Azərbaycanın dünya iqtisadiyyatına
inteqrasiyası və
beynəlxalq iqtisadi əlaqələr
III YAZI
Gömrük
ittifaqının vahid bazara inkişaf edərək keçməsinə
həm iqtisadi amillər, həm də siyasi amillər səbəb
olur. Prinspi etibarı ilə vahid bazarın qurulması vahid iqtisadi
hüquqi informasiya məkanının yaradılması ilə
tamamlanmalıdır ki, bu da həmin inteqrasiya
qruplaşmasının daha yüksək pilləsinə -
iqtisadi birliyə keçməsinə təkan verməlidir.
Beynəlxalq
iqtisadi əlaqələr millətlər üçün
çoxlu əmtəə müxtəlifliyi yaradır. Beynəlxalq
iqtisadi əlaqələrin əsasında isə ehtiyatlarda,
zövqlərdə və psixologiyalarda olan müxtəliflik
durur.
1920-ci ildə
ADR müstəqilliyini itirdikdən sonra xarici iqtisadi əlaqələr
SSRİ-nin dövlət inhisarı altında cəmləşmişdi.
Azərbaycanın xarici iqtisadi əlaqələrinin Moskva tərəfindən
müəyyən olunduğu bir şəraitdə respublikada
bu sahənin idarə olunması üçün hər
hansı quruma ehtiyac duyulmurdu. Azərbaycanın iqtisadi əlaqələri
şərti olaraq SSRİ-nin tərkibində baş verirdi.
1991-ci ildə Azərbaycan iqtisadiyyatının sahələri
üzrə məhsul göndərilməsi 12,2 mln. rub
olmuşdursa, xaricə ixracat 744 min manat idi. Azərbaycanın
xarici iqtisadi əlaqələri SSRİ üzrə mübadilə
əlaqələrindən 16,7 dəfə az idi. Mövcud bu əlaqə
Moskva inhisarı altında həyata keçirilirdi.
Texnologiyanın, işçi qüvvəsinin hərəkəti
isə daha çox qapalı və birtərəfli xarakter
daşıyırdı.
Yeni iqtisadi əlaqələr
və beynəlxalq münasibətlər
Azərbaycanın
istehsal etdiyi məhsul dünya ölkələrində
özünə satış bazarı tapa bilməyən
komanda iqtisadiyyatının texnologiyası əsasında
istehsal olunmuş mallardan ibarət idi.
Siyasi
istiqlaliyyət əldə edilməsi xarici aləmlə
mövcud olmuş köhnə əlaqələr sisteminə
yenidən baxılmasını tələb edir. Bu dövrdə
respublikamızın iqtisadi inkişafının əsas məsələlərindən
biri xarici iqtisadi əlaqələrin düzgün istiqamətdə
qurulması zərurətini yaradır. Azərbaycan hazırda
dünyanın 84 ölkəsi ilə qarşılıqlı
iqtisadi-ticarət əlaqələrinə malikdir. Ölkənin
iqtisadi potensialı, xammal və mineral ehtiyatlarla zənginliyi,
təbii şəraiti və əlverişli iqtisadi-coğrafi
mövqeyi əməkdaşlıq imkanlarını
artırır. Yeni iqtisadi sistemə keçidi normal həyata
keçirmək üçün Azərbaycan daimi olaraq beynəlxalq
inteqrasiyaya qoşulmalı və öz potensial imkanlarından
istifadə edərək orada fəal iştirak etməlidir.
Azərbaycanda
bazar iqtisadiyyatına keçid prosesi özəl mülkiyyətə
əsaslanan on minlərlə müəssisə, cəmiyyət,
birlik, təşkilatlara vasitəsiz xarici ticarət əlaqəsi
yaratmağa və valyuta-təsərrüfat əməliyyatları
aparmağa imkan verdi. Artıq istənilən müəssisə
xarici iqtisadi fəaliyyətlə məşğul olmaq
hüququna malikdir. Böyük təbii sərvətlərə
və iqtisadi ehtiyatlara malik olan Azərbaycanın iqtisadi
inkişafı, həlledici dərəcədə onun
ümumdünya təsərrüfatı sisteminə səmərəli
inteqrasiyası prosesindən asılıdır. Beynəlxalq təcrübə
təsdiq edir ki, iqtisadiyyatın beynəlmiləlləşdirilməsində
xarici investisiya qoyuluşunun böyük üstünlükləri
vardır. İnvestisiya qoyuluşu respublikanın milli
iqtisadiyyatı ilə dünya iqtisadiyyatı arasında daha səmərəli
inteqrasiyanı təmin edir. Ölkənin iqtisadi
inkişafında xarici iqtisadi investisiyanın digər rolu, onun
sahibkarlıq fəaliyyətinə müsbət təsiri ilə
bağlidır.
