Azərbaycanın ATƏT-lə əlaqələrinin inkişaf yolu
Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. 1 yanvar 1995-ci ilədək ATƏM (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) adlanan bu qurum Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatıdır. 1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevral ayının ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda oldu. Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycana mənsub olmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı. 1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi.
Beynəlxalq əlaqələr vasitəsilə dinc nizamlama prosesi
Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır. Azərbaycan 20 dekabr 1993-cü ildə ATƏM-in Paris Xartiyasına qoşulmuşdur. 5-6 dekabr 1994-cü ildə ATƏM-in Budapeşt Zirvə Toplantısı keçirilmişdir. Budapeşt sammitinin nəticəsinə əsasən ATƏM 1 yanvar 1995-ci ildən yeni Avropanın sivilizasiyalı birgəyaşayış qaydalarını müəyyən edən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrinin təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmləri olan ümumavropa təşkilatına - ATƏT-ə çevrilmişdir. Budapeşt Sammitində ilk dəfə olaraq ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak edə biləcək sülhməramlı qüvvələrinin yaradılması və münaqişəli ərazilərə göndərilməsi qərara alınmışdır.
Bundan başqa Budapeştdə Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olunmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qətnamənin qəbulu təşkil etmişdir.
Budapeşt Sammitinin nəticələrinə əsasən 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olunmuşdur. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəl Finlandiya ilə Rusiya, sonra isə 1995-1997 - ci illər ərzində İsveç ilə Rusiya başçılıq etmişlər. 28 avqust 1995-ci ildə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi təsis olunmuşdur. 1 yanvar 1997-ci ildən bu vəzifəni Səfir Anjey Kasprşık (Polşa) icra edir.
1996-cı il 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilmişdir. Bəyannamədə üzv ölkələrinin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilmiş və bu təhdidləri aradan qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır.
Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən (Ermənistandan başqa) aşağıdakı prinsiplərə razılıq verilmişdir:
1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusun verilməsi;
3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.
1 yanvar
1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər
qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.
Hazırda Minsk Qrupunun tərkibinə
ABŞ, Almaniya, Azərbaycan, Belarus, Ermənistan,
İsveç, İtaliya, Niderland Krallığı,
Portuqaliya, Rusiya, Türkiyə, Finlandiya, Fransa dövlətləri
daxildir.
ATƏT və
Təhlükəsizlik Xartiyasının prinsipləri
1997-1998-ci
illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin
həllinə dair Minsk
Qrupunun Həmsədrləri tərəfindən
üç təklif tərtib edilmişdir. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən
qəbul edilməmişdir. 18-19 noyabr
1999-cu ildə İstanbulda keçirilən
ATƏT-in üzv ölkələrinin
Dövlət və Hökumət
Başçılarının növbəti Zirvə
görüşündə iştirak edən
Azərbaycan İstanbul Bəyannaməsinə
və Avropa Təhlükəsizliyi
Xartiyasına qoşulmuşdur. Azərbaycanla ATƏT-in Demokratik
Təsisatlar və İnsan
Hüquqları Bürosu (DTİHB)
arasında sıx əməkdaşlıq münasibətləri
əldə olunmuşdur. 1998-ci ildən başlayaraq DTİHB Azərbaycan Hökuməti
ilə fəal əməkdaşlıq aparmış və
aparılan birgə əməkdaşlıq nəticəsində
demokratikləşdirmə, qanun aliliyi, qanunvericiliyin,
xüsusilə də seçki qanunvericiliyinin təkmilləşdirilməsi, miqrasiya, gender bərabərliyi
və digər sahələrdə bir çox layihələr həyata keçirir. DTİHB Azərbaycanda keçirilmiş prezident,
parlament və bələdiyyə
seçkilərində fəal iştirak edir. ATƏT-in Mətbuat
Azadlığı üzrə Nümayəndəsi ilə də
əməkdaşlığa Azərbaycan hökuməti tərəfindən
xüsusi önəm verilir.
