Azərbaycanın dünya iqtisadiyyatına
inteqrasiyası və
beynəlxalq iqtisadi əlaqələr
Dünya ölkələri təbii, maddi, iqtisadi ehtiyatlarına görə birindən olduqca fərqlənirlər. Bununla yanaşı coğrafi
mövqeyinə görə, iqlim şərlərinəgörə,
əmək ehtiyatlarına görə bir-birini təkrarlanırlar.
Dünyanın hər bir ölkəsində
iqtisadi potensial müxtəlifdir və bu fərq daim nəzərə
çarpacaq şəkildə inkişaf edir. Dünya iqtisadiyyatının subyekti kimi
ayrı-ayrı dövlətlərlə ərazi və beynəlxalq
əmək bölgüsü obyektiv zərurət kimi
istehsal-təsərrüfat fəaliyyətini bir-birindən nə
qədər ayrı təcridləşdirsə də,
onların qarşılıqlı
asılılığını bir o qədər gücləndirir.
Dünya ölkələrinin müstəqil milli
iqtisadiyyatlarının öyrənilməsi zərurəti
meydana çıxır. Beləki, müasir dövrdə dövlətlərarası
münasibətlərdə beynəlxalq iqtisadi inteqrasiya
mühüm rola malikdir. İnteqrasiyanın
başlıca rola malik olması ilə əlaqədar olaraq
dünya ölkələri və onların
yaratdığı yerli, regional və beynəlxalq səviyyəli
təçkilatlar haqqında iqtisadi biliklərin öyrənilməsi
böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən də milli iqtisadi sistemlərin
dünya təsərrüfüt sisteminə qovuşması
onun dünya iqtisadiyyatına inteqrasiyasının ayrılmaz tərkib
hissəsi kimi fəaliyyət östərməsini tələb
edir. Bu baxımdan isə dünya
iqtisadiyyatının müasir problemlərinin öyrənilməsinə
böyük ehtiyac vardır. Dünya
iqtisadiyyatının həm bu, həm də daha mürəkkəb
və ziddiyyətli inkişaf dinamikası haqqında elmi biliklər
əldə etmək vacib məsələlərdəndir.
Müstəqil dövlətin
dünya arenasına çıxışı
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini
bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren
hüquqlarını gerçəkləşdirməyə və
müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin
başlıca istiqamətlərini müxtəlif mülkiyyət
formaları əsasında yaradılan iqtisadi sistem, bazar
iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına
inteqrasiya təşkil etmişdir. Dövlət
müstəqilliyinin bərpasından sonra ötən qısa
tarixi dövr ərzində Azərbaycanın iqtisadi siyasəti
və gərgin fəaliyyəti nəticəsində,
ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin
sosial-iqtisadi inkişafı və dünya təsərrüfat
sisteminə inteqrasiyası sahəsində çox
böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir
ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil
dövlət quruculuğu prosesində iqtisadi islahatların və
inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan
modeli yaranmışdır. Azərbaycan
Respublikası dövlət müstəqilliyini qazandıqdan
sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən
birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr
təşkil etmişdir. Ötən dövr ərzində
bu sahədə kifayət qədər iş
görülmüşdür. Azərbaycan, demək olar ki,
bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən
1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına,
Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam
İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf
Bankına üzv qəbul olunmuşdur. Sahibkarlığı
inkişaf etdirmək, əlverişli biznes və investisiya
mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək,
qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə
həyata keçirilən iqtisadi siyasətin səciyyəvi
xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü
tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi
formalaşmış, özəl sektorun ölkənin
sosial-iqtisadi inkişafında rolu daha da artmışdır.
İqtisadiyyatda mülkiyyətin
çoxnövlülüyü təmin olunması istiqamətində
həyata keçirilən tədbirlər davamlı iqtisadi
inkişafa öz müsbət nəticəsini vermişdir.
Belə ki, özəlləşdirməyə başlayan zaman
özəl sektorun ÜDM-də payı faktiki olaraq 10%-dən az olmasına baxmayaraq hazırda onun xüsusi
çəkisi 85%-ə çatmışdır. Beləliklə, neft strategiyasının həyata
keçirilməsi nəticəsində müstəqilliyin ilk
illərində baş vermiş tənəzzülün
qarşısı uğurla alındı və 1995-ci ildən
Azərbaycanda keçid dövrünün yeni mərhələsi
- bərpa və dinamik inkişaf dövrü başlandı.
1995-2003-cü illər ərzində ÜDM 90,1%,
dövlət büdcəsinin gəlirləri 3 dəfə,
ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun
həcmi 25,2%, kənd təsərrüfatı
istehsalının həcmi 53,9%, xarici ticarət dövriyyəsi
4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq
real əmək haqqı 5,6 dəfə artdı, inflyasiya səviyyəsi
2-3%-ə qədər endirildi, bütün maliyyə mənbələri
hesabına iqtisadiyyata yönəlmiş investisiyaların
ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.
Yeni iqtisadi münasibətlərin
inkişaf yolları
Azərbaycan Respublikasının yeni çalarlarla zənginləşdirilmiş
sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst
bazar münasibətlərinə və
özünüinkişaf qabiliyyətinə malik olan
sosialyönümlü, diversifikasiya olunmuş milli
iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat
sisteminə inteqrasiyasının təmin olunmasıdır. Davamlı və dinamik
inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata
keçirilməsi nəticəsində qazanılmış
uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə
makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın
diversifikasiyası, qeyri-neft sahələrinin, regionların
inkişafı sürətlənmiş, strateji valyuta
ehtiyatlarının səmərəli istifadəsi təmin
olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin
etibarlılığı artırılmış, konservativ
xarici borclanma strategiyası həyata keçirilmiş,
sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş,
əhalinin sosial rifahı davamlı olaraq
yaxşılaşmışdır. İqtisadiyyatın
diversifikasiyası ilə bağlı nəzərdə
tutulmuş tədbirlərin sistemli və ardıcıl
reallaşdırılması üçün dövlət
başçısının müvafiq fərman və sərəncamları
ilə “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə
Azərbaycanda yoxsulluğun azaldılması və davamlı
inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı” və bir sıra sahəvi
inkişaf proqramları təsdiq edilmiş və uğurla icra
olunur. Ölkənin regionlarında mövcud olan iqtisadi
potensialdan tam və səmərəli istifadə
olunmasını, sosial-iqtisadi vəziyyətin
yaxşılaşdırılmasını və
iqtisadiyyatın tarazlı inkişafını təmin etmək
məqsədilə uğurla icra olunan dövlət
proqramları ölkə başçısının
regionların inkişafına göstərdiyi diqqətin bariz
nümunəsi olmaqla, regionların kompleks inkişafına, o
cümlədən infrastruktur sahələrinin bərpası və
genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin,
sosial-mədəni obyektlərin yaradılmasına, yeni iş
yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin
daha da yüksəldilməsinə səbəb olmuşdur.
Beynəlxalq iqtisadi inteqrasiyanın mahiyyəti,
onun formalaşmasının əsasları və
formaları
Beynəlxalq iqtisadi inteqrasiya dövlətlərin siyasi və
təsərrüfat sistemlərinin iqtisadi cəhətdən
birləşməsi olub, milli təsərrüfatlar
arasında BƏB-in müxtəlif səviyyələrdə həyat
keçrilməsidir.
(ardı var)
Hürriyyət.-
2019.- 7 may.- S.12.