Xarici
ölkələrin Azərbaycana investisiya qoyuluşu milli
iqtişadiyyatın formalaşması, işgüzar münasibətlər,
sahibkarlıq fəaliyyəti formalarına daha geniş meydan
verilməsi və maliyyə-kredit münasibətlərinin
inkişafı üçün əlverişli şərait
yaradır. Belə bir şəraitdən səmərəli
istifadə edərək gənc müstəqil respublika öz
təbii-iqtisadi, elmi-texniki potensialını beynəlxalq miqyasda
tanıtmaq məqsədilə çoxtərəfli iqtisadi
inteqrasiya əlaqələrinə daxil olur. 1998-ci ildə minlərlə
müəssisə və firma xarici iqtisadi əlaqələrin
iştirakçısı olmuş, 84 ölkə ilə xarici
iqtisadi əlaqə qurmuşdur. Göstərilən faktlar son
illər xarici iqtisadi fəaliyyət sahəsində baş verən
struktur və keyfiyyət dəyişikliklərinə əyani
sübutdur və eyni zamanda, Azərbaycan dövlətinin beynəlxalq
iqtisadi inteqrasiyaya qoşulmasının nümunəsidir. Azərbaycanın
xarici iqtisadi münasibətlərinin və əlaqələrinin
məzmunu və əsas istiqamətiərini ifadə edən
bu cəhətlərinin hər biri ölkənin gələcək
inkişafında fəaliyyət proqramının tərkib
hissəsi olmalıdır. Azərbaycanın xarici iqtisadi
inteqrasiya əlaqələrinin; formalaşmasında daha
faydalı və səmərəli iqtisadi münasibətlərin
yaradılmasına üstünlük verilməlidir.
Milli iqtisadiyyatın
beynəlxalq müstəvidə
inkişaf yolu
Xarici
ölkələrlə iqtisadi əməkdaşlıq Azərbaycanın
milli iqtisadiyyatının çoxşahəli
inkişafının təmin etmək üçün
böyük üstünlüklər verə bilər. Buna
görə Azərbaycanın milli iqtisadiyyatının
formalaşması şəraitində xarici ölkələrlə
qarşılıqlı iqtisadi əlaqələr və bu əlaqələrin
inkişafı böyük əhəmiyyət kəsb edir.
Strateji əhəmiyyətli ərazidə yerləşən
ölkəmizdə dünyanın nəhəng dövlətlərinin
mənafeyi toqquşur, onlar arasında nüfuz dairəsi
uğrunda dərin rəqabət mübarizəsi gedir.
Azərbaycan
sosial-iqtisadi inkişafında xarici ölicələrlə əməkdaşlığın
daha da genişləndirilməsinə can atır və beynəlxalq
əmək bölgüsünün dərinləşməsindən
irəli gələn üstünlüklərdən maksimum dəyərlənməyə
çalışır. Siyasi istiqlaliyyət əldə edilməsi,
inzibati-amirlik sistemindən bazar iqtisadiyyatı sisteminə
keçilməsi, uzun müddət mövcud olmuş köhnə
iqtisadi əlaqələr sişteminə yenidən
baxılması və bərabər hüquqlu,
qarşılıqlı faydalı münasibətlərin
yaradılması üçün mühüm zəmin təşkil
edir. Azərbaycanın xarici iqtisadi siyasəti dedikdə, beynəlxalq
iqtisadi əlaqələrdə qarşıya qoyduğu məqsədlərin
həyata keçirilməsinə yönəldilmiş fəaliyyəti
nəzərdə tutulur. Xarici iqtisadi siyasət iqtisadi
anlayış ümumi iqtisadi siyasətin tərkib hissəsidir
və ölkənin sosial-iqtisadi proqramı ilə bilavasitə
əlaqədardır.
Hökumətin
xarici iqtisadiyyat sahəsində qəbul etdiyi qərarlar
iqtisadiyyatın bütün istiqamətlərinə təsirini
göstərir. Azad bazar münasibətlərinə keçid
şəraitində dövlətin daxili və xarici iqtisadi
siyasətini bir-birindən təcrid etmək mümkün
deyildir. Xarici ticarətə müdaxilə etmək
üçün istifadə edilən ən mühüm vasitələrdən
biri gömrük tarifləridir. 10 iyun 1997-ci ildə
«Gömrük Məcəlləsi» qəbul edildikdən sonra 20
iyun 1995-ci ildə qəbul edilmiş «Gömrük tarifi»
haqqında Qanunu qüvvəyə minmişdir. Bu qanun, əsasən,
daxili bazarın xarici bazarla səmərəli əlaqəsini
təmin etməklə, xarici ticarətin dövlət tənzimlənməsinin
mühüm vasitəsi olan gömrük tarifinin
formalaşdırılması və tətbiqi, həm də Azərbaycanın
gömrük sərhədindən keçən mallardan
rüsum tutulması qaydalarını müəyyən edir.
