“Məni yazıçı edən yazmağa olan sevgimdir

 

 “İnsanlara kömək etmək, dünyanı yaxşılığa doğru dəyişmək istəyi ilə yazıram

 

“...Azərbaycanda da belə qadınlar çoxdur. Onların əzabını, ümidsiz vəziyyətini ürək ağrısı ilə müşahidə edirdim, nəhayət onların zorakılığa qarşı haqq səsi olmağı qət etdim

 

Həmsöhbətimiz hazırda Cənubi Amerikada yaşayan azərbaycanlı yazıçı Emiliya Əhmədovadır. Emiliya xanım üç gözəl kitabın müəllifidir. İngilis dilində yazılan həmin kitablar rus, ispan portuqal dillərinə tərcümə edilib. Onun haqqında müxtəlif ölkələrin dövri mətbuatında məqalələr dərc olunub, kitabları Azərbaycanın əsas kitabxanasında saxlanır.Emiliya ƏhmədovanınHürriyyət”ə müsahibəsini oxucularımıza təqdim edirik.

 

- Emiliya xanım, mümkünsə, özünüz, ailəniz haqda oxucularımıza bilgi verərdiniz.

- Mən Bakı şəhərində anadan olmuşam. Biz üç qardaş, bir bacı idik, ailənin ilk övladı olduğumdan həmişə qardaşlarımı müdafiə edirdim. Məktəbdə yaxşı oxuyurdum. Mən mütaliə etməyi zəiflərə arxa durmağı xoşlayırdım. Hərdən futbol oynayırdım ağaclara dırmanırdım.

Biz atasız böyümüşük. Bu üzdən uşaqlığımız o qədər qayğısız keçməyib, qəlbi qırıq böyümüşük. Anamla nənəm üçün bizi böyütmək asan deyildi, odur ki, onlara kömək etməyə çalışırdım, qardaşlarımın qayğısına qalırdım. 9 yaşım olanda artıq yemək hazırlamağı bacarırdım qardaşlarımı məktəbə aparırdım.

Qardaşlarımla mənim nənə sarıdan bəxtimiz gətirmişdi. Bizim Aliyə nənəmiz çox mehriban qayğıkeş, eyni zamanda çox qürurlu güclü qadın idi. O, bütün həyatını bizə həsr etdi. Mənim nənəm istedadlı idi. Şeir yazırdı, gözəl səsi vardı, mahnı oxumağı xoşlayırdı. Amma təəssüf ki, ailəmizdə qohumlardan savayı, heç kəsin bundan xəbəri yox idi. O, ömrü boyu hamıya kömək edib, görünür insanlara yardım etmək ehtiyacım mənə nənəmdən keçib.

Anam Məhsəti xanım gözəl qadın idi, elə indi gözəldir. O, çox nikbin insandır, hər zaman mənə arxa-dayaq olur. Hətta hər şey pis olanda da ruhdan düşmür, heç vaxt üzündən təbəssüüm əskik olmur. O, çox xeyirxahdı, insanları tez bağışlayır, heç kəsə kin saxlamır. Düşünürəm ki, bu həyatda onun kimi insanlar azdır. Həyat onu çox sınaqlara çəksə , iradəsini sındıra, nikbinliyini əlindən ala bilməyib.

Mən Bakıdakı 141 saylı orta məktəbi bitirmişəm, 19 il əvvəl isə əcnəbi ilə ailə qurub Azərbaycanı tərk etmişəm. Bu illər ərzində bir sıra ölkələri gəzmişəm, müxtəlif insanlarla tanış olmuşam ali təhsil almışam. Mənim biznes idarəçiliyi diplomum insan resurslarının idarə edilməsi sahəsində incəsənət bakalavrı dərəcəm var (İngiltərənin Raskin Universiteti). Eləcə idarəçilik nəzəriyyəsi praktikasının xüsusi tədqiqatı, otellərin inzibati idarəetməsi, biznes, kommunikasiyalar menecment rəhbərliyi üzrə beynəlxalq diplomların sahibiyəm.

Hazırda Cənubi Amerikanın ən iri adalarında biri olan Trinidadda yaşayıram. Uşaqlıqdan karyera qurmaq arzusunda olmuşam. Amma övladlarım dünyaya gələndə müvəqqəti öz arzumu unudub, onları böyütməyə qərar verdim. Mən bütün zamanımı evdarlığa, övladlarıma həyat yoldaşıma sərf edirdim. Övladlarımı məktəbə hazırlaşdırırdım, onların təhsili ilə məşğul olurdum. Zəhmətim yerdə qalmadı, bu gün övladlarım bütün fənlərdən əla qiymət alır.

Onlar bir az böyüyəndən sonra işləməyə başladım, hətta yerli məktəbin könüllülər hərəkatına da qoşuldum. 2011-ci ildə boyskaut-canavar balaları dəstəsinin liderlərindən biri oldum. Amma bu fəaliyyətim yalnız 3 il davam etdi.

Tanrı mənə istedadlı övladlar bəxş edib. Oğlum Trinidadda güclü şahmatçı sayılır. O, öz ölkəsinə 3 qızıl medal gətirib, 2017-ci ildə şahmat üzrə Ustalığa Namizəd, 2018-ci ildə isə FİDE Ustası tutullarına layiq görülüb. Həmçinin şahmat yarışmasında 16 yaşlılar arasında milli çempion adına layiq görülüb. Qızım da şahmatçıdır, o da 10 yaşlılar arasında mili çempion adını qazanıb. Digər qızım öz kitabı üzərində çalışır. Ekizlərimdən biri isə 19.000 tələbənin iştirak etdiyi ölkənin əsas imtahanında 18-ci yeri tutub.

