60 illik ömrün
işığında
Nizami Cəfərov – 60
Nəcib keyfiyyətləri, saf mənəvi
dəyərləri parlaq şəxsiyyətində cəmləyən
böyük insanların nurlu çöhrəsi bəzən
bütöv bir dövrün obrazı kimi göz önündə
canlanır.
Yaşadıqları dövrün real imkanlarını mənimsəyib
zamanın fövqünə qalxmağı bacaran belə
insanlar xalqın mənəvi-intellektual potensialını
qoruyur, milli intibaha xidmət edən və şərəfli
yolda öz həyat ideallarını tapırlar. Fitri istedada
malik novator ziyalı, pak və nəcib insan, yaşadığı
mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı
üçün həyat və mənəviyyat nümunəsi,
kamillik, müdriklik məktəbi olan akademik Nizami Cəfərov
da məhz belə nəcib insanlardan biri kimi milyonların qəlbində
rəğbətlə qazanmış, özünə yer
tapmışdır.
Azərbaycan
dilçilik elmini dünya miqyasında tanıdan, ölkəmizin
elm xəzinəsinə sanballı töhfələr verən,
beynəlxalq miqyasda böyük nüfuz qazanan, məhsuldar və
yorulmaz fəaliyyəti ilə filologiya elminin, mədəniyyətin
dinamik inkişafına qayğısını əsirgəməyən
görkəmli dilçi-alim, Azərbaycan Elmlər Akademiyasının həqiqi
üzvü, əməkdar elm xadimi, filologiya üzrə elmlər
doktoru, akademik Nizami Cəfərov zamandan bir addım öndə
irəliləyən alimlərimizdəndir.
XXI əsr
Azərbaycan elmi və təhsili tarixində özünəməxsus
yer tutan böyük alim, akademik Nizami Cəfərov
bütün fəaliyyətini,
yaradıcılığını mədəniyyətimizin, ədəbiyyatımızın,
təhsilimizin inkişafına sərf edən dəyərli
ziyalılarımızdandır. Nizami Cəfərovun
mühüm həyati problemlər qaldıran, vacib ictimai-siyasi
və mənəvi-əxlaqi məsələləri əks
etdirən tədqiqatlarında əsas tədqiq və inikas
obyekti insan, onun mənəvi dünyasıdır.
Xalqımızın gözəl, zəngin mənəvi dəyərlərinin
təbliği görkəmli alimin
yaradıcılığında mühüm yer tutur. Onun məqalələri,
araşdırmaları və monoqrafiyaları həm mövzu zənginliyinə,
həm də dil və üslubuna görə böyük maraq
doğurur. Dərin zəka sahibi olan Nizami Cəfərov həm
görkəmli alim, pedaqoq, həm də böyük
ictimai-siyasi xadim kimi tanınmaqdadır.
Hələ
tələbəlik illərindən dilçiliyimizin
mühüm problemləri ilə məşğul olmağa
başlayan Nizami Cəfərov ilk məqalələrindən
diqqəti cəlb etmiş və elm adamı kimi
tanınmağa başlamışdır. Nizami müəllim həm
müasir ədəbiyyat problemləri, həm də
dilçiliyimizin tarixi və nəzəriyyəsi ilə
intensiv sürətdə məşğul olan alimlərdəndir.
Akademik
N.Cəfərov elmdə fədakarlığı,
dil faktlarına vicdanlı münasibəti, təhlildən əldə
etdiyi nəticələrə adekvat linqvistik şərh vermə
bacarığı ilə digərlərindən fərqlənir. Bu görkəmli alimin elmi
kadrların yetişməsində çox böyük əməyi
var. Onun rəhbərliyi altında
doktorluq, namizədlik dissertasiyaları müdafiə
olunub və olunacaqdır. O, 500-dən artıq elmi məqalənin,
saysız monoqrafiyaların müəllifidir. “Füzulidən
Vaqifə qədər”, “Azərbaycan türkcəsinin milliləşməsi
tarixi “, “Eposdan Kitaba”, “Azərbaycanşünaslıq məsələləri”,
“Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-ideoloji
üfüqləri” monoqrafiyaları ilə elm tariximizə
qızıl hərflərlə adını yazdıran Nizami Cəfərov
elmi nəticələrinə və təhsil quruculuğuna
görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının
"Əməkdar elm xadimi" fəxri adına layiq
görülmüşdür.
Azərbaycanda
Atatürk Mərkəzinin direktoru kimi son dərəcə
şərəfli məqama rəhbərlik
edən Nizami Cəfərov “Qədim türk ədəbiyyatı”,
“Türk xalqları ədəbiyyatı”, “Türkün
dünyasından türk dünyasına”, “Türkologiyaya giriş”,
“Türkologiyanın müasir problemləri”, “Türkologiya” və
s. dərslikləri ilə bu sahədə öz
sözünü demiş dəyərli mütəxəsislərdəndir.
Nizami
Cəfərovun tədqiqatları əsasən Azərbaycan
dili tarixi, ümumi türkologiya, Azərbaycan ədəbiyyatı
tarixi, Azərbaycan türkcəsinin milliləşməsi və
Azərbaycanşünaslığın əsasları və
inkişafı tarixinə, qədim türk və türk
xalqları ədəbiyyatı tarixi və müasir ədəbi
proseslə bağlı problemlərə həsr olunmuşdur.
