Azərbaycanın sönməz ulduzu
"Dan ulduzu"nun
yaradıcısı Gülarə Əliyevanın həyat və
yaradıcılığı
Azərbaycanın tanınmış
musiqiçisi, pianoçu, sənətşünaslıq elmləri
namizədi, Azərbaycan SSR əməkdar incəsənət
xadimi Gülarə Əziz qızı Əliyeva 17 noyabr
1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan
Dövlət Konservatoriyasını bitirmişdir. Səid
Rüstəmov adına xalq çalğı alətləri
orkestrində, eləcə də Ə.Dadaşov adına xalq
çalğı alətləri ansamblında
çalışıb. 1966-cı ildən özünün təşkil
etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri
olub. Yaratdığı "Dan ulduzu" ansamblına onun
adı verilmişdir.
Gülarə
õanımın rəhbərlik
etdiyi "Dan ulduzu" ansamblının repertuarına ancaq
peşəkar bəstəkarların mahnıları daõil ola bilərdi. Bu, bədii
rəhbərin ifaçılar qarşısına qoyduğu
şərt idi.
"Dan
ulduzu"nun adını õalq şairi Nəbi Xəzri təklif edib. İlk
çıõışından
"Dan ulduzu" insanlar tərəfindən sevilir. Gülarə
õanım müntəzəm
məşqlərin və ansambl üzvlərinin əzmkarlığı
və sənətə sevgisi sayəsində
arzuladığı ansamblı yaratmaqla çoõ musiqi kollektivlərini, qrup və
ansamblları arõada
qoydu. "Dan ulduzu" tezliklə dövlət tədbirləri,
konsertləri, õarici
qastrol səfərlərinin bəzəyinə və
aparıcı musiqi ansamblına çevrildi. Suriya, Livan,
Əlcəzair, İsveçrə, Almaniya, Qvineya, Bissuada
"Dan ulduzu"nun qastrol səfərinə çıõdığı dövlətlər,
şəhərlər oldu. Õaricilər Azərbaycan musiqisinin Qərb musiqi alətlərində
səslənməsini görüb təəccüblərini
gizlədə bilmirdilər. Akif İslamzadə, Flora Kərimova,
Yalçın Rzazadə, Hüseynağa Hadiyev və s.
ifaçılar "Dan ulduzu"nun solistləri oldu. 1975-ci
ildə isə Zeynəb Xanlarova "Dan ulduzu"yla bir silsilə
proqramla dövlət konsertlərində çıõış etdi. Məmmədbağır
Bağırzadə, tarzən Zamiq Əliyev, pianoçu Həsənağa
Qurbanov, qaboy ifaçısı Kamil Cəlilov ansambla dəvət
edildi.
Xədicə
Abbasova, Şəbnəm Tapdıq, Züleyõa Mirismayılova və
başqa ifaçılar "Dan ulduzu"yla məhşurlaşdılar,
sevildilər. Gülarə õanım bölgələrdə oõuyan istedadlı gəncləri də
kollektivə dəvət edər, onların potensial
imkanlarının üzə çıõarılmasında köməkliyini əsirgəməzdi.
O, müğənni Cavad Rəcəbovu Lənkərandan, Məhəbbət
Kazımovu isə Laçından Bakıya dəvət edib
onlarla bir neçə mahnılar yazdırmaqla ansambla dəvət
etmişdi. Gülarə õanımın rəhbərlik etdiyi "Dan ulduzu"
instrumental ansamblı tezliklə Azərbaycan televiziyası və
radiosunun ştatına keçirilir. Bu ilk öncə kollektivə
olan tamaşaçı marağının, istəyinin, tələbinin
nəticəsi, sənətin qələbəsi idi.
Əməkdar
incəsənət xadimi, rejissor Arif Qazıyevin və ssenari
müəllifi Rəfiqə Məsudun araya–ərsəyə gətirdikləri
“Dan ulduzu–tale ulduzu” televiziya filmində ansamblın
yaranması, Gülarə xanımın onun formalaşması
yolunda çəkdiyi əziyyətlər barədə ətraflı
məlumat verilir. “Dan ulduzu” ansamblının yaranması Azərbaycan
musiqi tarixində yeni hadisə idi.
Gülarə
Əliyeva şərəfli bir ömür yolu keçib.
1933-cü il noyabrın 17-də Əziz Əliyevin ailəsində
doğulmuşdu. 1956-cı ildə Üzeyir Hacıbəyov
adına Azərbaycan Dövlət Konservatoriyasının
fortepiano və nəzəriyyə fakültəsini əla qiymətlərlə
bitirmiş, 1966-cı ildə “Bəstəkar F.Əmirovun
yaradıcılığı” mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdi. 1967–1989-cu illərdə
M.Əliyev adına İncəsənət İnstitutunun
(indiki Mədəniyyət və İncəsənət
Universiteti) musiqi kafedrasının müdiri olmuşdu.
Əvvəlcə
Azteleradio, sonra isə S.Rüstəmov adına Xalq
Çalğı Alətləri Orkestrində konsertmeyster
işləmişdir. 1968-ci il Gülarə xanımın həyatında,
taleyində dönüş ili olmuşdur. Həmin ildə
“Dan ulduzu” kamera–instrumental ansamblı fəaliyyətə
başlamışdı. O, düz 23 il bu kollektivə rəhbərlik
etmişdir. Ömrünün sonunadək “Dan ulduzu”nu öz
övladı kimi sevmiş, ondan ayrılmamışdır.
