Avropa İttifaqı-Azərbaycan
əlaqələri yeni
müstəvidə
Bu qurum ölkəmizin etibarlı
strateji tərəfdaşdır
Demokratiya və tərəqqi yolunda
inamla irəliləyən Azərbaycanın Avropa
İttifaqı ilə əməkdaşlığı
Avratlantik məkana inteqrasiya kontekstində inkişaf etməkdədir.
Bu qurumla münasibətlərin sağlam təməl əsasında
inkişafının nəticəsidir ki, ölkəmiz
hazırda bu təşkilatın bir çox proqramlarında fəal
iştirak edir. Azərbaycan Avropa İttifaqının
mühüm tərəfdaşı kimi qəbul olunur. Azərbaycan
tərəfindən yürüdülən müstəqil
xarici siyasət Avropa İttifaqı ölkələri ilə
bərabərhüquqlu və harmonik münasibətlərin
qurulmasına əsaslanır. Avropa və Asiyanın kəsişmə
nöqtəsində yerləşən Azərbaycanın
geostrateji mövqeyi bu quruma üzv dövlətlərin ölkəmizlə
siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə
marağını daha da artırıb.
Demokratiya və inkişaf perspektivləri
Bu gün
Azərbaycan siyasi və iqtisadi islahatlar siyasətini uğurla
davam etdirir. Aparılan genişmiqyaslı quruculuq işlərinin
sayəsində respublikamızı qonşu ölkələrlə
birləşdirən bütün magistral yollar müasirləşdirilib,
ölkəmizdə altı beynəlxalq hava limanı inşa
edilib, təyyarə parkı yenilənib, dəmir yolu
infrastrukturunun fəal modernləşdirilməsi prosesi
uğurla davam etdrilir. Azərbaycan Avropa ilə Asiyanı dəmir
yolu ilə birləşdirən ölkəyə çevrilib.
Enerji və nəqliyyat təhlükəsizliyini, iqtisadi tərəqqini
prioriteti hesab edən ölkəmiz Asiya ilə Avropanı birləşdirən,
iki qitə arasında yeni nəqliyyat əlaqəsini təmin
edən Bakı-Tbilisi-Qars dəmir yolunu bütün maneə və
çətinliklərə baxmayaraq uğurla
reallaşdırdı. Hazırda Azərbaycan iqtisadiyyatı
sürətlə inkişaf edir. 2004-cü ildən ümumi
daxili məhsul 3 dəfədən çox artıb,
işsizlik səviyyəsi 5 faizə enib. Xarici borc ümumi
daxili məhsula nisbətdə 20 faizdən
aşağıdır. Davos Dünya İqtisadi Forumu
iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinə
görə ölkəmizi 35-ci yerə layiq görüb.
Bütün bunlar gələcəkdə Avropa İttifaqı
ölkələrinin Azərbaycan iqtisadiyyatına sərmayə
qoyuluşuna və qeyri-neft sektoru sahəsində əlaqələrimizin
genişlənməsinə imkan verəcəkdir. Azərbaycan
Avropa Şurasına üzv olduğu vaxtdan indiyədək
demokratiyanın inkişafı, insan haqlarının və
azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin
qurulması yolunda uğurlar qazanıb. Azərbaycanın Avropa
Şurasına üzvlüyündən sonrakı dövrdə
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin
respublikamız üzrə həmməruzəçilərinin
ölkəmizin qurum qarşısında
götürdüyü öhdəliklərin yerinə yetirilməsinin
nəzərdən keçirilməsi məqsədilə
Bakıya səfərləri təşkil edilib. Hər dəfə
hazırlanmış məruzələrdə Azərbaycanın
üzərinə götürdüyü öhdəliklərin
yerinə yetirməsi yüksək qiymətləndirilmiş,
ölkəmizin demokratiya sahəsində mühüm
inkişafa nail olduğu qeyd edilib. Həyata keçirilən
dövlət siyasəti vətəndaşın sosial
rifahının, təhlükəsiz yaşayışının
təmin edilməsinə xidmət edir.
