Beynəlxalq Valyuta Fondu
və Azərbaycan
Beynəlxalq Valyuta Fondu (ing.
International Monetary Fund) — Beynəlxalq maliyyə təşkilatlarından
biridir. Fondun əsas vəzifəsi valyuta-maliyyə
sferasında beynəlxalq əməkdaşlığı təmin
etmək, beynəlxalq ticarətin genişlənməsinə və
tarazlı inkişafa şərait yaratmaq, bunula da üzv
ölkələrin iqtisadi yüksəlişinə
yardımçı olmaq, üzv ölkələrin valyuta
stabilliyinə xidmət etmək, üzv ölkələrin tədiyyə
balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədi
ilə onlara kreditlər vermək, beynəlxalq iqtisadi əlaqələrin
qarşısını alan maneələri aradan qaldırmaq,
beynəlxalq ticarət münasibətlərinə
maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin
aradan qaldırılmasına kömək məqsədi ilə
yaradılan beynəlxalq bir maliyyə inistitutudur. Fonda üzv
ölkələr üzərinə götürdükləri
məsuliyyəti yerinə yetirmədikdə, bir sıra cəza
tədbirlərinə məruz qalırlar. Belə ki, bu maliyyə
qurumu həmin ölkələrə kredit verilişini
dayandıra, hətta onları üzvlükdən
uzaqlaşdıra bilər. Ümumiyyətlə tətbiq edilən
cəzaların ağırlığı öhdəliklərdən
yayınmanın səviyyəsindən asılıdır.
Azərbaycanın BVF və DB ilə əməkdaşlığı
Azərbaycan
Respublikası dövlət müstəqilliyini qazandıqdan
sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən
birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr
təşkil etmişdir. Ötən dövr ərzində bu
sahədə kifayət qədər iş
görülmüşdür. Azərbaycan demək olar ki,
bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən
Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma
və İnkişaf Bankına, İslam İnkişaf
Bankına və Asiya İnkişaf Bankına üzv qəbul
olunmuşdur.
Azərbaycan
dövlət müstəqilliyinə qovuşduqdan sonra, Beynəlxalq
maliyyə institutları ilə sıx əməkdaşlıq
edir. Xüsusuilə Beynəlxaalq Valyuta Fondu və Dünya
Bankı ilə əlaqələr yüksək səviyyədədir.
Beləliklə də ölkəmiz bu maliyyə instututları
ilə bir sıra maliyyə sahəsi üzrə birgə əməkdaşlığıa
malikdir.
Azərbaycanda qeyri-neft
sektorunun inkişafına təkan
Beynəlxalq
Valyuta Fondu və Azərbaycanla əlaqələrin yüksək
səviyyədə inkişafının başlıca
prioritetlərindən biri də, qeyri neft sektorunun xüsusi
çəkisinin artması, bu barədə birgə əməkdaşlığın
genişləndirilməsidir.
BVF qeyd
edir ki, Azərbaycanda yaxın gələcək üzrə
iqtisadi artım perspektivi müsbətdir. Ötən il
dövlət investisiya xərclərinin və sosial xərclərin
artdığı şəraitdə qeyri-neft sektorunun 4%
yüksəlmişdir. Beləliklə də neft sektoru ilə
yanaşı, qeyri neft sektorunun sürətlə
inkişafının davamı yeni proqnozlara səbəb
olmuşdur. Ümumiyyətlə, 2018-ci il üzrə iqtisadi
artım 2% səviyyəsində proqnozlaşdırlsa da, bir
sıra rəqəmlər bu prosesin daha da irəli getdiyini
göstərir. O da bəllidir ki, ortamüddətli dövrdə
qaz yataqlarının işlənməsinə
başlandıqdan sonra 3.5-4% arasında olması
planlaşdırılır. Baza ilinin təsirləri tükəndikcə
inflyasiya dərəcəsi 2018-ci ildə 7%-dək, sonra isə
tədricən daha aşağı
düşmüşdür.
