivəfa” qəzəli
də daxil edilmişdir.
Qeyd etdiyimiz
bütün not kitabları “İşıq”
nəşriyyatında çap olunmuşdur.
Bundan başqa, 2017-ci ildə
“Şərq-Qərb” nəşriyyatı tərəfindən
2 kitab çap olunmuşdur ki, bunlardan biri Nəsimiyə həsr
olunmuş Fikrət Əmirovun “Nəsimi haqqında dastan. Faciəvi musiqi” adlı “Azərbaycan qravürləri”
seriyasından notlar kitabıdır. Digəri isə Emin
Sabitoğlunun C.Mahmudovanın tərtibçiliyi ilə
çap olunmuş “Əlvida” adlı səs və fortepiano
üçün mahnılardan ibarət kitabıdır ki, bura
Nəsiminin “Eylədi” qəzəli də daxil edilmişdir.
Həmçinin rus dilində olan notlar kitabları da vardır ki, bunlara
1977-ci ildə Moskvada “Sovet bəstəkarı” nəşriyyatında
çap olunmuş böyük simfonik orkestr üçün
nəzərdə tutulmuş Fikrət Əmirovun “Nəsimi
haqqında rəvayət” adlı, redaktoru Yuri Ter-Osipov olan
partituradır. Eyni ildə Moskvanın “Musiqi” nəşriyyatında
bəstəkar, dirijor Səid Rüstəmovun fortepiano ilə
səs üçün “Mahnılar və romanslar” adlı
R.Rüstəmovun redaktorluğu ilə notlar kitabı çap
olunmuşdur ki, bura Nəsiminin (“Æèçíü áåç ìèëîé”) qəzəli daxil
edilmişdir.
1978-ci ildə Moskvada “Sovet bəstəkarı” nəşriyyatında
çap olunmuş fortepiano müşayəti ilə səs
(xor) üçün N.Savinçevin redaktorluğu ilə
hazırlanmış Tofiq Quliyevin “Ürək mahnıları”
adlı kitabı çap olunmuşdur ki, bura Nəsiminin də
(“Íå íàäî”), 1980-ci ildə Bakıda Tamilla Məmmədzadənin
“Lenin” notlar kitabına isə “Ey bivəfa” qəzəlinin
sözlərinə həsr olunmuş bəstə daxil
edilmişdir.
Nəsimi haqqında çoxcildli kitablarda da məqalələr çap
olunmuşdur.
Salman Mümtazın 1926-cı ildə “Kommunist” nəşriyyatında
işıq üzü görmüş “Azərbaycan ədəbiyyatı”
adlı çoxcildliyinin X cildində (VII-IX əsr hicri) ərəb
qrafikasında Azərbaycan və fars dillərində şairin
qəzəl, qəsidə və rübailəri daxil
edilmişdir. İsmayıl Hikmətin 1928-ci ildə “Azərnəşr”də
çap olunmuş “Azərbaycan ədəbiyyatı tarixi”
(islamiyyatın zühurundan miladın on səkkizinci əsrinə
qədər) kitabının I cildində, Məmməd Cəfər
Cəfərovun 2003-cü ildə “Çinar-çap” nəşriyyatında
nəşr edilmiş “Seçilmiş əsərləri”nin
ikinci cildində romantizmə aid tədqiqatları, 1905-1917-ci
illər Azərbaycan romantizminin xüsusiyyətləri, eləcə
də, romantizmin nəzəri-estetik prinsipləri,
tematikası, Qərb və Şərq romantizmi haqqında
fikirləri verilmişdir. Təhmasib Fərzəliyevin
tərtibçiliyi, Elçinin elmi redaktorluğu, İsrafil
İsrafilovun redaktorluğu ilə hazırlanmış bu cilddə
Nəsimi haqqında materillar verilmişdir.
Akademik Nizami Cəfərovun
2006-cı ildə “Çaşıoğlu” və Azərbaycanda
Atatürk Mərkəzi tərəfindən çap
olunmuş 4 cildlik “Türk xalqları ədəbiyyatı”
kitabının türk ədəbiyyatı tarixinin orta
dövrünü ( XIII əsrdən XIV əsrin sonu XVII əsrin
əvvəllərinə qədər) əhatə edən II
cildinə Nəsiminin şeirləri, Yusif Seyidovun Nizami Cəfərov
tərəfindən hazırlanmış, “Bakı Universiteti”
nəşriyyatı tərəfindən işıq
üzü görmüş 15 cildlik “Əsərləri”nin III
cildində (2007) böyük Azərbaycan şairi Nəsiminin
dilinin ədəbi dil, tarixi leksikası, tarixi qrammatika istiqamətində
ətraflı tədqiqi verimişdir.
2008-ci ildə “Nurlan” nəşriyyatında nəşr edilmiş
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin akademik Rafael Hüseynovun redaktorluğu
ilə “Məclis: ədəbi mərasimlər, ildönümlər,
görüşlər” adlı toplusununun III kitabında həmçinin
İmadəddin Nəsimi kimi klassikimizə həsr edilmiş mərasimdə
söylənən dəyərli fikirlər də yer
almışdır.
Prof. Qəzənfər
Paşayevin N.Cəfərov və S.Saatçının redaktorluğu
“Təhsil” nəşriyyatında 2012-ci ildə çap
olunmuş 7 cildlik “Seçilmiş əsərləri”nin IV
cildində “Nəsimi haqqında araşdırmalar”
monoqrafiyası, Nizami Xudiyevin “Seçilmiş əsərləri”nin
M.Çobanovun elmi redaktorluğu ilə 2014-cü ildə “Elm
və təhsil” nəşriyyatında çap olunmuş “Azərbaycan
antroponimlərinin təşəkkülü və
inkişafı”ndan bəhs edən Azərbaycan və rus dillərində
materialların verildiyi IX cildinin “Azərbaycan ədəbi dili
tarixindən seminar məşğələləri” hissəsində
Nəsimi haqqında da yazılar yer almışdır.
Həmçinin bir neçə
çoxcildli kitabın bir cildi məhz Nəsimiyə
həsr olunmuşdur: Xalq şairi Qabilin 7 cildlik Mahir
İmamverdiyevin tərtibində 2017-ci ildə”Adiloğlu” nəşriyyatında
CD-ROM elektron optik disk şəklində işıq üzü
görmüş “Əsərlər”inin I cildi şairin şah
əsəri sayılan və 1976-cı ildə Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Heydər
Əlirza oğlu Əliyevin qərarı ilə Azərbaycan
SSR Dövlət Mükafatına layiq görülən “Nəsimi”
mənzum romanı daxil edilmişdir.
Azərbaycan SSR Elmlər Akademiyası
Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən
“Elm” nəşriyyatında çap olunmuş 20 cildlik “Azərbaycan
klassik ədəbiyyatı kitabxanası”nın V cildi Nəsimiyə
həsr olunmuşdur ki, buraya şairin qəzəl, qəsidə,
müstəzad, tuyuq, tərcibənd, məsnəviləri daxil
edilmişdir. Cildin baş redaktoru M.İbrahimov,
H.Araslı, C.Qəhrəmanov və s., tərtibçisi
H.Araslı, redaktoru T.Kərimovdur.
Aygün Hacıyeva,
Azərbaycan Milli Kitabxanasının
şöbə müdiri, AMEA-nın
doktorantı
Hürriyyət.- 2019.- 6 aprel.- S.13.