Azərbaycanın
xarici siyasətdəki
uğurlarının səbəbləri
Müasir
müstəqil Azərbaycanın yaranması nəticəsində
xarici siyasət strategiyası bu gün ölkəmiz artıq
29 ildir bu prosesi uğurla davam etdirir. İndi
demək olar ki,
müstəqil dövlətimizin beynəlxalq aləmdəki
mövqeləri möhkəmlənmiş, əlaqələri
genişlənmişdir. Dövlət
başçımızın dünya səviyyəsində
həyata keçirdiyi
balanslaşdırılmış xarici
siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr
sırasına çıxarıb. Azərbaycan demokratik, müstəqil və azad
bir ölkə kimi
tanınır.
Müstəqilliyin
ilk çətin dönəmi
Sovet
İttifaqının dağılması ilə Azərbaycan
xalqı öz müstəqilliyini yenidən
bərpa etməklə dövlətçiliyini möhkəmləndirmək
üçün tarixi
fürsət qazandı. Lakin əldə olunan müstəqilliyimizin ilk
vaxtlarından hakimiyyətdə olan rəhbərlərin
naşılığı və dövlət idarəçiliyindəki təcrübəsizliyi
Azərbaycanı uçuruma doğru sürükləyirdi. Xarici dövlətlərlə
əlaqələr yarada bilməyən o vaxtkı rəhbərlərin yalnız şəxsi
mənafelərinə üstünlük
vermələri müstəqil dövlətimizin beynəlxalq
aləmdə tanınmasına böyük
əngəllər yaradırdı. Digər yandan
dövlətimizin müstəqil olmasını istəməyən
və ya qəbul etməyən bəzi xarici ölkələr, eləcə də daxili güclər bir
sıra süni problemlər yaratmaqla, dövlətimizi tamamilə iflasa uğrada biləcək
problemlər yaradırdılar. Belə bir
addımların atılmasının digər səbəbi
ölkəmizi beynəlxalq aləmdən təcrid etmək hədəflərinə
hesablanmışdı.
Xarici siyasətdə bir-birinin ardınca atılan uğursuz
addımlar nəticəsində Azərbaycan beynəlxalq aləmdə
təkləndi. Ermənistanın hərbi təcavüzünə
məruz qalan müstəqil dövlətimizin
əraziləri bir-birinin ardınca işğal olunurdu.
Azərbaycanın
ağır iqtisadi böhranı və daxili qeyri-sabitliyi getdikcə
dərinləşirdi. Azərbaycanın
Dağlıq Qarabağ və ətraf
bölgələrdə Ermənistanın təcavüzkar
siyasətinə qarşı xalqımızın əzmlə
apardığı mübarizə, digər yandan
isə respublikamızın ağır iqtisadi
şərtlər altında qalması böyük
problemlərə səbəb olmuşdu.
1993-cü ildə dərin dövlətçilik təcrübəsi
olan Heydər Əliyevin prezident
seçilməsindən sonra ölkənin
davamlı inkişafı təmin olundu, Azərbaycanın
müstəqilliyi və suverenliyinin
möhkəmləndirilməsi istiqamətində uğurlu strategiya işlənib
hazırlandı.
Dövlət idarəçiliyində
zəngin təcrübəyə malik olan Heydər Əliyev ilk
növbədə daxildə davamlı sabitliyi
təmin etdikdən sonra müstəqil
dövlətimizin beynəlxalq aləmdə əlaqələrinin
genişləndirilməsi məqsədi ilə mühüm
əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsinə nail oldu. Əvvəlki rəhbərlərin
xarici siyasətdə yol
verdikləri kobud səhvlər tədricən
aradan qaldırıldı. Azərbaycanın
sülhsevər, demokratik proseslərin
inkişafına xüsusi önəm yetirən
müstəqil dövlət olması barədə beynəlxalq
aləmdə rəy formalaşdı və möhkəm inam yarandı.