- Yazıçılığa maraq sizdə necə yaranıb, bu istedadı özünüzdə vaxt kəşf etmisiniz?

- Dediyim kimi, kiçik yaşlarımdan mütaliə etməyi sevirdim. Kitab oxumaqdan xüsusi zövq alırdım, bütün pulumu kitablara xərcləyirdim. Demək olar ki, hər gün yeni bir kitab oxuyurdum. Mən hər zaman zəngin təxəyyülüm məntiqimlə seçilmişəm. Müəllimlərim gözəl, obrazlı nitqim olduğunu deyirdilər.

9 yaşımda atamın yoxluğunun qəlbimdə doğurduğu nisgili ifadə edən bir neçə şeir yazdım. Sonra yad planetlilərdən bəhs edən kiçik hekayə qələmə aldım. Elə o vaxtdan da yazıçılıq istedadım özünü biruzə verməyə başladı. Hekayəmi çap etdirmək həvəsinə düşdüm, amma bunun üçün onu Azərbaycan dilinə tərcümə etməli olduğumu söylədilər, rustəhsilli olduğumdan bunu bacarmadım hekayəm işıq üzü görmədi, bu məni həvəsdən saldı bir müddət ümumiyyətlə heç yazmadım.

Amma müəyyən vaxtdan sonra qəlbimdə heç olmasa bircə kitab yazmaq istəyi baş qaldırdı. Özü adi bir kitab deyil, ətrafdakı insanlara, xüsusilə zorakılıq qurbanı olan şəxslərə, özəlliklə qadınlara ümid verən, onlarda nikbin əhval-ruhiyyə, özünə inam yaradan bir əsər yazmaq arzusunda idim.

Bu dünyada kobud, əzazil kişilərdən dayaq yeyən, fiziki mənəvi işgəncələrə məruz qalan o qədər qadın var ki. Zorakılıq qurbanı olan həmin qadınlar təhqir təhdidlərə dözməklə yanaşı, özgüvən hissini yaşamaq həvəsini itirirlər. Azərbaycanda da belə qadınlar çoxdur. Onların əzabını, ümidsiz vəziyyətini ürək ağrısı ilə müşahidə edirdim, nəhayət onların zorakılığa qarşı haqq səsi olmağı qət etdim Qırılmış Zəncirlər” (Broken Chains) adlı ilk romanımı yazdım.

Həyatla bağlı düçüncələrim müşahidələrim mənə ikinci kitab üçün ideya verdi. Bu dəfə mən insanların etdiykləri səhvlərin nəticələri haqda düşünmədən, düzgün olmayan həyat tərzi keçirməsi haqda yazdım. Onlardan kimisi alkoqolik olur, kimisi narkoman, ya da hansısa başqa yolla Tanrıdan uzaq düşür. Bu adamların arasında başqalarının ailələrini dağıdanlar, məktəb yoldaşları tərəfindən ələ salınıb təhqir olunduqları üçün qisasçı zalım olanları da var.

Cəmiyyətdə problemlər çoxdur.Bütün zamanlar üçün cəhənnəm” (A Hell For All Seasons) kitabımda mən pis əməllərin insanları hara aparıb çıxardığını vaxtında bunu dərk edib yanlış yoldan çəkinmədikləri halda onları gözlədiyini göstərmişəm.

Mən mənim ekiz bacım” (My Twin Sister And Me) adlı üçüncü kitabımı uşaqlar üçün yazmışam. Bu kitabda uşaqları maraqlı hadisələrlə əyləndirməklə yanaşı, qəzəb aqressiyaya qqarşı mübarizə aparmağı zalım adamların hücumlarını dəf etməyi öyrətməyə çalışıram. Bir sözlə, onlara xeyirxahlıq aşılayıram.

Hazırda isə daha bir əsərimi bitirmək üzrəyəm. Bu əsərdə cinayətkarlıq insan alveri kimi ciddi mövzulara toxunuram.

Kitabımı ötən il itirdiyim nənəmlə qardaşımın xatirəsinə həsr edirəm.

Bu dünyada insan alverçilərinin, işbazların qurbanına çevrilən o qədər qadın, uşaq, hətta kişi var ki. Mətbuatda həmin insanlar haqda oxuyanda çox pərişan oluram iləsə onlara kömək etmək istəyirəm. Axı hər birimiz onların yerində ola bilərik.

Öz kitabımda bu insanların yaşadığı əzab-əziyyəti, məruz qaldığı işgəncələri təsvir etməklə, cəmiyyətin diqqətini onların kədərli vəziyyətinə cəlb etmək istəyirəm. Eləcə göstərirəm ki, cinayət yolu insana yaxşı heç vəd etmir.

Dediyim odur ki, məni yazıçı edən yazmağa olan sevgim, bir in sanlara kömək etmək, dünyanı yaxşılığa doğru dəyişmək istəyimdir.

 

(Ardı var)

 

Hazırladı: Banu OĞUZ,

 

Hurriyyət.- 2019.-19 fevral.- S.13.