2001-ci ilin dekabrında ATƏT-in Mətbuat
Azadlığı üzrə Nümayəndəsinin Ofisi və ARin XİN-in birgə təşəbbüsü əsasında
Azərbaycanın gənc jurnalistləri üçün keçirilmiş
“Azərbaycanda mətbuat azadlığı və məsuliyyətinin
inkişafı” mövzusunda seminarın
Ofislə Azərbaycan arasında əməkdaşlığın
dərinləşdirilməsi və jurnalistikada
davranış məcəlləsi, həmçinin digər müvafiq məsələlərin müzakirəsi
baxımından vacib əhəmiyyət
kəsb etmişdir. ATƏT-in tamhüquqlu üzvü olduğundan Azərbaycan ATƏT-in Milli Azlıqlar üzrə Ali
Komissarının Ofisi ilə əlaqələr
yaratmışdır. Lakin Milli Azlıqlar üzrə Ali Komissarının mandatına
(mandata uyğun olaraq,
Komissarın Ofisi adətən milli zəmində münaqişə ocağının
yaranması ehtimal olunan bölgələrlə
geniş fəaliyyət
göstərir), eyni zamanda ölkəmizin milli azlıqların hüquqlarının müdafiəsi
sahəsində əldə
etdiyi nailiyyətlərə
və həyata keçirdiyi tədbirlərə
baxmayaraq, Ali Komissarının
Ofisi ilə Azərbaycan arasında əməkdaşlıq hələ
arzu olunan səviyyədə deyil və müntəzəm qaydada həyata keçirilmir. 300-dən çox
deputatdan ibarət olan ATƏT-in Parlament Assambleyası (PA) ilə Azərbaycan Respublikasının
Milli Məclisi arasında sıx əməkdaşlıq əlaqələri
qurulmuşdur. ATƏT-in PA-da
təmsil olunan Azərbaycandan olan deputatlar hər il PA-nın
iclaslarında iştirak
edirlər. ATƏT-in Bakıda Ofisinin yaradılması haqqında
16 noyabr 1999-cu ildə
ATƏT-in Daimi Şurası
qərar qəbul etmişdir. 18 iyul 2000-ci ildə
ATƏT-in Bakıda Ofisi
açılmışdır. 1999-cu ilin noyabrın
25-də imzalanmış Qarşılıqlı
Anlaşma Memorandumu
ATƏT və Azərbaycan
arasında əməkdaşlığa
yeni təkan vermişdir. Azərbaycan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının
(XİNŞ) illik iclaslarında
iştirak etmiş, Ermənistan-Azərbaycan münaqişəsinə
dair müzakirələr
aparmış və sözügedən iclaslarda
münaqişə ilə
bağlı müvafiq
bəyanatların verilməsinə
nail olmuşdur.
Qarabağ həqiqətlərinin
beynəlxalq etirafı
ATƏT-in XİNŞ-in Buxarest (2001) və Portu (2002) iclaslarında
ATƏT-in iştirakçı dövlətlərinin xarici
işlər nazirləri
Ermənistan və Azərbaycanı münaqişənin
beynəlxalq hüququn
norma və prinsiplərinə əsaslanan
erkən həllinə
nail olmağa çağırmışdır.
Portuda keçirilən iclasda Azərbaycan nümayəndə
heyəti münaqişə
ilə bağlı qəbul olunan müvafiq sənədə
dair şərhedici bəyanat vermişdir. Həmin
bəyanatda Azərbaycanın
münaqişənin həlli
ilə bağlı beynəlxalq hüququn norma və
prinsiplərinə əsaslan
mövqeyi qeyd olunmuşdur. Azərbaycan münaqişənin həlli ilə bağlı prinsipial mövqeyini ATƏT-in XİNŞ-in Maastrixdə keçirilən
iclasında bir daha bəyan etmişdir.