Vurğulandığı kimi, vətəndaş cəmiyyətinin
yaradılması və möhkəmlənməsi, demokratikləşmə
prosesinin davam etməsi, hüquqi dövlətin qurulması sadəcə
olaraq bir şüar deyil, bu, Azərbaycanın hərtərəfli
inkişafı üçün başlıca şərtdir.
Ölkəmizin başçısı Şərq Tərəfdaşlığı
Sammitinin plenar sessiyadakı çıxışında
bildirib ki, Azərbaycan insan kapitalına böyük sərmayə
yatırıb. Savadlılıq səviyyəsi 100 faizə
yaxındır, təhsilli insanlar bizim islahatlarımız
üçün əsas aparıcı qüvvə, radikalizmə
və dini ekstremizmə qarşı əsas qarantdır.
"Tərəfdaşlıq
prioritetləri”ndən
səmərəli əməkdaşlığa
doğru
Bəllidir
ki, Avropa İttifaqı ilə qarşılıqlı hörmət
və maraq prinsipləri üzərində davamlı
münasibətlərin qurulması və inkişaf etdirilməsi
Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir.
Respublikamız hələ 1996-cı ildən Aİ ilə tərəfdaşlıq
və əməkdaşlıq sazişi, daha sonra 2004-cü ildən
Avropa qonşuluq siyasəti və nəhayət, 2009-cu ildən
Şərq Tərəfdaşlığı Proqramı
çərçivəsində əməkdaşlıq edir.
Bu ulin iyul aynın 11-də isə Brüsseldə prezident
İlham Əliyev və Avropa İttifaqı
Şurasının prezidenti Donald Tuskun iştirakı ilə tərəflər
arasında paraflanan "Tərəfdaşlıq prioritetləri”nin
Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin
gələcək inkişafı üçün yeni imkanlar
açacağını müəyyənləşdirdi.
"Tərəfdaşlıq prioritetləri”n
qarşılıqlı xarakter
daşıdığını özündə əks
etdirir. Bu sənəd Avropa İttifaqı və Azərbaycan
arasında ikitərəfli gündəliyə yeni təkan
vermiş oldu. Bu gün Avropa İttifaqı Azərbaycanın əsas
ticarət tərəfdaşıdır. Avropa İttifaqı
ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki
payı 50 faizdir. Azərbaycan iqtisadiyyatına investisiya
yatıranlar arasında Avropa İttifaqı ölkələri
üstünlük təşkil edir.
25 milyard dollara yaxın investisiya
Müstəqillik
dövründə Avropa İttifaqından Azərbaycan
iqtisadiyyatına 25 milyard dollara yaxın investisiya
yatırılıb. Azərbaycanda 1500-dən çox Avropa
İttifaqı ölkələrinin şirkəti fəaliyyət
göstərir. Avropa İttifaqının bir sıra ölkələri
(Almaniya, Fransa, Avstriya, İtaliya, Yunanıstan, Polşa və
s.) ilə Azərbaycan arasında ticarət palataları fəaliyyətdədir.
Azərbaycan
Avropanın bir çox ölkələri ilə ikitərəfli
iqtisadi, mədəni və digər sahələrdə
münasibətlərini möhkəmləndirməkdə davam
edir. Tez-tez keçirilən biznes forumları, biznes
dialoqları da ticarət tərəfdaşlığının
şaxələnməsinə real zəmin yaradır. Ötən
il noyabrın 28-də Berlində təşkil edilən I
Almaniya-Azərbaycan Biznes Dialoqu da bu məqsədlərə
xidmət etdi. Yüzdən artıq Azərbaycan və alman
şirkətinin qatıldığı tədbirdə
vurğulanıb ki, iki ölkə arasında iqtisadi-ticari
münasibətlər son illərdə sürətlə
genişlənir. Tədbirdə Azərbaycanın
Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və
ticarət tərəfdaşı olduğu bir daha qeyd edilib.
24 ölkə ilə ikiqat vergitutma
aradan qaldırılıb
Bununla
yanaşı, Azərbaycan Avropa İttifaqının əsas
enerji partnyorlarındandır. Bakıda rəsmi
açılışı olmuş "Cənub qaz dəhlizi”,
Türkiyədə tamamlanan TANAP layihəsi enerji sahəsində
strateji əməkdaşlığın gözəl nümunələrindəndir.
