Ömrün bahar çağı

 

1979-cu il. Həsrətli, şaxtalı, boranlı bir qışdan sonra mütləq bir bahar gələcəkdir. Bülbül gülə naz eyləyirdi. Ona görə ki, yaz ayları gəlmişdi. Baharın, yazın ilk ayı mart idi. Novruz bayramı da arxada qalmışdı. İlk bahar elçisi  olan sinəsi qarasıquşda gəlmişdi.  Qədim Naxçıvan diyarından olan Cabir kişiFatma üçünbu ay yadda qalan olmuşdu. Mart ayının 25-də ailədə ilk qız uşağı dünyaya göz açmışdı. Qohum-əqraba yığışıb uşağa ad qoyulanda valideynləri  Elnarə adı ilə razılaşmışdılar. Elnarə yəni odlu-alovlu qız, taclı qız. Balaca Elnarə də bütün balaca qızlar kimi "gəlincik-gəlincik" oynamış və öz ömrünün cəhrimlərini açmışdı. O, əvvəlcə 63 saylı və sonra 269 saylı məktəbdə təhsil almışdı. Orta məktəbi bitirdikdən sonra 1996-2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Kimya-biologiya fakültəsində təhsil almışdı.

Daim axtarışlarda olan qəlbi onu Azərbaycan Milli Elmlər Akademiyasının A.Qarayev adına Fiziologiya İnstitutunun "Fiziologiya" ixtisası üzrə aspiranturasına gətirib çıxarmışdı.

Elnarə xanım 2010-cu ildə "Prenatal ontogenezdə hipoksiyaya məruz qalmış heyvanlarda reflektor fəaliyyət" mövzusunda dissertasiya işini müdafiə etmiş və həmin ildə biologiya ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

O, 2003-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "İnsanheyvan fiziologiyası" kafedrasının müəllimi, 2008-ci ildə baş müəllim vəzifəsində işləmişdir.

2011-ci ildə rektorun əmri ilə Biologiya fakültəsinin dekan müavini vəzifəsinə təyin olunmuşdur.

2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmlər doktoru üzrə dissertantıdır. "Erkən postnatal ontogenezdə hipoksiyanın təsiri zamanı bəzi funksional sistemlərin əlaqələrinin formalaşması" adlı dissertasiya üzrə mövzusu üzərində işləyir.

11 proqram, 60 məqalə, 3 dərs vəsaiti ("Ürək qan-damar sisteminin morfologiyası və fiziologiyası", "Insanheyvan fiziologiyası fənnindən təcrübi məşğələlər", Insan anatomiyası fənnindən sərbəst çalışmalar") və 1 metodik (Qanqan sisteminin fiziologiyası) göstərişin müəllifidir.

Fiziologiyanın mühüm sahələrindən biri olan angiologiyaya damar sistemidir ki, bu özüiki yerə ayrılır - qan-damar sistemilimfa sistemi. Bu sistemlər ürəyin qan damar sistemi ilə müştərək fəaliyyət göstərdikləri üçün çoxlu fizioloji funksiyaların gedişinə tənzimləyici təsir göstərir. Biologiya ixtisası alan bakalavrlar üçün tərtib olunmuşdur. Bu dərs vəsaiti fiziologiyanın və angiologiya sahəsində olan yeniliklərdən istifadə edilməklə proqrama müvafiq tərtib olunmuşdur. Dərs vəsaitindən bakalavr, magistrelmi tədqiqat işi aparanlar istifadə edə bilərlər. Dərs vəsaiti 8 ədəbiyyatdan, 68 rəngli şəkillərdən, 15 cədvəl və 20-yə yaxın qrafiklərdən, müasir elmi yeniliklərdən, metodlardan istifadə etməklə hazırlanmışdır.