2004-cü ilin
dekabrında ATƏT-in XİNŞ-in Sofiyada keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı 2004-cü ildə
əldə olunan irəliləyişləri alqışlayan
bəyanat qəbul olunmuşdur. Bəyanatda münaqişənin həlli
istiqamətində, xüsusi
ilə Ermənistan və Azərbaycan prezidentləri arasında
ATƏT-in Minsk Qrupunun dəstəyi
ilə keçirilmiş
üç görüş
və yaradılmış
“Praqa Prosesi” çərçivəsində xarici işlər nazirlərinin dörd görüşü alqışlanmışdır.
2005-ci ilin 30 yanvar-5 fevral tarixlərində Azərbaycanın işğal
olunmuş ərazilərinə
ATƏT Minsk Qrupunun məskunlaşma
üzrə faktaraşdırıcı
missiyası səfər
etmişdir. 2005-ci ilin
3 iyul tarixində
ATƏT-in Parlament Assambleyasının
(PA) Dağlıq Qarabağ
münaqişəsi üzrə
xüsusi nümayəndəsi
Qoran Lenmarker münaqişə ilə bağlı hesabatını
ATƏT PA-nın nümayəndə
heyətlərinin başçılarına
təqdim etmişdir. 2005-ci ilin 5-6 dekabr
tarixlərində Lyublyanada
ATƏT-in Nazirlər Şurasının
13-cü iclası keçirilmişdir.
Ermənistan və Azərbaycan
xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun
həmsədrlərinin iştirakı
ilə ATƏT-in Nazirlər
Şurasının toplantısı
çərçivəsində görüşü baş
tutmuşdur. ATƏT-in
Nazirlər Şurasının
Lyublyana görüşündə
ayrı sənəd kimi Ermənistan-Azərbaycan
münaqişəsinə dair
Nazirlər Şurasının
Bəyanatı qəbul
edilmişdir. 2005-ci ilin 16-20 dekabr tarixlərində ATƏT-in Yüksək
Səviyyəli Planlaşdırma
Qrupunun 8 ildən sonra ilk dəfə Ermənistan-Azərbaycan münaqişəsi
bölgəsinə səfər
etmişdir. Səfər zamanı
16 dekabr tarixində Xarici İşlər Nazirliyində YSPQ-nin
1995-ci ildə tərtib
etdiyi sülhməramlı
əməliyyat planlarının
təqdimatı keçirilmişdir.
Həmçinin, YSPQ Azərbaycanın münaqişə bölgəsinə
yaxın rayonlarına
səfər edərək
yerli infrastrukturun sülhməramlı əməliyyatların
keçirilməsi üçün
nə dərəcədə
uyğun olmasını
araşdırmışdır.
2006-cı il yanvarın 21-27-də ATƏT-in Yüksək Səviyyəli
Planlaşdırma Qrupunun
Azərbaycanın işğal
olunmuş ərazilərinə
səfəri baş tutmuşdur. YSPQ Azərbaycan
hakimiyyətinin nəzarətində
olmayan işğal edilmiş ərazilərə
səfər edərək,
yerli infrastrukturun sülhməramlı əməliyyatların
keçirilməsi üçün
nə dərəcədə
uyğun olmasını
araşdırmışdır. 2006-cı ildə iyun ayının 22-də
ATƏT Daimi Şurasının
plenar iclasında Azərbaycanın işğal
altında olan ərazilərində yanğınlar
məsələsi səsləndirilmiş
və müvafiq kosmik fotoşəkillər
yayılmışdır. Azərbaycan tərəfi müvafiq beynəlxalq təşkilatların,
həmçinin Ermənistan
və Azərbaycan mütəxəssislərinin iştirakı
ilə hərtərəfli
ekoloji əməliyyatın
keçirilməsi üçün
ATƏT-ə müraciət etmişdir.
(ardı var)
Hürriyyət.-
2019.- 27-29 iyul.- S.12.