Bu
adi görünən statistikanın arxasında alim-filosofun
böyük zəhməti, məhsuldar
yaradıcılığı, yeni ideyalara yol açan fədakarlığı
dayanır. Onun elmə verdiyi töhfə qətiyyən kəmiyyət
parametrləri ilə ölçülə bilməz, burada ən
vacibi alimin elmə, ictimai fikrə, təfəkkür tərzinə
gətirdiyi novatorluq, yeni keyfiyyətdir, elmin inkişafı və
tərəqqi naminə təmənnasız gördüyü əhəmiyyətli
işlərdir.
Nizami
müəllim nədən yazırsa-yazsın, o hər yerdə
yenilikçi, novatordur dilimizi və dilçiliyimizi yüksək
zirvələrə daşıyan zəhmətkeş sadə
bir alimdir. O, dilçiliyimizin döyünən ürəyi,
düşünən beyni və istiqamətləndirici
simasılarındandır. Bütün varlığımla
inanıram ki, qədirbilən gəncliyimiz bu böyük
alimin zəngin filoloji irsini dərindən təhlil edərək
öyrənəcək, onun Azərbaycan və dünya
dilçiliyində tutduğu layiqli yeri faktlarla açıb
göstərəcəkdir.
Bütün
şüurlu həyatını Azərbaycanda ali
türkçülük ideologiyasının
yaradılması, təkmilləşdirilməsi və
inkişafına həsr etmiş Nizami müəllim öz
yetirmələrinin qəlbində istedadlı alim, ziyalı
şəxsiyyət kimi şərəfli yer tutmuşdur. Onun tələbələrinə
öyrətdikləri neçə-neçə zehinləri
işıqlandırır, neçə-neçə
sanballı elmi tədqiqat işlərinin ərsəyə gəlməsinə,
gənc və bacarıqlı alimlərin yetişməsinə
səbəb olur.
Qeyd
etmək lazımdır ki, yüksəkixtisaslı elmi
kadrların yetişməsinə də xüsusi qayğı və
diqqət göstərən Nizami Cəfərovun rəhbərliyi
ilə alimlik dərəcəsi almış neçə-neçə
fəlsəfə və elmlər doktorları var və onlar
filolofiyanın müxtəlif sahələrinin aktual elmi
problemlərinin araşdırılması ilə bu gün də
məşğuldurlar.
Bundan
başqa Nizami müəllimin çoxlu tələbələri
və ardıcılları var, o, biliyini gənc nəslə həvəslə
öyrədir. Bilir ki, elm sərf edildikcə daha da artan bir
xəzinədir.
Nizami müəllim
Azərbaycanın humanitar
fikir məkanında ən dəyərli imzalardan, mənim üçün də dəyərli dostlardan biridir. Azərbaycan dilçiliyi, Azərbaycan
ədəbiyyatı ilə
bağlı tədqiqatları
xüsusi vurğulanmalı
sanballı araşdırmalardır
və Nizami Cəfərov müasir Azərbaycan alimidir.
Akademik Nizami Cəfərov bütün
varlığı və
ruhu ilə Azərbaycana bağlı olan, xalqının təəssübkeşliyini daşıyan,
türkçülük ideyaları
ilə yaşayıb yaradan, tükənməz enerjiyə malik nadir şəxsiyyətlərdəndir. O qarşıya
qoyduğu saf və ali
məqsədlərə çatmaq
üçün hər
cür zəhmətə
qatlaşır, müxtəlif
sferalardakı fəaliyyətinə
baxmayaraq əsl ziyalı imicini hər şeydən üstün tutur. Yüksək
alimlik və tədqiqatçılıq keyfiyyəti
onun fitrətindən,
məqsədə doğru
inamla irəliləmək,
hədəfə yetişmək
əzmindən qaynaqlanır.
Bütün bu keyfiyyətlər
isə onun daha böyük həyat və elmi yaradıcılıq uğurlarına möhkəm
zəmin yaradır.
Nizami Cəfərov
hər şeydən əvvəl olduqca sadə, sözün tam mənasında nəcib və ədalətli bir insandır. Onun adı Azərbaycan elminin inkişaf tarixində xüsusi yer tutur və
hələ uzun illər də gələcək nəsillər
üçün elmə
fədakar xidmətin nümunəsi kimi örnək olacaqdır.
Nizami müəllim
Azərbaycan xalqının
zəngin milli-mənəvi,
əxlaqi dəyərlərinə
yaxından bələd
olan, məzmunlu, çoxşaxəli həyat
yolu keçmiş və 60 illik ömrünü şərəflə
yaşamış ziyalılarımızdandır. O, görkəmli
ictimai xadim kimi də Azərbaycan
cəmiyyətinin və
ölkə icimaiyyətinin
böyük etimadını
qazanmışdır.
Nizami müəllim
hər şeydən öncə gözəl bir vətəndaşdır. Məhz bu
amil onun həm də görkəmli bir ziyalı, ictimai xadim kimi tanınmasına
imkan vermişdir.
Bütün fəaliyyəti boyu
əxlaqi baxımdan yüksəkdə dayanan dəyərlərə tapınıb
və bu dəyərləri qorumaq istəyi həmişə
ədalətli cəmiyyət
arasında olmağından
irəli gəlib.
Nizami müəllimin vətəndaşlıq
mövqeyindən danışarkən,
onu da xatırlatmaq
yerinə düşər
ki, o, həm də dövlətçilik
ənənələrinin qorunmasında
fəal rol oynayan müasirlərimizdəndir.
İndi 60 illik yubileyi ərəfəsində
mən də Nizami müəllimi bu münasibətlə ürəkdən təbrik
edir.
Elnarə Mehbalıyeva
Hürriyyət.- 2019.- 20-21 avqust.- S.13.