Azərbaycanın milli
maraqlarının gerçəkləşdirilməsi, həmçinin
regional və qlobal
mövqelərinin möhkəmləndirilməsi üçün iqtisadi və
siyasi imkanlardan məharətlə
istifadə edildi. Ümummilli
liderin davamlı daxili
və xarici siyasəti nəticəsində
Azərbaycan regionda lider
və beynəlxalq aləmdə etibarlı, inamlı tərəfdaş ölkə
kimi tanındı. Müstəqil dövlətimizin
xarici siyasət istiqamətləri və strateji seçimləri müəyyənləşdirildi.
Beləliklə aparılan mükəmməl xarici
siyasət strategiyası Azərbaycanı bütün
regional məsələlərdə həlledici
söz sahibi olan müstəqil dövlətə çevirdi. O vaxtdan başlayaraq regiondakı hər hansı bir strateji əhəmiyyətli
layihə Azərbaycanın rəyi olmadan
gerçəkləşə bilməz. Bu
siyasi kurs elə indinin özündə də layiqincə davam etdirilir. Aparırlan uğurlu diplomatik fəaliyyəti
nəticəsində Azərbaycanın dünya
birliyindəki nüfuzu daha
da artdı. Xarici siyasətdəki
uğurlar müstəqil dövlətimizin
mövqelərini xeyli möhkəmləndirib.
Son dövrlərdə əldə edilmiş diplomatik uğurlar nəticəsində ölkəmizlə
əməkdaşlıq edən demokratik
dövlətlərin sayı xeyli
çoxalıb.
Dünya Birliyinin
Azərbaycana olan maraqları artmaqdadır
Bu gün Azərbaycanın
160 ölkə ilə
diplomatik əlaqələri
vardır. Ölkəmizdə 57 səfirlik, konsulluq
və beynəlxalq təşkilatların nümayəndəlikləri
fəaliyyət göstərir.
Azərbaycanın isə 56 diplomatik
nümayəndəliyi, o cümlədən
47 səfirliyi fəaliyyət
göstərir. Bu qədər səfirliyin
30-u 2004-2008-ci illərdə fəaliyyətə başlayıblar.
Dövlət başçımızın təşəbbüsü və
tapşırığı ilə ilk dəfə olaraq ayrıca Azərbaycan Diplomatiya Akademiyası yaradılmış
və fəaliyyətə
başlamışdır. Bu da müstəqil
dövlətimizin xarici
siyasətinin uğurla
reallaşdırılmasında böyük əhəmiyyət
kəsb edir.
Prezident İlham Əliyevin
ölkəyə rəhbərlik
etdiyi dövrdə Azərbaycan diplomatiyasının
ən zəruri vəzifələrindən biri
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
ölkəmizin ərazi
bütövlüyü, suverenliyi
və sərhədlərimizin
toxunulmazlığı əsasında
öz həllini tapması olmuşdur. Prezidentin siyasi iradə
nümayiş etdirməsi
və məntiqli xarici siyasəti nəticəsində ölkəmizin
mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar
və dünya birliyi tərəfindən
daha çox qəbul edilir. Məhz bunun nəticəsidir ki, 2008-ci
il mayın 14-də BMT
Baş Məclisinin
62-ci sessiyasında “Azərbaycanın
işğal olunmuş
ərazilərində vəziyyət”
adlı mühüm bir qətnamə qəbul edildi. Bu fakt bir daha təsdiqlədi ki, dünya birliyi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində həll edilməsinə tərəfdardır. Onu da qeyd etmək gərəkdir ki, Azərbaycan diplomatiyasının
uğurları yalnız
BMT ilə deyil, digər nüfuzlu təşkilatlarla da sıx əlaqə yaratmasına imkan verib. Bu sırada Azərbaycanın ATƏT, İslam
Konfransı Təşkilatı,
Avropa Şurası,
GUAM, Avropa İttifaqı,
NATO və digər tanınmış beynəlxalq
təşkilatlarla sıx
əməkdaşlıq etməsi
xüsusi qeyd olunmalıdır.