Gömrük tarifinin məqsədləri
aşağıdakılardır:
-
İdxalın əmtəə strukturunu səmərələşdirmək;
- Azərbaycan
Respublikası ərazisində malların gətirilməsi və
çıxarılmasının valyuta gəlirləri və xərclərinin
əlverişli nisbətini təmin etmək;
- Valyuta sərvətlərinin
Azərbaycan Respublikasının gömrük ərazisinə
gətirilməsi və bu ərazidən
çıxarılması üzərində səmərəli
nəzarət etmək;
-
İqtisadiyyatı xarici rəqabətin mənfi təsirindən
qorumaq və onun dünya təsərrüfatı ilə səmərəli
inteqrasiyasına şərait yaratmaq.
Gömrük tarifi Azərbaycanın gömrük sərhədindən keçirilən mallara tətbiq edilir və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur. İdxal və ixrac gömrük rüsumlarının dərəcələri və eyni zamanda əlverişli ticarət rejimi tətbiq olunan ölkələrin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Əlverişli ticarət rejimi tətbiq olunmayan ölkələrin mallarına və ölkə mənşəyi müəyyənləşdirilməyən mallara idxal gömrük rüsumlarının dərəcələri iki dəfə artırılır.
Azərbaycan
Respublikasında aşağıdakı gömrük
rüsumları tətbiq edilir:
1. Advalor - malların gomrük dəyərinə görə faizlə hesablanan gömrük rüsumu;
2. Spesifik - mal vahidinə görə müəyyən olunmuş dəyərlə hesablanan gömrük rüsumu;
3. Kombinə edilmiş - hər 2 növü birləşdirməklə hesablanan gömrük rüsumu.
Malların ixracının və idxalını
operativ tənzimləmək üçün bəzi mallara,
mövsümi rüsümların altı aya qədər tətbiq
olunmasına qanun icazə verir.
Mülkiyyət hüququ və
xarici biznes əlaqələri
Azərbaycanın
ödəniş balansı Beynəlxalq Valyuta Fondunun müəyyən
etdiyi qaydaya əsasən aşağıdakı göstəriciləri
əks etdirən sənəddir:
a) Azərbaycanla xarici ölkələr arasında baş verən əmtəə, xidmət və gəlirlər üzrə bütün əməliyyatlar;
b) Ölkənin xarici dünya ölkələri qarşısında olan öhdəlikləri, maliyyə tələblərində özünü göstərən mülkiyyət və digər bütün dəyişikliklər;
c) Qarşılıqlı ödənişləri bir-birinə bağlamayan əməliyyatları və dəyişiklikləri balanslaşdırmaq üçün lazım olan bütün birtərəfli köçürmə və kommersiya xarakterli qeydlər.
İndi Azərbaycan ölkəyə güclü kapital axınından «əzab» çəkir. 1996-cı ildə ölkə iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyalar 1995-ci ilə nisbətən 4,5 dəfə çox idi. Ən iri investisiya mənbələri neft sənayesinə qoyulub ki, o da ümumi investisiya məbləğinin 75,5%-ni təşkil edir. Azərbaycanın xarici iqtisadi siyasəti nəhayət, xarici yardım siyasətindən istifadə ilə tamamlanır.
Ölkənin xarici yardım siyasəti beynəlxalq təşklatlardan və dövlətlərdən yardımların alınması və istifadəsi tədbirlərini əhatə edir. Bu siyasət beynəlxalq aləmdə son dövrlərdə strukturlaşdırılmış yeni bir xarici siyasətdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatı yolunda islahatlar həyata keçirdiyi üçün aparxcı beynəlxalq təşkilatlar tərəfindən iqtisadi imkişafın təmin olunması, ödəniş balansı kəsirlərinin ləğvi, milli valyutanın sabitliyinin təmin olunması, milli müdafiəyə ayrılan yardımlarla dəstəklənir. Azərbaycana edilən beynəlxalq yardım arasında Avropa Birliyi Komissiyasının (ABK) yardımlarıdır. ABK 1993-cü ildə əhalini ərzaq və dərmanla təmin etmək məqsədilə 68 mln, EKYU kreditin açılması ilə fəaliyyətə başlamışdır.
Avropa Birliyinin «TASİS» proqramı üzrə Azərbaycana edilən texniki yardım dövlət müəssisələrinin yenidən qurulması, özəl bölmə, kənd təsərrüfatı, infrastruktur, energetika, maarif və digər sahələrin inkişafı məqsədlərinə görə verilir. TASİS-in MDB dövlətlərarası proqramlarının 24 layihəsində Azərbaycan kifayət qədər iştirak edir.
Hürriyyət.- 2019.- 9 may.- S.10.