2018-ci il
üzrə IV Maddə Məsləhətləşmələri
çərçivəsində müzakirələr aparmaq
üçün 30 noyabr – 14 dekabr tarixlərində Bakıda
səfərdə olan Beynəlxalq Valyuta Fondunun missiyasına rəhbərlik
edən Məhəmməd əl-Qorçi bu səfərin
yekunu ilə bağlı bildirib: “Fəal makroiqtisadi siyasət
və daha üstün neft qiymətləri sayəsində Azərbaycan
iqtisadiyyatı 2017-ci ildə stabilləşdi. Qeyri-neft
iqtisadiyyatı əsasən xidmət və kənd təsərrüfatı
sektorlarının canlanması nəticəsində artmağa
başladı. Daha yüksək neft qiymətləri, qeyri-neft
ixracının yaxşılaşması və idxalın
daralması, həmçinin cari hesabın profisitini bərpa
etdi. Hazırda missiya 2017-ci il üzrə real ÜDM-in 0,3%
azalmasını və orta illik inflyasiyanın 13% təşkil
edəcəyini planlaşdırır”.
Azərbaycanın beynəlxalq
investisiya və London Fond Birjası
Böyük
Britaniyanın London Fond Birjasında “Azərbaycan: Beynəlxalq
İnvestisiya qoyuluşuna hazırdırmı?” mövzusunda
biznes seminar keçirilib. İqtisadi İslahatların Təhlili
və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı
direktoru Vüsal Qasımlı seminarın “Neft dövründən
sonra iqtisadi artımın bərpası. Azərbaycan
iqtisadiyyatının yenidən artım-meylləri”
mövzusunda panel müzakirəsində çıxış
edib. O bildirib ki, Azərbaycan iqtisadiyyatı, Prezident İlham
Əliyevin apardığı iqtisadi islahatlar nəticəsində
yeni inkişaf trayektoriyasına qədəm qoyub. Ölkədə
həm fiskal sahədə, həm də tədiyyə
balansında tarazlıq yaranıb: “Ölkənin strateji valyuta
ehtiyatları 45 milyard dollara çatır ki, bu da 35 aylıq
idxalın maliyyələşdirilməsinə imkan verir . Eyni
zamanda ölkənin strateji valyuta ehtiyatları, xarici borcundan 4
dəfəyə qədər çoxdur.”
Vüsal
Qasımlı diqqətə çatdırıb ki, Azərbaycanda
manatının sabitliyi təmin edilib, inflyasiya 2018–ci ilin yanvar
ayında bir rəqəmli həddə - 5.5 faizə qədər
endirilib. İcraçı direktor aparılan islahatlar nəticəsində
bank sektorunda kapitallaşma səviyyəsinin 2017 - ci ildə 50
faizdən çox artdığını, eyni zamanda bank
sektorunda zərərdən mənfəətə keçidin
təmin olunduğunu xüsusi vurğulayıb. “Azərbaycan
İpoteka və Kredit Zəmanət Fondunun yaradılması ilə
bankların real sektoru maliyyələşdirməsi
üçün çox gözəl imkan yaranıb. İlham
Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar həm
Dünya Bankı həm də, Davos İqtisadi Forumu, Beynəlxalq
Valyuta Fondu, Asiya İnkişaf Bankı və xarici investorlar tərəfindən
yüksək qiymətləndirilib. Hazırda Azərbaycan
Şərqi Avropa və Mərkəzi Asiya bölgəsində
ən islahatçı 3 ölkədən biri kimi təqdim
olunur. Yaradılan əlverişli biznes mühiti, makro iqtisadi
sabitlik və yeni iqtisadi artım nöqtələrinin təqdim
edilməsi ölkəyə dünya investorlarının
marağını artırır”.
İİTKM-in
icraçı direktoru bildirib ki, London Fond Birjasında “Azərbaycan:
Beynəlxalq İnvestisiya qoyuluşuna hazırdırmı?”
mövzusunda təşkil edilən biznes seminar da Azərbaycana
marağın artması baxımından çox əhəmiyyətlidir.