Suveren hüquqlarımız
və beynəlxalq birlik
Bu gün Azərbaycanın
bir dövlət olaraq apardığı xarici siyasət xalqımızın mənafeyini,
müstəqil dövlətimizin
inkişafını və
perspektivlərini müəyyənləşdirir. Bununla yanaşı, ölkənin
milli və enerji təhlükəsizliyinin
təmin edilməsi məsələsi də dövlət başçımız
tərəfindən həyata
keçirilən ən
mühüm vəzifələrdən
biridir. Bu istiqamətdə görülən
işlərdən biri
də ölkənin milli təhlükəsizlik
konsepsiyasının təsdiq
edilməsi istiqamətində
ölkə prezidenti sərəncam imzalanmasıdır.
Azərbaycan prezidenti
mövcud beynəlxalq
təhlükəsizlik sisteminin
təməl daşı
olan beynəlxalq hüququn norma
və prinsiplərinə
əsaslanan xarici siyasət həyata keçirir. Digər dövlətlərin suverenliyi, ərazi bütövlüyü və
daxili işlərinə
qarışmamaq həm
də Azərbaycanın
başqa ölkələrlə
qarşılıqlı əlaqələrində
başlıca təməl
prinsipdir. Dövlət
başçımızın müstəqil dövlətimizin
milli maraqlarının
təmin olunmasına və onun qlobal,
habelə regional mövqeyinin
möhkəmləndirilməsinə yönələn xarici siyasət prioritetləri Azərbaycanın ərazi
bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması,
ölkəmizin təhlükəsizliyi
ilə bağlı narahatlıq doğuran təxirəsalınmaz məsələlərin
həllidir.
Bir daha qeyd edək ki, Dağlıq
Qarabağ münaqişəsinin
həlli ilə bağlı Azərbaycanın
mövqeyi danışıqların
ilk günlərindən dəyişməz
olaraq qalır. Dövlətimizin başçısı
qətiyyətlə bildirib
ki, münaqişənin
aradan qaldırılması
üçün erməni
hərbi qüvvələrinin
işğal olunmuş
Azərbaycan ərazilərindən
çıxarılması, bu ərazilərdə Azərbaycanın pozulmuş
suveren hüquqlarının
bərpası, məcburi
köçkünlərin öz
doğma ocaqlarına qaytarılması, Azərbaycanın
Dağlıq Qarabağ
regionunda ölkənin
hərtərəfli iqtisadi
inkişafı çərçivəsində
kommunikasiyaların bərpası
və sosial-iqtisadi inkişafı üçün
şərtlərin müəyyən
olunması, qanuni və demokratik proses çərçivəsində
Dağlıq Qarabağ
regionunda Azərbaycan və erməni icmalarının dinc yanaşı yaşamasını,
Azərbaycanın tərkibində
muxtariyyətini təmin
edəcək statusun müəyyənləşdirilməsindən başqa yol yoxdur.
Terrorizmə “YOX” deyən Azərbaycan
Azərbaycanın xarici siyasətinin
əsas prioritetlərindən
biri də beynəlxalq terrorizm və kütləvi qırğın silahlarının
yaradılmasına qarşı
mübarizədə fəallıq
göstərməsidir. Bu sahədə ölkəmiz çoxtərəfli
və ikitərəfli
çərçivədə beynəlxalq əməkdaşlığa
cəlb olunub. Beynəlxalq terrorizmə qarşı mübarizə ilə əlaqədar bütün
beynəlxalq sənədlərə
qoşulan Azərbaycan
bu sahəyə dair mütəmadi olaraq məlumat mübadiləsi həyata keçirir və müvafiq məruzələr
hazırlayır.