Gülarə
õanım bölgələrdən
də istedadlı gəncləri kollektivə dəvət edir,
onların potensial imkanlarının üzə çıõarılmasında köməyini
əsirgəmirdi. “Dan ulduzu” instrumental ansamblı sonradan Azərbaycan
Teleradio şirkətinin ştatına keçirildi.
Gülarə
xanım elə bir musiqiçi idi ki, tanınmış bəstəkarların
çoxu mahnılarını, əsərlərini həvəslə
ona həvalə edirdilər. Ansambl çox sevilirdi. Hər bir
müğənni o zaman bu ansamblda çıxış etmək
istəyirdi. O zaman bu ansamblda oxuyan müğənnilər
brend sayılırdı. Seçmə müğənnilər
bu ansamblda oxuyurdu. Gülarə xanımın ürəyi
çox yumşaq idi. Bəzən bir o qədər populyar
olmayan müğənnilər də ansamblda oxumaq istəyəndə,
onlara yox demirdi.
Əməkdar
incəsənət xadimi, pianoçu, mərhum Həsənağa
Qurbanov onunla birgə bu ansamblda
çalışmışdı. Hətta Gülarə
xanımdan sonra bu ansambla rəhbərlik etmişdi. Hər dəfə
onunla görüşəndə Gülarə xanımdan
söhbət açardı. Gülarə xanımla
bağlı bir kitab da yazmışdı. Doğrudur, Həsənağa
müəllim çox çalışdı bu kitabı
çap etdirməyə. Amma amansız ölüm Həsənağa
Qurbanova bu arzusunu reallaşdırmağa imkan vermədi. Gec də
olsa, “Bizim Gülarə Əliyeva” kitabı işıq
üzü gördu.
Kitabda
Gülarə Əliyevanın sənət dostlarının,
tanınmış incəsənət adamlarının onun
haqqında xatirələri yer alıb. Sənət dostları
onu “Dan ulduzu” kimi əbədiyaşar insan adlandırıblar.
Gülarə
Əliyeva musiqiçi və gözəl bir şəxsiyyət
kimi xalqına xidmət edirdi. Bu insanda çox müsbət
keyfiyyətlər toplaşmışdı. O, Azərbaycanın
görkəmli professional bəstəkarlarını ansambla dəvət
edir və onların əsərlərini ifa edirdi. Gənclərlə
işləməyə də çox üstünlük
verirdi. Gülarə xanımın faciəvi şəkildə
dünyasını dəyişməsi bütün musiqisevərlər
üçün böyük itki oldu.
Gülarə
xanımın yeganə yadigarı Ayəndə xanım deyib:
“Anam mənim xatirimdə mehriban, qayğıkeş bir insan
kimi qalıb. Çox narahat insan idi. Biz bir yana gedəndə,
evə dəqiq vaxtında gəlməyəndə nigaran qalar,
balkona çıxıb gözləyərdi. Bəzən təzyiqi
yüksələr, halı pisləşərdi. Evimiz
qonaq–qaralı olardı, ansamblın məşqlərini də
evdə edərdilər. O, musiqi ilə yaşayırdı. Həmişə
fəxrlə deyərdi ki, məndən Üzeyir Hacıbəyov
imtahan götürüb. Konservatoriyanın iki- bəstəkarlıq
və fortepiano ifaçılığı fakültələrini
bitirmişdi. O dövrdə belə bir ansambl yaratmaq yenilik idi,
xalq çalğı alətləri ilə klassik musiqi alətlərinin
sintezini ilk dəfə anam yaratmağa nail olmuşdu. Tofiq
Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımov, Elza İbrahimova, Ramiz
Mirişli, Oqtay Rəcəbov və bir sıra digər
tanınmış bəstəkarla işləyirdi. Onların
hamısı bizim evdə olmuşdular…”
Ayəndə
xanım anasını onlardan ayıran faciəvi günü
böyük kədərlə xatırlayır: “1991-ci il iyulun
27-si idi. Atamı Moskvaya müayinəyə yola salmağa
hazırlaşırdıq. Ansamblın violonçelçisi
Minirə xanım da bizdə idi, anamla çox yaxın
olduqlarından ona kömək etmək üçün gəlmişdi.
Atam yol çantasını götürüb evdən
çıxmaq istəyəndə mən və bacım Nuridə
də onunla çıxdıq. Nuridə çox
aşağı düşmədi, atamı əlində
tutduğu “Quran” kitabının altından keçirib, geriyə
döndü. Mən isə blokun qapısınadək onu
ötürdüm. Bu dəm dəhşətli bir səs
eşitdim, tez geriyə, evə qaçdım ki, anam məni
görüb sakitləşsin ki, sağ-salamatam. Otağa girib
balkona çıxmaq istədim. Balkondan əsər-əlamət
qalmamışdı…”
Xatırladaq
ki, Gülarə Əliyeva 1991-ci ildə həyat
yoldaşı, kulturoloq Adil Adilovu, Moskva klinikasına müalicəyə
yola salarkən kiçik qızı Nuridə və "Dan
ulduzu" ansamblının istedadlı violonçelisti Minirə
ilə birgə eyvana çıxır və köhnə
eyvanın uçması nəticəsində həlak olur.
Məlumat
üçün bildirəm ki, Gülarə xanım oftalmoloq
Zərifə Əliyeva, endokrinoloq Tamerlan Əliyev, onkoloq Cəmil
Əliyevin bacısıdır. Həkim Əziz Əliyevin
qızı, prezident Heydər Əliyevin baldızıdır.
Hazırladı: Məmməd
MİRZƏLİYEV
Hürrriyyət.- 2019.- 4 may.- S.13.