Azərbaycanın ərəb dövlətləri ilə ticarət və investisiya əməkdaşlığı

 

 Müasir iqtisadi qloballaşma şəraitində ölkələrarası xarici ticarət əlaqələrinin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. XX əsrin 90-cı illərindən başlayaraq suveren dünya dövlətləri sırasına daxil olan müasir Azərbaycan siyasiiqtisadi müstəvidə beynəlxalq əlaqələrinin formalaşdırılması prosesinə başlamışdır. Azərbaycanın müstəqilliyi ilə bərqərar olunan yeni ictimai-siyasi sistemin doğurduğu əlverişli mühit ölkə həyaünm bütün sahələrində olduğu kimi, onun iqtisadi tərəqqisi üçün də möhkəm və təminatlı zəm in yaratmışdır. Qərb-Şərq və Şimal-Cənub ticarət və nəqliyyat yollarının kəsişməsində yerləşən müasir Azərbaycan dövlətinin indiki coğrafi mövqeyi tarix boyu yaxın və uzaq ölkələrin maraq dairəsində olmuşdur.

Azərbaycan təkcə strateji m əntəqə kimi yox, əsasən xammal bazası kimi onların hədəf dairəsinə çevrilmişdir. XX əsrin əvvəllərindən elmitexniki tərəqqinin sınaq meydanı olan ölkəmiz Cənubi Qafqazda istehsal etdiyi m əhsulun tutumu və dövriyyəsinə görə həm işə aparıcı yer tutmuşdur.

 

Dövlət müstəqilliyimizin üfüqləri

 

Müstəqilliyin ilk illərində yaranmış əlverişli şəraitdən və vəziyyətlərdən lazımınca istifadə olunmaması respublikanın iqtisadi sistemində ciddi fəsadların yaranması ilə nəticələndi. Keçmiş sovet respublikaları ilə qarşılıqlı m ünasibətlərin zəifləməsi, sosialist sistem ininona meyilli olan dövlətlərin yaratmış olduqları bazarın süquta uğram ası ilə bağlı xam mal və satış bazarlarının itirilməsi, regiondakı siyasi sabitsizlikbu kimi digər problemlər yaranmış tənəzzülün daha da dərinləşməsinə gətirib çıxartdı. Yalnız ölkənin dövlət müstəqilliyinin bərpasından sonra, daxili siyasi böhranlar aradan qaldırıldıqdan və müəyyən stabillik əldə edildikdən sonra yenidən formalaşmış milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyasına başlanıldı. Belə ki, dünya təcrübəsinin dərslərinə və tədqiqatlara görə, investisiyaların cəlb edilm əsində əsas amillərdən biri siyasi sistemin sabitliyiya riskliliyi dərəcəsidir.

 

Azərbaycanın ərəb dövlətləri ilə xarici ticarətinin əsas xüsusiyyətləri:

 

- Əsasən inkişaf etmiş ölkələrin xarici ticarəf fəaliyyətlərində «Şimal-Şimal» istiqam əti adlandırılan üfüqi model. Bu model dövlətin ticarət axınına məqsədyönlü təsir göstərməsilə səciyyələnir.

- İnkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasıda xarici ticarəti əks etdirən

«Şimal-Cənub» istiqaməti adlandırılan şaquli model. Əslində, bütövlükdə beynəlxalq əmək bölgüsünün modeli kimi təzahür edən qarşılıqlı ticarət m ünasibətləri sistemi inkişaf etməkdə olan ölkələrin dinamik inkişaf yolunda əngələ çevrilmişdir. Bu model çərçivəsində inkişaf etməkdə olan ölkələr xammal yarımfabrikatlar ixrac etm əklə hazır sənaye məhsullarının idxalına istinadla ticarət münasibətlərini formalaşdırır. Bu ölkələr qrupunun inkişaf etm ölkələrin xammal «əlavəsi» statusuna çevrilm əsi qaçılmazdır. Eyni zamanda sözügedən modeldə ölkə qruplarının kollektiv mənafeləri, müxtəlif şərikli inhisarçı birliklərin, m aliyyə-ticarət digər qruplaşmaların marağı ön plana çıxır. Bu m ünasibətlər sistemində uduzan ənənələrin yoxluğu, kadr kasadlığı tipli m əsələlərin qabarıq şəkildə mövcud olduğu inkişaf etməkdə olan ölkələr olur.