Biologiya ixtisasında, bakalavr təlimi prosesində, əsas bölmələrdən olan "İnsanheyvan fiziologiyası" fənnində nəzərdə tutulan təcrübə məşğələləri xüsusi tədris metoduna malik olduğu üçün, bu dərs vəsaiti bakalavr proqramına uyğun olaraq, tələbatı ödəyən səviyyədə hazırlanmışdır. Dərs vəsaitində fiziologiyanın bütün bölmələrinə aid təcrübələr, nəzəri və təcrübi baxımdan, əyaniliyə üstünlük verməklə tərtib edilmişdir. Dərs vəsaitində fiziologiyanın müasir metodlarından , yeni alət və cihazlardan istifadə etməklə təcrübələrin gedişinin şərhi verilmişdir. Proqrama müvafiq olaraq qan, ürək-qan-damar sistemi, tənəffüs,həzm, maddələr və enerji mübadiləsi, ifrazat, sinir sitemi, sinir-əzələ sistemi kimi bölmələrin fəaliyyətində bölmələrə aid təcrübələr izahlı şəkildə verilmişdir. Bu dərs vəsaitində ilk dəfə olaraq fiziologiyanın hansı bölməsinin təcrübələri verilməmişdən əvvəl onun nəzəri cəhətdən xüsusi məqamları xatırlanmışdır və uyğun təcrübələr verilmişdir. Dərs vəsaitindən universitetin müvafiq fakültələrində bakalavrlar, magistrlər və elmi tədqiqat aparanlar istifadə edə bilərlər. Dərs vəsaiti hazırlanarkən 15 adda müxtəlif ədəbiyyat mənbələrindən istifadə edilmişdir. Mövzulara aid şəkil, cədvəl və qrafiklər mündəricat verilmişdir.

İnsan anatomiyası eksperimental elmi bir sahədir. Bu elmin öyrənilməsini asanlaşdırmaq məqsədilə tələbələrin sərbəst olaraq anatomiyanın müxtəlif bölmələrinə aid nümunə kimi heç bir metodik vəsait yoxdur. Bu hazırlanmış metodik vəsait dayaq-hərəkət aparatını sərbəst müqayisəli şəkildə öyrənməyə tam şərait yaradır. Burada hər mövzu nəzəri təcrübi olaraq izah edilmiş, şəkillər dəqiq göstəricilərlə verilmişdir. Vəsaitdən bakalavrlar, magistrlər bu sahə ilə maraqlananlar üçün metodik bir göstəricidir. Proqrama müvafiq tərtib edilmiş, əyaniliyə üstünlük verilmişdir. Metodik vəsait 121 səhifədən, 60 rəngli şəkildən, ədəbiyyat materiallarından mündəricatdan ibarət tərtib edilmişdir .

E. Mehbalıyeva 2013-cü ildən dosent vəzifəsinə irəli çəkilir həmin ildən fakültə üzrə tədris   elmi tədqiqat işlərinin yerinə yetirilməsinə  nəzarət qrupunun rəhbəridir.

Azərbaycan Respublikası Təhsil Nazirinin 11 noyabr  2014 tarixli 11/288 saylı əmri ilə Dövlət ali təhsil müəsisələrinin bir qrup məsul əməkdaşı ilə Türkiyə Cumhuriyyətinin tanınmış universitetinə Ankara şəhərinə ezam olunmuş  sertifikatla təltif olunmuşdur.

2016-cı ildən ADPU-nun Elmi Şuranın elmi katibi vəzifəsinə təyin olunmuşdur.

2017-ci ildən  Kimya Biologiya fakültəsinə dekan seçilmişdir.

2017- ci ildən Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Azərbaycan üzrə ekspertidir (Fiziologiya üzrə).

E.Mehbalıyeva 3 övlad anasıdır.

Biz E.Mehbalıyevaya  ömrün bu bahar çağında uzun ömür, işlərində müvəffəqiyyətlər arzu edirik.

 

Bəybala Ələsgərov,

Beynəlxalq Nobel İnformasiya

Mərkizin vitse-prezidenti, elmlər doktoru

 

Hürriyyət.- 2019.-  2 mart.- S.13.