Bizim sülhməramlılar Kosovo, İraq və Əfqanıstanda beynəlxalq
birliyin digər üzvlərindən olan əsgər və zabitlərlə çiyin-çiyinə
xidmət göstərmişlər. Dünyanın inkişaf etmiş
dövlətlərinin başçıları,
həmçinin nüfuzlu
beynəlxalq qurumların
nümayəndələri Azərbaycanın
beynəlxalq terrorizmə
qarşı mübarizədəki
fəaliyyətini yüksək
qiymətləndirirlər. Siyasi ekspertlər bunu dövlət başçımızın
uğurlu xarici siyasətinin prioritetlərindən
biri kimi dəyərləndirirlər. Transmilli cinayətkarlıq və insan alverinə qarşı mübarizə
region ölkələri ilə,
eləcə də
BMT, ATƏT və digər
beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlığın gündəliyində duran
əsas məsələdir.
Aparılan uğurlu xarici siyasəti sayəsində
ölkəmizin beynəlxalq
aləmdəki mövqeyinin
möhkəmləndirilməsindən söhbət düşəndə
qarşılıqlı əməkdaşlıq,
dövlətmizin prioritet
hədəfləri istiqamətində
münasibətlərin qurulmasını
xüsusi qeyd etmək lazımdır. Məhz belə bir strategiyanın tətbiq edilməsi sayəsində
Azərbaycan sivilizasiyalar
arasındakı dialoqda
fəal iştirak edir və bu
məsələyə töhfə
verən ilk ölkələr
sırasında olmuşdur.
Beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və
mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası
dialoqa dair üç möhtəşəm
beynəlxalq tədbirin
keçirilməsi də
ölkəmizin dünya
miqyasında nüfuzunun
artmasına böyük
təsir göstərmişdir.
Azərbaycanın son illər ərzində
xarici siyasət strategiyasının uğurla
həyata keçirilməsi
ölkəmizin dünya
miqyasındakı nüfuzunu
xeyli artırıb. Bu illər ərzində Azərbaycan
daim dəyişən
beynəlxalq mühitə
uyğunlaşmaqla, eyni
zamanda, regional liderə
çevrilmişdir. Yaxın
Şərq ölkələrində
və xüsusilə Qafqaz regionunda son 20 ildə baş verən total terror hadisələri
bu gün faktiki olaraq, tamamilə dayandırılıbdır.
Xalqlararası, dinlərarası, eləcə də təriqətlər və
məzhəblər arası
baş verən münaqişlər tamamilə
aradan qaldırılıbdır.
Dünyada yaranmış belə
mənzərənin uğurlarında
Azərbaycanın xüsusi
çəkisi vardır.
Ona görə də Ermənistanın işğalçılıq
siyasəti istənilən
nəticələri verə
bilmədi. Faktiki olaraq
Ermənistan beynəlxalq
aəmdən özünü
təcrid siyasəti nəticəsində məğlubiyyətə
bir daha uğradığının fərqindədir.
Çünki, beynəlxalq miqyasda
terrorizmə YOX deyən
Azərbaycan bu məsələdə daim
dünyanın aparıcı
dövlətlərinin yanında
yer aldı. Ermənistandan fərqli olaraq,
Azərbaycan beynəlxalq
iqtisadi layihələr,
tarixi İpək Yolu və maraq
doğuran bir çox digər faktorlara əsaslanan strategiyanı sərgilədi.
Proseslərin çətinliklə də olsa, belə
bir məcrada inkişaf etməsi Azərbaycanın haqlı
mövqelərinin beynəlxalq
miqyasda müdafiə olunmasına gətirib çıxarıbdır. “Hərbi Xunta” rejimi qanunları ilə idarə olunan Ermənistana dünyanın heç bir demokratik dövlətinin marağı
da olmadı. Ona görə də işğalçı dövlət
imici qazanan Ermənistan beynəlxalq layihələrdən tamamilə
kənarda qalıb.
Ermənistan beynəlxalq terrorizm
yuvası kimi dəyərləndirilir. Azərbaycanın sabitlik şərtləri daxilində apardığı
bu uğur paketini dünya birliyi məhz bu amillə dəyərləndirir.
Hürriyyət.-2019.-6-8
iyul.-S.14