Türk dünyasının böyük ideoloqu

Əli bəy Hüseynzadə

 

Əvvəli ötən sayımızda

 

Əli bəy Hüseynzadə Türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmli ictimai xadimdir.

 

“Mən türkəm, qafqazlı bir türkəm, türk bir müsəlmanam, müsəlman bir insanam, demək ki, mən bu dörd sifətlə dünyaya gəldim, bu dörd sifətlə yaşamaq məcburiyyətindəyəm...” – deyən Əli bəy Hüseynzadə XX əsrin əvvəllərində türk dünyasında şimşək kimi çaxdı, təkcə Azərbaycanda deyil, bütün Turan elində ictimai fikrin durumuna aydınlıq gətirdi, onu yeni istiqamətə yönəltdi, ətalətdən, qəflət yuxusundan, zülmətdən uzaqlaşdırmağa, həmrəyliyə, birliyə əsaslanan istiqlal yoluna xidmət etməyə yönəltdi. Məhz bu mənada Əli bəy Hüseynzadə Azərbaycan ictimai fikrində yeni mərhələdir.

Onun bu sahədə parlaq istedadı hətta o dövrün qabaqcıl türk ziyalılarının da diqqətini özünə cəlb etmişdir. İstanbul darülfünunu dermotoloq ixtisası üzrə bitirən Ə.Hüseynzadənin hərbi təbiətə o qədər marağı olmamışdır. Onu o zamanlar yuxarıda qeyd etdiyimiz kimi, fəlsəfə, ədəbiyyat siyasət maraqlandırmışdır. Elə buna görə tibb elmi sahəsində əsərlərini barmaqla saymaq olar. BunlardanSiflis”, “Vəba mikrobuadlı əsərləri xüsusilə qeyd etmək olar. Elə həmin ildə professor Kamal Cənabla birlikdəEnsiklopedik tibb lüğətiadlı kitabını İstanbulda çap etdirmişdir. Əli bəy Hüseyzadə hətta İstanbulda bir rəssam kmi şöhrət qazanmışdır. O, Azərbaycan yazıçısı Hacı Zeynalabdin Marağayininİbrahim bəyin-səyahətnaməsiadlı əsərinə xüsusi sifarişlə şəkillər çəkmişdir. Elə həmin dövrlərdə o, bir musiqiçi kimi tanınırdı. Onun skripkada notla gözəl çalması da vardı.

Türk musiqişünasları musiqinin təhlilində Əlibəy Hüseynzadəyə bəzən üstünlük verirdilər. Hələ tələbə olduğu illərdə, yəni 80-ci illərin axırlarında Ə.Hüseynzadə “Ə.H.” imzası ilə, İstanbulda nəşr olunanRamazan bağçasıyurnalında Ömər Xəyyamın bir neçə rübaisini onun haqqında alman alimi F.Bondenştedtin əsərini, “Səlyaniimzası ilə B.HöteninFaust”undan bir parçanı, H.HeyneninZinət verər asimanə əncüm...” şeirini, Qahirədə çıxanTürkqəzetində isə XVIII əsr rus şairi Derjavinin bir şeirini tərcümə edib türk dilində çap etdirmişdir.

Bunu da qeyd etmək lazımdır ki, bu tərcümələrin əksəriyyəti sonralar Əli bəy Hüseyzadə BakıdaFüyüzatyurnalının redaktoru olduğu zaman, yenidən həmin məcmuənin müxtəlif nömrələrində eynilə çap olunmuşdur. 1897-ci ildə Türkiyə ilə Yunanıstan arasında müharibənin başlanması ilə əlaqədar olaraq Əli bəy HüseyzadəQırmızı ayparacəmiyyətinin heyətinin tərkibində xüsusi tapşırıqla Qərbi Avropa ölkələrinə getmişdir. 1900-cü ildə isə o, 7 müsabiqə yolu ilə vaxtilə ali təhsil aldığı fakultədə, professor köməkçisi vəsifəsinə təyin olunmuşdur. Qan içən Əbdülhəmid istibdadının təcavüzünə məruz qalan Əlibəy Hüseyzadə 1904-cü ilin əvvəllərində Parisə qaçmış oradan Bakıya gəlmişdir. O, burada 1905-ci il iyunun 7-də maarifpərvər varlılardan olan Hacı Zeynalabdin Tağıyevin (1823-1924) vəsaiti ilə ilk nömrəsi çıxmağa başlamışHəyatqəzetinin Əhmədbəy Ağayevlə (1869-1939) birlikdə redaktoru olmuşdur. Əhmədbəy Ağayevinİrşadqəzetinə keçməsi ilə əlaqədar 1906-ci ilin yanvar ayından Əli bəy HüseynzadəHəyatqəzetinin redaktorluğunu özü etmişdir. Onun bu qəzetin səhifələrində xeyli məqaləsi çap olunmuşdur. Bu məqalələrin hər birini nəzərdən keçirdikdə hiss olunur ki, O, Qərbin texniki, mədəni tərəqqisinin nailiyyətlərinə, fəlsəfəsinə, tarixi sosioloji nəzəriyyələrinə yaxından bələd idi. Əli bəy Heseynzadə redaktoru olduğuHəyatqəzetinin səhifələrində silsilə məqalələr çap etdirmişdir. 1906-cı ildən isə H.Z.Tağıyevin pulu Əli bəy Hüseynzadənin redaktorluğu ilə həftəlik ədəbi, elmi, siyasi-ictimai jurnal olanFüyuzatnəşr olunmağa başlamışdı. Bu jurnalın baş əksəriyyət məqalələrini Əli bəy Hüseyzadə özü yazmışdır. Füyuzatjurnalının səhifələrində məşhur türk şairləri ilə yanaşı, mütərəqqi dövlət xadimlərinin foto əksi onlar haqqında məlumat dərc olunurdu. O dövrdə yazıb-yaradan Azərbaycan şairləri yazıçılarının əsərləri bu yurnalın səhifələrində öz əksini tapmışdır.