Qeyd edək
ki, seminar zamanı “Böyük Britaniyanın Azərbaycan ilə
ticarət və investisiya əlaqələri”, “Beynəlxalq sərmayələr
üçün imkanlar: Strateji yol xəritəsi və əsas
inkişaf sektorları”, “Azərbaycanın ən cəlbedici
iqtisadi sektorları” mövzularında panel müzakirələri
təşkil edilib. Paşa Bankın təşkilatçılığı
ilə keçirilən seminarda Böyük Britaniya baş
nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa
Nikolson, Azərbaycanın Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığında fövqəladə
və səlahiyyətli səfiri Tahir Tağızadə, Azərbaycan
Mərkəzi Bankı, eləcə də bir sıra yerli və
beynəlxalq
İqtisadi inkişafımızın
təməl
prinsipləri və beynəlxalq
münasibətlər
Azərbaycanın
inkişaf etmiş modern dövlətə çevrilməsində
sürətli və hərtərəfli inkişafla harmonik
olan iqtisadi potensial müstəsna əhəmiyyətə
malikdir. Ölkəmizdə yaradılmış böyük
iqtisadi potensial, islahatlar, iqtisadiyyatın şaxələndirilməsi,
investisiyaların təşviqi, biznes mühitinin
yaxşılaşdırılması, qeyri-neft ixracının
stimullaşdırılması, iqtisadi idarəetmənin təkmilləşdirilməsi
və digər tədbirlər iqtisadiyyatın davamlı
inkişafını təmin edir. Prezident İlham Əliyev tərəfindən
təsdiq edilmiş, başlıca məqsədi uzunmüddətli
perspektivdə ölkənin davamlı sosial-iqtisadi
inkişafının təmin edilməsi ilə yüksək
sosial rifah olan "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası, məqsədli
dövlət proqramları, strategiyalar, konkret tədbirlər
planları və davamlı iqtisadi islahatlar ölkədə
innovativ və bilik iqtisadiyyatının formalaşması,
ixracın diversifikasiyası, idxaldan
asılılığın maksimum dərəcədə
azaldılması, biznes mühitinin əlverişliliyinin
artırılması, investisiyaların cəlbi və digər
istiqamətlərdə mühüm işlərin həyata
keçirilməsinə hüquqi və iqtisadi zəmin yaratmışdır.
Ölkədə həyata keçirilən iqtisadi siyasətin
və islahatların davamlılığını təmin etmək
üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən
təhlili və yeni iqtisadi inkişaf strategiyasının
hazırlanması məqsədilə dövlət
başçısının 6 dekabr 2016-cı il tarixli Fərmanı
ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə strateji yol xəritələri" təsdiq
edilmişdir. Bu mühüm sənəd kənd təsərrüfatından
tutmuş sənayeyə qədər bütün sahələri,
həmçinin insan kapitalının inkişafı, biznes
mühitinin davamlı olaraq
yaxşılaşdırılması kimi əsas istiqamətləri
əhatə edir.
Əldə edilən uğurları
beynəlxalq
maliyyə instutuları təqdir edirlər
Statistik göstəricilər də Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlılığını bir daha təsdiq edir: Belə ki, strateji valyuta ehtiyatları 2003-cü ilə nisbətən 26,2 dəfə artaraq bu ilin sentyabr ayının sonuna 42 mlrd. ABŞ dolları səviyyəsinə çatmışdır. 2004-2016-cı illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə artmışdır. Bu dövrdə sənaye real ifadədə 3,8 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,6 dəfə, tikinti 3,4 dəfə, ticarət 3,9 dəfə, turizm 14,2 dəfə, nəqliyyat 2,6 dəfə, rabitə 10,6 dəfə artmışdır. Ölkə iqtisadiyyatına 2004-2017-ci illərdə 225 mlrd ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri son 14 ildə dinamik olaraq artmış, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olmuşdur. Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da mütəmadi olaraq əksini tapır. Təsadüfi deyildir ki, ölkəmiz dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşmışdır. Ümumiyyətlə, Azərbaycan "Qlobal rəqabət qabiliyyəti" hesabatları üzrə 2005-ci ildən 2017-cı ilədək 69-cu yerdən 34 pillə irəliləyərək 35-ci yerə yüksəlmiş və 2009-cu ildən indiyədək MDB-də liderliyini qoruyub saxlayır. Qeyd edək ki, "G20"yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalırlar. Bütün bunların nəticəsidir ki, Azərbaycan BMT və onun qurumları, Aİ, İƏT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da genişlənmişdir. Azərbaycanın xarici ticarətinin coğrafiyası genişlənmiş, onun əmtəə strukturu təkmilləşmişdir. Hazırda Azərbaycan 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparır. Siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirmişdir. Bu günədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 48 saziş imzalanmışdır. Ümumilikdə, 1995-2016-cı illərdə ölkə iqtisadiyyatına 233,4 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub ki, bunun da 116,4 mlrd. ABŞ dolları xarici investisiyalardır.
Hürriyyət.- 2019.- 20-21 iyun.- S.14.