- Xarici ticarət siyasətində üçüncü mövqeyi «Cənub-Cənub» istiqaməti adlandırılan modeldir. Üfüqi şaqulu m odellərin «sintezi»ndən yaranmış bu konqlomerat model əsasən inkişaf etməkdə olan ölkələrin xarici ticarət fəaliyyətlərini əhatə edir.

Azərbaycanın ərəb ölkələri ilə əlaqələrinin mövcud inkişaf səviyyəsi haqda daha dolğun təsəvvür əldə etmək üçün məsələni iki aspektdən: İslam Əməkdaşlıq Təşkilatı müstəvisində ayrı-ayrı ərəb ölkələri ilə ikitərəfli əməkdaşlıq çərçivəsində araşdırılması məqsədəuyğundur. Yeri gəlmişkən qeyd etm ək lazımdır ki, İƏT Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat olması baxım ından da xüsusi maraq doğurur. 1993-cü ilin ikinci yarısmdan etibarən təşkilatla Azərbaycanın əlaqələrinin keyfiyyətcə yeni m üstəviyə çıxdığı, əlaqə təmasların daha da intensivləşməsi İslam İnkşaf Bankı (İİB) vasitəsilə siyasi, mədəni, sosial sahələri əhatə edən əməkdaşlığın çərçivəsi daha da genişləndi iqtisadi layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yarandı. 1993-cü ildə İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin BMT iqamətgahında keçirilən toplantısında Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində didərgin düşmüş azərbaycanlılara təcili hum anitar yardım göstərilməsi barədə respublikamızın müraciətini qəbul etdi. Məhz bu şərait nəticəsində respublikaya islam ölkələri tərəfindən göstərilən humanitar, texniki s. yardımın həcmi nəzərəçarpacaq dərəcədə artdı. İİB qaçqınlara humanitar yardım göstərilm əsinə 500 min ABŞ dolları onlar üçün yerləri açılması məqsədi ilə bir milyon ABŞ dolları vəsait ayırdı. Azərbaycanın sosial-iqtisadi inkişaf layihələrinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına İİB təmənnasız olaraq 1 milyon 424 min ABŞ dolları ayırdı. İİB-nin respublikamıza təqdim etdiyi güzəştli kreditin ümumi məbləği isə 74 m ilyon ABŞ dolları təşkil etdi. Səudiyyə Ərəbistanının humanitar müəssisələri, Kral Fəhd adma yardım proqramı, islam ölkələrinin bir sıra humanitar təşkilatlarının fondlarının yardımı qeyd olunan sənədlər əsasında həyata keçirilirdi. 21 sentyabr 1996-cı ildə İƏK, İİB Azərbaycan hökumətinin təşəbbüsü ilə Bakıda 17 ölkədən 160 işadamının iştirak etdiyi beynəlxalq investisiya konfransında müsəlman dövlətlərindən olan sahibkarların Azərbaycan iqtisadiyyatına sərmayə qoymalarının təşviq edilməsi baxımından mühüm mərhələ oldu. 1999-cu il 28 iyun-1 iyul tarixində BurkinaFasonun paytaxtı Uaqaduquda keçirilm İƏT xarici işlər nazirlərinin 26-cı konfransında, 12-13 noyabr 2000-ci ildə Qətərin paytaxtı Dohada çağırılan İƏT Dövlət H ökumət Başçılarının IX Zirvə toplantısında İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin 2005-ci il iyunun 28-30-da Yəmənin paytaxtı Sənada keçirilən 32-ci konfransında Azərbaycanla bağlı daha üç sənəd qəbul edildi. Bunlar «Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında», «Azərbaycan Respublikasına iqtisadi yardım haqqında» «Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında islam tarixi, mədəni abidələri müqəddəs yerlərə qarşı törədilmiş təhqirlər haqqında» qətnamələrdir. Sonuncu qətnamə ilk dəfə olması baxım ından xüsusi əhəmiyyət daşıyır.