XX əsr məşhur romantik şairimiz Məhəmməd Hadinin şeirləri demək olar ki, “Füyuzat”ın hər nömrəsində çap olunmuşdur. Satirik şair Mirzə Ələkbər Sabirin şeirlərini mütəmadi olaraq jurnalda görmək mümkün idi. Həmçinin bu jurnalda şair Hüseyn Cavidin, Səid Səlmasinin, Abdulla Şaiqin , Abbas Səhhətin, Əlipaşa Surun başqalarının şeir məqalələrinə rast gəlmək mümkün idi. “Füyuzatjurnalının səhifələrində Qərbi Avropanın, Şekspir, Bayron, Şiller, Höte, Hüqo s. bu kimi məşhur şair yazıçıların haqqında yazılar da çap olunmuş əsərlərindən tərcümələr verilmişdir. Əli bəy Hüseyzadə təsviri sənət tariximizi zənginləşdirəcək əsərlər yaratmaqla yanaşı, incəsənət haqqında qiymətli fikirlər qoyub gedib. Taleyin amansız hökmü ilə dünyanın müxtəlif guşələrinə səpələnmiş azərbaycanlılar arasında rəssamlar az deyil. Bir zamanlar ilğım saydıqları Vətən həsrəti uzun illər ərzində onlar üçün acı həqiqətə çevrilib. Həmin sənətkarların bir 8 qismi hələ bu ayrılığın mənəvi-psixoloji yükünü çəkə-çəkə arzu ümidlərinin işığına doğru getməkdədirlər. Bəziləri isə artıq dünyasını dəyişmiş, vaxtsa hördükləri nikbin nəğmə çələngi imidsizlik axarına düşərək itib-batmışdır. Yurd həsrətini həm rənglərlə ifadə edən yaradıcılarımızdan biri Əli bəy Hüseynzadə olmuşdur. Əli bəy Hüseynzadə Bakıda yaşadığı dövrdə elmi-nəzəri, fəlsəfi əsərlərindən başqa bədii yaradıcılığa da əhəmiyyət vermişdir. Onun görkəmli rus yazıçısı A.P.ÇexovunQlaflı adamhekayəsinə nəzirə olaraq yazdığı povesti Siyasətifürusətadlı iri həcmli traktatı mövcuddur. O, Bakıda yaşadığı dövrdə rəssamlıq sənəti ilə məşğul olmuşdur. Onun yağlı boya ilə çəkdiyi saysız-hesabsız lövhələr o dövrdə sənət sevərlərin nəzər diqqətini özünə cəlb etmiş bu boyalar Azərbaycan boyakarlıq sənətinin qiymətli örnəklərindən olmuşdur. Bu əsərlərdənŞeyxül islamın portretiBibiheybət məscidinin görünüşüadlı lövhələr indi P.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin salonunu bəzəyir.

1910-cu ilin axırında Əli bəy Hüseynzadə Bakı ilə əbədi vidalaşaraq Türkiyəyə köçmüş burada o, İstanbul universitetinin professoru vəzifəsində çalışmaqla yanaşı, elmi, ədəbi, siyasi fəaliyyətini davam etdirmişdir. İstanbulda yaşadığı müddətdə Əli bəy Hüseynzadə ailə qurmuş onun bir qızı, bir oğlu dünyaya gəlmişdir. Ali rəssamlıq təhsili alıb çoxdan Parisdə yaşayan oğlu Turan indi bir sənətkar rəssam kimi tanınmaqdadır. Ə.Hüseynzadə işıqlı təfəkkürü, əlvan boyaları, cəsarətli qələmi ilə ölümdirim mübarizəsinə atılmışdır. Bu yolda onun başı çox bəlalar çəkir, lakin Əli bəy amalından heç bir zaman dönmür. Beləliklə, Əli bəy Hüseynzadə altmış altı il ömür sürür, rəssam, naşir, pedaqoq, alim, filosof kimi dünyadan köçür. Onun ömür günəşi 1940-cı il martın 1-də qüruba enir.

 

(Ardı var)

 

Hazırladı: Məmməd MİRZƏLİYEV,

Tarix üzrə Fəlsəfə doktoru

 

Hüriyyət.- 2019.- 15-16 avqust.- S.13.