Elm dünyasının 100 dahisi siyahısına düşən azərbaycanlı
"Şərqin Eynşteyni"
haqda bilmədiklərimiz
The Telegraph” qəzeti “Creators Synectics” beynəlxalq şirkətinin
çağdaş elm, siyasət,
incəsənət dünyasının
100 dahisinin siyahısını
tərtib edib. Siyahıda amerikalı, ingilis, avropalı alimlərin adları da yer alıb. 50-ci yerdən sonra Rusiyadan cəmi 3 nəfərin adına
rast gəlmək olur.
Tim Berners-Li, Corc Soros, Kventin Tarantino, Bill Qeyts, Məhəmməd Əli kimi dünya şöhrətli şəxsiyyətlərin
də adları qeyd olunan siyahının
14-cü sırasında müasir
fizika eminin azərbaycanlı dahisi Əli Cavanın adına da rast
gəlmək mümkündür.
Əli Cavan kimdir?
Dünya şöhrətli həmvətənimiz
qaz (neon gel) lazerinin ixtiraçısıdır. Xatırladaq ki, qaz lazeri olmadan çağdaş telekommunikasiyanı
təsəvvür etmək
mümkün deyil.
Rabitədəki bütün texnoloji
quraşdırmanı, materialların
işlənməsini, tibb
və digər sahələrdəki informasiyanın
saxlanıması, ötürülməsi
alimin kvant elektronikası sahəsindəki
kəşfi nəticəsində
çalışır.
Əli Cavanı “şərqin
Eynşteyni”, “lazerin atası” adlandırırlar. O, elm sahəsinin ən
nüfuzlu “Albert Einstein World Medal of Science”
mükafatına layiq görülüb.
Əli Cavan- Amerikanın
məşhur fizikidir. 1926-cı ildə Tehranda azərbaycanlı ailəsində doğulub.
1948-ci ildə gələcəyin dahisi
ABŞ-a köçür. 6 il sonra
Əli fəlsəfə
doktoru olur. 38 yaşında isə
Massaçusets Texnologiya
İnstitutunun professoru
şərəfinə layiq
görülür.
1959-cu ildə Əli
Cavan "Physical Review Letters" jurnalında dərc olunan məqaləsində
ilk davamlı qaz lazeri qurmağı təklif edir. Bununla kvant elektronikasında
qeyri-xətti spektroskopiya
sahəsinin kəşfinə
təkan verir.
1960-cı ildə peşəsinin
digər biliciləri Bennet və Errotla birgə ilk davamlı qaz lazerini hazırlayırlar.
Əli dəfələrlə müsahibələrində vurğulayır
ki, mən necə demişdimsə, elə də oldu.
“1960-cı ilin fevralından
etibarən komandamız
konstruksiyanın üzərində
işləməyə başladı. Dekabr ayında hazır
olan lazer gözləntimizi yanıltmadı.
İndiki kimi xatırlayıram,
saata baxdım.
16:20-ni göstərirdi. Həmin gün
güclü qar yağırdı.
Milada qədər ilk davamlı
qaz lazerini hazırlayıb bitirmək
istəyirdik. Belə də oldu”.
13 dekabr 1960-cı il
lazer şüasi vasitəsilə ilk telefon əlaqəsinin baş tutduğu tarix kimi düşdü.
Qeyd edək ki, alim uşaqlığından
və ailəsindən
bəhs edərkən,
azərbaycanlı olduğunu
dəfələrlə vurğulayıb.
Əli Cavan həmçinin
deyir ki, 30-cu illərdə alimlər
ilk davamlı lazerin yaradılmasına çox
yaxın olublar. Belə ki, atomların
işıq dalğalarını
yaydığı müəyyən
edilib. Əgər
Cavan həmin vaxt uşaq olmasaydı, kəşfini
də 30 il
tez edərdi.
1966-cı ildə Əli
Cavan kəsişmə
effekti modunun nəzəriyyəsini yaradır. Həmin effekt o vaxtlar
sadəcə təxmin
idi. 1969-cu ildə isə nəzəriyyə öz təsdiqini tapır, mod qovşağının təsiri
müşahidə üçün
hazır vəziyyətə
gəldi.
Əli Cavan 1970-ci ildə
lazer spektroskopiyası
çərçivəsində işıq sürətinin
dəqiq ölçülməsi
ilə məşğul
olaraq iki üsul hazırlayır. Birincisi işıq dalğalarının
mütləq tezliyinin,
ikincisi qeyri-xətti flüoressensiyanın ölçülməsidir.
Bu gün Əli Cavan Massaçusets Universitetinin professoru olmaqla yanaşı, ABŞ Elmlər Akademiyasının
və Amerika Elmlər və İncəsənət
Akademiyasının, həmçinin Triestsk
elmlərin inkişafı fondunun üzvüdür. “Albert Einstein World Medal of Science” mükafatından
əlavə Amerika Optik şurasının
“Fredric Ives” medalına layiq
görülüb.
Dahi azərbaycanlı
2016-cı il 12 sentyabrda Los-Ancelesdə dünyasını dəyişib.
P.S. Ermənilər Müqəddəs
Terezanı, İohann
Sebastian Baxı və
digər böyük şəxsiyyətləri özününküləşdirməyə
çalışarkən, Azərbaycanın
Əli Cavan kimi haqqında məlumatımız olmayan
onlarla dahisi var. Bayağı şou xəbərləri əvəzinə
tariximizin belə fəxri simalarını tanıtmaq Azərbaycan naminə atılan ən gözəl addımdır.
Hürriyyət.-2019.-9-10
iyul.-S.16.