 

İİB Azərbaycan münasibətlərinin inkişaf mərhələləri

 

Azərbaycanla əməkdaşlıq çərçivəsində İİB vasitəsilə 2005-ci ildə ölkəmizə 58 milyon ABŞ dolları məbləğində kredit ayıran İƏT-nin növbəti zirvə görüşünün Bakıda keçirilməsi diplomatiyamızın uğuru oldu. Sonrakı mərhələdə İƏT ölkələrinin turizm nazirlərinin Bakıda keçirilmiş iclası əlaqələrin dinamik inkişafı üçün əlverişli şərait yaratdı. 1996-cı ildə Ticarət Sənaye Palatası, Xarici İqtisadi Əlaqələr Nazirliyi, Dövlət Neft Şirkətinin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyətinin Qahirədə Beynəlxalq sərgidə iştirak etməsi iqtisadi əməkdaşlığın əsasını qoydu. Bütövlükdə, Azərbaycan-ərəb əlaqələrinin inkişafının zəifliyinə dəlalət edən özünəməxsus amillərə gəlincə, onları aşağıdakı şəkildə siyasi, iqtisadi mədəni aspektlər prizm asından təsnifləşdirmək daha doğru olardı:

- Yaxın Orta Şərq regionunda yerləşən ərəb ölkələri ilə coğrafi yaxınlığın, qarşılıqlı maraq doğuran ikitərəfli məsələlərin, beynəlxalq problem lərin mövcudluğu;

- BM T başda olmaqla beynəlxalq təşkilatlarda Azərbaycanın əsas problemi sayılan Dağlıq Qarabağ m əsələsində ərəb ölkələrinin dəstəyini qazanmaq üçün təşviqin zəruriliyi;

- Livan, Suriya bəzi ərəb ölkələrində yaşayan ermənilərin təsir dairəsinin geniş olması Bakı-Tbilisi-Ceyhan neft kəməri digər mühüm regional layihələrin əleyhinə çıxmalarına təkan verilməsi;

- Müəyyən xarici dövlətlərin təhriki ilə bəzi körfəz ölkələrinin Azərbaycana rəqib kimi yanaşma ehtimalı;

Qeyd olunanlarla yanaşı, Azərbaycan-ərəb əlaqələrinin inkişafına zəmin ola biləcək amillər kimi aşağıdakıları da göstərmək olar:

- Ərəb dünyası ilə 13 əsrlik keçmişə malik müştərək tarixi, mədəni mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olması;

- Erkən orta əsrlərdən etibarən təşəkkül tapmış ərəbdilli Azərbaycan elminin, mədəniyyətinin ədəbiyyatının varlığı;

- Əsrlərlə Azərbaycanda formalaşmış yazılı maddi mənəvi abidələrin ərəb dilində olması, ərəb ölkələrinin əlyazma xəzinələrində Azərbaycan tarixi mədəniyyəti üçün müstəsna əhəmiyyət daşıyan əlyazma nüsxələrinin m ühafizə edilməsi;

- Ümumərəb ümumislam mədəniyyətinin təşəkkülündə inkişafında orta əsr azərbaycanlı alim ədiblərin yaxından iştirak etməsi;

- İraqın şimalında yaşayan etnik baxımdan azərbaycanlılara ən yaxın qəbul edilən, sayları təqribən 0,5 milyondan çox türkmənlərin, həmçinin Səudiyyə Ərəbistanı, İordaniya, Küveyt, BƏƏ, Oman, Yəmən, Sudan, Misir Əlcəzair kimi ölkələrdə çoxlu sayda soydaşlarım ızın yaşaması faktı;

- Keçmiş SSRİ-nin ərəb ölkələri ilə neft-qaz sektoru başda olmaqla iqtisadi-texniki elmim ədəni əməkdaşlığın həyata keçirilməsində bilavasitə iştirak etmiş azərbaycanlı mütəxəssislərin, həm çinin sovet-ərəb m ünasibətlərinin müxtəlif sahələrində fəal iştirak etmiş ərəb dili tərcüm əçilərinin mövcud olması.

Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra tarixən dini mədəni köklərlə bağlı olduğu müsəlman ərəb ölkələri ilə əlaqələrin hərtərəfli inkişafına müxtəlif sahələrdə əm əkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Ərəb dünyası ilə müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi ölkəm izin xarici siyasət kursunun prioritet istiqam ətlərindəndir. Azərbaycanın ərəb dövlətləri ilə xarici ticarət əlaqələrinin yüksəldilməsi istiqamətləri Azərbaycanın ərəb ölkələri ilə iqtisadi əlaqələrinin qiym ətləndirilməsi məqsədi ilə bu əlaqələrin statistik bazanın imkan verdiyi çərçivədə korrelyasiya münasibətlərinin riyazi formasının araşdırılması zəruri hesab edilm dissertasiyada bu istiqam ətdə böyük həcmdə riyazi hesablamalar aparılmışdır.

 

(ardı var)

 

Hürriyyət.- 2019.- 3-5 avqust.- S.12.