4 siqmentdən ibarət olan bu layihə Azərbaycan
qazını birbaşa Avropaya çatdıracaq. Avropa
İttifaqının 24 üzv ölkəsi ilə ikiqat
vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə
ilə sərmayələrin təşviqi və
qarşılıqlı qorunması sazişləri, 9 üzv
ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri
imzalanıb, 16 üzv ölkə ilə 17 Hökumətlərarası
Komissiya və İşçi Qrupu, İdarəetmə Komitəsi
fəaliyyət göstərir. Azərbaycan Avropa
İttifaqı ilə Tvinninq, TAİEX, SİGMA, Texniki Dəstək,
Büdcəyə Dəstək alətləri çərçivəsində
də əməkdaşlıq edir və bu alətlər
çərçivəsində indiyədək Azərbaycana
600 mln. avroya yaxın dəstək göstərilib.
Azərbaycan etibarlı strateji tərəfdaşdır
Bu il
Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı
Şurasının prezidenti Donald Tusk ilə keçirdiyi
görüşdə qeyd edib ki, Azərbaycan ticarətinin demək
olar, 50 faizini quruma üzv ölkələrlə olan ticarət
təşkil edir. Azərbaycan Avropa İttifaqına üzv
olan əksər ölkə ilə strateji tərəfdaşlıq
bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa
İttifaqına üzv ölkələrin üçdəbiri
Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc
müstəqil ölkə üçün çox vacibdir və
əlbəttə ki, Avropa İttifaqı ilə Azərbaycan
arasında gələcək razılaşma strateji əlaqələrin
gücləndirilməsində daha bir mühüm mərhələ
hesab edilir. Ümumiyyətlə, son 15 ildə Azərbaycan
iqtisadiyyatına 250 milyard dollara yaxın investisiya
yatırılıb. Ölkədə yaradılan əlverişli
biznes mühiti, investorlara göstərilən diqqət və
qayğı xarici investorların, xüsusən də Avropa
İttifaqına üzv olan dövlətlərin
investorlarının Azərbaycana diqqətini daha da
artırır. Hazırda Avropa Azərbaycanın əsas
investoru və ticarət tərəfdaşıdır. Faktiki
olaraq Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq
yeni sazişdən sonra siyasi əlaqələrlə
yanaşı iqtisadi münasibətlərin də yeni
inkişaf istiqamətləri müəyyənləşəcək.
Avropa Birliyi
işğalçılıq siyasətinə
qarşıdır
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin yekunları üzrə mətbuat konfransında bildirib münaqişələr “Şərq tərəfdaşlığı” ökələrində inkişafı əngəlləyir. Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammiti çərçivəsində baş tutan Zirvə görüşündə ölkəmiz üçün ən vacib məsələlərdən biri yekun sənəddə Azərbaycanın ərazi bütövlüyünə münasibət idi. Ekspertlərin qeyd etdiyi kimi, dövlətimizin başçısının sammitdə qətiyyətli mövqeyi, Azərbaycanın taleyüklü məsələlərinin Avropa İttifaqı rəhbərliyinin diqqətinə çatdırması, Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirməsinə yol verilməsini, status-kvonun saxlamağa çalışmasını qabartması yekun bəyannaməyə təsir etdi. Şərq Tərəfdaşlığı sammitində qəbul olunan Yekun Birgə Bəyannamədə belə problemlərin həllinin beynəlxalq hüquq normalarına uyğun, ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi bildirilib. Sənədin ikinci bəndində Avropa İttifaqının həmin proqram üzrə bütün tərəfdaşlarının ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəkləməsi xüsusi qeyd edildiyi halda, millətlərin öz müqəddəratını təyin etməsi hüququ barədə bir kəlmə də bildirilmir. Tərəfdaş dövlətlərin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi prinsiplərinin necə deyərlər uydurma prinsiplər üzərində aliliyi yenidən təsdiq edilib. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu dövlət siyasətinin prioriteti hesab edir: “Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. Biz Avropa təsisatlarından aldığımız dəstəyə görə minnətdarıq. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək və tezliklə bizim qarşımızda yeni imkanlar açacaq yeni saziş imzalayacağıq”.
Hürriyyət.- 2019.- 20-21 iyun.- S.12.